×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.11.2009
QEYDİYYAT NÖMRƏSİ
173
ADI
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2009, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 934)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.11.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mül

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

1. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

1-1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. [3]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 6 noyabr 2009-cu il

     № 173

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair [4]

 

Q A Y D A L A R

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının, fərqlənmə nişanlarının daşınması qaydasını, xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsvirlərini və təchizat normalarını tənzimləyir. [5]

1.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçiləri və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvləri xidməti geyim formalarına malikdirlər.

1.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının daşınması bu Qaydalarla tənzimlənir və xidməti geyim formasına aid olan əşyalar səliqə ilə sahibi tərəfindən qüsursuz vəziyyətdə saxlanılmalıdır (2 nömrəli əlavə). [*]

1.4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçiləri və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvləri xidməti vəzifələrini icra etdiyi müddət ərzində qanunvericiliklə təsdiq edilmiş xidməti forma geyinməlidirlər (1 nömrəli əlavə).

1.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvləri üçün gündəlik və parad-çıxış xüsusi geyim formaları tərtib edilərək, ilin mövsümündən asılı olaraq yay və qış xidməti geyim formasına ayrılır. Həmçinin xidməti zərurətlə əlaqədar olaraq kombinezon, qoruyucu ayaqqabılar, dəbilqə, qoruyucu gözlüklər, əlcək, fırtına gödəkcəsi və çantadan ibarət xüsusi geyim dəstindən də istifadə edilir.

1.6. Yay və qış xidməti geyim formalarına keçid mövsümü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, gəmiçilik müəssisələrinin, təşkilat və şirkətlərin və ya təhsil müəssisələrinin rəhbərliyinin əmri ilə, gəmilərdə isə kapitan tərəfindən təyin edilir.

1.7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin müvafiq olaraq xidməti geyim formaları və fərqlənmə nişanları tutduğu vəzifələrə uyğun olaraq müəyyən edilir və müəyyən norma daxilində təchiz olunurlar (3 nömrəli əlavə).

1.8. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçiləri işə gedən və ya işdən qayıdan zaman müvafiq orqan, müəssisə, təşkilat və şirkət rəhbərinin, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvləri isə gəmi kapitanının icazəsi ilə iş zamanı mülki geyimlərdən istifadə edə bilərlər.

1.9. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinə və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinə aşağıdakılar qadağan olunur:

- xidməti geyim forması üzərində qanunvericiliklə təsdiq olunmayan əşyaların daşınması, eyni zamanda forma ilə mülki geyimlərin qarışdırılması;

- işdən kənar vaxtda xidməti formada siyasi tədbirlərdə iştirak edilməsi;

- xidməti formanın şamil olunmayan şəxslərə geyinmək üçün verilməsi;

- forma daşıyan şəxs tərəfindən səliqəsiz, iri əşyaların və təsərrüfat çantalarının daşınması.

1.10. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinə və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinə xidməti geyim formalarının geyilməsinə aşağıdakı qayda və hallarda icazə verilir:

- yay mövsümündə bayırda, bağlı yerlərdə isə il boyunca qalstukla kitelsiz köynək (kişi və ya qadın);

- yay mövsümündə ən üstdəki düyməsi açıq olmaqla, qalstuksuz köynək (kişi və ya qadın) .

1.11. Dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin xidməti geyim formasının daşınması qaydalarına riayət edilməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin və müəssisələrin rəhbərliyi, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formasını daşımasına isə gəmi kapitanları nəzarət edir. [6]

1.12. Xidməti formaya aid olan əşyalar hər zaman təmizlənmiş və ütülənmiş olmalıdır. Palto, plaş, pencək (kitel), qış gödəkcəsinin və köynəyin cib üstlükləri hər zaman bayır tərəfdə olmalıdır. Qalstuk sancağı 3-cü və 4-cü düymələrin arasında köynəyə bərkidilir. Şərf palto, yarımpalto, plaş və ya qış gödəkcəsinin boyunluğunun altına salınmalıdır (şərfin üst tərəfi boğazlığın üstündən 1-2 sm artıq olmamaq şərtilə). Ayaqqabı hər zaman təmizlənmiş olmalı və səliqəli bağlanmalıdır. Havanın hərarəti -10°C və aşağı olan hallarda papağın qulaqlarını açmaq olar. Papağın qulaqları açılanda onlar çənənin altında bağlanmalıdır.

