440.000.000
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında” Birgə Bəyanatın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında” 2009-cu il iyunun 29-da Bakı şəhərində imzalanmış Birgə Bəyanat təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cu il.
№ 866-IIIQ
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında Birgə Bəyanat
Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti,
iki ölkə arasında hörmət və etimada əsaslanan ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək.
dövlət suverenliklərinə və müstəqilliklərinə qarşılıqlı hörmət, bərabər hüquqluluq və bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi və digər təzyiq vasitələri də daxil olmaqla, zor tətbiq etməmək və zor tətbiq etməklə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin dinc yolla həll edilməsi, insan hüquqlarına və əsas azadlıqlarına hörmət olunması, öhdəliklərin vicdanla yerinə yetirilməsi həmçinin beynəlxalq hüququn digər ümumtanınmış normalarım rəhbər tutaraq.
3 iyul 1997-ci il tarixli "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"yə, 9 yanvar 2001-ci il tarixli "Bakı Bəyannaməsi"nə 6 fevral 2004-cü il "Moskva Bəyannaməsi"nə, 22 fevral 2006-cı il "Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentinin Birgə Bəyənatı"na 3 iyul 2008-ci il tarixli "Azərbaycan Respublika və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqına Bəyannamə"yə istinad edərək,
aşağıdakıları qeyd edirlər:
Tərəflər arasında onların müvafiq komissiyalarının apardığı Azərbaycan-Rusiya dövlət sərhədinin delimitasiyasının nəticələri üzrə razılıq mövcuddur:
Tərəflər hesab edirlər ki, dövlət sərhədinin delimitasiyası və Samur çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələlərinin həlli zamanı həmin məsələlərin qarşılıqlı əlaqəli olmasından çıxış etmək zəruridir;
Tərəflər əmindirlər ki, yekun razılaşma ekoloji tələbləri, o cümlədən çayın deltasına bu rayonda təbii tarazlığın qorunması üçün zəruri olan, razılaşdırılmış və qarşılıqlı məqbul hesab edilən həcmdə su axırımın təmin edilməsini nəzərə almalıdır;
Tərəflər qeyd edirlər ki, bu iki məsələ ilə bağlı Azərbaycan və Rusiya arasında razılaşmalar Azərbaycan-Rusiya dövlət sərhədi xəttindən hər iki tərəfdə yaşayan əhalinin xalq təsərrüfatı maraqlarını və tələbatını nəzərə almalıdır;
Tərəflər qarşılıqlı əlaqədə olan bütün məsələlərin yekun razılaşdırılmasının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında uğurla inkişaf edən strateji tərəfdaşlıq ruhunda həyata keçirilməli olmasından çıxış edirlər.
Tərəflər, on ali və yüksək səviyyələrdə həyata keçirilmiş müzakirələrin və nəticələrini və əldə edilmiş qarşılıqlı anlaşmanı, tətbiq edilə bilən beynəlxalq hüquqi sənədləri və hər iki dövlətin qanunvericiliyini, delimitasiya komissiyalarının birgə iclaslarının protokollarını rəhbər tutaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. Azərbaycan-Rusiya dövlət sərhədinin üç razılaşdırılmamış sahələri üzrə (sahələr №1, №11, №12) dövlət sərhəd xəttinin keçməsinin razılaşdırılmasına dair yanaşmaların yüksək dərəcədə üst-üstə düşməsi mövcuddur;
2. Tərəflər ədalətli su bölgüsü prinsipinin həyata keçirilməsi, Samur-Abşeron hidroqovşağının birgə idarə olunması və istismarı üzrə qarşılıqlı məqbul hesab edilən mexanizmin hazırlanması və Azərbaycan-Rusiya dövlət sərhədinin Samur çayı üstündə körpü üzərindən keçməsinə münasibətdə prinsipial anlaşma əldə etdilər;
3. Samur çayının su ehtiyatlarının istifadəsi və bölüşdürülməsinin Tərəflər arasında ekoloji axın nəzərə alınmamaqla bərabər paylarla (50/50-yə) həyata keçirilir. Paritetlik prinsipi Samur çayı üzərindəki körpüyə münasibətdə də tətbiq ediləcəkdir.
4. Tərəflər su ehtiyatlarının idarə olunması və Samur-Abşeron hidroqovşağının istismarı üzrə bərabər təmsilçiliyə və eyni səlahiyyətlərə malik Komissiya yaradacaqlar.
5. Azərbaycanın və Rusiyanın müvafiq idarələri Samur çayı üzərindəki bəndin /körpünün keçid hissəsinin təmirini (yenidənqurmasını) həyata keçirəcəklər.
6. Tərəflər ən qısa müddət ərzində "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə" layihəsinin və "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında transsərhəd Samur çayının su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş'' layihəsinin razılaşdırılması üzrə işləri başa çatdıracaqlar.
Tərəflərin nümayəndə heyətləri görülmüş işlərin nəticələri barədə 2009-cu ilin 4-cü rübündə Azərbaycan Respublikası Prezidentinə və Rusiya Federasiyası Prezidentinə məruzə edəcəklər.
Bakı şəhərində 29 iyun 2009-cu ildə Azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikası
|
Rusiya Federasiyası
|
Prezidenti
|
Prezidenti
|
İ. Əliyev
|
D. Medvedev
|