AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.11.2008
QEYDİYYAT NÖMRƏSİ
261
ADI
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2008, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1040)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.11.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

Bakı şəhəri, 27 noyabr 2008-ci il

     № 261

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi

 

QAYDALARI [2]

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na (bundan sonra - Dövlət Proqramı) uyğun olaraq, ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafının təmin edilməsi məqsədi ilə prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil müəssisələrində təhsil alacaq gənclərin təhsil səviyyələri və proqramlar (ixtisasartırma, dil və baza hazırlığı kursları, bakalavriat, magistratura, rezidentura və doktorantura) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən namizədlərin siyahısı təsdiq edilir. [3]

1.2. Xaricdə təhsil alanların (bundan sonra - təhsil alan) təhsili ilə bağlı bütün xərclərin ödənilməsi (təhsil haqqı, vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış-yataqxana və digər xərclər, gündəlik qida, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri, təşkilati xərclər daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi) tərəfindən həyata keçirilir.

1.3. Komissiyanın qərarı, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır.

 

2. TƏHSİL ALANLARIN TƏHSİLİ İLƏ BAĞLI XƏRCLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ QAYDALARININ ÜMUMİ ÇƏRÇİVƏSİ

 

2.1. Təhsil alanların xaricdə təhsili ilə bağlı xərclərin məbləği (təhsil haqqı, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri, viza, qeydiyyat, tibbi sığorta və s.) hər il təqdim edilmiş ödəmə sənədləri əsasında Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim olunur. Təhsil alanın yaşayış (yataqxana və digər xərclər), gündəlik qida və tədris materialları xərclərinin ödənilməsi üçün müəyyən edilmiş məbləğ isə hər bir ölkə üzrə bu Qaydalara əlavə olunan “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə (bundan sonra - cədvəl) əsasən həyata keçirilir (1 nömrəli əlavə).

2.2. Xaricdə təhsil alanların təsdiq olunmuş siyahısına əsasən müvafiq qaydada xaricdə təhsil alanların özləri və yaxud onların xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurum tərəfindən təqdim olunmuş sənədlər (müvafiq ölkənin təhsil müəssisəsinə qəbul olunmasına dair rəsmi sənəd, dəvət sənədi, təhsil, yataqxana, gündəlik yaşayış, tibbi sığorta və digər xərclərin ödənilməsini təsdiq edən sənəd və s.) və ya müvafiq təhsil müəssisəsi ilə Təhsil Nazirliyi, yaxud tələbə arasında bağlanılmış fərdi müqavilə əsasında rəsmiləşdirmə aparılır.

2.3. Xaricdə təhsil alanlar haqqında müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra, onların hər birisi ilə Təhsil Nazirliyi arasında fərdi qaydada hər iki tərəfin öhdəliklərini əks etdirən müqavilə bağlanılır (2 nömrəli əlavə). Həmin müqavilədə tələbənin xarici ölkənin təhsil müəssisəsində təhsil alması ilə bağlı bütün xərclər (təhsil haqqı, viza və qeydiyyat xərcləri, yaşayış xərci - yataqxana, yerli nəqliyyat, internet xidməti, telefon danışıqları, yaşayış üçün tələb olunan cari xərclər, qidalanma, tədris materialları, tibbi sığorta xərcləri; ildə bir dəfə təhsil yerinə getmək və vətənə dönməklə bağlı yol xərcləri və s.) öz əksini tapır (1 və 2 nömrəli əlavələr).

2.4. Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür. [4]

2.5. Təhsil alanların xarici ölkələrin təhsil müəssisələrinə şərti qəbul olunması ilə bağlı müvafiq sənəd təqdim edildiyi və təhsillə bağlı bəzi zəruri xərclərin tələb olunduğu bildirildiyi təqdirdə, bu təhsil müəssisəsinin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən qabaqcadan (depozit olaraq) müəyyən ödənişlər həyata keçirilə bilər.

