×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.03.2010
QEYDİYYAT NÖMRƏSİ
963-IIIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-04-2010, Nəşr nömrəsi: 80), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2010, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 267)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında» Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında" 2009-cu il dekabrın 9-da Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2010-cu il

                 № 963-IIIQ

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısamüddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti,

Tərəflər arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istəyini rəhbər tutaraq və öz vətəndaşlarının bir-birinin ölkələrinə gediş-gəlişini asanlaşdırmağı arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Azərbaycan Respublikasının etibarlı diplomatik pasportuna malik olan (ezamiyyət və ya şəxsi məqsədlə səfər edən) vətəndaşları Şengen zonasına, yaxud Fransa Respublikasının ərazisinin bu zonaya daxil olmayan hər hansı hissəsinə ilk daxil olma tarixindən etibarən 6 (altı) ay ərzində 90 (doxsan) gündən artıq olmayan müddətə, bir fasiləsiz və ya bir neçə səfər üçün, Fransanın ərazi-daxili departamentlərinə, eləcə də dənizaşırı departament və regionlarına (DROM), dənizaşırı ərazi birliklərinə (COM) və Yeni Kaledoniyaya vizasız giriş hüququna malik olacaqlar.

 

Maddə 2

 

Fransa Respublikasının etibarlı diplomatik pasportuna malik olan (ezamiyyət və ya şəxsi məqsədlə səfər edən) vətəndaşları Azərbaycan Respublikasının ərazisinə ilk daxil olma tarixindən etibarən 6 (altı) ay ərzində 90 (doxsan) gündən artıq olmayan müddətə, bir fasiləsiz və ya bir neçə səfər üçün Azərbaycan Respublikası ərazisinə vizasız giriş hüququna malik olacaqlar.

 

Maddə 3

Hər bir Tərəfin dövlətinin diplomatik pasporta malik olan vətəndaşları bu Sazişin 1-ci və 2-ci maddələrində göstərilən müddətdən daha uzun müddətli bir və ya bir neçə səfər üçün viza əldə etməyə məcburdurlar.

 

Maddə 4

 

Tərəflər istifadədə olan, yeni və ya dəyişdirilmiş diplomatik pasportlarının nümunələrinin diplomatik kanallar vasitəsilə qarşılıqlı mübadiləsini həyata keçirir və bu pasportların verilmə və istifadəsi şərtləri barədə bir-birlərinə qarşılıqlı olaraq məlumat verirlər. Tərəflərin hər biri diplomatik pasportların görünüşünə, verilmə və ya istifadə şərtlərinə hər hansı dəyişiklik edildiyi təqdirdə, həmin dəyişikliklərin həyata keçirilməsindən ən azı 60 (altmış) gün əvvəl digər Tərəfə məlumat verir və yeni pasportların nümunələrini təqdim edirlər. Hər hansı bir diplomatik pasportun itiriləcəyi, oğurlanacağı, yaxud ləğv ediləcəyi təqdirdə, digər Tərəfə belə bir halın baş verməsindən sonra 60 (altmış) gün ərzində məlumat verilir.

 

Maddə 5

 

1. Tərəflərdən hər biri müstəsna hallarda, milli təhlükəsizlik, ictimai qayda və sağlamlıq maraqları naminə bu Sazişin qüvvəsini müvəqqəti olaraq tam və ya qismən dayandıra bilər.

2. Bu maddənin 1-ci bəndində göstərilmiş tədbirləri həyata keçirən Tərəf diplomatik kanallar vasitəsilə 24 (iyirmi dörd) saatdan gec olmayaraq mümkün qədər qısa müddət ərzində bu tədbirlər barədə və müvafiq olaraq onların ləğvi barədə digər Tərəfə məlumat verməlidir.

 

Maddə 6

 

Bu Sazişin tətbiqi zamanı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər onları diplomatik kanallarla aparılan danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

 

Maddə 7

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və 8-ci maddəsinə uyğun olaraq qüvvəyə minən və ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.

 

Maddə 8

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı gündən sonrakı ikinci ayın ilk günü qüvvəyə minir.

Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvədən düşür.

Bu Saziş Paris şəhərində 2009-cu il dekabrın 9-da, iki əsl nüsxədə olmaqla, Azərbaycan və fransız dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 

 

Azərbaycan Respublikası

Fransa Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status