390.000.000
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 iyun tarixli, 139 nömrəli Fərmanı ilə təsdiq edilmiş Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxil edilsinlər:
Fikrət Məmmədov
|
- Azərbaycan Respublikasının ədliyyə naziri
|
Zakir Qaralov
|
- Azərbaycan Respublikasının Baş prokuroru
|
Əvəz Ələkbərov
|
- Azərbaycan Respublikasının maliyyə naziri
|
Mahmud Kərimov
|
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
|
Hacıbala Abutalıbov
|
- Bakı şəhəri İcra Hakimiyyətinin başçısı
|
Hüseynqulu Bağırov
|
- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
|
2. Südabə Həsənova, Eldar Həsənov, Fikrət Yusifov, Rafael Allahverdiyev, Musa Məmmədov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibindən çıxarılsınlar.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2002-ci il
№ 692