AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
24.05.2010
QEYDİYYAT NÖMRƏSİ
933
ADI
2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış “Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-05-2010, Nəşr nömrəsi: 114), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 457)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış “Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə

2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış “Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış “Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rumıniya və Gürcüstan tərəflərini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 may 2010-cu il

№ 933

 

 

Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Gürcüstanın Energetika Nazirliyi,

bundan sonra onlardan hər biri ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqdır,

Azərbaycanın Xəzər regionunda karbohidrogenlərin əsas istehsalçısı kimi mühüm rolunu, Gürcüstanın enerji tranziti ölkəsi kimi əhəmiyyətini və Azərbaycanın təbii qazının Avropaya birbaşa çıxışının təmin edilməsində Rumıniyanın potensialını dərk edərək,

Tərəflər arasında hərtərəfli əməkdaşlığa, inama və onların maraqlarına qarşılıqlı hörmətə əsaslanan, öz ölkələrinin faydası üçün qurulmuş çox yaxşı münasibətlər olduğunu qəbul edərək,

onların enerji sahəsində üst-üstə düşən maraqları barədə xəbərdar olaraq və bu üçtərəfli əməkdaşlıq çərçivəsinin Tərəflərə gətirə biləcəyi qarşılıqlı faydanı qabaqcadan dərk edərək,

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Rumıniyanın İqtisadiyyat və Maliyyə Nazirliyi arasında 2008-ci il martın 12-də Buxarest şəhərində imzalanmış Əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında 2009-cu il sentyabrın 28-də Buxarest şəhərində imzalanmış Birgə Bəyannamə, Rumıniyanın İqtisadiyyat Nazirliyi və Gürcüstanın Energetika Nazirliyi arasında neft, qaz və enerji nəqli yolları sahəsində əməkdaşlıq haqqında 2009-cu il oktyabrın 7-də Tbilisi şəhərində imzalanmış Protokol və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında 2010-cu il fevralın 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu ilə müəyyən olunmuş mövcud əməkdaşlıq çərçivəsini nəzərdən keçirərək,

Cənub Dəhlizi Sammitinin 8 may 2009-cu il tarixli Praqa Bəyannaməsini nəzərə alaraq,

Cənub Dəhlizi konsepsiyası çərçivəsində Xəzər regionu ilə Avropanı birləşdirən enerji tranziti dəhlizini inkişaf etdirmək məqsədilə Tərəflər arasında əməkdaşlığı gücləndirmək barədə qərarlarını ifadə edərək,

aşağıdakı məqsədlərə nail olmaq üçün gələcəkdə də əməkdaşlıq etmək barədə razılığa gəldilər:

-   maye qaz və onun nəqli sahəsində layihələrin inkişaf etdirilməsi;

-   Tərəflərin enerji sektorunda fəaliyyət göstərən müvafiq iqtisadi təşkilatların arasında əməkdaşlığın dəstəklənməsi;

-  bazar prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın qurulması.

Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi və Gürcüstanın Energetika Nazirliyi Gürcüstanda qazın maye halına salınması qurğularının və Rumıniyada mayenin yenidən qaz halına salınması qurğularının mümkün inkişafını müəyyən etdiklərini və digər potensial yollar və bazarlarla yanaşı, Azərbaycandan qaz təchizatı imkanlarını nəzərə alaraq, Tərəflər bundan sonra Azərbaycan - Gürcüstan - Rumıniya Əlaqələndiricisi (AGRİ) adlandırılacaq enerji əməkdaşlığı layihəsinin perspektivlərinin təhlil edilməsi və bu layihənin həyata keçirilməsi imkanlarının birgə müzakirə edilməsi barədə razılığa gəldilər.

Bu kontekstdə,

1.  Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi və Gürcüstanın Energetika Nazirliyi, layihələrin həyata keçirilməsinin mümkünlüyü üzrə hal-hazırda davam edən tədqiqatların yekunlarına əsaslanaraq, Gürcüstanda və Rumıniyada LNG terminallarının tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi üçün mövcud imkanların və şərtlərin təhlil edilməsində aidiyyəti şirkətlərinə dəstək verəcəkləri barədə razılığa gəldilər.

2.  Tərəflər xoş mərama və bazar prinsiplərinə əsaslanaraq, həmçinin müvafiq tədqiqatların nəticəsindən asılı olaraq, özlərinin müvafiq şirkətlərini Layihə ilə bağlı sazişlər, o cümlədən, lakin bununla məhdudlaşmayan, təbii qazın Gürcüstan ərazisindən Gürcüstanın Qara Dəniz sahilində planlaşdırılmış qazın maye halına salınma terminalına tranziti və Qara Dənizi keçməklə Gürcüstandan Rumıniyaya və sonradan Rumıniyanın nəqliyyat şəbəkəsi vasitəsilə Avropa İttifaqının qaz bazarlarına nəqli haqqında sazişlər üzrə danışıqlar aparmağa və onları bağlamağa təşviq etməyə səy göstərəcəklər.

3.  Tərəflər AGRİ layihəsini Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə olaraq və Praqa Bəyannaməsi ilə müəyyən edilmiş Cənub Dəhlizi Konsepsiyasına uyğun şəkildə inkişaf etdirəcəklər.

4.  Bu kontekstdə, energetika sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarının birgə müzakirə edilməsi üçün onlar aşağıdakılar üzrə imkanları öyrənmək və həlləri inkişaf etdirmək məqsədilə müvafiq şirkətlərini (SOCAR, GOGC, ROMGAZ, TRABSGAZ) dəstəkləyəcəklər:

 

-   qazın nəqli;

-   Rumıniyada qaz ticarəti və yeraltı anbarların istifadəsi imkanları;

-   AGRİ layihəsi çərçivəsində Avropaya LNG tədarükü.

5. Tərəflər layihənin inkişafı və həyata keçirilməsi məqsədilə, o cümlədən
texniki, texnoloji, ticari, iqtisadi, maliyyə və hüquqi aspektləri nəzərə almaqla,
onun həyata keçirilməsi mümkünlüyünü öyrənmək üçün Buxarestdə layihə inkişafı şirkətinin yaradılmasını dəstəkləyirlər.

Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin üçüncü bildirişinin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minir.

Anlaşma Memorandumu 2010-cu il aprelin 13-də Buxarest şəhərində, ingilis dilində olan üç əsl nüsxədə imzalanmışdır.

 

Azərbaycan Respublikasının

Sənaye və Energetika Nazirliyi adından

 

sənaye və energetika naziri

Natiq ƏLİYEV

 

Gürcüstanın

Energetika Nazirliyi adından

 

energetika naziri

Aleksandr XETAQURİ

 

Rumıniyanın İqtisadiyyat, Ticarət

və Biznes Mühiti Nazirliyi adından

 

iqtisadiyyat, ticarət və biznes mühiti naziri

Adrian VİDEANU

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.        10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 2-ci hissəsində “Sənaye və Energetika Nazirliyinə” sözləri “Energetika Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status