“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 696) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. I siyahı üzrə:
1.1. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in:
1.1.1. 1-ci bəndində “Alliloprodin” sözü “Allilprodin” sözü ilə əvəz edilsin;
1.1.2. 21-ci bəndində “Betasetiemetadol” sözü “Betasetilmetadol” sözü ilə əvəz edilsin;
1.2. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in:
1.2.1. 10-cu bəndində “Delta-9-tetrahidrokannabinol” sözləri “Dronabinol- Delta-9-tetrahidrokannabinol” sözləri ilə əvəz edilsin;
1.2.2. 23-cü bəndində “4MTА” sözü “4-MTA” sözü ilə əvəz edilsin;
1.2.3. 24-cü bəndində “Metakatinon” sözü “Metkatinon” sözü ilə əvəz edilsin;
1.2.4. 40-cı bəndində “Sipeperol” sözü “Zipeprol” sözü ilə əvəz edilsin.
2. II siyahı üzrə:
2.1. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in 9-cu bəndində “Pritramid” sözü “Piritramid” sözü ilə əvəz edilsin;
2.2. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in 4-cü bəndində “Katin” sözü “Katin (+) – Norpsevdoefedrin” sözləri ilə əvəz edilsin.
3. III siyahı üzrə:
3.0. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in:
3.0.1. 4-cü bəndində “Amfepramon” sözü “Amfepramon-Dietilpropion” sözləri ilə əvəz edilsin;
3.0.2. 13-cü bəndində “Etilamfetamin” sözü “Etilamfetamin-N-etilamfetamin” sözləri ilə əvəz edilsin.
4. IV siyahı üzrə:
4.0. “Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar”ın:
4.0.1. 15-ci bəndində “Piperenol” sözü “Piperonal” sözü ilə əvəz edilsin;
4.0.2. 22-ci bəndində “1-fenil-2-propanon” sözləri “1-Fenil-2-propanon” sözləri ilə əvəz edilsin;
4.0.3. 23-cü bəndində “3,4-metilendioksi-fenil-2-propanon” sözləri “3,4-metilendioksifenil-2-propanon” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2009-cu il
№ 922-IIIQD