×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.06.2010
QEYDİYYAT NÖMRƏSİ
1020-IIIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” anlaşma memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-07-2010, Nəşr nömrəsi: 156), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2010, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 580)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" 2010-cu il martın 8-də Tripoli şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyun 2010-cu il

          № 1020-IIIQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi,

iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsini dəstəkləməyi və iki dövlət arasında diplomatik, xidməti və xüsusi pasportlara malik vətəndaşların ölkəyə daxil olmasını, oranı tərk etməsini və orada hərəkətini asanlaşdırmağı arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bu Memorandumda istifadə olunan terminlər äşağıdakı mənaya malikdir:

"Diplomatik pasportlar": Azərbaycan Respublikasının diplomatik pasport-ları və Böyük Liviya Ərəb Xalq Sosialist Cemahiriyyəsinin diplomatik pas-portlan;

"Xidməti pasportlar": Azərbaycan Respublikasının xidməti pasportları;

"Xüsusi pasportlar": Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin xüsusi pasportları.

 

 

 

Maddə 2

 

1. Razılığa gələn Tərəflərdən birinin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik vətəndaşları, habelə onlarla birlikdə yaşayan ailə üzvləri Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada 90 (doxsan) günədək qala bilər, oranı tərk edə və oradan tranzit keçə bilərlər.

2. Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddəti onların rəsmi müraciəti əsasında Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq müvafiq səlahiyyətli orqanının icazəsi ilə artırıla bilər.

 

Maddə 3

 

Razılığa gələn Tərəflərin dövlətlərinin etibarlı diplomatik, xidməti və xü-susi pasportlara malik olan vətəndaşlan Razılığa gələn digər Tərəfın dövləti-nin ərazisinə istənilən beynəlxalq sərhəd-buraxılış məntəqəsindən daxil ola və oranı tərk edə bilərlər.

 

Maddə 4

 

1. Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşları Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində olarkən onun qüvvədə olan qanun və qaydalarına əməl edəcəkdir.

2. Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin diplomatik, xidməti və xüsusi pasportlara malik vətəndaşını "persona non qrata" hesab edərək, ona dövlət ərazisinə daxil olmağa icazə verməmək və ya burada qalma müddətinə xitam vermək hüququnu özündə saxlayır.

 

Maddə 5

 

Razılığa gələn Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu Memorandumun həyata keçirilməsini tamamilə və ya qismən müvəqqəti olaraq dayandırmaq hüququnu özündə saxlayır. Razılığa gələn Tərəflər bu Memorandumun həyata keçirilməsinin dayandırılması və yenidən tətbiqi barədə 48 saatdan gec olmayaraq dərhal bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandıracaqlar.

 

Maddə 6

 

1. Bu Memorandumun məqsədləri üçün, Razılığa gələn Tərəflərin xarici işlər nazirlikləri bu Memorandumun qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl diplomatik, xidməti və xüsusi pasportların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.

2. Razılığa gələn Tərəflər yeni diplomatik, xidməti və xüsusi pasportlar çap etdikdə, Razılığa gələn Tərəflərin xarici işlər nazirlikləri bu Memorandumun qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl yeni diplomatik, xidməti və ya xüsusi pasportların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.

 

Maddə 7

 

Bu Memorandumun həyata keçirilməsi və tətbiqi zamanı yaranan istənilən fikir ayrılıqları və mübahisələr Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 8

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Memoranduma əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Memorandumun ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Memorandumun 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.

 

Maddə 9

 

1. Bu Memorandum qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlan yerinə yetirdikləri barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən sonrakı otuzuncu (30-cu) gün qüvvəyə minəcəkdir.

2. Razılığa gələn Tərəflərdən biri bu Memorandumun qüvvəsini ləğv etmək niyyətində olduqda, bu barədə digər Tərəfə diplomatik kanallarla, yazılı şəkildə bildirir. Memorandum belə bildirişin alındığı tarixdən sonra otuz (30) gün müddətində qüvvədə olacaqdır.

Bu Memorandum Tripoli şəhərində 2010-cu il 8 mart tarixində, hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Memorandumun təfsiri və tətbiqi zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətndən istifadə ediləcəkdir.

 

 

Azərbaycan Respublikası Hökuməti

Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi

adından

adından

(imza)

(imza)

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status