×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.01.2009
QEYDİYYAT NÖMRƏSİ
2
ADI
“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2009, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 23)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.01.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

 

“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın (CİTES) iştirakçısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli Qərarının müddəalarını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları» təsdiq edilsin

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 7 yanvar 2009-cu il

                      № 2

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 7 yanvar tarixli 2 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi

Qaydaları

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının qoşulduğu «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyanın iştirakçısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli Qərarına əsasən Konvensiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qaydalar «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya»nın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrində qeyd olunan yabanı flora və vəhşi fauna növlərinin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətini tənzimləyir.

1.3. Bu Qaydalarda istifadə olunan terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. Konvensiya - «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiya (CİTES);

1.3.2. mənşə ölkəsi - bu və ya digər növün vəhşi təbii mühitdən əldə edildiyi, doğulduğu, süni yolla yetişdirildiyi və ya artırıldığı ölkə, onları dənizdən introduksiya edən ölkə;

1.3.3. növ - heyvan və bitkinin istənilən növü, yarım növü və ya onların coğrafi mühitə uyğunlaşmış populyasiyaları;

1.3.4. derivat - heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsulları;

1.3.5. nümunə - Konvensiyanın I, II, III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş canlı və ya cansız heyvan və ya bitki növləri, həmçinin müşayiətedici sənədindən, qabından, markirovkasından, etiketindən, yarlığından və ya digər asan tanınan əlamətlərindən müəyyən edilən hər hansı heyvan və bitkinin hissəsi və ya derivatı;

1.3.6. dənizdən introduksiya - nümunələrin hər hansı dövlətin yurisdiksiyası altında olmayan dəniz sahələrindən Azərbaycana gətirilməsi;

1.3.7. beynəlxalq ticarət - dənizdən introduksiya və «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»ilə müəyyən edilən hər hansı ixrac, təkrar ixrac və idxal;

1.3.8. tranzit - Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi olaraq nəzərdə tutulmayan hallarda gömrük orqanlarının nəzarəti altında qalmaqla, beynəlxalq ticarətin obyekti olan nümunənin ölkə daxilində daşınması;

1.3.9. qeyri-sərbəst şəraitdə artırılmış - qeyri-sərbəst mühitdə cütləşmiş və ya digər yolla qametlərini ötürmüş valideynlərdən qeyri-sərbəst mühitdə alınmış yeni nəsil (o cümlədən yumurta);

1.3.10. süni yetişdirilmiş - insan tərəfindən nəzarət altında toxumlardan, çilinglərdən, şişkinlik əmələ gətirən toxuma və hüceyrələrdən, habelə zoğlardan yetişdirilmiş bitkilər;

1.3.11. inzibati orqan - Konvensiyanın IX maddəsinə müvafiq təyin edilmiş milli inzibati orqan;

13.12. elmi orqan - Konvensiyanın IX maddəsinə müvafiq təyin edilmiş milli elmi orqan;

1.3.13. icazə/sertifikat - nümunələrin Azərbaycan Respublikasının ərazisinə idxalı, dənizdən introduksiyası, habelə respublikadan ixracı və təkrar ixracı üçün inzibati orqan tərəfindən verilən sənəd;

1.3.14. şəxsi əşyalar və ya məişət predmetləri - mülkiyyət hüququnun bir hissəsi olan və şəxsə məxsus cansız nümunələr, hissələr və derivatlar.

1.4. Bu Qaydalar Xəzər dənizinin Azərbaycan Respublikasının suveren hüquqları və yurisdiksiyası şamil olunan bölməsi də daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istənilən fiziki və hüquqi şəxslərə, Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş bütün heyvan və bitki növlərinə, onların hissələrinə və derivatlarına, nümunələrin Konvensiya üzvü olan və olmayan ölkələrlə beynəlxalq ticarətinə şamil edilir.

15. Konvensiya ilə müəyyən edilmiş şərtlər bu Qaydalardan fərqli olduqda, Konvensiyanın müddəaları tətbiq edilir.

16. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə müxtəlif heyvan və bitki növlərinin daxil edilməsi və ya çıxarılması elmi orqanın rəyi və inzibati orqanın təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.7. Bu Qaydalar Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş fauna və flora növlərinə şamil edilmir.

 

II. İnzibati və elmi orqanların səlahiyyətləri

 

2.1. İnzibati orqan:

2.1.1. Azərbaycan Respublikasının ərazisində Konvensiyada nəzərdə tutulan səlahiyyətləri icra edir və Konvensiyanın məqsədlərinin həyata keçirilməsini təmin edir;

2.1.2. Konvensiya ilə müəyyən edilmiş qaydada elmi orqanın rəyinə əsasən icazə/sertifikatını verir və ya verməkdən imtina edir, onlara zəruri hesab etdiyi şərtləri qoyur, verdiyi hər hansı icazə/sertifikatını etibarsız elan edir, geri alır və dəyişdirir;

2.1.3. nümunələrin ixracı, təkrar ixracı və idxalı üçün digər dövlətlərin inzibati orqanları tərəfindən verilmiş və istifadə edilmiş müvafiq icazə/sertifikatı toplayır, xətm edir və saxlayır;

2.1.4. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin qorunması ilə əlaqədar qanunvericiliyin icrasının təmin edilməsi sahəsində digər müvafiq orqanlarla əməkdaşlıq edir;

2.1.5. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar qəbul edilməli tədbirlər barədə dövlət orqanlarına zəruri tövsiyələr verir;

2.1.6. Konvensiyanın, Konvensiya tərəflərinin konfranslarının qətnamələri və Konvensiya Katibliyinin qərar və tövsiyələrini icra edir;

2.1.7. nümunələrin beynəlxalq ticarəti barədə illik hesabatlar hazırlayır və Konvensiya Katibliyinə təqdim edir.

2.2. Elmi orqan:

2.2.1. nümunələrin ixracının həmin növün həyatı üçün təhlükəli olub-olmaması barədə rəy verir;

2.2.2. hər hansı növün populyasiya şəraiti tələb etdiyi hallarda, həmin növün ixracı üçün icazə/sertifikatının verilməsinin məhdudlaşdırılması barədə inzibati orqana tövsiyələr verir;

2.2.3. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş hər hansı növün eyniləşdirilməsinə dair əyani vəsait hazırlayır;

2.2.4. götürülmüş nümunələrdən istifadə haqqında qərar çıxarılması ilə əlaqədar rəy verir;

2.2.5. növlərin mühafizəsinə dair istənilən məsələlərlə əlaqədar inzibati orqana məsləhətlər verir;

2.2.6. Konvensiya tərəflərinin konfransının qətnamələrində nəzərdə tutulan vəzifələri yerinə yetirir.

2.3. İnzibati orqan bu Qaydaların müddəalarının həyata keçirilməsinin təmin edilməsi üçün digər müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir.

