AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.11.2009
QEYDİYYAT NÖMRƏSİ
183
ADI
«Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-11-2009, Nəşr nömrəsi: 252), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2009, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 886)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barə

«Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

«Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 366 nömrəli Sərəncamının 3.2-ci bəndinə uyğun olaraq qərara alıram:

1. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 488; 2000-ci il, № 7, maddə 498; 2001-ci il, № 10, maddə 640; 2003-cü il, № 10, maddə 546; 2007-ci il, № 8, maddə 769; 2008-ci il, № 8, maddə 719, № 9, maddə 798) 1-ci bəndinin doqquzuncu abzasında «Azəriqaz» Səhmdar Cəmiyyəti» sözləri «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilsin.

2. «Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 37 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1066) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 10-cu bənddən «Azəriqaz,» sözləri çıxarılsın;

2.2. 11-ci və 12-ci bəndlərdə «Azərenerji», «Azəriqaz» sözləri «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, «Azərenerji» sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 225) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» üzrə Tədbirlər Planının 4.1.42-4.1.44-cü, 4.2.19-cu, 4.3.1.15-ci, 4.3.1.47-ci, 4.3.2.7-ci, 4.3.2.20-ci, 4.3.2.22-ci, 4.3.2.31-ci, 4.3.2.45-ci, 4.3.2.59-cu, 4.3.2.76-cı, 4.3.2.91-ci, 4.3.2.106-cı, 4.3.2.121-ci, 4.3.2.137-ci, 4.3.2.153-cü, 4.3.2.166-cı, 4.3.2.183-cü, 4.3.2.198-ci, 4.3.2.212-ci, 4.3.2.225-ci, 4.3.2.241-ci, 4.3.2.256-cı, 4.3.2.270-ci, 4.3.3.14-cü, 4.3.3.31-ci, 4.3.3.49-cu, 4.3.3.63-cü, 4.3.4.15-ci, 4.3.4.27-ci, 4.3.4.40-cı, 4.3.4.57-ci, 4.3.4.72-ci, 4.3.4.87-ci, 4.3.4.100-cü, 4.3.4.116-cı, 4.3.4.133-cü, 4.3.4.147-ci, 4.3.4.164-cü, 4.3.5.18-ci, 4.3.5.34-cü, 4.3.5.51-ci, 4.3.5.70-ci, 4.3.5.85-ci, 4.3.6.13-cü, 4.3.6.29-cu, 4.3.6.44-cü, 4.3.6.58-ci, 4.3.6.76-cı, 4.3.6.90-cı, 4.3.8.15-ci, 4.3.8.31-ci, 4.3.8.48-ci, 4.3.8.62-ci, 4.3.8.79-cu, 4.3.8.98-ci, 4.3.9.11-ci, 4.3.9.23-cü və 4.3.9.41-ci bəndlərinin «Əsas icraçılar» sütununda «Azəriqaz» QSC» sozləri «Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilsin.

4. «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 104; 2008-ci il, № 8, maddə 715) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü bənddə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri» sözləri «Azərenerji» Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

4.2. həmin Sərəncamla təsdiq edilmiş «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı» üzrə:

4.2.1. «Təbii qaz təchizatı sisteminin inkişaf istiqamətləri» bölməsinin on yeddinci abzasında «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin» sözləri «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin respublika daxilində qaz təchizatı sistemlərinin» sözləri ilə əvəz edilsin;

4.2.2. «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər» bölməsi üzrə:

4.2.2.1. 31-ci və 36-cı bəndlərin «Əsas icraçı» sütununda «Azəriqaz» QSC» sözləri «ARDNŞ» abreviaturası ilə, «İcra müddəti» sütununda «2007» rəqəmi «2010» rəqəmi ilə əvəz edilsin;

4.2.2.2. 33-cü və 37-ci bəndlərin «Əsas icraçı» sütununda «Azəriqaz» QSC» sözləri «ARDNŞ» abreviaturası ilə, «İcra müddəti» sütununda «2008» rəqəmi «2010» rəqəmi ilə əvəz edilsin;

4.2.2.3. 66-69-cu bəndlərinin «Əsas icraçı» sütunundan «Azəriqaz» QSC,» sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 798; 2008-ci il, № 8, maddə 715; 2009-cu il, № 4, maddə 226) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın 2.1-ci bəndinin «İcraçı orqanlar» sütunundan «Azəriqaz» QSC,» sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1011; 2008-ci il, № 8, maddə 733) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Əlavələr»in 1.27-ci, 1.31-ci və 1.32-ci bəndlərinin «İcraçılar» sütununda «Azəriqaz» QSC» sozləri «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 765; 2009-cu il, № 4, maddə 226) ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4.3-cü bəndinin «İcraçılar» sütununda «Azəriqaz» QSC» sözləri «Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 824) ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2008-2010-cu illər) 2.3.3.1-ci bəndinin «İcraçı təşkilatlar» sütununda «Azəriqaz» QSC» sözləri «ARDNŞ» abreviaturası ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 85) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsinə dair Tədbirlər Planının 2.3.1-ci bəndinin «İcraçı qurumlar» sütununda «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti» sözləri «Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 noyabr 2009-cu il.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status