3. TƏHSİL ALANLARIN TƏHSİLİ İLƏ BAĞLI XƏRCLƏR

 

3.1. Təhsilalanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyələşdirilir:

3.1.1. təhsil haqqı;

3.1.2. viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;

3.1.3. yaşayış (yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları) xərcləri;

3.1.4. zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri;

3.1.5. tibbi sığorta xərcləri;

3.1.6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri. [5]

3.2. Təhsil haqqı ilə bağlı xərclərə zəruri hallarda müvafiq təhsil səviyyələri üzrə - dil və baza hazırlıq kursları, bakalavriat, magistratura, rezidentura, stajkeçmə və digər təhsil səviyyəsində təhsil alanlara oxuduğu müddət ərzində təhsil dövrü üçün xarici təhsil müəssisələri və ya tərəfdaş qurumlar tərəfindən hesablanan təhsil haqqı, aspirantura və doktorantura təhsil səviyyəsində təhsil alanlar üçün isə təhsil dövrü üçün hesablanan təhsil və elmi tədqiqat xərcləri aiddir. [6]

3.3. Təhsil alanın ali təhsil müəssisəsinə şərtsiz daxil olması haqqında xarici ali təhsil müəssisəsinin rəsmi təsdiqləyici sənədi təqdim olunduğu təqdirdə, təhsil alanın dil və baza hazırlıq kursu üzrə xərcləri maliyyələşdirilə bilər. [7]

3.4. Viza xərclərinə və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərclərinə təhsil alanların təhsil aldığı ölkənin Azərbaycandakı səfirliyi və yaxud konsulluqları (qəbul edən ölkənin Azərbaycanda nümayəndəliyi olmadığı təqdirdə, bu ölkənin digər ölkələrdəki səfirlik və konsulluqları) tərəfindən vizanın rəsmiləşdirilməsi ilə bağlı xərcləri və təhsil alanın xarici ölkədə və təhsil müəssisəsində qeydiyyata alınması xərcləri aiddir.

3.5. Yaşayış xərclərinə təhsilalanların yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları aiddir və bu xərclər təhsilalanın ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Təhsilalan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçirilir. [8]

3.6. Təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdirilir.

3.6-1. Əlavə müddət üçün yaşayış xərcləri hesablanarkən, bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məktubda qeyd edilən tədris ilinin başa çatma tarixinə qədər olan müddət əsas götürülür. Bu zaman tədris ilinin sonuncu ayı üçün yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini təhsil müddətinin müvafiq ay üzrə başa çatma tarixinə qədər olan günlərin sayına vurmaqla müəyyən edilir. [9]

3.6-2. İxtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə təhsilalanların yaşayış xərcləri bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlar əsasında ödənilir.

3.6-3. Tərəfdaş qurumlarla bağlanan müqavilələr çərçivəsində təhsilalanların yaşayış xərcləri bu qurumların təqdim etdiyi məlumatlar əsasında ödənilir.

3.6-4. Təhsil müəssisəsində tədrisin başlama tarixinə nisbətən təhsilalan hər hansı səbəbə görə gec qeydiyyatdan keçdiyi təqdirdə, təhsilalanın yaşayış xərci üçün nəzərdə tutulmuş təqaüdün məbləği gecikmə müddətinə uyğun olaraq azaldılır.

3.7. Zəruri tədris ədəbiyyatı ilə təminat dedikdə, təhsil alan üçün bir tədris ilində zəruri tədris ədəbiyyatının alınmasına tələb olunan vəsait nəzərdə tutulur.

3.8. Tibbi sığorta xərclərinə təhsil alanın təhsil aldığı ölkədə yaşadığı müddət ərzində tibbi sığortası üçün tələb olunan vəsait aiddir.

3.9. İldə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinə təhsil alanın ildə bir dəfə təhsil aldığı ölkəyə gediş-gəlişi üçün tələb olunan vəsait aiddir və həmin vəsait təhsil alanın təqdim etdiyi bilet və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri əsasında müəyyən edilir.

 

4. TƏHSİL ALANLARIN TƏHSİLİ İLƏ BAĞLI XƏRCLƏRİN HESABLANMASI

 

4.1. Təhsilalanların xaricdə təhsili ilə bağlı xərclər bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir. [10]

4.2. Təhsil alanların təhsili müvafiq razılaşma əsasında tərəfdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, tərəfdaş qurumun təşkilati xərclərinin hesablanması Təhsil Nazirliyi ilə tərəfdaş qurum arasında bağlanmış Saziş əsasında həyata keçirilir. Tələbələrin yaşayış (yataqxana və digər xərcləri), gündəlik qida və tədris materialları ilə bağlı xərclərinin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normalar əsasında həyata keçirilir.