2.4. İnzibati orqanın, habelə Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri qarşılıqlı əməkdaşlıq etməklə, bu Qaydaların pozulduğu hallarda, qanunvericiliyə uyğun olaraq aşağıdakıları həyata keçirə bilərlər:

2.4.1. bu Qaydaların pozulması ilə məsuliyyət yaradan əməllərin törədilməsi şübhə doğuran sənədləri, obyektləri, predmetləri və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürmək;

2.4.2. bu Qaydaların müddəalarının pozulması ilə saxlanılan hər hansı nümunənin yerləşdiyi güman edilən binalara və nəqliyyat vasitələrinə qanunvericiliyə uyğun olaraq baxış keçirmək və nümunələrə aid istənilən sənədlərlə tanış olmaq;

2.4.3. bu Qaydaların müddəalarının pozulması ilə daşınması, əldə edilməsi və ya alğı-satqı predmeti olması güman edilən nümunələrlə tanış olmaq;

2.4.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər görmək.

 

III. İcazə/sertifikatın verilməsi qaydaları və şərtləri

 

3.1. Nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq müraciət edirlər. [1]

3.2. Müraciətdə fiziki şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxslərin isə tam adı, hüquqi və faktiki ünvanı, telefon nömrələri, habelə beynəlxalq ticarəti nəzərdə tutulan nümunələr barədə ətraflı məlumatlar göstərilməlidir.

3.3. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

3.3.1. nümunələrin Azərbaycanın hüdudları daxilində əldə edilməsi (tutulması, vurulması, yığılması) barədə təsdiqedici sənədin surəti və dəyişmə, alğı-satqı, bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin qanuniliyini təsdiq edən sənədlər;

3.3.2. Konvensiyanın I, habelə bu Qaydaların 1 nömrəli əlavəsinə daxil edilmiş nümunələrin ixrac olunacaq ölkənin inzibati orqanı tərəfindən həmin nümunənin idxalına verilmiş icazə/sertifikatın surəti;

3.3.3. elmi orqanın rəyi;

3.3.4. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər;

3.3.5. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin süni şəraitdə yetişdirilməsini (onun valideynlərinin 2-ci nəsli barədə məlumatlar göstərilməklə) təsdiq edən sənədlərin surətləri.

3.4. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin Azərbaycan Respublikasından təkrar ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

3.4.1. nümunələrin təkrar ixracına icazə/sertifikatın alınması zamanı bu qaydaların 3.3-cü bəndin 3.3.3-cü yarımbəndindəki elmi orqanın rəyi istisna olmaqla, həmin bənddəki sənədlər ərizəyə əlavə edilir.

3.5. Konvensiyanın I əlavəsinə daxil edilmiş nümunələrin Azərbaycan ərazisinə idxalı üçün icazə/sertifikatın alınmasına dair ərizəyə elmi orqanın rəyi əlavə edilir.

3.6. Konvensiyanın II və III əlavəsinə daxil edilmiş nümunələrin idxalına  icazə/sertifikatın verilməsi tələb olunmur.

3.7. Nümunələrin Azərbaycan ərazisinə introduksiyası üçün icazə/sertifikatın alınmasına dair verilən ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

3.7.1. elmi orqanın rəyi;

3.7.2. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər.

3.8. İcazə/sertifikatı almaq barədə ərizəyə əlavə edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə, 3 (üç) iş günü ərzində ərizəçiyə yazılı məlumat verilir və məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluqlar konkret göstərilir. Ərizədə bütün zəruri hallar göstərilmişdirsə və zəruri materiallar əlavə edilmişdirsə, ərizə təqdim edildiyi gündən 5 (beş) gün müddətində bu Qaydaların tələblərinə uyğun olaraq baxılır və imtina üçün əsas olmadıqda icazə/sertifıkatı verilir.

3.9. İcazə/sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir. Ərizəçi imtina ilə əlaqədar qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

3.10. Konvensiyanın I, II və III və bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin ticarəti aşağıdakı şərtlərə cavab verdikdə həyata keçirilə bilər:

3.10.1. ixrac və ya təkrar ixracın, habelə introduksiyanın obyekti olan canlı nümunələrin Konvensiyanın canlı nümunələrinin daşınması ilə bağlı rəhbər prinsiplərinə əməl olunduqda;

3.10.2. canlı nümunələrin hava nəqliyyatı ilə daşınması hallarında, heyvanların zədələnməsi, həyatlarının təhlükəyə məruz qalması və ya onlarla amansız rəftar riskinin minimuma endirilməsini nəzərdə tutan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının canlı nümunələrin daşınması barədə tələbləri yerinə yetirildikdə;

3.10.3. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin idxalı və ya dənizdən introduksiyası kommersiya məqsədləri üçün istifadə edilmədikdə;

3.10.4. Konvensiyanın II əlavəsinə daxil edilmiş hər hansı növü ixrac edən dövlətin inzibati orqanı tərəfindən ixrac və ya təkrar ixrac üçün icazə/sertifikatı verildikdə;

3.10.5. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə idxalı zamanı növü ixrac edən ölkənin mənsubiyyəti barədə sertifikat təqdim olunduqda;

3.10.6. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə idxalı zamanı, əgər ixrac Konvensiyanın III əlavəsinə daxil olunmasını təklif etmiş ölkədən həyata keçirilirsə, həmin ölkənin inzibati orqanı tərəfindən növün ixrac olunmasına verilmiş icazə/sertifikatı təqdim olunduqda.

3.11. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin ticarəti üçün elmi orqanın rəyi tələb olunmur.

3.12. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin beynəlxalq ticarəti məqsədi ilə icazə/sertifikatın verilməsi müvafiq olaraq Konvensiyanın I və II əlavələri üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçirilir.

3.13. Konvensiyanın I və II, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil olan və qeyri-sərbəst şəraitdə artırılmış və ya süni yolla yetişdirilmiş bitki və heyvan növlərinin nümunələri beynəlxalq ticarətin obyekti ola bilər.

3.14. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş növlərin qeyri-sərbəst şəraitdə artırılan və ya süni yolla yetişdirilən nümunələrinin beynəlxalq ticarəti Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş növlər üçün müəyyən olunan qaydada həyata keçirilir.

