100.000.000
Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqram haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 827 nömrəli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqram" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 20 fevral 2003-cü il
№ 29
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 20 fevral tarixli 29 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə
PROQRAM
Sıra |
Tədbirlərin məzmunu
|
İcra müddəti
|
Məsul icraçılar
|
1
|
2
|
3
|
4
|
I. Normativ hüquqi bazanın və metodiki təminatın hazırlanması
1.
|
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə
|
2.
|
"Büdcə və qeyri-kommersiya təşkilatlarında mühasibat uçotunun tətbiqinə dair təlimat"ın yenidən hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
3.
|
"Büdcə və qeyri-kommersiya təşkilatlarında və sahibkarlıq subyektlərində mühasibat uçotunun hesablar planı"nın yenidən hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
4.
|
"Uçot siyasəti haqqında Əsasnamə"nin yenidən hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
5.
|
Əsas vəsaitlərin uçotu
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi
|
6.
|
Köhnəlmənin (amortizasiyanın) uçotu
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi
|
7.
|
Hesablama metodu ilə gəlir və xərclərin uçotu
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi
|
8.
|
Kassa metodu ilə gəlir və xərclərin uçotu
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi
|
9.
|
Xalis aktivlərin uçotu
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
10.
|
Əmlakın və öhdəliklərin inventarizasiyası
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
11.
|
"Sahibkarlıq subyektlərində mühasibat hesabatları və onların tərtibi qaydaları"nın yenidən hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
12.
|
"Büdcə və qeyri-kommersiya təşkilatlarında mühasibat uçotunun hesabatları və onların tərtibi qaydaları"nın yenidən hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
13.
|
"Gəlirdən çıxılmayan xərclər haqqında təlimat"ın hazırlanması
|
2003-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
14.
|
Qeyri maddi aktivlərin uçotu
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
15.
|
"Büdcə ilə hesablaşmalar"ın uçotu
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi
|
16.
|
"Dövlət Sosial Müdafiə Fondu ilə hesablaşmalar"ın uçotu
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
|
17.
|
"Sahibkarlıq subyektlərində mühasibat uçotunun tətbiqinə dair təlimat"ın yenidən hazırlanması
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
18.
|
Materialların uçotu
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
19.
|
"Lizinq" əməliyyatlarının uçotu
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi
|
20.
|
Quraşdırılası avadanlıqların uçotu
|
2004-cü il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi
|
21.
|
Maliyyə qoyuluşlarının uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
22.
|
Kapital qoyuluşlarının uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
23.
|
İstehsal olunmuş məhsul, görülmüş iş və göstərilmiş xidmətlərlə bağlı xərclərin uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi
|
24.
|
Təsisçilərlə hesablaşmaların uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
25.
|
"Əməyin ödənişi və sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar"ın uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
26.
|
Təsərrüfatdaxili və törəmə (asılı) müəssisələrlə hesablaşmaların uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
27.
|
Mənfəət və zərərin uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
28.
|
Pul vəsaitlərinin uçotu
|
2005-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
29.
|
Qiymətli kağızların uçotu
|
2006-cı il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
|
30.
|
Debitor və kreditorlara hesablaşmaların uçotu
|
2006-cı il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Birləşmiş Universal Səhmdar Bankı
|
31.
|
Kreditlərin, borcların və məqsədli maliyyələşmələrin uçotu
|
2006-cı il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Bank
|
32.
|
Məhsulların, malların, işlərin və xidmətlərin uçotu
|
2006-cı il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
|
2. Müasir informasiya texnologiyasının tələblərinə uyğunlaşdırma
33.
|
Mühasibat uçotu standartları əsasında iri vergi ödəyiciləri üzrə mühasibat uçotunun avtomatlaşdırılması üzrə proqram tərtibatının hazırlanması
|
2004-2007-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, cəlb edilmiş ixtisaslaşdırılmış müəssisələr və peşəkar mütəxəssislər
|
3. Mühasibat uçotu sahəsində mütəxəssislərin hazırlanması
34.
|
Mühasiblərin peşə etikası məcəlləsinin hazırlanması
|
2007-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Auditorlar Palatası və cəlb edilmiş peşəkar mütəxəssislər
|
35.
|
Mühasibat uçotu ilə bağlı tədris proqramlarının və tədris-metodiki vəsaitlərinin hazırlanması
|
2004-2007-ci il
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və mühasibat uçotu fənni üzrə tədris olunan sahə universitetləri
|