090.000.000
100.000.000
110.000.000
“Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 yanvar 2010-cu il
№ 16
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 yanvar tarixli 16 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə
QAYDASI VƏ FORMASI
1. ÜMUMİ MÜDDƏA
Bu Qayda “Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın (bundan sonra - balans hesabatı) tərtib edilmə qaydasını və formasını müəyyən edir.
2. ANLAYIŞLAR
Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
balans hesabatı - hesabat dövrünün son gününə rezidentin maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır;
sintetik hesab - əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasıdır;
analitik hesab - sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdıran hesabdır;
uçot registri - xüsusi qrafalara bölünmüş kitablarda (jurnallarda), ayrı-ayrı vərəqələrdə, kartlarda, hesablama texnikasından istifadə zamanı disklərdə, elektron yaddaş kartlarında və digər məlumat daşıyıcılarında fasiləsiz, xronoloji, sistemli qeydiyyatdır.
3. BALANS HESABATININ FORMASI
3.1. Xüsusi iqtisadi zona ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə balans hesabatı forması bu Qaydanın əlavəsinə uyğun müəyyən edilir;
3.2. balans hesabatı rezidentlərin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etdikləri müvafiq maliyyə hesabatını əvəz etmir, ona əlavə edilir.
4. BALANS HESABATININ MƏZMUNU
Xüsusi iqtisadi zonanın rezidentlərinin tərtib etdikləri balans hesabatına aşağıdakı maddələr daxil edilməlidir:
- torpaq, tikili və avadanlıqlar;
- qеyri-mаddi aktivlər ;
- bioloji aktivlər;
- maliyyə aktivləri (ehtiyatlar, debitor borcları вя pul vəsaitləri və onların ekvivalentləri bəndlərində göstərilmiş aktivlər istisna olmaqla);
- еhtiyаtlаr;
- debitor borclаrı;
- pul vəsaitləri və оnlаrın еkvivаlеntləri;
- kreditоr borcları;
- vеrgi öhdəlikləri və aktivlər;
- qiymətləndirilmiş öhdəliklər;
- faiz xərcləri yaradan öhdəliklər;
- kаpitаl və kapital ehtiyatları.
5. BALANS HESABATININ TƏRTİB EDİLMƏSİ
5.1. Rezidentlər qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması üzrə uçot siyasətini hazırlayır və təsdiq edirlər.
5.2. Təsdiq edilmiş uçot siyasətində aşağıdakılar öz əksini tapmalıdır:
5.2.1. mühasibat uçotunun hesablar planı;
5.2.2. ilkin uçot sənədləri əsasında baş vermiş təsərrüfat əməliyyatlarının sintetik və analitik hesablarda əks etdirilməsi;
5.2.3. sintetik və analitik uçotun aparılması üçün zəruri hesab edilən uçot registrləri;
5.2.4. ilkin uçot sənədlərində qəbul edilmiş informasiyaların balans hesabatında əks etdirilməsi məqsədi ilə istifadə olunacaq mühasibat registrlərinin forması.
5.3. Rezidentlər tərəfindən onların uçot registrlərindəki əmlakları, öhdəlikləri, kapitalı, debitor və kreditorlarla hesablaşmaları vəziyyəti barədə məlumatlar qruplaşdırılıb ümumiləşdirilməklə balans hesabatı tərtib edilir.
5.4. Balans hesabatı rezidentin baş mühasibi və ya təyin edilmiş digər səlahiyyətli şəxs (icraçı) tərəfindən tərtib edilir.
6. XÜSUSİ İQTİSADİ ZONANIN REZİDENTLƏRİNİN BALANS HESABATI ÜÇÜN HESABAT DÖVRÜ
İllik balans hesabatı üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
xüsusi iqtisadi zonanın rezidenti üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;
il ərzində oktyabr ayının 1-dək xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
oktyabr ayının 1-dən sonra xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.
7. BALANS HESABATININ TƏQDİM EDİLMƏSİ
Balans hesabatı hesabat dövrü başa çatdıqdan sonra rezidentin xüsusi iqtisadi zonadan kənar fəaliyyəti üzrə müvafiq balans hesabatına əlavə edilməklə, qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydalara uyğun olaraq təqdim edilir.
“Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi
şəxs yaratmadan filiallar, nümayəndəliklər
vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan
rezidentlərin fəaliyyəti barədə balansın tərtib
edilmə Qaydası və forması”na
ƏLAVƏ
Xüsusi iqtisadi zona ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin maliyyə-təsərrüfat fəaliyyəti haqqında
BALANS HESABATI FORMASI
________________________ 20___ il
VÖEN
|
|
Rezidentin adı ___________________________________________________________
Fəaliyyət göstərdiyi xüsusi iqtisadi zona ___________________________________
Filial və ya nümayəndəliyin adı __________________________________________
Əsas iqtisadi fəaliyyət növü _______________________________________________
|
|
Ölçü vahidi (min manat)
|
||
AKTİV
|
Sətir kodu
|
20X9
|
20X8
|
1
|
2
|
3
|
4
|
I. Uzunmüddətli aktivlər
|
1
|
|
|
Qeyri-maddi aktivlər
|
10
|
|
|
Torpaq, tikili və avadanlıq
|
11
|
|
|
Daşınmaz əmlaka investisiyalar (kapital qoyuluşları)
|
12
|
|
|
Bioloji aktivlər
|
13
|
|
|
Uzunmüddətli debitor borcları
|
14
|
|
|
Uzunmüddətli maliyyə aktivləri (qoyuluşları)
|
15
|
|
|
Sair uzunmüddətli aktivlər
|
16
|
|
|
Cəmi uzunmüddətli aktivlər
|
|
|
|
II. Qısamüddətli aktivlər
|
2
|
|
|
Ehtiyatlar
|
20
|
|
|
Qısamüddətli debitor borcları
|
21
|
|
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
22
|
|
|
Sair qısamüddətli maliyyə aktivləri
|
23
|
|
|
Sair qısamüddətli aktivlər
|
24
|
|
|
Cəmi qısamüddətli aktivlər
|
|
|
|
Cəmi aktivlər
|
|
|
|
Kapital və öhdəliklər
|
Sətir kodu
|
Hesabat dövrünün sonuna
|
Əvvəlki hesabat dövrünün sonuna
|
1
|
2
|
3
|
4
|
III. Kapital
|
3
|
|
|
Ödənilmiş nominal (nizamnamə) kapitalı
|
30
|
|
|
Emissiya gəliri
|
31
|
|
|
Geri alınmış kapital
|
32
|
|
|
Ehtiyat kapitalı
|
33
|
|
|
Bölüşdürülməmiş mənfəət
|
34
|
|
|
Cəmi kapital
|
|
|
|
IV. Uzunmüddətli öhdəliklər
|
4
|
|
|
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
|
40
|
|
|
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
|
41
|
|
|
Uzunmüddətli kreditor borcları
|
42
|
|
|
Sair uzunmüddətli öhdəliklər
|
43
|
|
|
Cəmi uzunmüddətli öhdəliklər
|
|
|
|
V. Qısamüddətli öhdəliklər
|
5
|
|
|
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
|
50
|
|
|
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
|
51
|
|
|
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
|
52
|
|
|
Qısamüddətli kreditor borcları
|
53
|
|
|
Sair qısamüddətli öhdəliklər
|
54
|
|
|
Cəmi qısamüddətli öhdəliklər
|
|
|
|
Cəmi öhdəliklər
|
|
|
|
Cəmi kapital və öhdəliklər
|
|
|
|
Rəhbər __________________
|
Baş mühasib ________________
|