3.15. Nümunələrin bu Qaydalara müvafiq beynəlxalq ticarəti üçün müəyyən edilmiş şərtlər aşağıdakılara tətbiq olunmur:

3.15.1. nümunələrin Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit daşınmasına;

3.15.2. ixrac və ya təkrar ixrac edən ölkənin inzibati orqanı nümunələrin Konvensiyanın və bu Qaydaların şərtlərinin tətbiq olunmasından əvvəl əldə edilməsinə əmin olunduqda;

3.15.3. alimlər və ya elmi təşkilatlar arasında inzibati orqan tərəfindən verilmiş və ya təsdiq edilmiş yarlıqları olan herbari, digər konservləşdirilmiş, qurudulmuş, xüsusi mayedə qoyulmuş muzey eksponatların, canlı bitki nümunələrinin mübadiləsi, müvəqqəti istifadəsi, bağışlanması, habelə kommersiya məqsədi daşımayan barter hallarına;

3.15.4. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş şəxsi və ya məişət əşyalarına (əgər onlar sahibi tərəfindən başqa ölkədə əldə edilərək şəxsin (sahibinin) daimi yaşadığı ölkəyə idxal edilmirsə);

3.15.5. Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş şəxsi və ya məişət əşyalarına (əgər onlar başqa ölkənin vəhşi təbiətindən əldə edilərək sahibinin daimi yaşadığı ölkənin ərazisinə idxal edilmirsə və nümunənin əldə edildiyi dövlətin inzibati orqanı onların ölkədən ixrac olunması üçün əvvəlcədən icazə tələb etmirsə);

3.15.6. səyyar sirklər, heyvanxana, zooloji bağlar və bitki sərgilərinə (əgər nümunələr qəbul edilmiş qaydada inzibati orqanda qeydiyyatda keçmişdirsə və ya nümunələr bu Qaydaların 3.15.2-ci bəndindəki kateqoriyaya aiddirsə, həmçinin inzibati orqan canlı nümunələrin daşınması və onlara qulluq edilən zaman mümkün zədələnmələrin, amansız rəftarın və həyatı təhlükə riskinin minimuma endiriləcəyinə əmindirsə).

 

IV. İcazə/sertifikatın tərtibi

 

4.1. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun icazə/sertifikatı tərtib edilir.

4.2. İcazə/sertifikatı xüsusi blanklarda növlərin adları latın dilində qeyd olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir.

4.3. İcazə/sertifikatın əsli və 3 nüsxəsi (surətləri) olmaqla tərtib edilir. İcazə/sertifikatın əsli ilə digər nüsxələrinin rəngləri fərqlənir və icazə/sertifikatın əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli və digər iki nüsxəsi təqdim edilir. Gömrük orqanları tərəfindən icazə/sertifikatın əslində və nüsxələrin birində müvafiq qeydlər aparılır və qeydiyyatı aparılmış nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır.

4.4. İcazə/sertifikatın surətlərinin heç biri əslinin əvəzinə istifadə edilə bilməz.

4.5. Nümunələrin hər partiyası üçün ayrıca icazə/sertifikatı tələb olunur.

4.6. Bir icazə/sertifikata üçdən artıq növün nümunəsi daxil edilə bilməz.

4.7. İcazə/sertifikata əlavə və düzəlişlər edilməsinə yol verilmir.

4.8. İcazə/sertifikatı verildiyi gündən aşağıdakı müddətdə qüvvədədir:

4.8.1. ixrac və təkrar ixrac üçün icazə/sertifikatı - 6 ay;

4.8.2. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin idxalı üçün icazə/sertifikatı -12 ay;

4.8.3. Konvensiyanın II, habelə bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin digər ölkənin ərazisindən ixrac və ya təkrar ixracı barədə müvafiq icazə/sertifikat əsasında verilən idxal üçün icazə/sertifikat-6 ay (müddət ixrac və ya təkrar ixrac sənədlərinin verildiyi gündən hesablanır);

4.9. İcazə/sertifikatı bu Qaydalarla müəyyən edilmiş müddətlərdə və yalnız icazə/sertifikatda göstərilən şəxslər tərəfindən istifadə edilə bilər, digər şəxslərə verilə bilməz.

4.10. İcazə/sertifikatı nümunələr ixrac olunmazdan əvvəl alınmalıdır.

 

V. İcazə/sertifikatın ləğv olunması və ona xitam verilməsi

 

5.1. İcazə/sertifikatı aşağıdakı hallarda inzibati orqan tərəfindən ləğv edilir:

5.1.1. ərizəçi tərəfindən müvafiq müraciət edildikdə;

5.1.2. Konvensiyanın, Konvensiya tərəflərinin konfransının qətnamələrinin, bu Qaydaların, habelə idxal edildiyi ölkənin qanunlarının pozulması ilə verildiyi müəyyən edildikdə;

5.1.3. icazə/sertifikatın verilməsində bu Qaydalarla müəyyən edilmiş şərtlərinin pozulması baş verdikdə;

5.1.4. icazə/sertifikatı itirildikdə;

5.1.5. nümunə sahibi dəyişdikdə;

5.1.6. nümunə sahibi olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs öldükdə;

5.1.7. məhkəmənin müvafiq qərarı olduqda;

5.1.8. idxal edilən nümunənin onun ixrac olunduğu ölkənin qanunvericiliyinin pozulması yolu ilə ixrac edildiyi müəyyən edildikdə;

5.1.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda;

5.2. icazə/sertifikata aşağıdakı hallarda inzibati orqan tərəfindən xitam verilir:

5.2.1. etibarsız hesab edilmiş icazə/sertifıkatı inzibati orqana təhvil verildikdə;

5.2.2. beynəlxalq ticarət üçün digər ölkələrin inzibati orqanları tərəfindən verilmiş icazə/sertifikatı qüvvədən düşdükdə;

5.2.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

 

VI. Bu Qaydaların pozulması nəticəsində götürülmüş nümunələrdən istifadə

 

6.1. Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr saxlanılmaq üçün inzibati orqana verilir.