4.3. Alınmış məlumatlar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hər bir ölkə üzrə təhsil alanların aylıq xərclərinin cədvəli tərtib edilir və həmin cədvəl ildə bir dəfə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Yeni cədvəl təsdiq olunmayana qədər mövcud cədvəldəki normalar qüvvədə qalır.

4.4. Təhsil Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş cədvəl əsasında təhsil alanların illik (tədris ili) və ya yarımillik xərclərini hesablayır və bu xərclərin ödənilməsi üçün Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim edir.

 

5. TƏHSİL ALANLARIN TƏHSİLİ İLƏ BAĞLI XƏRCLƏRİN ÖDƏNİLMƏSİ

 

5.1. Təhsil alanların təhsili ilə bağlı bütün xərclərin ödənilməsi proseduru barədə Təhsil Nazirliyi tərəfindən hər bir tələbə məlumatlandırılır və bu prosedurlar Təhsil Nazirliyi və tələbə arasında bağlanılmış müqavilədə öz əksini tapır.

5.2. Təhsilini başa vurduqdan sonra təhsil alanın təhsilin növbəti təhsil səviyyəsinə keçdiyi təqdirdə, onun ərizəsi əsasında müvafiq sənədlər Təhsil Nazirliyi tərəfindən baxılır və məqsədəuyğun hesab edildikdə, müvafiq qərarın qəbul edilməsi üçün Komissiyaya təqdim edilir. Komissiyanın müsbət cavabı Təhsil Nazirliyinə daxil olduğu halda təhsil alan ilə yenidən müqavilə bağlanılır və onun təhsil xərcləri yeni təhsil səviyyəsinin normativləri əsasında ödənilir.

5.3. Təhsil alanların xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

5.3.1. təhsil alanların vizası və qəbul edən ölkədə qeydiyyata alınması ilə bağlı xərclər təhsil alanlar tərəfindən ödənilir və bu xərclər üzrə vəsait təqdim edilən qaimələr əsasında dövlət tərəfindən təhsil alana qaytarılır;

5.3.2. təhsil haqqı ilə bağlı xərclər xarici təhsil müəssisələrinin və yaxud təhsil alanın xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurumların təqdim etdikləri rəsmi məktublar, hesab - fakturalar (invoyslar), bu təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında bağlanılmış müqavilələr əsasında illik (tədris ili) və ya semestrlər üzrə ödənilir. Təhsil haqlarının ödənilməsi Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa təhsil müəssisəsinin və ya təhsil alan təhsil haqqını özü ödədiyi təqdirdə (təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında), tələbənin bankdakı müvafiq hesabına köçürülməsi yolu ilə həyata keçirilir;

xarici ölkələrin ali təhsil müəssisələrinin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bu təhsil müəssisələrinin hesablarına əvvəlcədən depozit ödənişlər həyata keçirilə bilər.

5.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi cədvəldə nəzərdə tutulmuş xərclər üzrə hər bir ölkə üçün müəyyən edilmiş məbləğə əsasən təhsil alanın aylıq xərcləri onun bankdakı müvafiq hesabına ödənilir;

5.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi cədvələ uyğun olaraq, hər bir ölkə üçün müəyyən edilmiş məbləğə əsasən zəruri tədris ədəbiyyatı ilə təminata aid xərclər tədris ilinin əvvəlində təhsil alanın bankdakı müvafiq hesabına köçürülür;

5.3.5. təhsil alanların tibbi sığortası ilə bağlı xərclər təhsil alanın təhsil aldığı şəhərdə sığorta olunduğu şirkətin, təhsil müəssisəsinin və tələbənin təqdim etdiyi sənədlər əsasında ödənilir;

5.3.6. ildə bir dəfə təhsil alanların təhsil aldığı ölkəyə gediş-gəliş xərcləri təhsil alanın və ya müvafiq nəqliyyat şirkətinin təqdim etdiyi təsdiqedici gediş-gəliş sənədləri əsasında ödənilir;

5.3.7. təhsil alanların təhsili müvafiq razılaşmalarda nəzərdə tutulan şərtlərə uyğun olaraq, tərəfdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, onların təhsili ilə bağlı bütün xərclər həmin qurum tərəfindən təqdim olunan müvafiq hesaba köçürülür.

