AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.05.2002
QEYDİYYAT NÖMRƏSİ
84
ADI
Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 321)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.05.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli, 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 24 may 2002-ci il

   № 84

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 24 may tarixli, 84 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Haqqı ödənilən ictimai işlərin təşkili

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması ilə bağlı məsələləri tənzimləyir. [1]

1.2. Haqqı ödənilən ictimai işlər (bundan sonra – ictimai işlər) – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. [2]

1.3. İctimai işlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (bundan sonra - şəhər, rayon məşğulluq mərkəzlərində) işaxtaran və ya işsiz kimi qeydiyyatda olan vətəndaşların yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədi ilə təşkil edilir. [3]

 

2. İctimai işlərin təşkili

 

2.1. Bu Qaydaların 1.1-ci bəndində göstərilən işsiz və işaxtaran şəxslərin (bundan sonra işsiz və işaxtaran) müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bundan sonra yerli qurumlar) və DOST mərkəzləri (bundan sonra mərkəzlər) tərəfindən təşkil edilir. [4]

2.2. İşsizlərin və işaxtaranların müvəqqəti işlə təmin olunmasına kömək göstərilməsi məqsədi ilə əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozu əsasında şəhər, rayon yerli qurumlar və mərkəzlər ictimai işlərin görülməsi üçün sosial əhəmiyyətli sahələr, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq konkret müəssisə, idarə və təşkilatlar (bundan sonra - müəssisələr) haqqında təkliflər hazırlayır və məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrində müzakirə edildikdən sonra ərazi məşğulluq proqramına daxil edilir. [5]

Ərazi məşğulluq proqramı yerli icra hakimiyyəti orqanları tərəfindən hər il üçün təsdiq edilir.

2.3. İctimai işlər ərazi məşğulluq proqramında nəzərdə tutulan müəssisə və şəhər, rayon yerli qurumlar və ya mərkəzlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. [6]

Müqavilədə ictimai işlərə göndəriləcək işsiz və işaxtaran şəxslərin sayı, görüləcək işin yeri, adı, həcmi, yerinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və şəhər, rayon yerli qurum və ya mərkəz arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir. [7]

Ərazi məşğulluq proqramında nəzərdə tutulmayan müəssisələrdə ictimai işlər yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının qərarı ilə təşkil edilə bilər.

2.4. İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:

şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;

yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri; [8]

yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;

kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;

təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;

qocalara, əlilliyi olan şəxslərə qulluq; [9]

digər sosial əhəmiyyətli işlər.

2.5. İşsiz və işaxtaran şəxslərin ictimai işlərə göndərilməsi onların razılığı əsasında qüvvədə olan əmək qanunvericiliyi normalarına və bu Qaydalara əməl edilməklə şəhər, rayon yerli qurumlar və mərkəzlər tərəfindən həyata keçirilir və bu zaman təklif olunan iş növləri və fəaliyyət sahəsinə uyğun olaraq onların peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraiti nəzərə alınmalıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, işsiz və işaxtaran şəxsin ictimai işlərdə iştirakdan imtina etməsi onun münasib işdən imtina etməsi kimi sayıla bilməz. [10]

2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və şəhər, rayon yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. [11]

2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz və işaxtaran şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz və işaxtaran şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. [12]

Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik, habelə işsizlik müavinəti almaq hüququ ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir. [13]

2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz və işaxtaran şəxs daimi iş yeri ilə təmin olunmadıqda şəhər, rayon yerli qurumlar və mərkəzlər işsiz və işaxtaran şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər. [14]

2.9. Məşğulluq haqqında qanunvericiliyə, əməyin ödənilməsi, mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına işçilərin əməyindən səmərəli istifadəyə görə məsuliyyəti ictimai işlərin yerinə yetirilməsi üçün müddətli əmək müqavilələri bağlayan müəssisələr daşıyır.

2.10. İctimai işlərdə məşğul olan işçinin işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır. İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir. Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.

2.11. İctimai işlərdə çalışan işçilərə iş vaxtının müddəti qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq təyin edilir.