6.2. Məhkəmənin qərarına əsasən və ya elmi orqanın rəyini nəzərə alaraq, inzibati orqan nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir:

6.2.1. sahibinə qaytarılması;

6.2.2. ixrac edildiyi ölkəyə qaytarılması (müvafiq dövlətin Konvensiya üzrə inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra);

6.2.3. təbii mühitə buraxılması;

6.2.4. canlı nümunələrin qeyri-sərbəst şəraitdə və ya süni olaraq yaradılmış mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi məqsədlər üçün əvəzsiz verilməsi;

6.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satılması (bu Qaydaların 6.2.1-6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş qərarların həyata keçirilməsi mümkün olmadıqda);

6.2.6. öldürülməsi və ya məhv edilməsi (canlı nümunələr üçün dövlət baytarlıq nəzarəti orqanının rəyi olduqda). [2]

6.3. Nümunələrin satışı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6.4. Nümunəni alan şəxsə inzibati orqan tərəfindən bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən formada Şəhadətnamə verilir. Şəhadətnamə nümunənin əldə edilməsinin qanuniliyini təsdiq edən sənəddir.

Şəhadətnamə nümunənin hər bir nüsxəsinə və ya partiyasına verilir.

6.5. Nümunənin sahibi dəyişdiyi halda, yeni sahib 3 (üç) həftə ərzində əvvəlki sahibin Şəhadətnaməsini və nümunənin yeni sahibinə verilməsi faktını təsdiq edən sənədləri inzibati orqana təqdim etməklə öz adına Şəhadətnamə almalıdır.

Nümunənin məhv olduğu (itirildiyi) hallarda onun sahibi 2 (iki) həftə müddətində bu barədə inzibati orqanı məlumatlandıraraq Şəhadətnaməni qaytarmalıdır.

 


 

'Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna

və yabanı flora növlərinin beynəlxalq ticarətinin

tənzimlənməsi Qaydaları"na

1 nömrəli əlavə

 

Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri

 

 

 

FAUNA (HEYVANLAR)

 

MAMMALIA (MƏMƏLİLƏR)

CHIROPTERA

YARASALAR

Rhinolophidae

Nalburun yarasalar fəsiləsi

Rhinolophus euryale

Cənub nalburunu

Miniopteridae

Uzunqanad yarasalar

Miniopterus schrebersii

Adi uzunqanad yarasa

Molossidae

Buldoq yarasalar

Tadarida teniotis

Bükükdodaq enliqulaq

RODENTIA

GƏMİRİCİLƏR

Hystricidae

Tirəndazlar

Hystrix leucura

Hindistan tirəndazı

CARNIVORA

YIRTICILAR

Hyaenidae

Kaftarlar

Hyaena hyaena

Zolaqlı kaftar

Mustelidae

Dələlər

Vormela peregusna

Safsar

Felidae

Pişikkimilər

Felis libuca

Çöl pişiyi

Lynx linx

Vaşaq

Otocolobus manual

Manul pişiyi

Pantera pardus

Bəbir

ARTIODACTYLA

CÜTDIRNAQLILAR

Bovidae

Boşbuynuzlular

Gazella subgutturosa

Ceyran

Rupicapra rupicapra

Köpgər, qarapaça

Capra aegagrus

Bezoar və ya qaya keçisi

Ovis orientalis

Muflon, dağ qoyunu

 

AVES (QUŞLAR)

 

Pelecaniformes

Qutankimilər

Pelecanidae

Qutanlar

Pelecanus

Qutan

Pelecanus onocrotalus

Çəhrayı qutan

Anseriformes

Qazkimilər

Anatidae

Ördəklər

Cygnus

Qulələk

Cygnus olor

Fısıldayan qulələk

Anser

Qaz

Anser erythropus

Ağqaş qaz

Anas (Marmaronetta)

Ordək (Mərməri)

Anas (Marmaronetta) angustirostris

Mərmər cürə

Galliformes

Toyuqkimilər

Phasianidae

Qırqovullar

Tetraogallus

Ular

Tetraogallus caucasicus

Qafqaz uları

Tetraonidae

Tetralar

Lyrurus mlocosiewiczi

Qafqaz tetrası

Francolinus

Turac

Francolinus francolinus

Adi turac

Gruiformes

Durnakimilər

Rallidae

Sufərələri

Crex

Çivdimdik

Crex crex

Adi çivdimdik

Charadruformes

Cüllütkimilər

Charadridae

Bozcalar

Vanellochettusia

Ağquyruq

Vanellochettusia leucura

Çökükburun ağquyruq

Chettusia

Çökükburun

Chettusia gregaria

Çığırqan çökükburun

Glarolidae

Haçaquyruqlar

Glareola

Haçaquyruq

Glareola nordmanni

Bozqır haçaquyruğu

Laridae

Qağayılar

Larus

Qağayı

Larus ichtyaetus

Güləyən gağayı

Columbiformes

Göyərçinkimilər

Pteroclididae

Bağrıqaralar

Pterocles

Bağrıqara

Pterocles orientalis

Qaraqarın bağrıqara

 

REPTILIA   (SÜRÜNƏNLƏR)

 

Testudines

Tısbağalar

Testudinidae

Quru tısbağaları

Testudo

Quru tısbağası

Testudo greaca

Aralıq dənizi tısbağası

Squamata

Pulcuqlular

Sauria

Kərtənkələlər

Agamidae

Kələzlər

Trapelus

Düzənlik kələzi

Trapelus ruderamus

Xarabalıq kələzi

Phrunocephalus

Girdəbaş

Phrunocephalus helioscopus

Yovşanlıq girdəbaş kərtənkələsi

Scincidae

Ssinklər

Trachylepis

Afrika mabuyası

Trachylepis septemtaeniatus Reuss.

On Asiya mabuyası

Ablepharus

Çılpaqgöz

Ablepharus bivittatus

Zolaqlı çılpaqgöz

Serpentes

İlanlar

Colubridae

Su ilanları

Elaphe

Dırmaşan təlxə

Elaphe longissima

Eskulap təlxəsi

Rhynchocalamus

Rinxokalamus

Rhynchocalamus melanosephalus

Qarabaş rinxokalamus

 

AMFIBIA (SUDA-QURUDA YAŞAYANLAR)

 

Caudata

Quyruqlular

Salamandridae

Salamandralar

Tritrus Rafinesque

Triton

Tritrus vulqaris

Adi triton

Tritrus cristatus

Daraqlı triton

Anura

Quyruqsuzlar

Pelebatidae

Sarımsaqiyli qurbağalar

Pelobates wagler

Sarımsaqiyli

Pelobates suriacus

Suriya sarımsaqiyli qurbağası

Pelodutes Bonap.

Xaçlıca

Pelodutes caucasicus

Qafqaz xaçlıcası

Procoela

Prosöllulər

Bufonidae

Quru qurbağaları

Bufo

Quru qurbağası

Bufo bufo

Adi quru qurbağası

 

FLORA   (BİTKİLƏR)

 

ALLIACEAE J. AGARDH.

