"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
1.1. üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. üç ay müddətində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsində nəzərdə tutulmuş köçürülmə planı və köçürülmə təlimatının hazırlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. iki ay müddətində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü, 8.1-ci, 8.4-cü, 9.1-ci, 9.2.6-cı, 12,4-cü, 15.4-cü, 15.4.4-cü, 17.3-cü, 18.1-ci, 18.4-cü, 18.4.3-cü, 18.5-ci maddələrində, 19-cu maddəsinin adında, 19.1-ci, 19.3-cü, 19.4-cü, 20.4-cü, 21.1-ci, 22.1-ci, 40.1-ci, 41.2-ci, 52.4-cü, 75.1-ci, 80.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" və 9.4-cü, 10.2.1-ci, 10.2.2.1-ci, 10.2.2.2-ci, 10.2.2.3-cü, 10.2.3.1-ci, 10.2.3.2-ci, 10.2.3.3-cü, 10.2.3.4-cü, 10.2.4.1-ci, 10.2.4.2-ci, 10.2.4.3-cü, 10.2.4.4-cü, 10.2.5-ci, 10.2.6-cı, 10.2.7-ci, 18.4.1-ci, 18.4.4-cü, 21.1-ci, 22.1-ci, 24.3.1-ci, 77.2.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları" barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. öz səlahiyyətləri daxilində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il
№ 263