 

3. İctimai işlərin maliyyələşdirilməsi

 

3.1. İctimai işlər bu işləri gördürən müəssisələrin vəsaiti hesabına və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti, habelə qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir. [15]

3.2. Şəhər rayon məşğulluq mərkəzlərinə müvafiq dotasiyaların məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müəyyən edilir. [16]

3.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti, habelə qanunla qadağan edilməyən digər mənbələr hesabına ictimai işlərin maliyyələşdirilməsi şəhər, rayon yerli qurum tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir: [17]

görüləcək işlərin xüsusiyyəti, iş rejimi, əməyin ödənilməsi forması və işçi qüvvəsinə olan tələbat haqqında müəssisənin şəhər, rayon yerli qurum və ya mərkəzi müraciət məktubu;

şəhər, rayon yerli qurum və ya mərkəz və müəssisə arasında bağlanmış müqavilə;

ictimai işə cəlb edilən işsiz və işaxtaran şəxslərin şəhər, rayon yerli qurumlar və müəssisə tərəfindən təsdiq edilmiş siyahısı. [18]

3.4. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bu zaman işçilər tərəfindən vəzifə funksiyalarının yerinə yetirilməsi seçilmiş əməyin ödənilməsi sistemindən asılı olaraq, müvafiq sənədlə təsdiq olunur. [19]

3.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə uyğun olaraq, yerli özünüidarəetmə orqanları öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil edə bilərlər. [20]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 24 may tarixli, 84 nömrəli qərarı ilə

təsdiq edilmiş

“Haqqı ödənilən ictimai işlərin

təşkili Qaydaları”na

ƏLAVƏ [21]

 

Təsdiq edirəm:

Dövlət Məşğulluq Xidmətinin rəisi

__________________________

(soyadı, adı, atasının adı)

"___"_________200__ci il

 

Ərazi məşğulluq proqramına uyğun ___________________________rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq

 

ARAYIŞ

 

Obyektlərin adlı siyahısı

Görülmüş işlərin adlı siyahısı

İşin həcmi (müvafiq ölçü vahidi ilə)

Ümumi işin tərkibində əmək haqqı xərci (manatla)

Məşğulluq mərkəzləri tərəfindən ödənilməli olan vəsaitin məbləği (manatla) [22]

Ümumi işin həcmində dotasiyanın ödənilən hissəsi [23]

məbləğ
(manatla)

Faiz

1

2

3

4

5

6

7

8

 

Məşğulluq mərkəzinin rəhbəri

____________________________

(soyadı, adı, atasının adı)

 

M. Y.

 

İctimai işlərə cəlb edən işəgötürən

_________________________

(soyadı, adı, atasının adı)

 

M. Y.

 

 

İşlər müdiri A. HACIYEV

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

2.       17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157)

3.       10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 449)

4.       28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550)

5.       15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164)

6.       7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513)

7.       14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530)

8.       9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319)

9.       25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)

10.    5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282)

11.    20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.1-ci bəndində “Qanununa” sözü “Qanununun 21.5-ci maddəsinə” sözləri ilə əvəz edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nın 1.1-ci bəndində və haqqı ödənilən ictimai işlərin təşkili qaydalarını müəyyən edir sözləri və həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması ilə bağlı məsələləri tənzimləyir sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.2. Haqqı ödənilən ictimai işlər (bundan sonra - ictimai işlər) işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb edilməyən müvəqqəti əmək fəaliyyətidir.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndində “işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək” sözləri “müvəqqəti məşğulluğun təmin edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 449) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.3-cü bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 1.3-cü bəndində “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilmişdir.

14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.3-cü bəndi ləğv edilmişdir.

 

[4] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. İctimai işlər yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları tərəfindən şəhər, rayon məşğulluq mərkəzlərinin təklifi və iştirakı ilə təşkil olunur.

9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.1-ci bəndində “(bundan sonra – məşğulluq mərkəzləri)” sözləri “və “DOST” mərkəzləri (bundan sonra - mərkəzlər)” sözləri ilə əvəz edilmişdir.

