160.000.000
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təşkili və “Malın mənşəyi haqqında sertifikat” formasının təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli, 160 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Ticarət Nazirliyinin təsərrüfat hesablı mərkəzi sanitar-yeyinti laboratoriyası, keçmiş Taxıl Məhsulları Dövlət Şirkətinin taxıl məhsullarının keyfiyyətinə nəzarət üzrə mərkəzi istehsalat laboratoriyası, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olmuş emal sənayesi və kənd təsərrüfatı məhsullarının keyfiyyətinə dövlət nəzarəti müfəttişliyi ləğv edilsin.
2. Keçmiş "Azəryeyintisənaye" Dövlət Şirkətinin tərkibində olmuş Yeyinti Sənayesi Elmi-Tədqiqat İnstitutu yalnız elmi tədqiqat funksiyaları saxlanılmaqla Azərbaycan Respublikası Ticarət Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinə verilsin.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Mallarının Ekspertizası Mərkəzinin sərəncamında olan Səbail rayonu, Xaqani küçəsi, 36 ünvanındakı sahə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin balansına verilsin.
[2]
4. İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tabeliyində olan qurumlar vasitəsi ilə sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını, onların nəticələrini təsdiq edən bu qərara əlavə olunan formalar üzrə “Malın mənşə sertifikatları”nın verilməsi ilə bağlı tədbirlər görsün.
[3]
5. Malın mənşəyini əks etdirən "Malın mənşəyi haqqında sertifikat" forması "ST-1", "A" və "Ümumi forma" (1,2 və 3 nömrəli əlavələr) və bu formalar üçün nəzərdə tutulan "Malın mənşəyi haqqında serifikatın əlavə vərəqi" formaları (4,5 və 6 nömrəli əlavələr) təsdiq edilsin. [4]
6. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
[5]
sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını, onların nəticələrini təsdiq edən sənədlərin verilməsi ilə bağlı zəruri normativ hüquqi aktların təsdiq edilib dövlət qeydiyyatına alınmasını təmin etsin; [6]
Azərbaycan Respublikasının ticarət-iqtisadi əlaqələri olan dövlətlərə malın mənşə ölkəsini təsdiq edən sertifikatın, imzaların və möhürlərin nümunələrinin müəyyən olunmuş qaydada göndərilməsini təmin etsin;
öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tabeliyində olan qurumların fəaliyyətinin təmin olunması ilə bağlı digər məsələləri həll etsin.
[7]
7. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər, iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbələrinə tapşırılsın.
8. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Qərara əlavə olunan formalar üzrə "Malın mənşəyi haqqında sertifikat" 2001-ci il yanvarın 15-i tarixindən Azərbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən verilir.
[8]
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 5 dekabr 2000-ci il
№ 211
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 10 iyul tarixli 152 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
[9]
Malın mənşəyi haqqında sertifikat
(Forma CT-1)
1. Yükgöndərən/İxracatçı
(adı və ünvanı)
|
4. № ____
Malın mənşəyi
haqqında sertifikat
Forma CT-1
|
||||
2. Yükalan/İdxalatçı
(adı və ünvanı)
|
Verilmişdir
(ölkənin adı)
Təqdim etmək üçün
(ölkənin adı)
|
||||
3. Nəqliyyat vasitəsi və hərəkət marşrutu
(məlum olduğu dərəcədə)
|
5. Xidməti qeydlər üçün
|
||||
6. №
|
7. Yerlərin sayı və qablaşdırmanın növü
|
8. Malın təsviri
|
9. Mənşə meyarı
|
10. Malın miqdarı
|
11. Hesab-fakturanın nömrəsi və tarixi
|
|
|
|
|
|
|
12. Təsdiqetmə
Bununla təsdiq olunur ki, ərizəçinin bəyannaməsi həqiqətə uyğundur
...........................................................................
İmza Tarix Möhür
|
13. Ərizəçinin bəyannaməsi
Aşağıda imza edən bildirir ki, yuxarıda göstərilən məlumatlar həqiqətə uyğundur, bütün mallar
_____________________________________
(ölkənin adı)
istehsal olunmuş və ya kifayət qədər emal edilmişdir və onlar bu mallar üçün müəyyən edilmiş mənşə tələblərinə cavab verir
...........................................................................
İmza Tarix Möhür
|
УТВЕРЖДЕНО
Постановлением Кабинета Министров
Азербайджанской Республики
от 10 июля 2012 года №152
Приложение № 1
Сертификат о происхождении товара
(Форма СТ-1)
1. Грузоотправитель/Экспортер
(наименование и адрес)
2. Грузополучатель/Импортер
(наименование и адрес)
3. Средства транспорта и маршрут следования (насколько это известно)
|
4. № ____
Сертификат о происхождении товара
Форма СТ-1
|
||||
Выдан в ______________________________
(наименование страны)
Для предоставления в ________________
(наименование страны)
5. Для служебных отметок
|
|||||
6. №
|
7. Количество мест и вид упаковки
|
8. Описание товара
|
9. Критерий происхождения
|
10. Количество товара
|
11. Номер и дата счета-фактуры
|
|
|
|
|
|
|
12. Удостоверение
Настоящим удостоверяется, что декларация заявителя соответствует действительности
...........................................................................
Подпись Дата Печать
|
13. Декларация заявителя
Нижеподписавшийся заявляет, что вышеприведенные сведения соответствуют действительности: что все товары полностью произведены или подвергнуты достаточной переработке в ______________________________________
(наименование страны)
и что они отвечают требованиям происхождения, установленным в отношении таких товаров
...........................................................................