SOĞANAQKİMİLƏR FƏSİLƏSİ

Nectaroscordum dioscoridis (Smith.) Stank.

Dioskorid nektaroskordumu

Nectaroscordum tripedale (Trautv.) Grossh.

Üçfutlu nektaroskordumu

APIACEAE LINDL.      

KƏRƏVÖZKİMİLƏR FƏSİLƏSİ

 

Grammosciadium platycarpum Boiss. et Hausskn. (=Caropodium platycarpum

(Boiss. et Hausskn.) Schischk.)

Oraqmeyvə  qalxanək

Dorema glabrum Fisch. et C.A.Mey.

Çılpaq dorema

Ferula caucasica Korov.

Qafqaz ilankölgəsi

Zeravschania pauciradiata (Tamamsch.) M. Pimen. (=Peucedanum pauciradiatum

Tamamsch.)

Azşüalı zerafşaniya

Smyrniopsis aucheri Boiss.

Oşe lələklivəsi

Stenotaenia macrocarpa Freyn. et Sinth. ex Freyn, subsp. daralaghezica (Takht.) Takht.

(= S. daralaghezica (Takht.) Schischk.)

İrimeyvə stenoteniyası

AQUIFOLIACEAE BARTL.

ŞUMŞADKİMİLƏR FƏSİLƏSİ

Ilex hyrcana Pojark.

Hirkan şümşadı

ARALİACEAE JUSS.

SARMAŞIQKİMİLƏR FƏSİLƏSİ

Hedera pastuchowii Woronow

Pastuxov daşsarmaşığı

ARISTOLOCHİACEAE JUSS.

ZƏRAVƏNDKİMİLƏR FƏSİLƏSİ

Aristolochia bottae Jaub. et Spach

Bott zəravəndi

DRYOPTERIDACEAE CHING

AYIDÖŞƏYİKİMİLƏR FƏSİLƏSİ

Dryopteris raddeana (Fomin) Fomin

Rade ayıdöşəyisi

ASTERACEAE DUMORT.

ASTERKİMİLƏR FƏSİLƏSİ

Cladochaeta candissima (Bieb.) DC.

Parlaq kladoxeta

Gundelia tournefortii L.

Turnefor qundeliyası

Pyrethrum kotschyi Boiss.

Koçi birəotusu

Scorzonera grossheimii Lipsch.et Vass.

Qrossheym təkəsaqqalı

Telekia speciosa (Schreb.) Baumg.

Gözəl telekiya

AMARYLLIDACEAE J. ST.-HIL.

NƏRGİZÇİÇƏYİKİMİLƏR FƏSİLƏSİ

Sternbergia colchiciflora Waldst. et Kit.

Kolxidflora şternbergiyası

HAMAMELIDACEAE R. BR.

DƏMİRAĞACKİMİLƏR FƏSİLƏSİ

Parrotia persica (DC.) C.A. Mey.

Dəmirağac

HEMIONITIDACEAE PICHI
SERMOLII

HEMİONİTİDKİMİLƏR FƏSİLƏSİ

Anogramma leptophylla (L.) Link

Nazikyarpaq anoqramma

HYPERICACEAE JUSS.

DAZI FƏSİLƏSİ

Hypericum formosissimum Takht.

Gözəl dazı

IRIDACEAE JUSS.

SÜSƏNKİMİLƏR FƏSİLƏSİ

Crocus caspius Fisch. et C.A.Mey.

Xəzər zəfəranı

Gladiolus halophilus Boiss. et Heldr.

Şoranyer qarğasoğanı

Iris acutiloba C.A.Mey.

İtikənarlı süsən

Iris camillae Grossh.

Kamilla süsəni

JUGLANDACEAE A. RICH. EX

KUNTH

QOZKİMİLƏR FƏSİLƏSİ

Pterocarya pterocarpa (Michx.) Kunth ex
I. Iljinsk.

Qanadmeyvə yalanqoz

LILIACEAE JUSS.

ZANBAQKİMİLƏR FƏSİLƏSİ

Fritillaria grandiflora Grossh.

İriçiçək laləvər

Lilium ledebourii (Baker) Boiss.

Ledebur zanbağı

Tulipa karabachensis Grossh.

Qarabağ dağlaləsi

HYACİNTACEAE BATSCH

HİASİNTKİMİLƏR FƏSİLƏSİ

Muscari elegantulum Schchian

Qəşəng ilansoğanı

Ornithogalum hyrcanum Grossh.

Hirkan xıncılosu

Hyacintella atropatana (Grossh.)
H.Mordak et Zakharyeva (=Scilla
atropatana Grossh.)

Atropatan (Azərbaycan) zümrüdçiçəyi

MELANTHİACEAE BATSCH

MELANTASİYAKİMİLƏR FƏSİLƏSİ

Merendera candidissima Miscz. ex
Grossh.

Ağaran danaqıran

RUSCACEAE HUTCH.

BİKƏVƏRKİMİLƏR FƏSİLƏSİ

Danae racemosa(L.) Moench

Budaqlı danaya

 


 

"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna

və yabam flora növlərinin beynəlxalq ticarətinin

tənzimlənməsi Qaydaları"na

2 nömrəli əlavə

 

Azərbaycan üçün xarakterik və mühafizəsinin gücləndirilməsi tələb olunan vəhşi fauna və yabanı flora növləri

 

 

 

FAUNA (HEYVANLAR)

 

MAMMALIA (MƏMƏLİLƏR)

INSECTIVORA

HƏŞƏRATYEYƏNLƏR

Soricidae

Yereşənlər

Sunsus etruscus

Cırtdan ağdiş

CHIROPTERA

YARASALAR

Rhinolophidae

Nalburun yarasalar fəsiləsi

Rhinolophus hipposideros

Kiçik nalburun

Rhinolophus euryale

Cənub nalburunu

Vespertilionidae

Şəbpərələr

Myotis blythii

Itiqulaq şəbpərə

CARNIVORA

YIRTICILAR

Mustelidae

Dələlər

Lutra lutra

Çay samuru

Felidae

Pişikkimilər

Felidae chaus

Qamışhq pişiyi

PINNIPEDIA

KÜRƏKAYAQLILAR

Phocidae

Əsl suitiiər

Phoca caspica

Xəzər suitisi

ARTIODACTYLA

CÜTDİRNAQLILAR

Cervidae

Dolubuynuzlular

Capreolus capreolus

Cüyür

Cervus elaphus

Nəcib maral

AVES (QUŞLAR)