 

II. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin gündəlik xidməti geyim formalarının təsnifatı

 

2.1. Gündəlik xidməti geyim forması qış və yay formalarından ibarətdir.

2.2. Qış forması - ali komandir heyəti üçün qaragül dərisindən isti qulaqlı papaq, qara rəngli furajka (qadınlar üçün şlyapa), gündəlik kostyum (tünd göy və ya qara rəngli pencək (kitel) və qara şalvar, qadınlar üçün yubka), uzunqol ağ rəngli köynək, qara rəngli qalstuk, qalstuk sancağı, boyunluğu xəzli sukeçirməyən qara rəngli qış gödəkcəsi, palto, plaş, sviter, ağ rəngli şərf, qara rəngli dəri əlcək, qaragül dərisindən isti qulaqlı papaq və isti içlikli qış ayaqqabısından ibarətdir.

Baş komandir və komandir heyəti üçün - qara rəngli furajka (qadınlar üçün şlyapa), gündəlik kostyum (tünd göy və ya qara rəngli pencək və qara şalvar, qadınlar üçün yubka), uzunqol ağ rəngli köynək, qara rəngli qalstuk, qara rəngli sukeçirməyən qış gödəkcəsi, palto, plaş, sviter, qara rəngli şərf, qara rəngli dəri əlcək, qış papağı və qara rəngli isti içlikli qış ayaqqabısından ibarətdir.

Sıravi heyət üçün-qara rəngli furajka (qadınlar üçün beret), gündəlik kostyum (tünd göy rəngli pencək, qara rəngli şalvar), qadınlar üçün yubka, uzunqol ağ rəngli köynək, sukeçirməyən tünd göy rəngli qış gödəkcəsi, yarımpalto, plaş, sviter, qara rəngli şərf, qara rəngli yun əlcək, qış papağı və qara rəngli isti içlikli qış ayaqqabısından ibarətdir.

 2.3. Yay forması - ali, baş və orta komandir heyəti üçün üstü ağ rəngli furajka (qadınlar üçün qara rəngli şlyapa), qara rəngli demisezon gödəkcə, gündəlik kostyum (tünd göy və ya qara rəngli pencək və qara şalvar, qadınlar üçün yubka), qısaqol ağ rəngli forma köynəyi, qara rəngli qalstuk, beysbolka və qara rəngli ayaqqabıdan ibarətdir.

Sıravi heyət üçün - qara, üstü ağ rəngli furajka (qadınlar üçün qara rəngli beret) tünd göy rəngli demisezon gödəkcə, gündəlik kostyum (tünd göy rəngli pencək, qara rəngli şalvar, qadınlar üçün yubka), qısaqol ağ rəngli köynək və qara rəngli ayaqqabıdan ibarətdir.

2.4. Baş örtükləri:

Furajka - qış dəsti qara rəngli parçadan, yay dəsti isə qara, üstü ağ rəngli parçadan tikilir. Günlüyü qara rəngdədir, laklanmış və 4 tipli olur: ali komandir heyəti, baş komandir heyəti, komandir heyəti və sıravi heyət üçün. Üzərində ölçüsü 5 x 4 sm olan qızılı rəngli tikişli kokardası (palıd yarpaqları ilə çərçivələnmiş ikili kəsişən lövbər və üst tərəfdə aypara ilə 8-guşəli ulduz) və qaytanı vardır. Qaytan ali və baş komandir heyəti üçün qızılı rəngli toxunma, komandir heyəti üçün qızılı rəngli sadə qaytan, sıravi heyət üçün isə qara rəngli laklanmış plastik parçadan olur. Qaytan sarı metaldan hazırlanmış 2 düymə ilə furajkaya bərkidilir. Ali komandir heyəti üçün furajkanın günlüyü üzərində qızılı rəngdə 22 ədəd (hər tərəfdə 11 ədəd) palıd yarpaqlarını əks etdirən salpa və qızılı rəngdə güləbətin kant tikilir. Baş komandir heyəti üçün olan furajkanın günlüyünün üzərində qızılı rəngdə güləbətindən kant tikilir. Digərləri üçün günlüyünün üzərində qızılı rəngdə güləbətindən əlavə tikişlər olmur.

