220.000.000
Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında" 2006-cı il iyunun 24-də Astana şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2008-ci il
№ 750-IIIQ
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası,
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlannın qeyri-qanuni istehsalı, dövriyyəsi, sui-istifadəsinə nəzarət sahəsində qarşılıqlı anlaşma, əməkdaşlıq haqqında 1996-cı il 4 may tarixli Memorandumun tərəfləri olaraq,
xalqların həyat və sağlamlığını, həmçinin dövlətlərin təhlükəsizlik və digər əsas maraqlarını narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsindən və onlarla bağlı cinayətlərin (bundan sonra - narkotiklərin qeyri-qanuni dövriyyəsi) ciddi nəticələrindən qorumağın zəruriliyini dərk edərək,
narkotiklərin qeyri-qanuni dövriyyəsinin və onlardan sui-istifadə ilə bağlı problemlərin kəskinləşməsindən ciddi narahat olaraq,
beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını və Tərəflərin qanunvericiliyini rəhbər tutaraq,
dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət və bir-birlərinin daxili işlərinə qarışmama prinsipi əsasında,
narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinin və onların prekursorları üzərində nəzarətin vacibliyini qəbul edərək,
1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyanın, 1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyaya düzəlişlər haqqında 1972-ci il tarixli Protokolun, 1971-ci il tarixli Psixotrop maddələr haqqında Konvensiyanın və Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiyasının, Birləşmiş Millətlər Təşkilatının digər müvafiq qətnamə və sənədlərinin məqsədlərindən çıxış edərək, aşağıdakılar barədə razılığa gəldilər:
1. Ümumi müddəalar
Maddə 1
Bu Sazişin məqsədləri üçün:
MARİƏM - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (bundan sonra - Mərkəz);
göndərən dövlət - öz nümayəndəsini Mərkəzdə işləmək üçün göndərən Tərəf;
yerləşmə dövləti - ərazisində Mərkəzin yerləşdiyi Tərəf;
səlahiyyətli orqanlar - Tərəflərin, funksiyalarına narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin həyata keçirilməsi daxil olan səlahiyyətli orqanları;
səlahiyyətli beynəlxalq təşkilat - funksiyalarına narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar məsələlərin daxil olduğu beynəlxalq təşkilat;
Şura - Tərəflərin milli əlaqələndiricilərinin Şurası;
Mərkəzin rəhbərliyi - direktor, direktorun müavini / müavinləri;
vəzifəli şəxs - Tərəfin Mərkəzə işləmək üçün göndərdiyi və müvafiq ştatlı vəzifəyə təyin olunmuş səlahiyyətli orqanın nümayəndəsi;
maliyyə nəzarətçisi - Mərkəzin bütün maliyyə əməliyyatlarına nəzarəti həyata keçirən vəzifəli şəxsi;
işçi - Mərkəzin inzibati və texniki fəaliyyətini həyata keçirən ştatlı əməkdaşı;
Mərkəzin heyəti - Mərkəzin vəzifəli şəxsləri və işçiləri;
səlahiyyətli nümayəndə (əlaqələndirici şəxs) - səlahiyyətli orqanın kadrları olan, Tərəflərin səlahiyyətli orqanları ilə Mərkəz arasında əlaqənin yaradılması üçün Mərkəzə göndərilən Tərəfin səlahiyyətli orqanının nümayəndəsi;
ailə üzvləri - həyat yoldaşı, yetkinlik yaşına çatmamış uşaqlar və vəzifəli şəxslərin və səlahiyyətli nümayəndələrin himayəsi altında olan və onlarla birlikdə daimi yaşayan şəxslər;
Tərəflərin nümayəndələri - Tərəflərin Mərkəz tərəfindən təşkil edilən iclas və tədbirlərə göndərdiyi nümayəndə heyətlərinin rəhbərləri, onların müavinləri, nümayəndələr, məsləhətçilər, texniki ekspertlər və nümayəndə heyətlərinin katibləri;
milli əlaqələndirici orqan - Mərkəzlə Tərəflərin milli səlahiyyətli və digər dövlət orqanlarının qarşılıqlı əlaqələrinin və məlumat mübadiləsinin əlaqələndirilməsi məqsədilə Tərəfin təyin etdiyi orqan;
istifadəsi məhdud olan məlumat - məxfi və konfidensial məlumat;
məxfi informasiya - istənilən formada ifadə edilən, Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq qorunan, bu Sazişin həyata keçirilməsi üçün ötürülən (alınan), həmçinin Tərəflərin əməkdaşlığı prosesində yaranmış, icazəsiz yayılması nəticəsində Tərəflərin təhlükəsizliyinə, yaxud maraqlarına ziyan gətirə bilən məlumat;
konfidensial məlumat - Tərəflərin qanunvericiliyinə uyğun olaraq istifadəsi məhdud olan məlumat;
operativ məlumat - narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində operativ-axtarış xarakterli məlumatlar;
digər məlumat - narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində sorğu, analitik, statistik və digər xarakterli məlumatlar;
məlumat mübadiləsi - Tərəflərin, Mərkəz və üçüncü tərəflərin məlumat alması və təqdim etməsi;
MARİƏM MMB - MARİƏM-in Mərkəzləşdirilmiş Məlumat Bankı;
müşahidəçi - Mərkəzin nəzdində müşahidəçi statusu olan, bu Sazişin tərəfi olmayan dövlət, səlahiyyətli beynəlxalq təşkilat;
üçüncü tərəf - bu Sazişin tərəfi olmayan, Mərkəzdə müşahidəçi statusuna malik olmayan dövlət, səlahiyyətli beynəlxalq təşkilat;
Mərkəzin binası - mülkiyyət hüququnun forma və mənsubiyyətindən asılı olmayaraq, Mərkəzin məqsədləri üçün istifadə olunan bina və yaxud onun hissələri, həmin bina və bina hissələrinə xidmət edən torpaq sahəsi.
Maddə 2
1. Bununla Tərəflər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzini təsis edirlər. Mərkəz Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşir.
2. Mərkəzin (şəhərdə, dövlətdə) yerləşmə şərtləri yerləşmə dövlətinin hökuməti və Mərkəz arasında ayrıca sazişlə müəyyən olunur.
Maddə 3
1. Mərkəz narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə razılaşdırılmış birgə beynəlxalq əməliyyatların təşkilinə, həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım edən, daimi fəaliyyət göstərən dövlətlərarası regional məlumat və əlaqələndirmə orqanıdır. Mərkəz həmçinin narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı transsərhəd cinayətkarlıq haqqında məlumatların toplanması, saxlanılması, qorunması, təhlili və mübadiləsini təmin edir.
2. Mərkəz öz fəaliyyətində bu Sazişin müddəalarını və Tərəflərin qərarlarını rəhbər tutur.
3. Mərkəzin məqsəd və vəzifələri bu Sazişin ayrılmaz hissəsi hesab olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi haqqında Əsasnamə (bundan sonra - MARİƏM haqqında Əsasnamə) ilə müəyyən olunur.
Maddə 4
Mərkəz hüquqi şəxs statusuna malikdir və bu Sazişin və yerləşmə dövlətinin qanunvericiliyinə əsasən, Mərkəzin imtiyaz və immunitetlərinə xələl gətirmədən hüquqlardan istifadə edir və öhdəliklər daşıyır.
Maddə 5
1. Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi donor dövlətlərin vəsaitləri, beynəlxalq təşkilatların yardımı və Tərəflərin ianələri hesabına həyata keçirilir.
2. Mərkəzin büdcəsinin icrası qaydası, büdcə və maliyyə auditi üzrə hesabatlar MARİƏM haqqında Əsasnamə ilə müəyyən olunur.
2. Məlumat mübadiləsi və razılaşdırılmış birgə beynəlxalq əməliyyatların təşkili
Maddə 6
1. Məlumat mübadiləsi Tərəflərin milli qanunvericiliyinə müvafiq olaraq məlumatların qorunması tələblərinə riayət etməklə aşağıdakılar arasında həyata keçirilir:
a) səlahiyyətli nümayəndələr vasitəsilə Tərəflər;
b) Tərəflər və Mərkəz;
c) Mərkəz və Müşahidəçilər;
d) Mərkəz və üçüncü tərəflər;
2. Tərəf Mərkəzə göndərilən məlumatdan istifadə dərəcəsini, o cümlədən bu məlumatın digər Tərəflərə, müşahidəçilərə və üçüncü tərəflərə verilmə qaydasını sərbəst müəyyən edir.
3. Məlumatı təqdim edən Tərəf məlumatın dəqiqliyi, mənbənin etibarlılığı baxımından təsnifatı və düzgünlük dərəcəsinə görə məsuliyyət daşıyır.
4. Məlumatdan istifadə dərəcəsində dəyişikliyi məlumatı verən Tərəf həyata keçirir. Mövcud operativ və digər məlumatın emalı və təhlili nəticəsində əldə olunmuş analitik, sorğu və statistik materialların ötürülməsi bunların hazırlanması prosesində məlumatı istifadə olunan Tərəfin razılığı ilə həyata keçirilir.
5. Məlumatların mübadiləsi çərçivəsində Mərkəz aşağıdakıları həyata keçirir:
daxil olmuş məlumatın toplanması, emalı, sistemləşdirilməsi, saxlanılması və qorunması;
sorğu, analitik, statistik materialların hazırlanması;
daxil olmuş sorğular üzrə məlumatın təqdim edilməsi.
6. Məlumatın təqdim edilməsi haqqında sorğu, məlumatın özü kimi texniki və digər əlaqə vasitələrindən istifadə etməklə mühafizə olunan kanallarla göndərilir.
7. Məlumatın mübadiləsi zamanı və ya MARİƏM MMB-dən alınmış məlumatdan istifadə edənlər mühafizə, emal rejimi və bu məlumatdan istifadə qaydalarını pozmağa görə milli qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. Mərkəzin Mərkəzləşdirilmiş Məlumat Bankının yaradılması və fəaliyyət qaydası MARİƏM haqqında Əsasnamə ilə tənzimlənir.