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.1-ci bəndinə “işsiz” sözündən sonra “, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bundan sonra – yerli qurumlar)” sözləri ilə əvəz edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bundan sonra – yerli qurumlar) və “DOST” mərkəzləri (bundan sonra - mərkəzlər) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir.

 

[5] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.2-ci bəndinin birinci abzasında “İşaxtaranların” sözü “İşsizlərin” sözü ilə, “mülkiyyət və təsərrüfat” sözləri “mülkiyyət növündən və təşkilati-hüquqi” sözləri ilə əvəz edilmişdir, “şəhər, rayon” sözləri çıxarılmışdır və “yerli” sözündən əvvəl “məşğulluğa kömək göstərən” sözləri əlavə edilmişdir.

9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.2-ci bəndinin birinci abzasında, 2.5-ci bəndinin birinci cümləsində və 2.8-ci bəndində ismin müvafiq hallarında “məşğulluq mərkəzləri” sözləri ismin müvafiq hallarında “mərkəzlər” sözü ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.2-ci bəndin birinci abzasına, 2.5-ci bəndin birinci cümləsinə və 2.8-ci bəndə “mərkəzlər” sözündən əvvəl “yerli qurumlar və” sözləri əlavə edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nın 2.2-ci bəndin birinci abzasına İşsizlərin sözündən sonra “və işaxtaranların sözləri əlavə edilmişdir.

 

[6] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 22.3-cü bəndinin birinci abzasdan “şəhər, rayon” sözləri çıxarılmışdır, ikinci abzasda “işaxtaran vətəndaşların” sözləri “işsiz şəxslərin” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılmışdır.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 2.3-cü bəndin birinci abzasına “mərkəzlər” sözündən əvvəl “yerli qurumlar və ya” sözləri əlavə edilmişdir.

 

[7] 9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.3-cü bəndinin birinci abzasında “məşğulluq mərkəzləri” sözləri “mərkəzlər” sözü ilə, ikinci abzasında “məşğulluq mərkəzi” sözləri “mərkəz” sözü ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 2.3-cü bəndin ikinci abzasına “mərkəz” sözündən əvvəl “yerli qurum və ya” sözləri əlavə edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nın 2.3-cü bəndin ikinci abzasına, 2.7-ci bəndin birinci abzasının birinci və ikinci cümlələrinə, 2.8-ci bəndə (hər iki halda) və 3.3-cü bəndin dördüncü abzasına işsiz sözündən sonra və işaxtaran sözləri əlavə edilmişdir.

 

[8] 15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.4-cü bəndinin üçüncü abzasında “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.4-cü bəndinin üçüncü abzasında “qocalar və əlillər üçün internat evləri” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[9] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2.4-cü bəndinin yeddinci abzasında “və əlillərə” sözləri “ , əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri ilə əvəz edilmişdir.

 

7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.4-cü bəndinin yeddinci abzasında “əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.5-ci bəndinin birinci cümləsində “İşaxtaran vətəndaşların” sözləri “İşsiz şəxslərin” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılmışdır, ikinci cümlədə “Vətəndaşın” sözü “İşsiz şəxsin” sözləri ilə əvəz edilmişdir.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.5-ci bəndin ikinci cümləsində “İşsiz” sözü “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, işsiz” sözləri ilə əvəz edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nın 2.5-ci bəndin birinci və ikinci cümlələrinə İşsizişsiz sözlərindən sonra və işaxtaran sözləri əlavə edilmişdir.

 

[11] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinin ikinci cümləsindən “şəhər, rayon” sözləri çıxarılmışdır.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinin ikinci cümləsində “məşğulluq mərkəzinin” sözləri “yerli qurumun və ya mərkəzin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 2.7-ci bəndinin birinci hissənin ikinci cümləsində “işsizlik müavinəti (təqaüd)” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilmişdir.