 Ali komandir heyəti üçün ön hissəsində müvafiq kokarda bərkidilmiş qaragül dərisindən isti qulaqlı papaq verilir.

 Qadınlara furajkanın əvəzinə eyni kokardaları olan dairəvi şlyapa, sıravi heyətə qara rəngli beret verilir.

2.5. Beret-qara rəngli tikişsiz yumşaq, (girdə) dairəvi formada olur. Beretin önünə müvafiq kokarda bərkidilir. Beret qadın sıravi heyətin baş örtüyüdür.

2.6. Palto - qara rəngli yun parçadandır. Üstündə iki sırada üzərində lövbərin şəklini əks etdirən qabarıq dəmirdən düzəldilmiş və kənarları halqalanmış sarı, qızılı metaldan hazırlanmış 8 böyük düymə vardır. İkibortlu, astarı yandan köklənmiş və yan tərəf üstlüyü qatlanan ciblidir. Kürəyində ortadan aşağıdan kəsiklə tamamlanan tikiş vardır. Kəmər üçün bel səviyyəsində bərkidilmiş üç kəmərcik vardır. Qolları ikili tikişli, aşağı arxa hissəsində lövbəri əks etdirən 3 ədəd kiçik düymələri vardır. Astarında iki kəsik qoltuq cibi vardır. Ali komandir heyəti üçün paltonun boyunluğunda sağ və sol tərəflərdə qızılı rəngli salpa, çiyin tikişi üzərində fərqlənmə nişanları olan poqonlar vardır. Sıravi heyət üçün çiyin tikişi üzərində fərqlənmə nişanları olan poqonlar yoxdur.

2.7. Yarımpalto - qara rəngli yarımyun parçadandır. Üstündə iki sırada üzərində lövbərin şəklini əks etdirən qabarıq dəmirdən düzəldilmiş və kənarları halqalanmış, qızılı metaldan hazırlanmış 3 ön düyməsi vardır. İkibortlu, astarı yandan köklənmiş və yan kəsik üstlüyü qatlanan ciblidir. Kürəyində ortadan aşağıda kəsiklə tamamlanan tikişi vardır. Qolları ikitikişlidir. Astarında iki kəsik qoltuq cibi vardır.

 2.8. Plaş - qara rəngli parçadandır, düz siluetlidir və eyni parçadan kəməri vardır. Üstündə iki sırada üzərində lövbərin şəklini əks etdirən qabarıq dəmirdən düzəldilmiş və kənarları halqalanmış, sarı metaldan hazırlanmış 8 böyük düymə vardır. İkibortlu və yan kəsik üstlüyü qatlanan ciblidir. Astarında iki kəsik qoltuq cibi vardır. Kürəyində ortadan aşağıdan kəsiklə tamamlanan tikiş vardır. Ali komandir heyəti üçün plaşın boyunluğunda sağ və sol tərəflərdə qızılı rəngli salpa, çiyinlərində fərqlənmə nişanları olan poqonlar vardır (sıravi heyət üçün fərqlənmə nişanları nəzərdə tutulmamışdır). Qolları ikitikişlidir, aşağı arxa hissəsində lövbəri əks etdirən 3 ədəd kiçik düymə vardır.