Podicipediformes

Maygülükimilər

Podicipedidae

Maygülülər

Podiceps

Maygülü

Podiceps nigrocollis

Qaraboyun maygülü

Podiceps auritus

Qırmızıboyun maygülü

Podiceps grisegena

Bozyanaq maygülü                                           

Pellcaniformes

Qutankimilər

Phalacrocoracidae

Qarabatdaqlar

Phalacrocorax

Qarabatdaq

Phalacrocorax pygmaeus

Kiçik qarabatdaq

Anseriformes

Qazkimilər

Anatidae

Ordəklər

Cygnus

Qulələk

Cygnus cygnus

Harayçı qulələk

Tadorna

Anqut

Tadorna tadorna

Ala anqut

Tadornaferruginea

Qırmızı anqut

Rallidae

Sufərələri

Porphyrio

Soltanquş

Porphyrio porphyio

Adi soltanquş

Coraciiformes

Göycəqarğakimilər

Coraciidae

Göycəqarğalar

Coracias

Göycəqarğa

Coracias garrulus

Adi göycəqarğa

Alcedinidae

Zərricələr

Alcedo

Zərricə

Alcedo atthis

Balıqcıl zərricə

Meropidae

Qızlarquşular

Merops

Qızlarquşu

Merops apiaster

Qızılı qızlarquşu

Merops superciliosus

Yaşıl qızlarquşu

REPTILIA   (SÜRÜNƏNLƏR)

Testudines

Tısbağalar

Emudidae

Şirin su tısbağaları

Emus

Şirin su tısbağası

Emus orbicularis

Bataqlıq tısbağası

Squamata

Pulcuqlular

Saura

Kərtənkələlər

Anguidae

Anquidlər

Anguis

Anquis

Anguis fragilis

Cılız koramal

Scinicidae

Ssinklər

Ablepharus

Çılpaqgözlülər

Ablepharus pannonicus

Asiya çılpaqgözlüsü

Lacertidae

Kərtənkələlər

Eremias

Kərtənkələcik

Eremias Strauxs

Ştraux kərtənkələciyi

Lacerta

Əsl kərtənkələ

Lacerta praticola

Çəmən kərtənkələsi

Darevskia raddei

Azərbaycan kərtənkələsi

Darevskia chlorogaster

Yaşılqarın kərtənkələ

Serpentes

İlanlar

Boidae

Yatağan ilanlar

Erux.

Yatağan

Erux jaculus

Qərb yatağanı

Colubridae

Su ilanları

Coluber

Təlxə

Coluber ravergieri

Rəngbərəng təlxə

Elaphe

Dırmaşan təlxələr

Elaphe dionee

Naxışlı təlxə

Elaphe Sauromates

Dördzolaqlı təlxə

Eirenis

Eyrenis

Eirenis modestus

Dinc eyrenis

Viperidae

Gürzəklər

Vipera

Gürzə

Vipera ursini

Çöl gürzəsi

Crotalidae

Çuxurbaşlılar

Gloydius

Qalxansifət

Gloydius halus

Adi qalxansifət ilan

AMFIBIA(SUDA-QURUDA YAŞAYANLAR)

Procoela

Prosollfilər

Hylidae

Ağac qurbağaları

Hyla Laurenti

Ağac qurbağası

Hyla arborea Limaius

Adi ağac qurbağası

Diploasiocolla

Diploasisollfilər

Ranidae

Qurbağalar

Rana

Qurbağa

Rana macrocnemis

Kiçik asiya qurbağası

FLORA (BİTKİLƏR)

CHENOPODIACEAE VENT.

TƏRƏÇİÇƏKKİMİLƏR FƏSİLƏSİ

Anabasis brachiata Fisch. et C.A.Mey. ex Kar. et Kir.

Şamdanvari öldürgən

Salsola tamamschjanae Iljin

Tamamşyan şorangəsi

CUPRESSACEAE RICH. EX BARTL.

SƏRVKİMİLƏR FƏSİLƏSİ

Juniperus foetidissima Willd.

Ağıriyli ardıc

EBENACEAE GUERKE

EBENA FƏSİLƏSİ

Diospyros lotus L.

Qafqaz xurması (xurnik)

ERICACEAE JUSS.

ERİKA FƏSİLƏSİ

Rhododendron caucasicum Pall.

Qafqaz xınaməli

Rhododendron luteum Sweet

Sarı xınaməli

EUPHORBIACEAE JUSS.

SÜDLƏYƏNKİMİLƏR FƏSİLƏSİ

Euphorbia grossheimii Prokh.

Qrossheym südləyəni

FABACEAE LINDL.

PAXLALILAR FƏSİLƏSİ

Albizia julibrissin Durazz.

Güləbrişin, irək akasiya

Astragahıs bakuensis Bunge

Bakı gəyəni

Astragalus kubensis Grossh.

Quba gəvəni

Gleditsia caspia Desf.

Xəzər lələyi (şeytanağacı)

FAGACEAE DUMORT.

FISTIQKİMİLƏR FƏSİLƏSİ

Castanea sativa Mill.

Adi şabalıd

Quercus castaneifolia C.A. Mey.

Şabalıdyarpaq palıd

GENTDVACEAE JUSS.

ACIÇİÇƏKKİMİLƏR  FƏSİLƏSİ

Gentiana lagodechiana (Kusn.) Grossh.

Laqodex acıçiçəyi

GLOBULARIACEAE DC.

QLOBULARİYA FƏSİLƏSİ

Globularia trichosantha Fisch. et C.A.

Mey.     

Darləçək qlobulariya

 

BETULACEAE S.F.GRAY

TOZAĞACI FƏSİLƏSİ

Corylus colurna L.

Ağacvari fındıq, ayı fındığı         

Alnus subcordata C.A. Mey.

Ürəkvariyarpaq qızılağac

Betula raddeana Trautv.

Rade tozağacısı

BRASSICACEAE BURNETT.

XAÇÇİÇƏKİMİLƏR FƏSİLƏSİ

Physoptychis caspica (Habl.) V. Boczantzeva (=Ph. gnaphalodes (DC.)

Boiss.)

Quru bozqovqaç

Pseudovesicaria digitata (C.A. Mey.)
Rupr.

Barmaqvari qovqaç

BUXACEAE DUMORT.

ŞÜMŞƏT FƏSİLƏSİ

Buxus colchica Pojark.

Kolxida şümşadı

CAMPANULACEAE JUSS.

ZƏNGÇİÇƏKLİLƏR FƏSİLƏSİ

Campanula coriacea P.H. Davis
(=C.radula auct.)

