120.000.000
“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci və 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 7.3-cü, 7.4-cü, 7.6-cı, 7.8.1-ci, 7.8.4-cü, 7.8.10-cu, 7.10-cu, 7.11-ci maddələrində, 7.11.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 7.11.3-cü maddəsində (hər iki halda), 7.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.13-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;
1.2. həmin Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[1]
1.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 7.11.4-cü maddəsində və 7.13-cü maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;
1.5. həmin Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər.
[2]
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2009-cu il
№ 174
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
2.
4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 1.2-ci, 1.4-cü və 1.5-ci bəndlərində “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.
[2]
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1.1-ci və 1.5-ci bəndlərində “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.