2.9. Pencək (kitel) - qara və ya tünd göy rəngli olur, qatlanan yaxalıqlı, ətəyinədək astarlıdır, mərkəzdən 4 düymə vasitəsilə düymələnəndir. Pencəyin sinə və yanlarından üstdən tikilən düymə və klapanla bağlanan cibləri vardır. Pencəyin kürək hissəsi iki hissəyə bölünür və tikişin aşağı hissəsi kəsiklə bitir. Çiyinlərində fərqlənmə nişanları olan poqonlar vardır (sıravi heyət üçün fərqlənmə nişanları nəzərdə tutulmamışdır). Ali komandir heyəti üçün pencəyin boyunluğunda sağ və sol tərəflərdə qızılı rəngli salpa tikilmişdir. Qollarının aşağı arxa hissəsində lövbəri əks etdirən 3 ədəd kiçik düymə vardır. Qadınlar üçün pencək forması eyni olur və sol tərəfə düymələnir.

2.10. Şalvar - qara rəngli parçadan düzünə, manjetsiz tikilir. Tikilmə qurşaq-aşırma ilgəklə düymələnir. Şalvarın kəsik yan cibləri, arxadan sağ tərəfində qapaqlı kəsik cibi vardır. Şalvarın miyanzası qarmaq və zəncirbəndlə bağlanılır. Qurşaqda ensiz kəmər üçün 7 halqa vardır. Şalvar dəri kəmərlə bərkidilir. Qadınlara qara rəngli parçadan tikilmiş yubka verilir.

2.11. Qış gödəkcəsi - sukeçirməyən qara (tünd göy) rəngli plaş parçadan olur. Ali komandir heyəti üçün xəz boyunluqlu, digərləri üçün adi boyunluqlu, istiləşdirilmiş astarlı, düz siluetli, təkbortlu, açılıb-bağlanan başlıqlı, düymələrlə bağlanan, plastron vasitəsilə örtülən zəncirbəndi vardır. Astarında iki kəsik qoltuq cibi vardır. Çiyin tikişi üzərində fərqlənmə nişanları olan poqonlar vardır (sıravi heyət üçün fərqlənmə nişanları nəzərdə tutulmamışdır). Yanlardan kəsik, üstlüyü qapaqlı ciblidir. Qolları ikitikişlidir və manjetləri adi düymələrlə bağlanır.

 2.12. Demisezon gödəkcə - qara (tünd göy) rəngli plaş parçadan tikilir, zəncirbəndlə bağlanılır. Astarında iki kəsik qoltuq cibi vardır. Dik boyunluqludur, qolları manjet və kəsikdir, qolları üzərində lövbərin şəklini əks etdirən, qabarıq dəmirdən düzəldilmiş, kənarları halqalanmış və sarı metaldan hazırlanmış düymələrlə düymələnir. Yanlardan kəsik, üstlüyü qapaqlı ciblidir. Çiyin tikişi üzərində fərqlənmə nişanları olan poqonlar vardır (sıravi heyət üçün fərqlənmə nişanları nəzərdə tutulmamışdır).

2.13. Sviter - qara (tünd göy) rəngli yun parçadan hazırlanır. Dirsək və çiyin hissələri bərkidilmişdir. Boyunluğu V-şəkillidir. Çiyin tikişi üzərində fərqlənmə nişanları (poqon) üçün kəmərcikləri vardır (sıravi heyət üçün sviterdə çiyin tikişi üzərində fərqlənmə nişanları (poqon) üçün kəmərcikləri olmur). Döşün sol tərəfində üstlüyü qatlanan cib yerləşir.

2.14. Köynək - uzunqol və ya qısaqol olmaqla, ağ rəngdədir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Çiyinlərində fərqlənmə nişanları üçün kəmərcikləri, döş cibi vardır. Qolları manjetli və kəsikdir. Bortlar və manjetlər adi ağ düymələrlə düymələnir.

2.15. Qalstuk - qara rəngli, iti ucla tamamlanan ipək parçadan tikilir.

2.16. Ayaqqabı (yarımboğaz ayaqqabı) - qara rəngli dəridən hazırlanır, üstü yumşaq, tənzimləyici rezini (bağları, zəncirbəndi) vardır. Altlığı göndəndir. Qış ayaqqabısı istiləşdirilmişdir.

2.17. Şərf - ağ və ya qara rəngli trikotaj, yun və ya ipək parçadan hazırlanır. Ölçüləri 140 x 30 sm-dir.

