100.000.000
120.000.000
Qaz qurğusuna, paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair Azərbaycan Respublikasının milli standartlarının müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.4-cü və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları"na uyğun olaraq qaz təchizatı, su təchizatı və tullantı suları sahələrində iqtisadiyyatın və istehlakçıların mənafeyinə uyğun gələn beynəlxalq (regional) və dövlətlərarası standartların Azərbaycan Respublikasında tanındığını və birbaşa tətbiq olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılsın ki, həmin standartlar əsasında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə qaz qurğusuna dair, 1.6-cı bəndinə uyğun olaraq "Azərsu" ASC ilə birlikdə paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair Azərbaycan Respublikasının müvafiq milli standartlarının müəyyən olunmuş qaydada hazırlanmasını və qeydiyyata alınmasını təmin etsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 1 fevral 2010-cu il
№ 25