14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.7-ci bəndinin birinci cümləsində “İctimai işlərə cəlb olunan vətəndaşlarla” sözləri “İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “arasında” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq” sözləri əlavə edilmişdir, ikinci cümlədə “Şəhər, rayon məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınmış, lakin işsizlikdən sığorta ödənişi almayan işsiz vətəndaşlar” sözləri “İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[13] 28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 2.7-ci bəndinin ikinci hissəyə “Əmək qanunvericiliyi” sözlərindən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilmişdir və həmin hissədən “, habelə işsizlik müavinəti almaq hüququ” sözləri çıxarılmışdır.

 

[14] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.8-ci bəndində “vətəndaş” sözü “işsiz şəxs” sözləri ilə, “vətəndaşı” sözü “işsiz şəxsi” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “şəhər, rayon” sözləri çıxarılmışdır.

 

[15] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.1-ci və 3.3-cü bəndlərində “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət büdcəsinin” sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 3.1-ci bəndində “dövlət büdcəsinin vəsaitinin cəlb edilməsi” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr” sözləri ilə əvəz edilmişdir.

 

14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.1-ci bəndində “21-ci maddəsində göstərilən mənbələr” sözləri “19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti” sözləri ilə əvəz edilmişdir.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.1-ci və 3.3-cü bəndlərinə “sığorta vəsaiti” sözlərindən sonra “, habelə qanunla qadağan edilməyən digər mənbələr” sözləri əlavə edilmişdir.

 

[16] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 449) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.2-ci bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 3.2-ci bəndi ləğv edilmişdir.

 

[17] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 449) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.3-cü bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda 3.3-cü bəndində “İctimai işlərin görülməsi üçün dövlət büdcəsinin vəsaitinin cəlb edildiyi hallarda” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr hesabına” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.3-cü bəndin birinci abzasında “məşğulluq mərkəzi” sözləri “yerli qurum” sözləri ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[18] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.3-cü bəndin birinci abzasında “21-ci maddəsində göstərilən mənbələr” sözləri “19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılmışdır, ikinci və üçüncü abzaslardan “şəhər, rayon” sözləri çıxarılmışdır, dördüncü abzasda “vətəndaşların” sözü “işsiz şəxslərin” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılmışdır.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.3-cü bəndin ikinci və üçüncü abzaslarında ismin müvafiq hallarında “məşğulluq mərkəzi” sözləri ismin müvafiq hallarında “yerli qurum və ya mərkəz” sözləri ilə əvəz edilmişdir, dördüncü abzasda “məşğulluq mərkəzləri” sözləri “yerli qurumlar” sözləri ilə əvəz edilmişdir.

 

[19] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.4-cü bəndində “vətəndaşların” sözü “işsiz şəxslərin” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “şəhər, rayon” sözləri çıxarılmışdır.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 3.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.4. Müəssisələr ictimai işlərə cəlb edilmiş işsiz şəxslərin faktiki gördükləri işlər haqqında bu Qaydalara əlavə edilmiş formada arayış təqdim etdikdən sonra şəhər, rayon məşğulluq mərkəzləri müvafiq vəsaiti müəssisənin hesabına köçürürlər.

 

[20] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”na yeni məzmunda 3.5-ci bənd əlavə edilmişdir.

 

[21] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 449) ilə həmin qərarla təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”na əlavədə “Baş Məşğulluq İdarəsinin” sözləri “Dövlət Məşğulluq Xidmətinin” sözləri ilə, “mərkəzinin direktoru” sözləri “mərkəzinin rəhbəri” sözləri ilə əvəz edilmişdir.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”na əlavə ləğv edilmişdir.

 

[22] 14 mart 2019-cu il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 530) ilə Qaydalara əlavə – “Ərazi məşğulluq proqramına uyğun ______rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq arayış”da hər iki halda “Şəhər (rayon) məşğulluq” sözləri “Məşğulluq” sözü ilə əvəz edilmişdir.

 

[23] 28 dekabr 2017-ci il tarixli 605 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2550) ilə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda əlavə - “Ərazi məşğulluq proqramına uyğun ______rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq arayış”ın cədvəlində “Ümumi işin həcmində dotasiyanın ödənilən hissəsi” sütunu ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status