5.3.8. təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilir. [11]

 

6. TƏHSİL ALANLARIN TƏHSİLİ İLƏ BAĞLI BÜTÜN XƏRCLƏRİN ÖDƏNİLMƏSİNƏ QOYULAN MƏHDUDİYYƏTLƏR

 

6.1. Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır.

6.2. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülməsi tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müvəkkil bank arasında imzalanmış müqaviləyə əsasən bank xərcləri olaraq tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürülmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır. [12]

 

7. VƏSAİTLƏRİN İSTİFADƏSİ İLƏ BAĞLI HESABATLARIN TƏQDİM EDİLMƏSİ

 

7.1. Təhsil alan və ya tərəfdaş qurum tərəfindən Təhsil Nazirliyinə müvafiq hesabat sənədləri təqdim olunur. Təhsil müəssisələri tərəfindən təhsil alanların təhsil xərcləri barədə təqdim olunmuş ödəniş üçün sənədlər (hesab-fakturalar, invoyslar və s.) tədris ilinin sonunda hesabat sənədləri kimi yetərli hesab edilir. Yol xərci, tibbi sığorta, viza və qeydiyyata aid xərclər təhsil alan tərəfindən ödənildiyi təqdirdə, onlar bu ödənişi təsdiq edən müvafiq sənədlərə əsasən yazılı hesabatı Təhsil Nazirliyinə təqdim edirlər. Hesabatın forması Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Təhsil alanların şəxsi hesablarına Təhsil Nazirliyi tərəfindən köçürülmüş aylıq xərclər barədə heç bir hesabat alınmır.

7.2. Dövlət Proqramı çərçivəsində ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi ilə bağlı ildə bir dəfə və yaxud tələb olunduğu təqdirdə, Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələºdirən quruma hesabat təqdim edilir.

 

 


 

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarına

1 nömrəli əlavə [13]

 

 

Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının

 

CƏDVƏLİ [14]

 

Sıra

№-si

Ölkə

Cəmi

Yaşayış xərci

Tədris

materialları

üzrə xərclər

Gündəlik

yemək

xərcləri

yataqxana

xərci

digər

xərclər

1

2

3

4

5

6

7

1.

ABŞ (Nyu-York, Boston, Çikaqo, Mayami, Vaşinqton, San-Fransisko, Los-Anceles)

1,900.00 USD

1,100.00 USD

100.00 USD

100.00 USD

600.00 USD

2.

ABŞ (digər şəhərlər)

1,400.00 USD

600.00 USD

100.00 USD

100.00 USD

600.00 USD

3.

Almaniya (rezidentura və PhD təhsil səviyyələri üzrə)

1,200.00

EUR

400.00

EUR

100.00

EUR

100.00

 EUR

600.00

 EUR

4.

Almaniya

1,050.00

EUR

300.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

5.

Avstraliya

1,550.00

USD

800.00

USD

100.00

USD

50.00

 USD

600.00

 USD

6.

Avstriya

1,200.00

 EUR

450.00

EUR

100.00

EUR

100.00

 EUR

550.00

 EUR

7.

Belarus

700.00

USD

70.00

USD

80.00

USD

50.00

 USD

500.00

 USD

8.

Belçika

1,150.00

EUR

400.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

9.

Bolqarıstan

750.00

EUR

200.00

EUR

100.00

EUR

50.00

 EUR

400.00

 EUR

10. [15]

Böyük Britaniya

1,100.00 GBP

550.00 GBP

50.00 GBP

50.00 GBP

450.00 GBP

11.

Cənubi Koreya

1,300.00

USD

300.00

USD

200.00

USD

100.00

 USD

700.00

 USD

12.

