AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
01.10.2009
QEYDİYYAT NÖMRƏSİ
508
ADI
2009-cu il iyulun 1-də Haaqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-leqal miqrasiyaya qarşı əməkdaşlıq üzrə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2009, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 792)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2009-cu il iyulun 1-də Haaqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-leqal miqrasiyaya qarşı əməkdaşlıq üzrə Anlaşma Memorandumu"nun təsdiq edilm

2009-cu il iyulun 1-də Haaqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-leqal miqrasiyaya qarşı əməkdaşlıq üzrə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2009-cu il iyulun 1-də Haaqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-leqal miqrasiyaya qarşı əməkdaşlıq üzrə Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Niderland Krallığı tərəfini xəbərdar etsin.

 

İlham Əliyev,

Azərbaycan respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 oktyabr 2009-cu il

№ 508

 

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-leqal miqrasiyaya qarşı əməkdaşlıq üzrə

 

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti (RQX) (bundan sonra '"Tərəflər")

Miqrasiya məsələləri, xüsusi ilə qeyri-leqal miqrasiya ilə mübarizə məsələlərində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini təsdiqləyərək,

insan hüquqları haqqında 1948-ci il tarixli Ümumi Bəyannamənin 13(2)-ci maddəsində, Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı tarixli Beynəlxalq Paktın 12-ci maddəsində əsas insan haqlarının təsbit olunduğu kimi bütün vətəndaşların öz ölkələrinə qayıtmaq hüququnu qəbul edərək,

Öz ölkələrinin immiqrasiya qurumlan tərəfindən qəbul edilməz sayılan şəxslər və geri göndərilənlərlə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya 9-cu Əlavənin Standartlarını və Tövsiyə edilən Təcrübələrini (xüsusi ilə 5-ci fəslin müddəalarmı) rəhbər tutaraq

 

Aşağıdakılar barədə razılıq əldə etmişlər:

 

1. Bu Anlaşma Memorandumu (Memorandum) yuxanda adları qeyd olunan tərəflər arasında Niderlandda yaşayan və Niderlandda yaşamaq hüququ verilməyən, Niderlanddan repatriasiya olunan Əfqanıstan vətəndaşlarının Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə tranziti üçün razılaşmadan ibarətdir.

2. DSX yuxarıda qeyd olunan Əfqanıstan vətəndaşlarını və onları müşayiət edən şəxsləri Əfqanıstana yerinə yetirilən sonrakı uçuşlara çatdırmaq məqsədilə, Heydər Əliyev Beynəlxalq Aeroportunda hərəkəti də daxil olmaqla, onları qəbul edəcək və tranzitinə yardım göstərəcək. Tranzitin müddəti 24 saatdan artıq olmayacaqdır.

3. Bu Memorandumun şərtləri daxilində geri qaytarılan Əfqanıstan vətəndaşları ya cədvəlləşdirilmiş hava xidmətləri vasitəsilə, ya da xüsusi olaraq bu məqsəd üçün ayrılmış çarter reysi ilə Bakıya gələcəklər.

4. RQX 7 (yeddi) gündən gec olmayaraq DSX-ya bu Memorandumun şərtləri daxilində Niderlanddan çıxarılacaq Əfqanıstan vətəndaşlarına dair - gəlib çatma cədvəli, ehtiyac duyulan tranzit müddəti, Niderland Krallığı tərəfindən müşayiətçilərin adları, habelə geri göndərilən şəxslərin mümkün davranışları da daxil olmaqla, əvvəlcədən müvafiq məlumat təqdim edəcəkdir.

5. Bu Memorandumun şərtləri daxilində Niderlanddan çıxarılacaq Əfqanıstan vətəndaşlarına müvafiq səyahət sənədi veriləcək. Bu ya Əfqan pasportu, ya da RQX tərəfindən verilmiş müvafiq səyahət sənədi, yəni, Əfqanıstan vətəndaşlarının Əfqanıstana qayıtmasını yüngülləşdirmək məqsədilə tərtib olunmuş Avropa İttifaqının sənədi olacaqdır.

6. Niderland Krallığının Sərhəd Mühafizə Xidmətinin nümayəndələri Niderlanddan çıxarılan Əfqanıstan vətəndaşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunda tranzit və rəsmiləşdirmə proseduru zamanı müşayiət edəcəklər. Niderland Krallığının Sərhəd Mühafizə Xidmətinin nümayəndələri Əfqanıstan vətəndaşlarının Kabil hava limanında qəbulu ilə bağlı bütün prosedurlar tam bitənədək Bakıda qalacaqlar.

7. Bu Memorandumun şərtləri daxilində çıxarılmış Əfqanıstan vətəndaşı Əfqanıstan hakimiyyət orqanları tərəfindən qəbul edilməzsə və onu Azərbaycan Respublikasının ərazisinə qaytararsa, RQX həmin şəxsin Niderlanda göndərilməsini öz öhdəsinə götürəcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda tranzit prosedurunun müddəti 48 saatdan artıq olmayacaqdır.

8. RQX hər bir qayıdan şəxsin bütün səyahət xərcini ödəyəcəkdir.

9. RQX Azərbaycan Respublikası tərəfindən bu Memorandumun şərtləri daxilində öhdəliklərin yerinə yetirilməsi zamanı çəkilmiş münasib inzibati xərcləri ödəyəcəkdir.

10. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Tərəflərdən hər biri digərini məlumatlandıraraq bu Anlaşma Memorandumuna xitam verə bilər. Bu halda digər Tərəfə sonuncu yazılı bildirişin göndərildiyi vaxtdan 90 gün sonra bu Anlaşma Memorandumu öz qüvvəsini itirir.

Bu Anlaşma Memorandumu Haaqa şəhərində 01 iyul 2009-cu il tarixində Azərbaycan və İngilis dillərində iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikasının

Dövlət Sərhəd Xidməti

adından

Niderland Krallığının Repatriasiya

 və Geri Qaytarma Xidməti

adından

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status