370.000.000
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə bağlı bəzi məsələlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“4.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası;”.
2. “Azərbaycan Polis Akademiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 may tarixli, 782 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 356) qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
№ 300