Şüalı zəngçiçəyi

CELASTRACEAE R. BR.

GƏRMƏŞOV FƏSİLƏSİ

Euonymus velutina Fisch. et C.A.Mey.

Məxməri gərməşov

 


 

 

“kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”na

 

3 nömrəli əlavə

 

 

CITES

KÖKÜNÜN KƏSİLMƏSİ TƏHLÜKƏSİ OLAN VƏHŞİ FAUNA VƏ YABANI FLORA NÖVLƏRİNİN BEYNƏLXALQ TİCARƏTİ HAQQINDA KONVENSİYA

 

CONVENTİON ON

İNTERNATIONAL TRADE IN

ENDANGERED SPECIES OF

WILD FAUNA AND FLORA

İCAZƏ/SERYİFİKATI

PERMIT/ CERTIFICATE                                      № AZ 000000

 

 

 

 

İXRAC

EXPORT

 

 

 

 

 

 

TƏKRAR-İXRAC

RE-EXPORT

 

 

 

 

 

İDXAL

IMPORT

2.

-dək qüvvədədir

Valid until

 

 

 

 

BAŞQALARI

OTHER

 

 

 

 

 

3. İdxal edən (adı və ünvanı)

Import (name and address)

 

 

 

4. ixrac edən/təkrar-ixrac edən (adı, ünvanı, ölkə)

Exporter (name and address, country)

3a. İdxal edən ölkə

Country of import

 

Xahiş edənin imzası

Signature of the applicant

5. Xüsusi şərtlər

Special conditions

 

6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ministry of Ecology and Natural Resources ,of Republic of Azerbajan

In  compliance with requirements

 

Bütün idxal və ixrac edilən nümunələr baytarlıq normativlərinə cavab verməlidirlər.

Canlı heyvanlar üçün bu icazə yaxud, sertifikat yalnız nəqliyyat şəraiti canlı heyvanların daşınması üçün Qərarlara, yaxud hava nəqliyyatı IATA Canlı heyvanlar üçün normativlərə tabe olduğu halda həqiqi hesab olunur.

For live Animals This permit or certificate is only valid if the transport conditions confound to the Guidelines for Transport of live Animals or  In the case of air transport  To the :ATA live Animals Regulations

ünvan: AZ0033 bakı, Moskva pros. 50

tel:

 

 

address: 50 Moscow avenue , AZ0033 BAKU

 

tel: +994(12) 41 53 76, 38 74 19

fax: +994(12) 41 58 11, 92 59 07

 

5a. Göndərişdə məqsəd (arxaya bax)

Purpose of the transacition (see reverse)

5b. Təhlükəsizlik möhürü

Security stamp N

7/8. Elmi adı (cinsi və növü) və heyvanın, yaxud bitkinin hamıya məlum adı

Scientific name (genus and species) and common name of animal or plant

9. Nümunələrin təsviri, tanımaq üçün nişanları yaxud nömrələri (yaşı/əgər canlıdırsa cinsiyyəti)

Description of specimeus, inclding identifying marks or numbers (age/sex if live)

10. əlavə № və mənbə

(arxaya bax)

Appendix No. And source (see reverse)

11. miqdarı (ölçü vahidliyə)

Quantity (including unit)

11a. Ümumilikdə ixrac olunan/ kvota

Total exporled/ Quota

A

7/8.

9.

10.

11.

11a.

12. Törəndiyi ölkə *

      Country of origin *

İcazə №

Prmit No

Tarix

Date

12a. Axırıncı təkrar-ixrac ölkəsi

Country of last re-export

 

Sertifikat № -si

Certificate No

 

Tarix

Date

 

12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi ***

No. Of the operation **or date of acquisition***

 

 

B

7/8.

9.

10.

11.

11a.

12. Törəndiyi ölkə *

      Country of origin *

İcazə №

Prmit No

Tarix

Date

12a. Axırıncı təkrar-ixrac ölkəsi

Country of last re-export

 

Sertifikat № -si

Certificate No

 

Tarix

Date

 

12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi ***

No. Of the operation **or date of acquisition***

 

 

C

7/8.

9.

10.

11.

11a.

12. Törəndiyi ölkə *

      Country of origin *

İcazə №

Prmit No

Tarix

Date

12a. Axırıncı təkrar-ixrac ölkəsi

Country of last re-export

 

Sertifikat № -si

Certificate No

 

Tarix

Date

 

12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi ***

No. Of the operation **or date of acquisition***

 

 

D

7/8.

9.

10.

11.

11a.

12. Törəndiyi ölkə *

      Country of origin *

İcazə №

Prmit No

Tarix

Date

12a. Axırıncı təkrar-ixrac ölkəsi

Country of last re-export

 

Sertifikat № -si

Certificate No

 

Tarix

Date

 

12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi ***

No. Of the operation **or date of acquisition***

 

 

* Nümunələrin təbii mühitindən götürüldüyü, ağılda çoxaldığı yaxud süni sürətində çoxaldığı ölkə (yalnız təkrar-ixrac olunan halda)
** Yalnız Əlavə 1-ə aid olan, ağılda, yaxud süni sürətdə kommersiya məqsədi ilə çoxaldılan nümunələr

*** Konvensiyadan əvvəlki nümunələr üçün

* country in which the specimens were taken from the wild? Bred in captitiy or artificially (only in case of re-export)

** Only for specimens of Appendeix-1 species bred in captivity or  artificially propagated (only in case of re-export)

*** For pre-Convention specimens

13. Bu icazə

      This permit is ussued by:

 

 

 

tərəfindən verilmişdir.

 

Yer

place

 

Tarix

Date

 

Təhlükəsizlik ştampı, imza və rəsmi möhür

Security stamp, siguature and official seal

14. İxracın təsdiqi

     Export endorsement:

15. Yükləmək üçün qaimə/Hava nəqliyyatı biletinin nömrəsi

       Bill of lading/Air Waybill Number

 

 

 

 

Bölgü

Block

Miqdarı

Quantity

A

 

B

 

C

 

D

 

İxracı olunan port

Port of export

 

Tarix

Date

 

İmza

Signature

 

Rəsmi ştamp və vəzifəsi

Oficial stamp and title

 

 

İcazə/sertifikat formasında göstərilən kodların izahı

(sertifikatın arxa tərəfi)

 

5A BƏNDİ ÜÇÜN KODLAR (CODES FOR BOX 5A)