 

III. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin parad-çıxış xidməti geyim formalarının təsnifatı

 

3.1. Yay parad-çıxış xidməti geyim forması qara rəngli (Ali komandir heyəti üçün üstü ağ rəngli) furajkadan (qadınlar üçün eyni rəngli şlyapa və ya beret), qara və ya tünd göy rəngli (Ali komandir heyəti üçün ağ rəngli) pencəkdən, qara rəngli şalvardan (qadınlar üçün yubka), qara rəngli ayaqqabıdan, uzunqol ağ rəngli köynəkdən, qara rəngli qalstukdan ibarətdir. Qış parad-çıxış xidməti geyim forması isə Ali komandir heyəti üçün qaragül dəridən isti qulaqlı papaqdan və ya qara rəngli furajkadan, digərləri üçün qara rəngli furajkadan (qadınlar üçün şlyapa, beret), paltodan, qara və ya tünd göy rəngli pencəkdən, qara şalvardan (qadınlar üçün yubka), uzunqol ağ rəngli köynəkdən, qara rəngli qalstukdan, qara rəngli şərfdən (Ali komandir heyəti üçün ağ rəngli), qara rəngli dəri əlcəkdən (sıravi heyət üçün yun əlcək) və qara rəngli ayaqqabıdan (qadınlar üçün uzunboğaz çəkmə) ibarətdir (1 nömrəli əlavə).

3.2. Furajka - qış parad-çıxış xidməti geyim forması dəsti üçün qara rəngli parçadan, yay parad-çıxış xidməti geyim forması dəsti üçün üstü ağ rəngli parçadan tikilir. Yay və qış parad-çıxış xidməti geyim formasında sıravi heyət üçün furajka hər iki halda qara rəngli parçadan hazırlanır.

3.3. Pencək - qatlanan yaxalıqlı, ətəyinədək astarlıdır. İkibortludur (sıravi heyət üçün birbortludur), arxası bütövdür, hər iki tərəfində düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, üzərində lövbərin şəklini əks etdirən qabarıq dəmirdən düzəldilmiş və kənarları halqalanmış sarı, qızılı metaldan hazırlanmış 8 böyük düymə vardır. Sol döşündə kəsik cibi, qollarında fərqlənmə nişanları, astarında isə iki kəsik qoltuq cibi vardır. Ali komandir heyəti üçün pencəyin boyunluğunda sağ və sol tərəflərdə qızılı rəngli salpa tikilmişdir. Qollarının aşağı arxa hissəsində lövbəri əks etdirən 3 ədəd kiçik düymə vardır. Qadınlar üçün pencək forması eyni olur və sol tərəfə düymələnir.

3.4. Şalvar - kostyum üçün müəyyənləşdirilmiş parçadan düzünə, manjetsiz tikilir. Tikilmə qurşaq-aşırma ilgəklə düymələnir. Şalvarın kəsik yan cibləri, arxadan sağ tərəfində qapaqlı kəsik cibi vardır. Şalvarın miyanzası qarmaq və zəncirbəndlə bağlanılır. Qurşaqda ensiz kəmər üçün 7 halqa vardır. Şalvar dəri kəmərlə bərkidilir. Qadınlara kostyum üçün müəyyənləşdirilmiş parçadan tikilmiş yubka verilir.

3.5. Ayaqqabı - üstü yumşaqdır və dəridən hazırlanır. Altlığı göndəndir. Qadınlar müvafiq olaraq tufli və ya uzunboğaz çəkmədən istifadə edirlər.

