×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
01.09.2010
QEYDİYYAT NÖMRƏSİ
1079
ADI
Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-09-2010, Nəşr nömrəsi: 193), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2010, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 779)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında

Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. iki ay müddətində "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. bu Sərəncamın 1-ci bəndi ilə yaradılan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər görsün.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 sentyabr 2010-cu il

                 № 1079

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status