9. Məxfi məlumatın mübadiləsi, eləcə də həmin məlumatın sonradan mühafizəsi və onunla işləmə qaydası ayrıca sazişlə müəyyənləşdirilir.
Maddə 7
1. Razılaşdırılmış birgə beynəlxalq əməliyyatların, əməliyyat-axtarış tədbirlərinin, o cümlədən nəzarətli göndərişlərin təşkili, həyata keçirilməsi və əlaqələndirilməsi sahəsində Mərkəzin fəaliyyəti çərçivəsində Tərəflərin səlahiyyətli orqanlarının əməkdaşlığı yardım göstərilməsi barədə maraqlı Tərəflərin sorğuları əsasında həyata keçirilir.
2. Yardım göstərilməsi barədə sorğu yazılı və ya elektron formada göndərilir.
3. Təxirə salınması mümkün olmayan hallarda 3 sutka ərzində yazılı və ya elektron formada təsdiq edilməli olan şifahi sorğu qəbul edilə bilər.
4. Məlumatların ötürülməsində texniki vasitələrdən istifadə zamanı, həmçinin orijinal sorğunun həqiqiliyinə və məzmununa şübhə yarandıqda, sorğu edilən Tərəf sorğu edən Tərəfdən yazılı və ya elektron formada təsdiq tələb edə bilər.
5. Yardım göstərilməsi haqqında sorğunun tərkibinə aşağıdakılar daxildir:
a) sorğu edən Tərəfin adı;
b) sorğu edilən Tərəfin adı;
c) sorğunun mahiyyəti və əsaslandırılmasının qısa şərhi;
d) sorğunun yerinə yetirilməsi üçün vacib olan digər məlumatlar.
6. Sorğu edilən Tərəf sorğunun tez və mümkün qədər tam yerinə yetirilməsini təmin etmək üçün bütün lazımi tədbirləri görür. Sorğu qəbul olunduğu tarixdən sonra 30 gün ərzində icra edilir. Təcili hallarda sorğu 10 gün ərzində icra edilir. Təxirə salınması mümkün olmayan hallarda isə sorğu təxirə salınmadan icra edilir.
7. Qanunvericiliyə zidd olmadıqda sorğu edilən Tərəf öz ərazisində sorğu edən Tərəfin nümayəndələrinin sorğunun icra edilməsində iştirakına icazə verə bilər.
8. Sorğunun icra edilməsi mümkün olmayan hallarda, yaxud sorğu rədd edildikdə, sorğu edilən Tərəf bu barədə sorğu edən Tərəfə təxirə salınmadan yazılı şəkildə bildiriş və sorğunun icra edilməsinə mane olan səbəblər haqqında məlumat verir.
9. Sorğu edilən Tərəf sorğunun icra edilməsinin suverenliyə, təhlükəsizliyə, dövlətin digər maraqlarına xələl gətirdiyini və ya qanunvericiliyinə zidd olduğunu hesab edərsə, sorğunun yerinə yetirilməsini tam və ya qismən rədd edə bilər.
10. Sorğu edilən Tərəf sorğunun təxirə salınmadan yerinə yetirilməsinin onun ərazisində həyata keçirilən cinayət təqibinə, yaxud digər icraata mane olduğunu hesab edərsə, o, sorğunun yerinə yetirilməsini təxirə sala bilər, yaxud sorğu edən Tərəflə məsləhətləşmələr əsasında bu sorğunu müəyyən edilən zəruri şərtlərə müvafiq olaraq icra edə bilər. Sorğu edən Tərəf təklif olunan şərtlər əsasında yardımı qəbul edərsə, onda həmin şərtlərə riayət etməlidir.
11. Tərəflər məlumatların, eyni zamanda narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə dair Tərəflər arasında mübadilənin predmeti olan sənədlərin və materialların məzmununun mühafizəsini və məxfiliyini təmin edir.
12. Sorğu edən Tərəf alınan məlumatdan yalnız sorğuda göstərilən məqsədlər üçün istifadə edir.
13. Məlumatı verən Tərəfin ilkin yazılı razılığı olmadan məlumat, o cümlədən sənəd və materiallar heç kimə verilə bilməz.
14. Sorğunun yerinə yetirilməsi zamanı məxfiliyin saxlanması mümkün olmadıqda, sorğu edilən Tərəf bu barədə sorğu edən Tərəfə məlumat verir, ikinci də öz növbəsində sorğunun bu şərtlər əsasında icrası barədə qərar qəbul edir.
15. Tərəflər öz ərazilərində aparılan sorğunun xərclərini özləri ödəyirlər.
16. Əgər Tərəflər yazılı şəkildə başqa cür razılığa gəlməzlərsə, Tərəflər öz nümayəndələrinin səfərləri, qəbul edən Tərəfin ərazisində yaşamaları ilə əlaqədar bütün xərcləri özləri ödəyirlər.
3. Mərkəzin fəaliyyətinin təşkili
Maddə 8
1. Hər bir Tərəf Mərkəzlə qarşılıqlı fəaliyyəti həyata keçirən milli əlaqələndirici orqanını və səlahiyyətli orqanlarının siyahısını müəyyən edir, bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların həyata keçirilməsindən sonra 30 gün ərzində bu barədə depozitariyə yazılı şəkildə məlumat verir.
2. Tərəflərdən birinin səlahiyyətli orqanlarının siyahısında dəyişiklik baş verərsə, o, bu barədə depozitariyə yazılı şəkildə məlumat verir.
3. Tərəflər milli əlaqələndirici orqanlarının öz vəzifələrini, xüsusilə müvafiq məlumatların istifadəsi məqsədilə tapşırıqlarını yerinə yetirməsinə imkan yaradan şərtlərin təmin olunması üçün bütün lazımi tədbirləri görürlər.
Maddə 9
1. Tərəflər Mərkəzin fəaliyyətinə nəzarəti Şura vasitəsilə həyata keçirirlər.
2. Şuranın tərkibinə hər bir dövlətin səlahiyyətli əlaqələndirici orqanının rəhbəri və Mərkəzin direktoru daxildir.
3. Şura Mərkəzin fəaliyyətinin strateji istiqamətlərini müəyyən edir.
4. Şuranın funksiyalarına aşağıdakılar aiddir:
Mərkəzin fəaliyyətinin əsas istiqamətlərinin təyini və çoxtərəfli antinarkotik əməliyyatların aparılması zamanı meydana çıxan məsələlərin həllinə yardım göstərilməsi;
Mərkəzin rəhbəri vəzifəsinə namizədliklərin müzakirə edilməsi, razılaşdırılması və onun təsdiq olunması üçün dövlət rəhbərlərinə təqdim edilməsi;
Mərkəzin strukturunun və ştat cədvəlinin təsdiqi;
Mərkəzin fəaliyyətinə nəzarət;
Mərkəzin qarşısında duran məqsəd və tapşırıqlara nail olmaq üçün lazımi resursların müəyyən edilməsi;
büdcənin tərtibi, təsdiqi və yerinə yetirilməsinə nəzarət;
Mərkəzin fəaliyyəti haqqında maliyyə və auditor hesabatının tədqiqi;
informasiyaların və məlumatlar bazasının mühafizə səviyyəsinin vəziyyətinə müntəzəm baxış;
Tərəflərin səlahiyyətli orqanları ilə Mərkəz arasında mübahisəli məsələlərə baxılması;
Mərkəzin fəaliyyətini tənzimləyən normativ hüquq aktlarından irəli gələn digər funksiyalar;
5. Şuranın iclasları zərurət olduqda və ildə iki dəfədən az olmayaraq, razılığa əsasən, Tərəflərdən birinin ərazisində keçirilir.
6. Şuranın iclasında, bir qayda olaraq, iclasın keçirildiyi dövlətin nümayəndəsi sədrlik edir.
7. Şuranın iclaslarında qərarlar konsensus əsasında qəbul edilir. Əgər müşavirədə Şura üzvlərindən ən azı 3/4-ü iştirak edərsə, qərar qəbul olunmuş hesab edilir.
Maddə 10
1. Vəzifəli şəxslərin iş üçün Mərkəzə göndərilmə qaydası göndərən dövlətin qanunvericiliyi ilə müəyyən olunur.
2. Mərkəzin heyətinin iş müddəti, şərtləri və qaydaları, həmçinin tutulan vəzifələrə və yerinə yetirilən öhdəliklərə müvafiq olan ixtisaslaşma tələbləri MARİƏM haqqında Əsasnamə ilə müəyyən olunur.
3. Mərkəz heyətinin pul təminatı Mərkəzin büdcəsi ilə təmin olunur.
Maddə 11
1. Səlahiyyətli nümayəndələr (əlaqələndirici şəxslər) heyətində olduqları səlahiyyətli orqanın təqdimatı əsasında Mərkəzə müvəqqəti olaraq ezam edilir və bu müəssisələrin heyətində qalırlar.
2. Səlahiyyətli nümayəndələrin Mərkəzdə qalma müddəti göndərən dövlətin qanunvericiliyi əsasında müəyyən olunur.
3. Səlahiyyətli nümayəndələr Mərkəzin ştatına daxil deyil.
4. Səlahiyyətli nümayəndələrin vəzifə və funksiyaları MARİƏM haqqında Əsasnamə ilə müəyyən olunur.
Maddə 12
1. Bu Sazişin Tərəfi olmayan dövlətə, səlahiyyətli beynəlxalq təşkilata müəyyən olunmuş qaydada müşahidəçi statusu verilə bilər.
2. Müşahidəçi statusunun verilmə şərtləri, müşahidəçilərin vəzifə və funksiyaları MARİƏM haqqında Əsasnamə ilə müəyyən olunur.
4. İmtiyaz və immunitetlər
Maddə 13
1. Mərkəzin vəzifəli şəxsləri beynəlxalq qulluqçular hesab edilirlər.
2. Xidməti vəzifələrini yerinə yetirdikləri zaman onlar heç bir Tərəfdən, yaxud hökumətdən, təşkilat və ya fərdi şəxsdən göstəriş sorğu edə və ala bilməzlər.
3. Hər bir Tərəf Mərkəzin vəzifəli şəxslərinin beynəlxalq xarakterli funksiyalarına qeyd-şərtsiz hörmət etməli və xidməti vəzifələrini yerinə yetirdikləri zaman onlara təsir etməməlidir.
Maddə 14
1. Mərkəzin vəzifəli şəxsləri Tərəflərin ərazisində:
1) aşağıdakılar istisna olmaqla, dedikləri və ya yazdıqlarına, vəzifəli şəxs qismində bütün fəaliyyətlərinə görə cinayət, mülki və inzibati məsuliyyət daşımırlar:
başqa şəxslərin ixtiyarına keçmiş istifadəsi məhdud olan məlumatların yayılması faktları;
Mərkəzə və ya vəzifəli şəxsə məxsus olan, yaxud onun tərəfindən idarə olunan nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisəsi ilə əlaqədar ziyanın ödənilməsi ilə bağlı iddialar;
vəzifəli şəxsin hərəkəti nəticəsində ölüm və bədən xəsarəti ilə bağlı ziyanın ödənilməsi iddiaları;
2) Mərkəz tərəfindən ödənilən əməkhaqqından və digər mükafatlardan tutulan vergilərdən azad olunurlar;
3) dövlət mükəlləfiyyətindən azad olunurlar;
4) ailə üzvləri ilə birlikdə əcnəbi qismində immiqrasiya məhdudiyyətindən və qeydiyyatdan azad olunurlar;
5) valyuta əməliyyatları sahəsində Tərəflərin ərazisində diplomatik agentlər üçün müəyyən olunan imtiyazlardan istifadə edirlər;
6) beynəlxalq böhranlar zamanı ailə üzvləri ilə birlikdə diplomatik agentlərin malik olduğu repatriasiya imtiyazlarından istifadə edirlər;
7) vəzifənin tutulduğu ilk mərhələdə və müqavilənin bitməsi ilə əlaqədar yerləşmə dövlətindən gedişi zamanı dövlətin normativ hüquqi aktlarına əsasən, xüsusi xidmət növlərinə (xidmətlərə) görə ödənişlər istisna olmaqla, şəxsi istifadə üçün nəzərdə tutulan avtonəqliyyat vasitəsi də daxil olmaqla əmlakı gömrük rüsumları, vergilər və yığımlardan azad şəkildə gətirmək/çıxarmaq hüququna malikdirlər.
2. Bu Maddənin 1-ci bəndinin 2-ci yarımbəndindəki müddəa Mərkəzin işçilərinə şamil olunur.
Maddə 15
1. Təyinat yerinə gedərkən Mərkəzin vəzifəli şəxsləri və onların ailə üzvləri yerləşmə dövlətinin ərazisinə daxil olduqları və ya həmin dövlətin ərazisində olduqda öz vəzifələrini yerinə yetirməyə başladıqları andan bu Sazişdə göstərilən imtiyaz və immunitetlərdən istifadə edirlər.
2. Yerləşmə dövlətinin vətəndaşı olmayan vəzifəli şəxsin funksiyaları bitdiyi zaman onun imtiyaz və immunitetləri, həmçinin onun ailə üzvlərinin immunitet və imtiyazları ölkəni tərk etdiyi vaxtdan, yaxud 30 gün ərzində başa çatır. Əgər ailə üzvləri artıq ailə üzvləri olmurlarsa, onlar malik olduqları immunitet və imtiyazları itirirlər, lakin onlar yerləşmə dövlətini 30 gün ərzində tərk edəcəklərsə, onların immunitet və imtiyazları gedəcəkləri günə qədər saxlanılır.
3. Vəzifəli şəxs vəfat etdiyi halda onun ailə üzvləri yerləşmə dövlətini tərk edənə qədər və ya 30 gün ərzində imtiyaz və immunitetlərdən istifadə edirlər.
Maddə 16
Mərkəzin vəzifəli şəxsləri üçün vizaların rəsmilləşdirilməsi vəzifəni tutmaq barədə dəvət məktubu və ezamiyyət əmri olduqda sürətli qaydada və ödənişsiz keçirilir.
Maddə 17
1. Tərəflərin nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən, o cümlədən Mərkəzin iştirakçısı olan dövlətlərdə təşkil etdiyi tədbirlərə gedərkən və qayıdarkən aşağıdakı imtiyaz və immunitetlər verilir:
şəxsi həbs və ya tutulmaya, şəxsi yükə həbsin qoyulmasına, o cümlədən dediklərinə və ya yazdıqlarına görə cinayət, mülki və inzibati məsuliyyətdən azad olunmaya, həmçinin nümayəndə qismində bütün fəaliyyətlərinə görə immunitet;
bütün kağız və sənədlərin toxunulmazlığı;
şifrələrdən istifadə etmək, kuryerlər və valizlər vasitəsilə sənədlərin və yazışmaların alınması və göndərilməsi hüququ;
özlərinin və həyat yoldaşlarının öz xidməti vəzifələrinə görə ərazisində müvəqqəti olduqları və ya ərazisindən keçdikləri ölkədə əcnəbilərin immiqrasiyası, qeydiyyatı, yaxud dövlət mükəlləfiyyəti məhdudiyyətindən azad olunması;
müvəqqəti xidməti ezamiyyətdə olan xarici hökumət nümayəndələrinə pul və valyuta mübadiləsində verilən eyni imtiyazlar;
diplomatik nümayəndələrə şəxsi yüklərə görə verilən eyni imtiyaz və immunitetlər;
diplomatik nümayəndələrin malların idxalına (onların şəxsi yükünün hissəsi sayılmayan) görə gömrük rüsumlarından və ya aksiz, yaxud satış üçün yığımlardan azad olunmaya tələb hüququ istisna olmaqla, istifadə etdiyi digər immunitet və imtiyazlar.
2. Xidməti vəzifələrini müstəqil yerinə yetirmələri və söz azadlığının təminatı üçün istifadəsi məhdud olan məlumatın yayılması istisna olmaqla, Tərəflərin nümayəndələri dediklərinə və ya yazdıqlarına, xidməti vəzifələri zamanı yerinə yetirdikləri bütün fəaliyyətlərə görə cinayət məsuliyyətindən, mülki və inzibati məsuliyyətdən azad edilirlər. Qeyd edilən müddəalar müvafiq şəxslər Tərəfləri təmsil etməkdən azad olunduqdan sonra da qüvvədə qalır.
3. Hər hansı bir vergi növünün qoyulması Tərəflərin nümayəndələrinin öz xidməti vəzifələrini yerinə yetirmək üçün hər hansı bir iştirakçı dövlətdə qaldıqları müddətdən asılı olduğu halda, bu yaşama müddətinə aid olunmur.
4. Bu maddənin 17.1-ci bəndinin ikinci, üçüncü və dördüncü abzaslarının müddəaları nümayəndə ilə, onun vətəndaşı olduğu və ya nümayəndəsi olduğu, yaxud olmuş dövlətin hakimiyyət orqanları arasındakı qarşılıqlı əlaqələrə tətbiq edilmir.
Maddə 18
1. Səlahiyyətli nümayəndələr və onların ailə üzvləri yerləşmə dövlətində diplomatik agentlər üçün nəzərdə tutulmuş həcmdə imtiyaz və immunitetlərdən istifadə edirlər.
2. Müşahidəçilərin nümayəndələri üçün nəzərdə tutulan imtiyaz və immunitetlərin həcmi yerləşmə dövlətinin hökuməti ilə Mərkəz arasında onların qalma şərtləri haqqında sazişlə müəyyən olunur.
Maddə 19
1. Bu Sazişdə göstərilmiş imtiyaz və immunitetlərdən başqa, Tərəflərin qərarı ilə, beynəlxalq hüquqa əsasən diplomatik agentlər və onların ailə üzvləri üçün nəzərdə tutulan imtiyaz və immunitetlər Mərkəzin vəzifəli şəxslərinə, səlahiyyətli nümayəndələrinə və müşahidəçilərin nümayəndələrinə, o cümlədən onlarla birgə yaşayan ailə üzvlərinə verilə bilər.
2. İmtiyaz və immunitetlər vəzifəli şəxslərə, səlahiyyətli nümayəndələrə, Tərəflərin nümayəndələrinə və müşahidəçilərin nümayəndələrinə şəxsi mənfəətə görə deyil, onların Mərkəzin marağında olan rəsmi funksiyaları səmərəli, müstəqil yerinə yetirmələri üçün verilir.
3. Mərkəzin vəzifəli şəxsləri, səlahiyyətli nümayəndələri şəxsi və digər şəxslərin mənfəəti marağında olan kommersiya və istənilən digər fəaliyyətlə məşğul olmaq hüququna malik deyildirlər.
4. Bu Sazişə əsasən imtiyaz və immunitetlərdən istifadə edən bütün şəxslər öz imtiyaz və immunitetlərinə xələl gətirmədən Tərəflərin qanunvericiliyinə hörmət etməyə və onların daxili məsələlərinə qarışmamağa borcludurlar.
Maddə 20
1. Mərkəzin heyəti və səlahiyyətli nümayəndələr Tərəfin ərazisində öz rəsmi vəzifələrini icra etmək üçün lazımi dərəcədə və Tərəflərin giriş qadağan olunan və ya dövlət təhlükəsizliyi baxımından tənzimlənən zonalar haqqında qanunvericiliyinə zidd deyilsə, hərəkət azadlığından istifadə edirlər.
2. Mərkəzin heyəti və səlahiyyətli nümayəndələr Tərəflərin ərazisində Tərəflərin hakimiyyət orqanları tərəfindən tanınan statuslarını təsdiqləyən xidməti vəsiqələrdən istifadə edirlər.
3. Gəldiyi ölkənin ərazisində olduğu müddət ərzində və geri qayıdarkən vəzifəli şəxslər və səlahiyyətli nümayəndələr, o cümlədən onların ailə üzvləri pul təminatı, yaşayış yerinin sifarişi, tibbi xidmət, rütbə, xidmət müddəti və Mərkəzə təyinatından əvvəl tutduğu vəzifədən aşağı olmayan vəzifə ilə təmin edilmə daxil olmaqla, göndərən dövlətin qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş imtiyaz, təminat və kompensasiyalardan istifadə edirlər.
4. Mərkəzin heyətinin və səlahiyyətli nümayəndələrin pensiya təminatı Tərəflərin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
5. Mərkəzin heyətinin və səlahiyyətli nümayəndələrinin iş müddəti, o cümlədən onların həyat yoldaşlarının (bu ölkənin vətəndaşları olmayanlar) yerləşmə dövlətinin ərazisində olduqları müddət Tərəflərin qanunvericiliyinə müvafiq olaraq onların əmək stajına əlavə edilir.
Maddə 21
1. Mərkəzin mülkiyyət və aktivləri iştirakçı dövlətlərin məhkəmə və inzibati müdaxiləsinin istənilən formasına qarşı immunitetdən istifadə edirlər.
2. Mərkəzin binaları, nəqliyyat vasitələri, arxiv və sənədləri, o cümlədən yerləşdiyi yerdən asılı olmayaraq xidməti yazışmalar axtarışa, rekvizisiyaya və müsadirəyə, Mərkəzin fəaliyyətinə maneə yaradacaq istənilən digər növ müdaxiləyə məruz qala bilməzlər.
3. Mərkəzin binaları və nəqliyyat vasitələri Tərəflərin qanunlarına müvafiq olaraq təqib edilən və Tərəflərə, yaxud da üçüncü tərəfə verilməli olan şəxs üçün sığınacaq ola bilməz.
4. Mərkəzin binalarının və nəqliyyat vasitələrinin toxunulmazlığı onlardan Mərkəzin vəzifə və funksiyalarına uyğun olmayan və ya Tərəflərin təhlükəsizliyinə, fiziki və hüquqi şəxslərin maraqlarına zidd olan məqsədlər üçün istifadə etməyə hüquq vermir.
5. Mərkəz məlumat mühafizəsini təmin etmək üçün şifrələrdən, əlaqənin kuryer və digər növlərindən istifadə edə bilər. Mərkəzin kuryerlər və valizlər vasitəsilə məktub almaq və göndərmək hüququ var, bu kuryerlər və valizlər diplomatik kuryer və valizlərlə eyni imtiyaz və immunitetlərə malikdir.
6. Kuryer onun statusunu və xidməti yazışmanı təşkil edən yerlərin sayını göstərən rəsmi sənədlə təmin edilməlidir.
7. Xidməti yazışmanı təşkil edən bütün yerlərin üzərində onların xarakterini göstərən zahiri nişanlar olmalıdır və bu yerlərdə yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş xidməti sənədlər və əşyalar daşma bilər.
Maddə 22
1. Mərkəz, onun aktivləri və digər əmlakı yerləşmə dövlətinin ərazisində tutulan birbaşa vergi və yığımlardan, əlavə dəyər vergisindən (o cümlədən yerləşmə dövlətinin qanun və qaydalarına müvafiq olaraq qaytarma), eləcə də müəyyən xidmət növləri üçün ödəniş istisna olmaqla, Mərkəz üçün ayrılmış binaların icarə haqqından azad olunur.
2. Mərkəz, onun üçün ayrılmış binaların icarə haqqı da daxil olmaqla, yerləşmə dövlətinin ərazisində alınan bütün birbaşa vergilərdən, yığımlardan, rüsumlardan və digər ödənişlərdən azaddır.
3. Mərkəzin rəsmi istifadəsi üçün nəzərdə tutulan əmlak və əşyalar daşınma, saxlanma, müvafiq gömrük orqanlarının gömrük qeydiyyatı üçün ayrılmış yerlərdən və iş vaxtından əlavə gömrük qeydiyyatı, o cümlədən gömrük qeydiyyatı xidməti və beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan digər xidmətlərə görə alınan haqlar istisna olmaqla, Tərəfin ərazisində gömrük rüsumlarının ödənilməsindən, vergilərdən və bununla əlaqədar yığım və ödənişlərdən azad olunur.
5. Yekun müddəalar
Maddə 23
1. Mərkəzin bayrağı, emblemi və digər rəmzləri mövcuddur. Mərkəz öz bayrağını, emblemini və digər rəmzlərini yerləşdiyi binalar üzərində və istifadə etdiyi nəqliyyat vasitələrində yerləşdirə bilər.
2. Tərəflər Mərkəzin rəsmi sənədlərini, möhürünü, ştampım və rəmzlərini tanıyırlar.
Maddə 24
Mərkəzin rəsmi və işçi dili rus dilidir.
Maddə 25
Bu Saziş Tərəflərin bu Sazişin predmeti olan məsələlərlə əlaqədar və onun məqsəd və vəzifələrinə zidd olmayan digər beynəlxalq sazişlər bağlamaq hüququnu məhdudlaşdırmır. Bu Saziş Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 26
Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı yaranan məsələlər maraqlı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 27
Bu Sazişin depozitarisi Mərkəzin yerləşdiyi dövlətdir. Depozitari bu Sazişin imzalanmasından sonra 15 gün ərzində onun təsdiq olunmuş nüsxələrini digər Tərəflərə göndərir.
Maddə 28
1. Bu Saziş ratifikasiya edilir və dördüncü təsdiqnamənin depozitariyə saxlanca verilməsindən 30 gün sonra qüvvəyə minir.
2. Tərəflərin razılığı ilə bu Sazişin mətninə protokollarla rəsmiləşdirilən və Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirməsi haqqında dördüncü yazılı bildirişin depozitariyə saxlanca verilməsindən sonra qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
3. Bu Saziş digər dövlətlərin qoşulması üçün açıqdır. Tərəflər Sazişə qoşulma haqqında qərarı konsensus əsasında qəbul edirlər.
4. Bu Saziş, ona qoşulan dövlətə münasibətdə depozitarinin qoşulma haqqında sənədi almasından 30 gün sonra qüvvəyə minir.
5. İstənilən Tərəf güman edilən çıxış tarixindən ən azı üç ay əvvəl depozitariyə bu barədə yazılı bildiriş göndərməklə bu Sazişdən çıxa bilər. Depozitari çıxma haqqında yazılı bildirişin alınmasından sonra 15 gün ərzində bu niyyət barədə digər Tərəflərə məlumat verir.
2006-cı il 24 iyun tarixində Astana şəhərində rus dilində bir əsl nüsxədə imzalanmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə
Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə
Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası,
Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya
Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və
Özbəkistan Respublikası arasında Saziş layihəsinə
ƏLAVƏ
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (bundan sonra - Mərkəz) vəzifə və funksiyalarını, onların icra olunma qaydalarının, Tərəflər vasitəsilə Mərkəzə işləməyə göndərilən şəxslərin vəzifəyə təyinatını və vəzifədən geri çağırılmasını müəyyən edir.
1. Vəzifə və funksiyalar
1. Mərkəzin vəzifə və funksiyaları aşağıdakılardır:
narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə iştirakçı dövlətlərin səylərinin regional səviyyədə əlaqələndirilməsi;
iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması;
iştirakçı dövlətlərin səlahiyyətli orqanları arasında narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqəli beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə yardım göstərilməsi;
razılaşdırılmış birgə əməliyyatların və əməliyyat-axtarış tədbirlərinin, həmçinin nəzarətli göndərişlərin təşkil olunması və həyata keçirilməsinə yardım göstərilməsi;
narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməliyyat-axtarış və soraq məlumatlarının toplanması, mühafizəsi, təhlili və mübadiləsinin təşkili;
məlumat sistemlərinin, həmçinin Tərəflərin səlahiyyətli orqanlarının məlumat bazasının unifikasiyası üzrə tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi;
məlumatın sistemli şəkildə toplanması prosedurunun işlənib hazırlanması, Mərkəzin məlumat bankının təşkil edilməsi və artırılması;
məlumat mübadiləsinin standartlaşmış forma və sisteminin tətbiqi;
operativ məlumatların yeni təhlil proqramlarının tətbiq edilməsi;
narkotiklərlə bağlı vəziyyətin təhlili və müvafiq tövsiyələrin tərtib edilməsi;
Tərəflərin səlahiyyətli orqanlarına həmçinin ərazisi narkotiklərin qeyri-qanuni istehsalı və nəql olunması üçün istifadə olunan digər dövlətlərin xahişi ilə ərazilərində narkotiklərə qarşı proqramın tətbiq olunmasında yardım göstərilməsi;
narkotiklərin dövriyyəsinə nəzarət sahəsində iştirakçı dövlətlərin normativ hüquqi bazasının harmonizasiyasına yardım göstərilməsi;
narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə metodlarının təkmilləşdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirməsi məsələləri üzrə konfransların, treyninqlərin, seminarların keçirilməsi.
2. Heyət
2. Mərkəzə, Şuranın təqdimatına əsasən, iştirakçı dövlətlərin rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.
3. Mərkəzin fəaliyyətinin ilk iki ilində direktor vəzifəsinə Mərkəzin yerləşmə dövlətinin nümayəndəsi təyin olunur. Növbəti dəfə direktor vəzifəsinə rotasiya əsasında dövlətlərin adlarının rus əlifbası ilə sıralanması qaydasında iştirakçı dövlətlərin nümayəndələri ikiillik müddətə təyin olunurlar.
4. Direktor öz xahişi ilə, yaxud iştirakçı dövlətlərdən birinin əsaslandırılmış təqdimatı ilə tutduğu vəzifədən vaxtından əvvəl azad edilə bilər.
5. Vəzifəyə təyin və vəzifədən azad olunmanın analoji qaydası (17-ci bənddən başqa) direktorun müavininə/müavinlərinə də aid edilir, bununla bərabər direktor və direktorun müavini/müavinləri bir dövlətin vətəndaşları ola bilməzlər.
Mərkəzin direktoru:
Mərkəzə ümumi rəhbərlik edir və həvalə olunmuş tapşırıqların yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
Mərkəzin strukturunu və ştat cədvəlini təsdiqləmək üçün Şuraya təqdim edir;
direktorun müavininin/müavinlərinin, digər vəzifəli şəxslərin, həmçinin Mərkəzin işçilərinin funksiyalarını, hüquq və vəzifələrini müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir, mükafatlandırma və intizam tənbehi tədbirləri tətbiq edir;
əmrlər, o cümlədən Mərkəzin işçilərinin vəzifəyə təyini və vəzifədən azad olunmasına dair əmrlər verir;
Tərəflərin dövlət hakimiyyəti orqanları, idarələri və digər dövlətlərlə, həmçinin beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərdə Mərkəzi təmsil edir;
6. Mərkəzin büdcə vəsaitlərini idarə edir, hər il xərcləri əsaslandırmaq üçün Şura qarşısında hesabat verir.
7. Direktor Mərkəzin adından müqavilələr bağlamaq, Mərkəzin fəaliyyəti üçün lazım olan daşınar və daşınmaz əmlakı icarəyə götürmək və/və ya almaq, onu idarə etmək, bank hesabları açmaq və onları idarə etmək, məhkəmədə iddiaçı və cavabdeh olmaq, donor ölkələrin maliyyə və digər resurslarını, beynəlxalq maliyyə institutlarını və beynəlxalq təşkilatları cəlb etmək imkanını öyrənmək hüququna malikdir.
8. Mərkəzin işçiləri işə müsabiqə yolu ilə müqavilə əsasında qəbul olunurlar.
9. Mərkəzin vəzifəli şəxsləri aşağıdakı hüquqlara malik deyildirlər:
şəxsi və ya başqa şəxslərin mənfəətinə xidmət edən ticarət, yaxud digər fəaliyyətlə (elmi, yaradıcılıq və pedaqoji fəaliyyətdən başqa) məşğul olmaq;
beynəlxalq qulluqçuların statusuna uyğun gəlməyən fəaliyyətlə məşğul olmaq, xüsusilə siyasi partiyalar və birliklərin marağı üçün xidməti mövqeyindən istifadə etmək;
fiziki və hüquqi şəxslərdən, həmçinin ictimai təşkilatlardan öz xidməti vəzifələrini icra etməməsi və/və yaxud lazımi tərzdə icra etməməsi ilə bağlı mükafat (hədiyyələr, pul, borc, əyləncə, istirahət haqqı və digər mükafatlar) almaq;
dövlət hakimiyyətinin qanunverici orqanının, yaxud yerli idarəetmə orqanının deputatı olmaq;
Mərkəzin maddi-texniki, maliyyə və məlumat təminatı vasitələrindən, həmçinin digər əmlakından qeyri-xidməti məqsədlərlə istifadə etmək.
10. Mərkəzin heyəti və səlahiyyətli nümayəndələr Mərkəzə zərər vuracaq hərəkətlərə, yaxud yazılı və ya şifahi ictimai mülahizələrə yol verməməlidirlər.
11. Heyətin pul təminatı Mərkəzin büdcəsi vasitəsilə təmin olunur.
12. Mərkəzin heyətinə hər il Mərkəzdəki işin hər ayına iki sutka yarım hesabı ilə ödənişli məzuniyyət verilir.
13. Vəzifəli şəxslə müqavilə bağlandığı və dayandırıldığı zaman bütün təşkilati-maliyyə məsələlərini Mərkəz həll edir.
14. Vəzifəli şəxslə müqavilənin dayandırılmasına əsaslar aşağıdakılardır:
müqavilənin müddətinin bitməsi;
vəzifəli şəxsin özünün təşəbbüsü;
Mərkəzin ləğv olunması, yenidən təşkil olunması, yaxud onun ştatının ixtisar edilməsi;
vəzifəli şəxsin öz vəzifələrini icra etməməsi, yaxud lazımi tərzdə icra etməməsi;
vəzifəli şəxsin göndərən dövlət tərəfindən geri çağırılması;
Tərəflərin iradəsindən asılı olmayan hallarda öz vəzifələrini icra etmə imkanın olmaması.
15. Mərkəzin heyətinə müəyyən olunmuş nümunə üzrə vəsiqə verilir.
3. Heyətin seçimi, göndərilməsi və geri çağırılması qaydası
16. Vəzifəli şəxslər işə Tərəflərin təqdimatı ilə, müqavilə əsasında, müsabiqə yolu ilə iki il müddətinə qəbul olunurlar. Müqavilə göndərən dövlətlə razılaşma ilə direktor tərəfindən uzadıla bilər.
17. Mərkəzdə vakant vəzifələrə namizəd seçimi Tərəflərin səlahiyyətli orqanlarının nümayəndələrinin sayma və Tərəflərin mövcud milli qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Namizədlərin seçimi Tərəflər üçün bərabər nümayəndəlik prinsipi əsasında həyata keçirilir. Seçilmiş namizədlər göndərən dövlətin səlahiyyətli orqanları tərəfindən yoxlanılmalıdır və həmin namizədlər məxfi sənəd və materiallarla işləmək üçün lazımi buraxılışa malik olmalıdırlar.
18. Namizədlər aşağıdakı əsas tələblərə cavab verməlidirlər:
Tərəflərdən birinin vətəndaşı olmalı;
konkret vəzifəyə təyin olunmuş şəxslərə təqdim edilmiş tələblərə müvafiq xüsusi hazırlığa (ixtisasa) malik olmalı;
Tərəflərin səlahiyyətli orqanlarında praktik iş təcrübəsinə malik olmalı;
rəsmi dili sərbəst bilməli;
işin təşkil olunmasında müasir texniki vasitələrlə, ilk növbədə kompyuter sistemi, həmçinin əlaqə sistemləri ilə iş təcrübəsinə malik olmalı;
ali təhsilli olmalıdır.
19. Namizədlər aşağıdakı ixtisas tələblərinə uyğun olmalıdırlar:
1) Mərkəzin direktoru - göndərən dövlətin səlahiyyətli orqanlarının Mərkəzi aparatında 15 ildən az olmayaraq peşəkar iş təcrübəsinə, o cümlədən 10 ildən az olmayaraq Mərkəzin səlahiyyətinə aid olan məsələlərin həlli ilə bağlı rəhbər vəzifədə peşəkar iş təcrübəsinə malik olmalı;
2) direktorun müavini - göndərən dövlətin səlahiyyətli orqanlarının Mərkəzi aparatında 12 ildən az olmayaraq peşəkar iş təcrübəsinə, o cümlədən 8 ildən az olmayaraq Mərkəzin səlahiyyətinə aid olan məsələlərin həlli ilə bağlı rəhbər vəzifədə peşəkar iş təcrübəsinə malik olmalı;
3) məsləhətçi - göndərən dövlətin səlahiyyətli orqanlarının mərkəzi aparatında 10 ildən az olmayaraq peşəkar iş təcrübəsinə malik olmalı;
4) baş mütəxəssis - göndərən dövlətin səlahiyyətli orqanlarının mərkəzi aparatında 8 ildən az olmayaraq peşəkar iş təcrübəsinə malik olmalı;
5) mütəxəssis - göndərən dövlətin səlahiyyətli orqanlarının Mərkəzi aparatında 5 ildən az olmayaraq peşəkar iş təcrübəsinə malik olmalıdır.
20. Mərkəzin texniki heyəti vəzifələrinə namizədlər aşağıdakı ixtisas tələblərinə uyğun olmalıdırlar:
1) tərcüməçi funksiyasını icra edən heyət - ali təhsilə, 3 ildən az olmayaraq fasiləsiz tərcüməçi işi təcrübəsinə malik olmalı, ingilis və rus dillərini, həmçinin mümkün olduqda, yerləşmə dövlətinin dilini bilməlidir;
2) mühasibat funksiyasını icra edən heyət - ali iqtisadi təhsilə, 5 ildən az olmayaraq dövlət strukturlarında və beynəlxalq təşkilatlarda baş mühasib kimi fasiləsiz iş təcrübəsinə malik olmalı;
uçot üçün məlumatların kompyuterlə işlənmə bazasından istifadə edə bilməli və onu təkmilləşdirməyi bacarmalı;
rus və ingilis dillərini bilməli, beynəlxalq təşkilatlarla birgə işləmək biliyinə/təcrübəsinə malik olmalıdır;
3) təsərrüfat funksiyasını icra edən heyət:
ali, yaxud xüsusi mühəndis-texniki təhsilə malik olmalı;
3 ildən az olmayaraq ixtisası üzrə iş təcrübəsinə malik olmalı;
kommunal xidmət sistemlərinin istismarı və təmiri sahəsində iş təcrübəsinə malik olmalı və ofis avadanlıqlarının müxtəlif növlərindən istifadə etməyi bacarmalı;
qüvvədə olan sürücülük vəsiqəsinə və sürücülük təcrübəsinə malik olmalıdır;
4) dəftərxana və arxiv işlərinə cavabdeh olan heyət:
ali, yaxud orta ixtisas təhsilinə malik olmalı;
kargüzarlıq, o cümlədən məxfi kargüzarlıq işini bilməli. 5 ildən az olmayaraq sənədlərlə və arxivlə iş təcrübəsinə malik olmalı; kompyuter sistemi ilə işləməyi bacarmalı; rus dilini, mümkün olduqda, ingilis dilini bilməlidir;
5) katibə-makinaçı funksiyasını icra edən heyət:
5 ildən az olmayaraq iş təcrübəsinə malik olmalı;
kompyuter sistemi və avtomatlaşdırmanın ofis avadanlığı ilə işləmək bacarığına malik olmalı;
rus dilini, mümkün olduqda, ingilis dilini bilməlidir.
4. Səlahiyyətli nümayəndə
21. Səlahiyyətli nümayəndələr Mərkəzə Tərəflərin kadrlarının tərkibində olduqları səlahiyyətli orqanların təqdimatı əsasında ezam olunurlar. Səlahiyyətli nümayəndənin iş müddəti və qaydası göndərən dövlətin qanunvericiliyi əsasında müəyyən olunur.
22. Mərkəzə göndərilən səlahiyyətli nümayəndə aşağıdakı tələblərə uyğun olmalıdır:
10 ildən az olmayaraq səlahiyyətli orqanların əməliyyat şöbələrində peşəkar iş təcrübəsinə malik olmalı;
səlahiyyətli orqanın mərkəzi aparatında rəhbər vəzifədə iş təcrübəsinə malik olmalı;
analitik iş bacarığına malik olmalı;
işin təşkilində müasir texniki avadanlıqlar, o cümlədən kompyuter sistemi ilə işləmək bacarığına malik olmalı;
Mərkəzin rəsmi dilini bilməli;
konfidensial məlumatlarla işləmək üçün buraxılışa malik olmalıdır.
23. Səlahiyyətli nümayəndə Mərkəzdə öz fəaliyyəti ərzində:
göndərən dövlətin səlahiyyətli orqanlarının maraqlarını təmsil etməlidir;
Mərkəzlə göndərən dövlətin səlahiyyətli orqanları arasında məlumat mübadiləsini təmin etməlidir;
digər iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirməlidir;
Mərkəzdə və səlahiyyətli nümayəndələrdən alınmış məlumatı dəyərləndirməli və onu göndərən dövlətin səlahiyyətli orqanlarına göndərməlidir;
Mərkəzin, yaxud digər iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələrinin sorğuları əsasında göndərən dövlətdən alınmış məlumatların təhlilində iştirak etməlidir;
milli qanunvericiliyin müddəaları barəsində Mərkəzin və digər iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri ilə məsləhətləşmək;
iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri, milli səlahiyyətli orqanlar və Mərkəz arasında əməkdaşlığın və qarşılıqlı əlaqənin inkişafına yardım etməlidir;
razılaşdırılmış birgə beynəlxalq əməliyyatların, nəzarətli göndərişlər daxil olmaqla əməliyyat-axtarış tədbirlərinin təşkilinə və keçirilməsinə yardım etməlidir;
Mərkəzi və iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələrini göndərən iştirakçı dövlətdə narkotiklə bağlı vəziyyətlərin inkişafı barəsində məlumatlandırmalıdır;
iştirakçı dövlətlərin qanunvericiliyinin harmonizasiyası üzrə təkliflər hazırlamalıdır;
MARİƏM MMB-nin genişləndirilməsində iştirak etməlidir.
24. Mərkəz səlahiyyətli nümayəndəyə öz öhdəliklərini icrası zamanı kömək edir, o cümlədən:
səlahiyyətli nümayəndənin sorğularına vaxtlı-vaxtında baxır və digər lazımi yardım göstərir;
təchiz edilmiş sahə daxil olmaqla, səlahiyyətli nümayəndənin effektiv fəaliyyətini təmin edir;
səlahiyyətli nümayəndənin fəaliyyəti zamanı yaranan məsələləri vaxtlı-vaxtında həll edir.
25. Səlahiyyətli nümayəndə:
öz işini ona nəzarət edən Mərkəz direktorunun müavini ilə əlaqələndirir;
Mərkəzin daxili qaydalarına riayət edir;
Mərkəz qarşısında duran məqsədlərə və tapşırıqlara nail olmaq üçün səy göstərir;
öz fəaliyyəti haqqında hər ay Mərkəzin rəhbərliyinə məlumat verir.
26. Səlahiyyətli nümayəndənin öz xidməti vəzifələrini icra etmədiyi və/və yaxud lazımi tərzdə icra etmədiyi halda direktor göndərən dövlətin səlahiyyətli orqanının ünvanına onun vaxtından əvvəl geri çağırılması haqqında təqdimat göndərmək hüququna malikdir.
27. Səlahiyyətli nümayəndə istifadə səviyyəsinə və icra etdiyi funksiyalara müvafiq dərəcədə MARİƏM MMB-dən istifadə etmək hüququna malikdir.
28. Səlahiyyətli nümayəndəyə hər il verilən, yaxud digər məzuniyyətlər Mərkəzin rəhbərliyi ilə razılaşdırmaqla göndərən dövlətin milli səlahiyyətli orqanları tərəfindən onun raportu əsasında təqdim olunur.
29. Səlahiyyətli nümayəndə milli tarixlərə münasibətdə milli qanunvericiliyə riayət edir və öz dövlətinin səlahiyyətli orqanları tərəfindən təsdiqlənmiş milli tarixlərin siyahısını Mərkəzə təqdim edir.
5. Müşahidəçi
30. Mərkəz yanında müşahidəçi statusu üçüncü tərəfə verilə bilər. Statusun verilməsi və dayandırılması, yaxud ləğv olunması qərarı Şura tərəfindən qəbul olunur.
31. MARİƏM yanında müşahidəçi statusunun verilməsi proseduru aşağıdakıları nəzərdə tutur:
dövlətin, səlahiyyətli beynəlxalq təşkilatın MARİƏM-in direktoruna yazılı əsaslandırılmış müraciəti;
bu müraciətin MARİƏM-in direktoru tərəfindən Şuranın müzakirəsinə çıxarılması;
Şura tərəfindən müraciətə baxılması və konsensus əsasında müşahidəçi statusunun verilməsi haqqında qərarın qəbulu.
32. MARİƏM yanında müşahidəçi statusuna malik dövlət, beynəlxalq təşkilat Mərkəzlə əlaqəni Mərkəzdəki nümayəndələri vasitəsilə həyata keçirir.
33. Müşahidəçi dövlətin Mərkəzə göndərilən nümayəndəsi aşağıdakı meyarlara uyğun olmalıdır:
milli səlahiyyətli orqanlarda xidmətdə olmalıdır;
10 ildən az olmayaraq əməliyyat bölmələrində peşəkar iş təcrübəsinə;
səlahiyyətli orqanın mərkəzi aparatında rəhbər vəzifələrdə iş təcrübəsinə;
analitik iş bacarığına;
işin təşkilində müasir texniki avadanlıqlar, o cümlədən kompyuter sistemi ilə işləmək bacarığına;
konfidensial məlumatlarla işləmək üçün buraxılışa malik olmalıdır.
34. Müşahidəçi dövlətin nümayəndəsi öz fəaliyyəti dövründə:
Mərkəzlə göndərən dövlətin səlahiyyətli orqanları, beynəlxalq təşkilatları arasında qarşılıqlı maraq kəsb edən məlumatların mübadiləsini təmin edir;
iştirakçı dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqəni həyata keçirir.
Bundan başqa, müşahidəçi dövlətin nümayəndəsi:
göndərən dövlətin səlahiyyətli orqanlarının maraqlarını təmsil edir;
milli qanunvericiliyin müddəalarına dair Mərkəz və digər iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələrinə məsləhətlər verir;
lazım olarsa, razılaşdırılmış birgə beynəlxalq əməliyyatların, nəzarətli göndərişlər daxil olmaqla əməliyyat-axtarış tədbirlərinin təşkilinə və keçirilməsinə yardım edir;
göndərən dövlətdə narkotiklərlə bağlı vəziyyətin inkişafı barəsində Mərkəzi məlumatlandırır.
35. Müşahidəçi dövlətin nümayəndəsi:
səsvermə hüququ olmadan, iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının rəhbərlərinin narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə aid rəsmi açıq görüşlərində müzakirə olunan mövzuya dair çıxış etmək imkanına malik olmaqla iştirak etmək;
öz təkliflərini iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının müzakirəsinə vermək üçün MARİƏM-in direktoruna təqdim etmək;
Mərkəzin səlahiyyətləri çərçivəsində sorğular göndərmək və almaq hüququna malikdir.
36. Müşahidəçi dövlətin nümayəndəsinin yerləşmə dövlətində qalması şərtləri yerləşmə dövlətinin hökuməti ilə Mərkəz arasında qalma şərtləri haqqında sazişlə tənzimlənir.
6. MARİƏM-in Mərkəzləşdirilmiş Məlumat Bankı (MARİƏM MMB)
37. MARİƏM MMB - məlumat bazasını, texniki və proqram vasitələrini, kommunikasiya avadanlıqlarını, məlumatların avtomatlaşdırılmış qaydada toplanması, saxlanılması, işlənməsi və mühafizəsini təmin edən periferik və digər mexanizmləri özündə birləşdirən avtomatlaşdırılmış məlumat sistemindən ibarətdir.
38. MARİƏM MMB-nin təsis olunmasının əsas məqsədləri aşağıdakılardır:
narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının məlumat resurslarının toplanması və mühafizəsi;
bu problemlərə aid müxtəlif məlumatların təhlili;
məlumat resurslarının mübadiləsi sahəsində hüquq mühafizə fəaliyyətinin regional əlaqələndirilməsinin yaxşılaşdırılması.
39. MARİƏM MMB-də iştirakçı dövlətlərin səlahiyyətli orqanları və MARİƏM-in birgə istifadəsi üçün narkotiklərin qeyri-qanuni dövriyyəsinə və onunla bağlı cinayətkarlığa dair məlumat toplanır.
40. MARİƏM MMB iştirakçı dövlətlərin səlahiyyətli orqanlarından iştirakçı dövlətlərin məlumatların mübadiləsi və qorunmasına dair milli qanun-vericiliyinin müddəalarını nəzərə almaqla, həmçinin digər məlumat mənbələrindən daxil olan məlumat resursları əsasında təşkil olunur.
41. MARİƏM MMB-nin təşkili müvafiq yoxlama və sertifikatlaşdırma keçmiş standartlaşdırılmış texniki və proqram vasitələri, həmçinin vahid formatların və öyrənilmiş məlumatların təsnifatı, standart protokollar və iştirakçı dövlətlərin milli qanunvericiliyinin müddəaları nəzərə alınmaqla MARİƏM-lə müəyyən olunan qayda üzrə məlumat mübadiləsinin reqlamentlərinə əsasən məlumat resurslarının unifikasiyalaşdırılması ilə həyata keçirilir.
42. MARİƏM MMB-nin təşkilinə cavabdeh iştirakçı dövlətlərlə birgə MARİƏM MMB-in proqram-texniki kompleksinin, avtomatlaşdırılmış toplusunun, işlənib hazırlanmasını, sistemləşdirilməsini və tələblərə riayət etməklə məlumatların qorunmasının fasiləsiz istismarını təmin edən MARİƏM sayılır.
43. MARİƏM MMB-də toplanılan məlumat resurslarının sahibi məlumatı təqdim edən iştirakçı dövlət sayılır. MARİƏM MMB MARİƏM-də bütün iştirakçı dövlətlər tərəfindən onların tələbləri və məlumatı verən sahibkarla razılaşma əsasında saxlanılan məlumatların istifadəsini təmin edir. Ehtiyac olarsa, MARİƏM MMB-dən MARİƏM-in tərkibinə daxil olmayan dövlətə, yaxud səlahiyyətli beynəlxalq təşkilata məlumatın verilməsi MARİƏM MMB-yə məlumatı təqdim edən iştirakçı dövlətlə razılaşma əsasında həyata keçirilir.
44. MARİƏM MMB-nin informasiyası narkotiklərin qeyri-qanuni dövriyyədən çıxardılması faktları haqqında məlumat; narkotiklərin qeyri-qanuni dövriyyəsində əlaqəsi olan fiziki və hüquqi şəxslər haqqında məlumat; iştirakçı dövlətlərin müvafiq normativ hüquqi aktları haqqında məlumat; bu sahəyə aid olan arayış, təhlili və statistik materiallardan ibarətdir. MARİƏM MMB-yə iştirakçı dövlətlər tərəfindən təqdim edilən, narkotiklərin qeyri-qanuni dövriyyəsinə aid olan digər məlumat da daxil ola bilər. Çatdırılan informasiyanın tərkibində olan məlumat siyahısı bu Əsasnamənin əlavəsində göstərilib.
45. MARİƏM MMB-nin siyahısına müvafiq olaraq, iştirakçı dövlətlər çatdırılan məlumatın tamlığının, dəqiqliyinin təmin edilməsini öhdələrinə götürürlər.
46. Hər bir informasiya məlumatı və bu məlumatı göndərən mülkiyyətçi (iştirakçı dövlət və səlahiyyətli orqanlar) barədə məlumat MARİƏM MMB-də saxlanılır.
47. MARİƏM MMB-nin istifadəçiləri MARİƏM və iştirakçı dövlətlərin səlahiyyətli orqanlarıdır.
48. MARİƏM MMB çərçivəsində informasiya mübadiləsi qorunan rabitə kanallarından istifadəni, informasiya mənbələrinin eyniləşdirilməsini və mötəbərliyi ehtiva edən informasiyanın qorunmasını; istifadəçilərin avtorizasiya idarəsinin təmini və icazə verilməmiş istifadəsinin qarşısının alınmasını, həmçinin informasiyanın istifadəsi haqqında müvafiq qeydiyyat jurnalının aparılmasını təmin etməklə həyata keçirilir.
49. MARİƏM MMB-nin istifadəçiləri müvafiq istifadə səviyyəsində nəzərdə tutulmuş həcmdə məlumat alırlar və bu həcm, məlumatın qorunma səviyyəsini nəzərə almaqla, iştirakçı dövlətlərin razılığı ilə MARİƏM tərəfindən müəyyən edilir.
50. MARİƏM MMB-yə məlumatı təqdim edən səlahiyyətli orqan məlumatın istifadəsinin müvafiq səviyyəsini müəyyən edir və buna görə məsuliyyət daşıyır. Məlumatdan istifadə səviyyəsinin seçilməsi zamanı səlahiyyətli orqanlar milli qanunvericiliyə müvafiq olaraq məlumatın təsnifatını nəzərə alırlar.
51. MARİƏM iştirakçı dövlətlərin səlahiyyətli orqanlarına, onlara aid olan məlumat, həmçinin cinayətlər və qanun pozuntusu arasında müəyyən edilmiş əlaqələr haqqında məlumat verir.
52. Mübadilə prosesində və ya MARİƏM MMB-dən alınmış informasiyadan istifadə edənlər, milli qanunvericiliyinə müvafiq olaraq, qorunma rejiminin və bu informasiyanın işlənilmə və istifadə qaydasının pozuntusuna görə məsuliyyət daşıyır.
53. MARİƏM iştirakçı dövlətlərlə birgə:
məlumatın verilməsi və təhvilinin mövcud vahid şəklə salınmış formatlarını təqdid edir və işləyib hazırlayır, MARİƏM MMB-də onların istifadə qaydasını, həmçinin məlumatın işlənməsi və maraqlı istifadəçilərə məlumatın təqdim edilməsi qaydasını müəyyən edir;
iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının müxtəlif qaydada təşkil edilmiş avtomatlaşdırılmış informasiya sistemlərinin birgə iş qaydasını təyin edən MARİƏM MMB sistemli texniki tapşırığın hazırlanmasını təmin edir;
MARİƏM MMB-yə hesablama kompleksinin və iştirakçı dövlətlərin abonent mənbələri və hesablama kompleksi sistemi daxilində idarə etmək üçün aparat platformasının tərkibini və tələblərini təsdiq edir. Həmin aparat platforması MARİƏM MMB-nin informasiya mənbələrindən kənar istifadənin təşkilini təmin edir;
məlumatın verilməsinin və alınmasının müddətlərini və qaydasını təyin edir;
qeydiyyat sənədlərinin formalarını, hesabat blanklarının nümunələrini və onların doldurulması qaydalarını müəyyən edir.
54. İştirakçı dövlətlər aşağıdakıları təmin edirlər: qabaqcıl hesablama kompleksinin hesablama kompleksi və iştirakçı dövlətlərin abonent mənbələri ilə qarşılıqlı əlaqəsini təşkil etməyə icazə verən qorunan rabitə kanallarının ayrılmasını; təşkil edilmiş məlumatın saxlanılmasının və mübadiləsinin ümumi formatlara salınmasını, məlumatın toplanma, saxlanılma qaydasını və məlumatı maraqlı istifadəçilərə təqdim etməyi təmin edən MARİƏM MMB-nin iştirakçı dövlətlərin avtomatlaşdırılmış informasiya sistemləri ilə qarşılıqlı əlaqəsi üçün aparat-proqram komplekslərinin və tətbiqi proqram məhsullarının yaradılması.
55. İştirakçı dövlət MARİƏM-in yaradılması haqqında Sazişdən çıxdığı təqdirdə, həmin dövlət tərəfindən təqdim edilmiş məlumatın gələcək istifadəsi hüququ dövlətin razılığı ilə həll edilir.
56. MARİƏM-in fəaliyyəti sona çatarsa, yaxud yenidən təşkil edilərsə, MARİƏM MMB-də saxlanılan məlumatın gələcək istifadə məsələsi iştirakçı dövlətlər tərəfindən danışıqlar yolu ilə həll edilir.
7. Milli əlaqələndirici orqan
57. Milli əlaqələndirici orqan:
Mərkəzə əməliyyat məlumatlarını və başqa məlumatı təqdim edir;
MARİƏM MMB-yə məlumat verir;
informasiyanın təqdim olunması haqqında Mərkəzin sorğularına reaksiya verir;
əməliyyat məlumatı və başqa məlumata ekspert qiymətinin verilməsi üçün Mərkəzə müraciət edir;
MARİƏM MMB-dən əməliyyat məlumatlarının və başqa məlumatın verilməsi üçün Mərkəzə, yaxud bu məlumatı almaq üçün başqa iştirakçı dövlətlərə müraciət edir;
Mərkəzə birgə əməliyyatların, əməliyyat-axtarış tədbirlərinin, o cümlədən nəzarətli göndərişlərin keçirilməsi haqqında sorğular göndərir və qəbul edir;
milli qanunvericilik üzrə izahatlar verir.
8. Büdcə, audit və maliyyə idarəetməsi
58. Bütün öhdəliklərə və xərclərin ödənilməsinə, həmçinin gəlirlərin toplanmasına nəzarəti maliyyə nəzarətçisi və auditorlar həyata keçirirlər. Gəlirlərin və xərclərin müəyyən maddələri növbəti monitorinqin predmeti ola bilər.
59. Üç aydan bir Mərkəzin direktoru Şuraya, həmçinin Mərkəzin maliyyələşdirilməsini həyata keçirən beynəlxalq təşkilatlara və donor dövlətlərə maliyyə hesabatı təqdim edir.
60. Maliyyə ili yanvarın 1-dən dekabrın 31-dək davam edir.
61. Büdcədə olan bütün gəlirlərin və xərclərin hesabları, həmçinin balans hesabatı illik auditə açıqdır. Bu məqsədlə növbəti ilin mart ayının 31-dən gec olmayaraq direktor Şuraya illik hesabatı təqdim edir.
62. Direktor auditorları bütün məlumatla təmin edir və vəzifələrini yerinə yetirmək üçün auditorlara hər cür kömək göstərir.
63. Müvafiq maliyyə ili üçün büdcənin icrasına icazə qərarı Şura tərəfindən illik maliyyə hesabatı üzrə auditorların rəsmi rəyi əsasında dəyişdirilə bilər.
64. Maliyyə nəzarətçisi işə müsabiqə əsasında götürülür. Maliyyə nəzarətçisi Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Öz vəzifələrini yerinə yetirərkən maliyyə nəzarətçisi ancaq Şuraya tabe olur.
65. Eyni şəxs Mərkəzin maliyyə nəzarətçisi və mühasibi vəzifələrini yerinə yetirə bilməz.
66. Maliyyə nəzarətçisinin vəzifələri aşağıdakılardır:
Mərkəzin bütün xərcləri üzrə öhdəlikləri;
Mərkəzin bütün xərclərinin həyata keçirilməsi;
Mərkəzin bütün gəlirlərinə nəzarət.
Maliyyə nəzarətçisi gəlir və xərclərin müəyyən maddələrinin növbəti monitorinqini həyata keçirir.
67. Kifayət qədər əsas olduqda maliyyə nəzarətçisi maliyyə əməliyyatlarının həyata keçirilməsini təsdiq etməyə bilər. Bu halda o, səbəbin göstərilməsi və qəbul etdiyi qərarın əsaslanması şərtilə Mərkəzin rəhbərliyinə və mühasibinə məlumat verir.
Belə bir halda direktor maliyyə nəzarətçisinin imtinasına baxır, maliyyə nəzarətçisinin dəlilləri ilə razılaşır və ya razılaşmır və həmin maliyyə əməliyyatının icrasını təsdiqləyir.
Hər belə bir hal Şuranın və auditorların diqqətinə dərhal çatdırılır.
68. Hər bir yoxlamanın hesabatları direktora, Şuraya, həmçinin Mərkəzin maliyyələşdirilməsini həyata keçirən beynəlxalq təşkilatlara və donor dövlətlərə təqdim edilir. Direktor hər hesabatın nəticəsində qəbul etdiyi tədbirlər haqqında Şuraya, həmçinin Mərkəzin maliyyələşdirilməsini həyata keçirən beynəlxalq təşkilatlara və donor dövlətlərə məlumat verir.
69. Hər il maliyyə nəzarətçisi daxili maliyyə nəzarətinin fəaliyyəti haqqında hesabatı Şuraya təqdim edir. Hesabat həmçinin Mərkəzin maliyyələşdirilməsini həyata keçirən beynəlxalq təşkilatlara və donor dövlətlərə təqdim edilir.
70. Maliyyə sənədlərində ikinci imza hüququ Mərkəzin mühasibinə məxsusdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə
üzrə Mərkəzi Asiya Regional İnformasiya və
Əlaqələndirmə Mərkəzi haqqında Əsasnaməyə
ƏLAVƏ
MARİƏM-in Mərkəzləşdirilmiş Məlumat Bankına göndərilən məlumatda tövsiyə olunan informasiyanın
SİYAHISI
MARİƏM-in Mərkəzləşdirilmiş Məlumat Bankına təqdim edilən informasiyada məlumatların aşağıdakı kateqoriyaları, o cümlədən məlumatlarla bağlı inzibati əsasları da əks etdirmək məsləhət görülür:
1. Narkotiklərin qeyri-qanuni dövriyyəsinə aidiyyəti olan fiziki şəxsin şəxsiyyəti haqqında məlumatlar:
1) Uçot-qeydiyyat məlumatları:
hazırkı və əvvəlki soyadı;
hazırkı və əvvəlki adı;
atasının adı;
qızlıq soyadı;
cinsi;
doğum tarixi;
doğum yeri;
milliyyəti;
vətəndaşlığı;
ailə vəziyyəti;
ləqəbi;
kiçildici adı;
hazırkı və əvvəlki qalma yeri/yaşayış yeri;
2) fiziki xasiyyətnamələr:
fiziki xüsusiyyətlərin təsviri;
səhhətinin vəziyyəti;
fərqləndirici xüsusiyyətləri (nişanə, çapıq, döymə və s.), vizual təsviri, fotoşəkil və zahiri görünüşü haqqında digər məlumat;
məhkəmə-tibbi informasiya (barmaq izləri, DNK nəticələri, səsin və nitqin xüsusiyyətləri, qan qrupu, diş həkimindən məlumat);
3) şəxsiyyətin eyniləşdirilməsi aşağıdakıları əhatə edir:
fərqləndirici sənədlər;
pasportun və milli eyniləşdirilmiş kartının nömrəsi;
milli eyniləşdirilmə nömrələri (mövcud olduğu halda);
4) iş yeri və təcrübəsi:
təhsil;
ixtisas;
əvvəlki iş yeri və işin növü;
hazırkı iş yeri və işin növü;
bacarıq və biliklərin digər sahələri (dil və s.);
5) iqtisadi və maliyyə informasiyası:
maliyyə məlumatları (bank hesablan və kodlar, kredit kartları və s.);
səhmlərin mövcudluğu (təsərrüfat subyektinin göstərilməsi ilə), digər aktivlər;
mülkiyyət haqqında məlumatlar;
təsərrüfat subyektləri ilə əlaqə;
bank və kredit müqavilələri;
vergi statusu;
öz maliyyə işlərini idarəetmə tərzini açıqlayan digər məlumat;
6) davranış haqqında məlumat:
gündəlik həyat;
yerdəyişmələr;
tez-tez səfər edilən yerlər;
silahın və digər təhlükəli əşyaların mövcudluğunun mümkünlüyü;
təhlükə dərəcəsi;
xüsusi təhlükələr, məsələn, aradan çıxma ehtimalı, ikili agentlərin istifadəsi, hüquq mühafizə orqanlarının əməkdaşları ilə əlaqələri;
cinayət işi ilə bağlı xarakterik xüsusiyyətlər, bioqrafik məlumatlar;
zəifliklər;
narkotiklərdən sui-istifadə;
7) əməliyyat marağı kəsb edən əlaqələr:
əlaqələr və tərəfdaşlar, o cümlədən əlaqələrin və ya ünsiyyətin növü və mahiyyəti;
atasının, anasının və digər yaxın qohumlarının soyadları;
8) istifadə edilən rabitə vasitələri:
telefon (stasionar-ev, xidməti, mobil, peyk), radiostansiyanın istifadəsinin mümkünlüyü, faks, elektron poçt, korrespondensiyanı almaq və göndərmək üçün poçt ünvanlan, internetə qoşulma;
9) istifadə edilən nəqliyyat vasitələri:
avtomobil, su, hava, dəmir yolu nəqliyyatı, o cümlədən bu nəqliyyat vasitələrini eyniləşdirən məlumatlar (qeydiyyat nömrələri);
10) MARİƏM-in səlahiyyətinə aid olan şəxsiyyətin cinayətkar fəaliyyəti haqqında məlumat;
11) bu şəxsin yerli, ümumdövlət, beynəlxalq axtarışının elanı haqqında məlumatlar (axtarışın təşəbbüskarının göstərilməsi ilə);
12) əvvəlki məhkumluqları;
13) cinayətkar fəaliyyətdə mümkün iştirakı haqqında məlumatlar;
14) cinayətkar fəaliyyətdə mümkün iştirakın vasitələri haqqında məlumatlar;
15) cinayətlərin hazırlanması və/və yaxud yerinə yetirilməsi üçün istifadə edilən və ya edilə bilən vasitələr;
16) cinayət qruplaşmalarında/təşkilatlarda üzvlük və onlarda mövcud olan vəziyyət;
17) cinayət fəaliyyətinin coğrafi ərazisi;
18) MARİƏM-in səlahiyyətinə aid olan cinayət və qanun pozuntusu haqqında məlumatlar, o cümlədən onların nə vaxt və harada törədilməsi və cinayət zamanı istifadə edilən üsul və vasitələr;
19) həmin şəxs haqqında informasiyanın saxlanıldığı təşkilatların məlumat bazalarına istinadlar.
2. MARİƏM-in səlahiyyətinə aid törədilən əməllər, cinayətkar qruplaşmaların şübhəli üzvləri, təşkilat və cəmiyyətlər haqqında məlumatlar.
3. Fəaliyyətləri MARİƏM-in səlahiyyətinə aid olan, o cümlədən iştirakçı dövlətlərin hüquq mühafizə orqanları və hakimiyyət strukturlarında cinayət qruplaşmalarının, təşkilatlarının və ya cəmiyyətlərinin əlaqələri haqqında məlumatlar.
4. Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mümkün əlaqəsi barədə informasiya olan hüquqi şəxslər haqqında məlumat:
hüquqi şəxsin adı;
yerləşdiyi yer;
qeydiyyatın tarixi və yeri;
inzibati qeydiyyat nömrəsi;
təşkilati-hüquqi forması;
banklarda, o cümlədən xarici banklarda maliyyə vəsaitlərinin mövcudluğu;
fəaliyyət sahəsi;
tabelərində olan müəssisələr;
təsisçilər (hüquqi və fiziki şəxslər);
rəhbər heyət (müdirlər, idarə heyətlərinin sədrləri, mühasiblər);
banklarla əlaqələr.
5. Xeyli miqdarda narkotiklərin (BMT-nin narkotiklər və cinayət üzrə İdarəsinin təsnifi ilə) götürülmə faktları haqqında məlumatı əhatə edən həqiqi materiallarda aşağıdakılar göstərilir:
götürülmə tarixi;
iştirakçı dövlət;
götürülmə aparılan yaşayış məntəqəsinin adı;
götürülmüş narkotiklərin adı;
götürülmüş narkotiklərin miqdarı;
gizlətmənin və götürmənin yeri;
daşınma üsulları, narkotiklərin qeyri-qanuni dövriyyəsinin mümkün marşrutu;
müəyyən edilmiş narkotiklərlə alver edənlərin sayı, onların vətəndaşlığı, cinsi, yaşı.
6. İştirakçı dövlətlərdə narkotiklərlə bağlı vəziyyətin inkişafı haqqında məlumatı, o cümlədən narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizəni əks etdirən analitik, arayış, statistik material və məlumatlar.
7. İştirakçı dövlətlərin MARİƏM-in səlahiyyətinə aid olan milli qanunvericiliyinin normativ hüquqi aktları.
8. İştirakçı dövlətlərin dövlətlərarası fəaliyyətinə aid olan səlahiyyətli orqanların normativ hüquqi aktları.
9. Narkotik kolleksiyasından bağlamaların markalanması, gizlətmə və daşınma üsulları haqqında məlumat.