 

IV. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin geyim əşyalarının və fərqlənmə nişanlarının təsnifatı

 

4.1. Qolüstü və çiyinüstü nişanlar (poqon) - fərqlənmə nişanları qızılı rəngli lentlərdən düzəldilir. Qolüstü və çiyinüstü nişanlarda lentlərin eni: enli - 30 mm , orta -13 mm və nazik - 6 mm ölçülərdə olur. Fərqlənmə nişanlarının hazırlanması zamanı qolüstü və çiyinüstü lentlərin aralarında 3 mm ara buraxılır. Qolüstü nişanlarda üst nahiyədə yerləşən lentin ortasında və çiyinüstü nişanlarda poqon düyməsindən sonra orta enli lentdən diametri 5-6 sm olan rombşəkilli ilgək hazırlanır. Çiyinüstü fərqlənmə nişanı (poqon) qara rəngli parçadan hazırlanaraq paltarın çiyni üzərində yerləşir və nazik güləbətin lent orta güləbətin lentin üzərində, orta güləbətin lent isə enli güləbətin lentin üzərində, aralarında 3 mm məsafə buraxılmaqla tikilir. Qolüstü fərqlənmə nişanı pencəyin (kitelin) qolunun aşağı qatlanmasından 9,5 sm məsafədə tikilir. Çiyinüstü fərqlənmə nişanlarının ölçüləri: uzunluğu - 14 sm, eni - 6 sm olur. Sıravi heyət üçün xidməti geyim formasında fərqlənmə nişanları olmur.

4.2. Salpa - Ali komandir (14-12 kateqoriya) heyətinin xidməti geyim formasının paltosunun, plaşının, pencəyinin (kitelinin) boğazlığının künclərində 7 ədəd palıd yarpağını əks etdirən qızılı rəngli, qoşa güləbətin sapdan salpalar tikilir.

4.3. Kokarda - qızılı rəngdə tikilir. Kokardanın fonu qara rəngli, yuvarlaq şəkildə olur. Üzərində qızılı güləbətin sapdan sünbüllərlə çərçivələnmiş ikili kəsişən lövbər və üst tərəfdə aypara ilə 8-guşəli ulduz tikilir. Kokardanın ölçüsü - 5 x 4 sm-dir.

4.4 Furajkanın günlüyü - 4 tipli olur : Ali komandir heyəti; baş komandir heyəti; orta komandir heyəti və sıravi heyət üçün. Orta komandir və sıravi heyət üçün günlüyün üzərində qızılı rəngdə güləbətindən kant olmur.

Ali komandir heyəti üçün olan furajkanın günlüyünün üzərində qızılı rəngdə 22 ədəd (hər tərəfdə 11 ədəd) palıd yarpaqlarını əks etdirən salpa və qızılı rəngdə güləbətin kant tikilir. Baş komandir heyəti üçün olan furajkanın günlüyünün üzərində qızılı rəngdə güləbətindən kant tikilir.

4.5. Düymələr - üzərində lövbərin qabarıq şəklini əks etdirən qızılı rəngdə dəmirdən düzəldilir. Düymələrin kənarları halqalıdır. Düymələr ikitipli olur - ön düymələrin diametri 22 mm , cibüstü, qolüstü və poqon düymələrinin isə - 14 mm-dir. Furajkaya bərkidilən yan düymələr qolüstü və poqon düymələri ilə eyni ölçüdədir.

4.6. Uzaq səfərlər kapitanının döşüstü nişanı -metal qabarıq lövbər ətrafında lövbər zənciri ilə dairəvi, oval şəkildə haşiyələndirilir. Lövbər və lövbər zənciri qara rəngli, oksidləşdirilmiş olur. Nişanın ortasında üstdən vurulmuş qızılı rəngli tunc sekstan yerləşir. Nişan aypara və səkkizguşəli ulduzla taclandırılır. Nişanın hündürlüyü - 50 mm , eni - 36 mm , sekstanın diametri - 18 mm , emblemin diametri isə 8 mm-dir. Paltara birləşdirilməsi üçün nişanın arxa hissəsində ştift yerləşir. Bu nişan xidməti formanın sağ tərəfində daşınır.

4.7. Birinci dərəcəli mexanikin döş nişanı - qabarıq metal lövbər zənciri ilə oval şəkildə haşiyələndirilir. Lövbər qara rəngli, oksidləşdirilmiş olur. Nişanın ortasında üstdən vurulmuş qızılı rəngli üçpərli tunc vint yerləşir. Nişan aypara və səkkizguşəli ulduzla taclandırılır. Nişanın hündürlüyü - 50 mm , eni - 35 mm , vintin diametri - 18 mm , emblemin diametri isə 8 mm-dir. Pencək üzərinə bərkidilməsi üçün nişanın arxa hissəsində ştift yerləşir. Bu nişan xidməti formanın sağ tərəfində daşınır.

