390.000.000
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
[1]
Komissiyanın sədri
[2]
Əli Əhmədov - Azərbaycan Respublikası Baş Nazirinin müavini
[3]
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının daxili işlər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
[4]
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri
[5]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
2. "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 iyun tarixli 139 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 346; 2001-ci il № 7, maddə 459; 2002-ci il, № 5, maddə 259; 2003-cü il, № 10, maddə 546; 2004-cü il, № 7, maddə 533; 2006-cı il, № 7, maddə 588, № 9, maddə 743; 2007-ci il, № 9, maddə 871) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2009-cu il
№ 429
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 dekabr 2011-ci il tarixli 1879 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1161)
2.
24 iyun 2013-cü il tarixli 2965 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 703)
3.
13 sentyabr 2013-cü il tarixli 3137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1088)
4.
15 aprel 2014-cü il tarixli 389 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 404)
5.
11 iyul 2014-cü il tarixli 637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 iyul 2014-cü il, № 147; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 864)
6.
20 aprel 2016-cı il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 738)
7.
27 aprel 2016-cı il tarixli 1994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 750)
8.
29 yanvar 2018-ci il tarixli 3598 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2018-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 99)
9.
2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 sentyabr 2019-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1487)
10.
11 mart 2020-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 304)
11.
8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 dekabr 2011-ci il tarixli 1879 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1161) ilə 1-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
11 iyul 2014-cü il tarixli 637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 iyul 2014-cü il, № 147; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 864) ilə 1-ci hissəsində “Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini” sözləri “Kərim Vəliyev - Azərbaycan Respublikası müdafiə nazirinin müavini” sözləri ilə, “İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri “Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru” sözləri ilə əvəz edilmişdir.
29 yanvar 2018-ci il tarixli 3598 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2018-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 99) ilə 1-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri” sözləri ilə, “Elman Gərayzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri” sözləri “Qulu İmanquliyev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri” sözləri ilə, “Vaqif Eyvazov” sözləri “Cavanşir Alxasov” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “Kimya Elmləri” sözlərindən əvvəl “vitse-prezidenti,” sözləri əlavə edilmişdir.
20 aprel 2016-cı il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 738) ilə 1-ci hissəsində “Hadı Rəcəbli - Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsinin sədri” sözləri “Hadı Rəcəbli - Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri” sözləri ilə əvəz edilmişdir.
27 aprel 2016-cı il tarixli 1994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 750) ilə “Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri çıxarılmışdır.
13 sentyabr 2013-cü il tarixli 3137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1088) ilə 1-ci hissəsində “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.
15 aprel 2014-cü il tarixli 389 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 404) ilə 1-ci hissəsində “Aslan Aslanov — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” sözləri “İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.
27 aprel 2016-cı il tarixli 1994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 750) ilə “Sədaqət Qəhrəmanova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini” sözlərindən sonra yeni məzmunda yeni abzas əlavə edilmişdir.
24 iyun 2013-cü il tarixli 2965 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 703) ilə “Asif Cəbrayılov - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini” sözlərindən sonra abzas əlavə edilmişdir.
27 aprel 2016-cı il tarixli 1994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 750) ilə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.
24 iyun 2013-cü il tarixli 2965 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 703) ilə “Arif Həşimov - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti” sözləri “İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri ilə əvəz edilmişdir.
[2]
2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 sentyabr 2019-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1487) ilə 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[3]
11 mart 2020-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 304) ilə 1-ci hissəsinin “Azərbaycan Respublikası Baş nazirinin müavini” sözləri “Əli Əhmədov - Azərbaycan Respublikası Baş Nazirinin müavini” sözləri ilə, “Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri” sözləri ilə və “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.
[4]
11 mart 2020-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 304) ilə 1-ci hissəsinin “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini” abzasından sonra yeni məzmunda abzas əlavə edilmişdir.
[5]
8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 1-ci hissədə “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilmişdir.