×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.02.2009
QEYDİYYAT NÖMRƏSİ
132
ADI
"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2009, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 90)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri edir.

Ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. dövlət büdcələrinin layihələri hazırlanarkən bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi üçün tələb olunan vəsaitin ayrılmasını təmin etsin;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2009-cu il

                 № 132

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 6 fevral tarixli 132 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün

 

D Ö V L Ə T   P R O Q R A M I

 

Dövlət Proqramının məqsədi və əsas vəzifələri

 

Dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirir.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir.

 

Dövlət Proqramının məqsədi və əsas vəzifələri

 

Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

- ədliyyə sahəsində islahatların davam etdirilməsi və bu sahədə inkişafın təmin edilməsi;

- ədliyyə sistemində və məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi;

- müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi;

- cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi;

- ədliyyə sisteminin və məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi;

- vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi.

 

Dövlət Proqramının əsas istiqamətləri

 

Müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında Azərbaycan ədliyyəsinin 2009-2013-cü illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:

- ədliyyə sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi;

- ədliyyə orqanlarının və məhkəmələrin informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi;

- ədliyyə orqanlarının fəaliyyətinə zəruri şərait yaradılması və maddi-texniki təchizatının yaxşılaşdırılması;

- ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması;

- Penitensiar Xidmətin fəaliyyətinin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması;

- məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması;

- ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

 

Gözlənilən nəticələr

 

Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

- ədliyyə sisteminin inkişafı ilə bağlı dövlət tərəfindən, habelə beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrin sürətlənməsinə;

- ölkənin hüquqi təsisatlarının möhkəmləndirilməsində ədliyyə orqanlarının rolunun artmasına;

- ədliyyə orqanlarında avtomatlaşdırılmış informasiya sisteminin və məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiq edilməsinə;

- ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində aşkarlığın artmasına;

- vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişlənməsinə;

- ədliyyə sisteminin maddi-texniki bazasının daha da möhkəmlənməsinə;

- həbs olunmuş və məhkum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşmasına;

- məhkumların ictimai faydalı əməyə cəlb olunmasına;

- hakimlərin, ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlıq səviyyəsinin artmasına;

- kadr potensialının güclənməsinə;

- ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin güclənməsinə, onların yaşayış şəraitinin yaxşılaşmasına.

 

Dövlət Proqramının maliyyə təminatı

 

Dövlət Proqramının maliyyə təminatı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçiriləcəkdir:

dövlət büdcəsindən ayırmalar;

beynəlxalq təşkilatların maliyyə dəstəyi;

qanunvericiliklə müəyyən olunmuş digər mənbələr.

 


Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 6 fevral tarixli 132 nömrəli

Sərəncamı ilə təsdiq edilmişdir

 

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

Sıra

Tədbirin adı

İcraçı orqan

İcra müddəti

(illər üzrə)

Maliyyələşmə mənbəyi

1

2

3

4

5

 

1. Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi

 

1.1

Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların beynəlxalq norma və prinsiplərə, habelə mütərəqqi xarici təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin təklifləri nəzərə alınmaqla

mütəmadi

 

1.2

Hüquqi yardımla bağlı beynəlxalq sənədlərə    qoşulmanın məqsədəmüvafiqliyinin öyrənilməsi və təkliflərin hazırlanması

Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi

mütəmadi

 

1.3

Ədliyyə sisteminin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işində ictimaiyyətin, o cümlədən yerli qeyri-hökumət və beynəlxalq təşkilatların iştirakının təmin edilməsi

Ədliyyə Nazirliyi

2009-2013

 

1.4

Ədliyyə   sisteminin   inkişafında      beynəlxalq   hüquqi   yardımın səmərəliliyinin artırılmasında xarici əlaqələrin rolu nəzərə alınaraq, digər dövlətlərin    ədliyyə    nazirlikləri    ilə    ikitərəfli    müqavilələrin bağlanması

Ədliyyə Nazirliyi Xarici işlər Nazirliyi

2009-2013

 

1.5

Ədliyyə    orqanlarının    maddi-texniki    təminatı    qaydalarının    və normalarının hazırlanıb təsdiq edilməsi

Nazirlər Kabineti Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi

2009

 

1.6

Məhkumların hüquqlarının daha geniş təmin olunması  məqsədilə onların saxlanılması şəraitini və qaydasını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Ədliyyə Nazirliyi

2009-cu

ildən

başlayaraq

 

1.7

Ədliyyə   Nazirliyinin   mərkəzi   aparatının,   Ədliyyə  Akademiyasının, Məhkəmə   Ekspertizası   Mərkəzinin,   regional   ədliyyə   şöbələrinin kitabxana fondunun normativ hüquqi aktlarla, hüquqi ədəbiyyatla təmin edilməsi, kitabxanaların elektron kataloqlarının yaradılması və onlardan daxili informasiya şəbəkəsi vasitəsilə istifadənin təşkil edilməsi

Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

1.8.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sənədlərin Azərbaycan dilində külliyyatının hazırlanması

Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi

2009-2010

Dövlət büdcəsi

1.9.

Əhalinin  hüquqi  biliklərinin  artırılması, qanunların mətni ilə onların birbaşa sərbəst və təmənnasız tanış olmasına kömək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aparılan və milli qanunvericiliyin elektron məlumat bazası əks olunmuş «e-qanun.az» internet saytının texniki imkanlarının genişləndirilməsi, o cümlədən mətndə axtarış imkanının yaradılması,  saytın daimi olaraq yeniləşdirilməsi və dürüstlüyünün təmin edilməsi

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2010

Dövlət büdcəsi

 

2. Ədliyyə orqanlarının və məhkəmələrin informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi məsələləri

 

2.1

Ədliyyə orqanlarında informasiya resurslarının müasir texnologiyalar tətbiq edilməklə  işlənməsi,  Ədliyyə  Nazirliyində,  regional və yerli ədliyyə   orqanlarında,   məhkəmələrdə,   Məhkəmə-Hüquq   Şurasında müasir elektron informasiya sisteminin yaradılması,  onların vahid mərkəzləşdirilmiş   şəbəkədə   birləşdirilməsi,   bu   işdə   beynəlxalq təşkilatların və maliyyə qurumlarının imkanlarından səmərəli istifadə edilməsi və onlardan hüquqi maarifləndirmə və əhaliyə hüquqi xidmət vasitəsi kimi geniş istifadə edilməsi

 

 

 

Ədliyyə Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları

Nazirliyi, Maliyyə Nazirliyi

2009-2011

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

2.2

«Ədliyyə   sisteminin   müasirləşdirilməsi» və   «Daşınmaz   Əmlakın qeydiyyatı» layihələri çərçivəsində mülkiyyət hüququnun qorunmasının və rəsmiləşdirilməsinin daha operativ həll edilməsi məqsədilə notariat kontorlarını vahid elektron şəbəkədə birləşdirən «Notariat sənədlərinin elektron   məlumat  bankı»   informasiya   sisteminin  təkmilləşdirilərək imkanlarının genişləndirilməsi

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

2.3

«Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi çərçivəsində «Qeyri-kommersiya hüquqi şəxsləri» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin   yaradılması      onun   qeydiyyat   orqanlarının   vahid informasiya infrastrukturuna inteqrasiyası

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

2.4

Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin yaradılması

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2011

Dövlət büdcəsi

2.5

Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda həyata   keçirilən «Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı» layihəsi üzrə:

- nəzərdə tutulan tədbirləri həyata keçirərək layihənin II mərhələsinin yekunlaşdırılması;

- Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması işinin inkişaf etdirilməsi

Ədliyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi [1]

2009-2010 mütəmadi

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

2.6

Məhkəmə və digər dövlət orqanlarının qərarlarının icrası ilə bağlı mərkəzləşdirilmiş   məlumat-informasiya   bankının   yaradılması   və aidiyyəti qurumların həmin sistemə qoşulması

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2012

Dövlət büdcəsi

2.7

Ədalət mühakiməsinin həyata keçirilməsində və istintaq zamanı muasir informasiya   texnologiyalarının   tətbiqi,   bu məqsədlə  məhkəmədə istifadə edilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən aparılan cinayət işlərinin eksperimental elektron versiyalarının hazırlanması

 

 

Ədliyyə Nazirliyi

2009

 

 

3. Ədliyyə orqanlarının maddi-texniki təchizatının yaxşılaşdırılması və ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi

 

3.1

Yeni yaradılmış Gəncə, Şəki, Şirvan regional ədliyyə şöbələri, Qax və Qəbələ rayon qeydiyyat şöbələrinin yeni inzibati binalarının inşasının başa çatdırılıb istifadəyə verilməsi

Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi

2009

Dövlət büdcəsi

3.2

Bir sıra regional ədliyyə şöbələri üçün yeni inzibati binaların inşası

Ədliyyə Nazirliyi İqtisadi İnkişaf

Nazirliyi Maliyyə Nazirliyi

2010-2013

Dövlət büdcəsi

3.3

Əhaliyə hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi,    notariat fəaliyyətinin təkmilləşdirilməsi və müraciət edən  insanlara əlverişli şəraitin yaradılması  məqsədilə rayon  qeydiyyat şöbələrinin,  nikah evlərinin və notariat kontorlarının iş şəraitinin yaxşılaşdırılması

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, şəhər və rayon icra

hakimiyyətləri [2]

2009-2013

Dövlət büdcəsi

3.4

Məhkəmə  Ekspertizası  Mərkəzinin  cinayətkarlıqla  mübarizə  işində töhfəsinin və elmi potensialının artırılması məqsədilə Mərkəzin maddi-texniki      bazasının      möhkəmləndirilməsi,      müasir     elmi-texniki nailiyyətlərdən  geniş  istifadə  olunmaqla  ekspertizaların  növlərinin, keyfiyyət və dəqiqliyinin artırılması

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

3.5

Ədliyyə Akademiyasına ayrılacaq inzibati binanın onun fəaliyyətinə uyğunlaşdırılması     məqsədilə    müvafiq    yenidənqurma     işlərinin aparılması və maddi-texniki bazanın yaradılması

Ədliyyə Nazirliyi iqtisadi inkişaf

Nazirliyi, Maliyyə Nazirliyi

2011-2013

Dövlət büdcəsi

3.6

Ədliyyə işçilərinin mənzilə ehtiyaclarının ödənilməsi üçün mənzil-tikinti kooperativinin yaradılmasını təşviq etmək

Ədliyyə Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti

2009-2013

 

3.7

Penitensiar müəssisələrin işçiləri üçün bölgələrdə ailəvi yataqxana binalarının inşası

 

Ədliyyə Nazirliyi İqtisadi İnkişaf

Nazirliyi, Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

 

4. Ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması

 

4.1

Ədliyyə   orqanlarına   qulluğa   şəffaf   prosedurlarla,   müsabiqə   və müsahibə yolu  ilə yüksək nəzəri  hazırlığa  malik hüquqşünasların qəbulu,   onların   peşə   fəaliyyətinə   yiyələnməsi   üçün   ilkin   tədris kurslarının təşkil edilməsi

Ədliyyə Nazirliyi

mütəmadi

 

4.2

Ədliyyə    orqanları    işçilərinin        digər    hüquqşünas    kadrların hazırlanması məqsədilə Ədliyyə Akademiyasında yüksək keyfiyyətli tədrisin təşkil olunması və müəllim heyətinin ixtisasının artırılması

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

mütəmadi

Dövlət büdcəsi

4.3

Peşəkarlıq səviyyələrinin artırılması məqsədi ilə ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin, habelə (Məhkəmə-Hüquq Şurası ilə birgə) hakimlərin davamlı tədrisə cəlb edilməsi, xarici mütəxəssislərin tədris prosesində iştirakının təmin edilməsi

Ədliyyə Nazirliyi

mütəmadi

 

4.4

Ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin, habelə (Məhkəmə-Hüquq Şurası ilə birgə) hakimlərin informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması üçün təlimlərin təşkili

Ədliyyə Nazirliyi

mütəmadi

 

4.5

Nüfuzlu beynəlxalq  hüquq təsisatları  ilə əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsi

Ədliyyə Nazirliyi Xarici işlər Nazirliyi

mütəmadi

 

 

5. Penitensiar Xidmətin fəaliyyətinin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması

 

5.1

Azadlıqdan  məhrum  edilmiş  şəxslərin  ictimai faydalı  əməyə  cəlb olunması  məqsədilə  cəzaçəkmə  müəssisələrində  mövcud  istehsal sahələrinin bərpası və yeni sahələrin yaradılması

 

Nazirlər Kabineti Ədliyyə Nazirliyi İqtisadi İnkişaf

Nazirliyi

2009-2013

 

5.2

Məhkumların və barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin hüquqlarının qorunmasına, saxlanma şəraitinə, sanitariya və gigiyena, maddi-məişət   təminatına    nəzarətin    təmin    edilməsi    məqsədilə ictimaiyyətin imkanlarından geniş istifadə edilməsi

Ədliyyə Nazirliyi

2009-2010

 

5.3

Penitensiar müəssisələrdə saxlanılan məhkumların, habelə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin qeydiyyatı və hərəkəti üzrə müasir elektron informasiya texnologiyaları tətbiq edilməklə məlumat-qeydiyyat bankını təkmilləşdirərək onun imkanlarının müasir tələblərə uyğun genişləndirilməsi

Ədliyyə Nazirliyi

2009-2010

 

5.4

Məhkumların və barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin daşınmasının   etibarlı   mühafizəsi   məqsədilə   Penitensiar  Xidmətin müasir xüsusi nəqliyyat və digər vasitələrlə təchiz edilməsi

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

5.5

insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının, habelə Avropa Şurası və Avropa Komissiyasının, İşgəncələrin   qarşısının   alınması   üzrə  Avropa   Komitəsinin   (CPT) tövsiyələrinə,   Avropa   Penitensiar   qaydalarının   tələblərinə   uyğun penitensiar müəssisələrdə saxlama şəraitinin yaxşılaşdırılması

Ədliyyə Nazirliyi

mütəmadi

 

5.6

Penitensiar    Xidmətin     müəssisələrinin     maddi-texniki    bazasının möhkəmləndirilməsi, etibarlı mühafizənin təmin edilməsində müasir texniki nəzarət və kommunikasiya sistemlərindən istifadə edilməsi

Ədliyyə Nazirliyi iqtisadi inkişaf Nazirliyi, Maliyyə

Nazirliyi

2009-2013

Dövlət büdcəsi

5.7

istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması

Ədliyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi, Maliyyə

Nazirliyi

2009-2010

Dövlət büdcəsi

5.8

Penitensiar  Xidmət  əməkdaşlarının   praktiki   vərdişlərinin     fiziki hazırlığının    inkişaf   etdirilməsi   məqsədilə   müvafiq    infrastrukturun yaradılması

Ədliyyə Nazirliyi iqtisadi İnkişaf Nazirliyi, Maliyyə

Nazirliyi

2009-2011

Dövlət büdcəsi

 

6. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması

 

6.1

Məhkəmələrin    fəaliyyətini    tənzimləyən    normativ    hüquqi    aktlar külliyyatının və onların şərhinə dair vəsaitlərin hazırlanması

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2013

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

6.2

«Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiq edilməsi

Ədliyyə Nazirliyi

mütəmadi

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

6.3

«Ədliyyə     sisteminin     müasirləşdirilməsi»     layihəsi     çərçivəsində məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi iş şəraitinin təmin edilməsi

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

2009-2011

Dövlət büdcəsi

və beynəlxalq

təşkilatların

ayırdığı

vəsaitlər

6.4.

Yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinin inzibati binalarla təmin edilməsi

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, şəhər və rayon

icra hakimiyyətləri

2009-2013

Dövlət büdcəsi

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

2.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

  1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 2.5-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.5-ci bənddən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009 — 2013-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 3.3-cü bəndinin "İcraçı orqanlar" sütununda "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status