4.8. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının dəniz təhlükəsizliyi şöbəsinin işçilərinin döş nişanının aşağı hissəsi qövsvari düzbucaqlı formasındadır. Nişanın hündürlüyü - 60 mm , eni - 40 mm-dir. Nişanın içərisində yuxarı hissədə sarı qızılı metal fonunda, hündürlüyü 3 mm olmaqla, qara hərflərlə “Dəniz Müfəttişliyi” sözləri Azərbaycan və ingilis dillərində öz əksini tapır. Nişanın mərkəzində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının göy fonda səkkizguşəli loqotipi yerləşir. Aşağı qövs hissəsində isə sarı metal fonunda, qara rəqəmlərlə hündürlüyü 5 mm olmaqla, işçinin identifikasiya nömrəsi (məs: 005-01) yerləşir. Nişanın geyim formasının yaxasına bərkitmək üçün yuxarı hissəsində düymə yeri olan dəridən nazik kəmərciyi vardır. [7]

4.9. “Donanmanın Fəxri İşçisi” döş nişanı. Onun üstündə Azərbaycan Respublikası Dövlət bayrağı, altında isə lövbərlə bağlanmış yarımdairənin içində “Donanmanın Fəxri İşçisi” sözləri yazılmışdır. Döş nişanının fonunda yer kürəsi əks etdirilmiş və sərnişin gəmisinin təsviri verilmişdir. [8]

 

 


 

 

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"a 3 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təchizat normaları [9]

 

Sıra

-si

Əşyanın adı

Bir nəfərə düşən əşyanın norması

İstifadə müddəti

1

2

3

4

I. Geyim

1.

Gündəlik qara rəngli furajka

1 ədəd

2 il

2.

Ağ rəngli parad-çıxış furajkası

1 ədəd

3 il

3.

Qara rəngli qaragül dəridən isti qulaqlı papaq, qış papağı

1 ədəd

5 il

4.

Şlyapa, beret (qadınlar üçün)

1 ədəd

3 il

5.

Qara rəngli qış paltosu

1 ədəd

5 il

6.

Qara rəngli yanmpalto

1 ədəd

 

7.

Qara rəngli plaş

1 ədəd

3 il

8.

Qara (tünd göy) rəngli qış gödəkcəsi

1 ədəd

2 il

9.

Qara rəngli dəri əlcək

1 cüt

5 il

10.

Qara rəngli yun əlcək

1 cüt

5 il

11.

Qara (tünd göy) rəngli gündəlik pencək (kitel) və şalvar, qadınlar üçün yubka

1 ədəd

2 il

12.

Parad-çıxış kostyumu (ağ rəngli pencək və qara rəngli şalvar; qadınlar üçün yubka)

1 ədəd

2 il

13.

Qara rəngli (tünd göy) demisezon gödəkcə

1 ədəd

2 il

14.

Qara və ya tünd göy rəngli sviter

1 ədəd

3 il

15.

Beysbolka (qadınlar üçün beret)

1 ədəd

2 il

16.

Qara rəngli dəri kəmər

1 ədəd

5 il

17.

Qara rəngli yun şərf

1 ədəd

5 il

18.

Ağ rəngli ipək və qara rəngli trikotaj şərflər

2 ədəd

2 il

II. Ayaqqabılar

19.

Qara rəngli uzunboğaz qış ayaqqabısı

1 cüt

3 il

20.

Qara rəngli qış ayaqqabısı

1 cüt

1 il

21.

Qara rəngli yay tuflisi

1 cüt

2 il

III. Dəyişək paltarlar

22.

Ağ rəngli uzunqol köynək

3 ədəd

2 il

23.

Ağ rəngli qısaqol forma köynəyi

3 ədəd

2 il

24.