T

Kommersiya

Commercial

Z

Zooparklar

Zoos

G

Nəbatat bağları

Botanical gardens

Q

Sirklər və səyyar sərgilər

Circuses and traveling exhibitions

S

Elm

Scientific

H

Ov məhsulu

Hunting trophies

P

Fərdi istifadə

Personal

M

Bio-tibbi tədqiqatlar

Bio-medical research

E

Təhsil

Education

N

Vəhşi təbiətə reintroduksiya (təkrar köçürmə) və ya introduksiya (köçürmə)

Reintroduction or introduction into the wild

B

Qeyri-sərbəst artırılmış və ya süni yetişdirilmiş

Breeding in captivity or artificial propagation

10-cu BƏND ÜÇÜN KODLAR (CODES FOR BOX 10)

W

Təbiətdən götürülən nümunələr

Specimens taken from the wild

R

Ferma üsulu ilə yetişdirilən nümunələr

Specimens originating from a ranching operation

D

Konvensiyanın 7-ci maddəsinin 4-cü paraqrafının və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabam flora növləri nümunələrinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın müddəalarına uyğun olaraq ixrac edilən və Konvensiyanın I və Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş, lakin kommersiya məqsədləri ilə qeyri-sərbəst münitdə artırılmış heyvanlar və yetişdirilmiş bitkilər, onların hissələri və derivatları

Appendix I (Appendix 1 of the Rules) animals bred in captivity for commercial purposes, or Appendix I (Appendix 1 of the Rules) plants artificially propagated for commercial purposes as well as parts and derivatives thereof, exported under the provisions of Article VII, paragraph 4, of the Convention and of the "Rules on Regulation of International Trade in Endangered Species of Wild Fauna and Flora"

A

Konvensiyanın 7-ci maddəsinin 5-cİ paraqrafının və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri nümunələrinin beynəlxalq ticarətinin tənzimlənməsİ Qaydaları»nın müddəalarına uyğun otaraq ixrac edilən və Konvensiyanın 11.11 saylı Qətnaməsinin «a» paraqrafına müvafiq olaraq süni yetişdirilmiş bitkilər, onların hissələri və derivatları (qeyri kommersiya məqsədləri ilə süni yetişdirilmiş və Konvensiyanın 1,11 və III, habelə Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələri)

Plants that are artificially propagated in accordance with Resolution Conf. 11.11, paragraph "a", as well as parts and derivatives thereof, exported under the provisions of Article VII, paragraph 5 of the Convention and of the "Rules on Regulation of International Trade in Endangered Species of Wild Fauna and Flora" (specimens of species included in Appendix I(Appendix 1 of the Rules) that have been propagated artificially for non-commercial purposes and specimens of species included in Appendices II, III and Appendix 2 of the Rutes)

C

Konvensiyanın 7-ci maddəsinin 5-ci paraqrafının və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri nümunələrinin beynəlxalq ticarətinin tənzimlənməsİ Qaydaları»nın müddəalarına uyğun olaraq ixrac edilən və Konvensiyanın 10.16 saylı Qətnaməsinə müvafiq olaraq qeyri-sərbəst şəraitdə artırılmış heyvanlar, onların hissələri və derivatları (qeyri kommersiya məqsədləri ilə süni olaraq artırılmış və Konvensiyanın 1,11 və III, habelə Qaydaların 1 və 2 №-li əlavələrinə daxil edilmiş növlərin nümunələri)

Animals bred in captivity in accordance with Resolution Con£ 10.16 (Rev.), as well as parts and derivatives thereof, exported under the provisions of Article VII, paragraph 5 of the Convention and of the "Rules on Regulation of International Trade in Endangered Species of Wild Fauna and Flora" (specimens of species included in Appendix I (Appendix 1 of the Rules) that have been bred in captivity for non-commercial purposes and specimens of species included in Appendices II, III and Appendix 2 of the Rules)

F

Qeyri-sərbəst şəraitdə artırılmış (F1 və sonrakı nəsillər), lakin Konvensiyanın 10.16 saylı Qətnaməsində nəzərdə tutulan «qeyri-sərbəst şəraitdə artırılmış» anlayışının tələblərinə cavab verməyən heyvanlar, onların hissələri və derivatları

Animals born in captivity (Fl and subsequent generations) that do not fulfill the definition of "bred in captivity" in Resolution Conf. 10.16 (Rev.), as well as parts and derivatives thereof

U

Naməlum mənbələr (əsaslandırılmalıdır)

Source unknown (must be justified)

I

Müsadirə olunmuş və ya götürülmüş nümunələr

Confiscated or seized specimens

 


 

 

“kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”na

4 nömrəli əlavə

 

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri nümunələrinin əldə edilməsi haqqında Şəhadətnamə

 

Azərbaycan respublikasında CİTES-in inzibati orqanı (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi)

 

 

Şəhadətnamə                            AZ № 000000

 

 

Verilir ___________________________________________________________________________

(fiziki şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar)

 

_________________________________________________________________________________

(hüquqi şəxsin rekviztləri)

 

______________________________________________________məhkəməsinin “___” ___________200__il tarixli

     (müsadirə barədə qərar qəbul edilmiş orqanın adı)

 

qərarı ilə müsadirə olunmuş________________________________________________________

(nümunənin Azərbaycan və latın dillərində adı, CİTES-in müvafiq əlavəsinin №-si)

 

_________________________________________________________________________________

(nümunənin təsviri – canlı, hissə, derivat, fərdi nişanın olması və s.)

 

_________________________________________________________________________________

 

 

CİTES nümunəsini əldə etməsinin qanuniliyini təsdiq edir.

 

 

Nümunədən istifadənin xüsusi şərtləri_______________________________________________

 

_________________________________________________________________________________

 

Qeyd: Nümunənin məhv olduğu (İtirdiyi) hallarda şəhadətnamə 2 həftə müddətində  

CİTES-in Azərbaycan Respublikasındakı inzibati orqanına qaytarılmalıdır.

Sahibi dəyişdiyi hallarda Şəhadətnamə dəyişdirilir.

 

Tarix____________________________                  İmza__________________________________

                                                                                                                                      (soyadı, vəzifə)

 

 

 

M.Y.

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             29 noyabr 2017-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 dekabr 2017-ci il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2183)

2.             21 sentyabr 2020-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1222)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 noyabr 2017-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 dekabr 2017-ci il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2183) ilə “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın 3.1-ci bəndinə “inzibati orqana” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilmişdir.

 

[2] 21 sentyabr 2020-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1222) “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın 6.2.6-cı yarımbəndində “baytarlıq nəzarəti orqanlarının” sözləri “dövlət baytarlıq nəzarəti orqanının” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status