430.000.000
Avropa Şurasının “İnsan alverinə qarşı fəaliyyət haqqında” Konvensiyasını Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAM
1. Avropa Şurasının “İnsan alverinə qarşı fəaliyyət haqqında” Konvensiyasını Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Arif Zahid oğlu Məmmədova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Konvensiyanı Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Arif Zahid oğlu Məmmədova verilməsi barədə Avropa Şurasına müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 2010-cu il
№ 707