Qara rəngli qalstuk

2 ədəd

2 il

25.

Qara rəngli iplik corab

4 ədəd

1 il

IV. Xüsusi geyim dəstinə əlavə əşyalar

26.

Qalstuk sancağı

1 ədəd

5 il

27.

Poqonlar

2 ədəd

3 il

28.

Kokarda

2 ədəd

15 il

V. Xüsusi geyim dəsti

29.

Kombinezon

2 ədəd

2 il

30.

Qoruyucu ayaqqabılar

2 cüt

2 il

31.

Kaska (dəbilqə)

1 ədəd

3 il

32.

Qoruyucu gözlüklər

1 ədəd

2 il

33.

Əlcək

2 cüt

1 il

34.

Fırtına gödəkcəsi

1 ədəd

3 il

35.

Çanta

1 ədəd

5 il

 

Qeyd. Dənizçiyə istəyinə uyğun olaraq uzunboğaz qış ayaqqabısı əvəzinə qara rəngli qış ayaqqabısı verilə bilər.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

2.       25 avqust 2011-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 20101-ci il, № 08, maddə 786)

3.       22 oktyabr 2012-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1023)

4.       17 yanvar 2014-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 yanvar 2014-cü il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 60)

5.       23 oktyabr 2014-cü il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1318)

6.       4 iyun 2015-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 785)

7.       14 mart 2018-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2018-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 606)

8.       29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174)

9.       4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[*] 1 və 2 nömrəli əlavələr dərc olunmur.



[1] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə adında və 1-ci bəndində «tədris müəssisələrinin» sözləri «təhsil müəssisələrinin» sözləri ilə əvəz edilmişdir.

22 oktyabr 2012-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1023) ilə adına və 1-ci hissəsinə "bayrağı altında" sözlərindən əvvəl "Dövlət" sözü əlavə edilmişdir.

29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə adında, preambulasında və 1-ci hissəsində “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə, preambulasında “2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.36.13-cü” sözləri “2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci” sözləri ilə, 1-1-ci hissəsində “Dövlət Dəniz Administrasiyasına” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə adında, preambulada (ikinci halda) və 1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə preambulada “2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci bəndinə” sözləri “2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”nin 1.8-ci bəndinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 avqust 2011-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 20101-ci il, № 08, maddə 786) ilə 1.1-ci bənd əlavə edilmişdir.

4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə 1-1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə «Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar»ın adında və mətnində «tədris müəssisələrinin» sözləri «təhsil müəssisələrinin»  sözləri ilə əvəz edilmişdir.

 

22 oktyabr 2012-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1023) ilə "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"ın adına və mətninə "bayrağı altında" sözlərindən əvvəl "Dövlət" sözü əlavə edilmişdir.

 

14 mart 2018-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2018-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 606) ilə “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”a 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin, dənizçilik təhsil müəssisələrinin, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının üzərində olan fərqlənmə nişanlarının təsviri”nin 8-ci kateqoriyasının “Vəzifə” sütununda “aspirantura müdiri” sözləri “doktorantura şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.

 

[5] 29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ının II-IV hissələrin adında, 1.1-1.4-cü bəndlərdə, 1.5-ci bəndin birinci cümləsində, 1.6-1.10-cu bəndlərində “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar” üzrə 1.1-1.4-cü bəndlərdə, 1.5-ci bəndin birinci cümləsində, 1.6-1.11-ci bəndlərdə və II-IV hissələrin adında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

[6] 29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ının 1.11-ci bəndində “Respublikası Dövlət Dəniz Administrasiyasının dəniz təhlükəsizliyi şöbəsinin əməkdaşları” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ının 4.8-ci bəndi ləğv edilmişdir.

 

[8] 17 yanvar 2014-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 yanvar 2014-cü il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 60) ilə 4.9-cu bəndində “bayrağı” sözü “Dövlət bayrağı” sözləri ilə əvəz edilmişdir.

 

[9] 29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təchizat normaları”nın adında “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təchizat normaları”nın adında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status