Подпись Дата Печать
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 10 iyul tarixli 152 nömrəli qərarı ilə
təsdiq edilmişdir
4 nömrəli əlavə
Malın mənşəyi haqqında sertifikatın (Forma CT-1) əlavə vərəqi
_________ nömrəli sertifikatın əlavə vərəqi
6.
№
|
7. Yerlərin sayı və qablaşdırmanın növü
|
8. Malın təsviri
|
9. Mənşə meyarı
|
10. Malın miqdarı
|
11. Hesab-fakturanın nömrəsi və tarixi
|
|
|
|
|
|
|
12. Təsdiqetmə
Bununla təsdiq olunur ki, ərizəçinin bəyannaməsi həqiqətə uyğundur
...........................................................................
İmza Tarix Möhür
|
13. Ərizəçinin bəyannaməsi
Aşağıda imza edən bildirir ki, yuxarıda göstərilən məlumatlar həqiqətə uyğundur, bütün mallar
____________________________________
(ölkənin adı)
istehsal olunmuş və ya kifayət qədər emal edilmişdir və onlar bu mallar üçün müəyyən edilmiş mənşə tələblərinə cavab verir
..........................................................................
İmza Tarix Möhür
|
УТВЕРЖДЕНО
постановлением Кабинета министров
Азербайджанской Республики
от 10 июля 2012 года №152
Приложение № 4
Дополнительный лист сертификата о происхождении товара Форма СТ-1
Дополнительный лист сертификата № _______
6.
№
|
7. Количество мест и вид упаковки
|
8. Описание товара
|
9. Критерий происхождения
|
10. Количество товара
|
11. Номер и дата счета-фактуры
|
|
|
|
|
|
|
12. Удостоверение
Настоящим удостоверяется, что декларация заявителя соответствует действительности
...........................................................................
Подпись Дата Печать
|
13. Декларация заявителя
Нижеподписавшийся заявляет, что вышеприведенные сведения соответствуют действительности: что все товары полностью произведены или подвергнуты достаточной переработке в ______________________________________
(наименование страны)
и что они отвечают требованиям происхождения, установленным в отношении таких товаров
..........................................................................
Подпись Дата Печать
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
07 avqust 2003-cü il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 456)
2.
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320)
3.
5 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 852)
4.
10 iyul 2012-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 778)
5.
5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736)
6.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320) ilə adı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının Ticarət Nazirliyi nəzdində İstehlak Mallarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təşkili və "Malın mənşəyi haqqında sertifikat" formasının təsdiqi haqqında
5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736) ilə adında, 3-cü (ikinci halda), 4-cü və 6-cı (bütün hallarda) hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə adından, 3-cü (ikinci halda), 4-cü və 6-cı (hər iki halda) hissələrindən “və Sənaye” sözləri çıxarılmışdır.
[2]
5 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 852) ilə adında, 3-cü, 4-cü bəndlərində və 6-cı bəndinin dördüncü abzasında ismin müvafiq hallarında "İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti" sözləri ismin müvafiq hallarında "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" sözləri ilə əvəz edilmişdir.
[3]
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320) ilə 3-cü və 4-cü bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Azərbaycan Respublikası Ticarət Nazirliyinin mərkəzi sanitar-yeyinti laboratoriyasının İzmir küçəsi 5-də yerləşdiyi sahə və onun əmlakı, Dövlət Əmlakı Nazirliyinin sərəncamında olan Səbail rayonu, Xaqani küçəsi, 36 ünvanındakı sahə İstehlak Mallarının Ekspertizası Mərkəzinin sərəncamına verilsin.
4. İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzi öz fəaliyyətini kommersiya prinsipləri və sifarişçilərin müraciətləri əsasında-istehsal, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan istehlak mallarının keyfiyyətinin, kəmiyyətinin, mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaları və onların nəticələrini təsdiq edən sənədlərin verilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirsin.
[4]
07 avqust 2003-cü il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 456) ilə 5-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5. Malın mənşəyini əks etdirən "Malın mənşəyi haqqında sertifikat" forması "CT-1" və "A" təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
[5]
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320) ilə 6-cı bəndinin birinci abzasda “Ticarət Nazirliyi” sözləri “İqtisadi İnkişaf Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[6]
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320) ilə 6-cı bəndinin ikinci abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən zəruri olduqda və bu müvafiq müqavilələrdə (sazişlərdə), normativ-hüquqi aktlarda və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilərində (sazişlərində) nəzərdə tutulduqda, malın mənşəyi haqqında sertifikat verilməsi qaydaları barədə təlimat işləyib hazırlasın və təsdiq edilsin;
[7]
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320) ilə 6-cı bəndinin dördüncü abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
öz səlahiyyətləri daxilində İstehlak Mallarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin olunması üçün bu qərardan irəli gələn digər məsələləri həll etsin.
[8]
25 fevral 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 320) ilə 7-ci bəndi və 8-ci bəndinin ikinci cümləsi çıxarılmışdır.
[9]
10 iyul 2012-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 778) ilə 1 və 4 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 7 avqust tarixli
100 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
Malın mənşəyi haqqında sertifikat
Forma ST-1
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 7 avqust tarixli
100 nömrəli qərarı ilə
təsdiq edilmişdir
4 nömrəli əlavə
Malın mənşəyi haqqında sertifikatın əlavə vərəqi
Forma ST-1
_____________ nömrəli sertifikatın əlavə vərəqi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|