Çexiya

950.00

EUR

400.00

EUR

100.00

EUR

50.00

 EUR

400.00

 EUR

12-1. [16]

Çin (Honkonq və Şanxay)

1050.00 USD

500.00 USD

100.00 USD

50.00 USD

400.00 USD

13.

Çin (digər şəhərlər)

950.00 USD

400.00 USD

100.00 USD

50.00 USD

400.00 USD

14.

Estoniya

700.00

EUR

300.00

EUR

100.00

EUR

50.00

 EUR

250.00

 EUR

15.

Finlandiya

1,150.00

EUR

400.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

16.

Fransa

1,150.00

EUR

400.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

17.

Hindistan

750.00

USD

200.00

USD

100.00

USD

50.00

 USD

400.00

 USD

18.

İrlandiya

1,250.00

EUR

500.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

19.

İspaniya

1,200.00

EUR

600.00

EUR

100.00

EUR

50.00

 EUR

450.00

 EUR

20.

İsveç

1,200.00

EUR

500.00

EUR

100.00

EUR

50.00

 EUR

550.00

 EUR

21.

İsveçrə

1,400.00 EUR

650.00 EUR

100.00 EUR

50.00 EUR

600.00 EUR

22.

İtaliya

1,200.00

EUR

600.00

EUR

100.00

EUR

50.00

 EUR

450.00

 EUR

23.

Kanada

1600.00

USD

700.00

USD

100.00

USD

100.00

 USD

700.00

 USD

24.

Latviya

600.00

EUR

200.00

EUR

100.00

EUR

100.00

 EUR

200.00

 EUR

25.

Litva

600.00

EUR

100.00

EUR

100.00

EUR

100.00

 EUR

300.00

 EUR

26.

Macarıstan

800.00

EUR

250.00

EUR

100.00

EUR

50.00

 EUR

400.00

 EUR

27.

Malayziya

900.00

USD

350.00

USD

100.00

USD

50.00

 USD

400.00

 USD

28.

Niderland Krallığı

1,200.00

EUR

500.00

EUR

100.00

EUR

50.00

 EUR

550.00

 EUR

29.

Norveç

1,400.00

EUR

650.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

30.

Polşa

800.00

EUR

350.00

EUR

100.00

 EUR

50.00

 EUR

300.00

 EUR 

31.

Rusiya

1,000.00

USD

400.00

USD

100.00

 USD

50.00

 USD

450.00

 USD

32.

Sinqapur

1,050.00

USD

500.00

USD

100.00

 USD

50.00

 USD

400.00

 USD

33.

Türkiyə

900.00

USD

400.00

USD

100.00

 USD

50.00

 USD

350.00

 USD

34.

Ukrayna

800.00

USD

300.00

USD

100.00

 USD

50.00

 USD

350.00

 USD

35.

Yaponiya

1,500.00 USD

700.00

USD

100.00

 USD

50.00

 USD

650.00

 USD

36.

Yeni Zelandiya

1,550.00

USD

800.00

USD

100.00

 USD

50.00

 USD

600.00

 USD

 

Qeyd. Ölkələr üçün hesablanmış yaşayış xərclərinin məbləği tədris ili üçün nəzərdə tutulmuşdur.

 


 

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarına

2 nömrəli əlavə

 

 

Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə № ____________

 

Bakı şəhəri

“____” ___________ 2008-ci il

 

Bir tərəfdən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi) və digər tərəfdən gələcəkdə təhsil alan adlanacaq Azərbaycan Respublikasının vətəndaşı

__________________________________________________________________________

(soyadı, adı, atasının adı)

birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi təhsil alanın

_____________________________________________________________________________

(təhsil müəssisəsi və tədris ölkəsi)

(bundan sonra - təhsil müəssisəsi) _______________________________________________

ixtisası üzrə 200_ ildən 200_ ilə kimi tədrisini təşkil edir.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Təhsil Nazirliyi aşağıdakıları öhdəsinə götürür:

2.1.1. bu Müqaviləyə 1 nömrəli əlavəyə müvafiq olaraq xidmətlər göstərmək;

2.1.2. bu Müqavilənin 4-cü bəndinə müvafiq olaraq ödənişləri həyata keçirmək.

2.2. Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:

2.2.1. təhsil alandan təhsil aldığı müddət ərzində qəbul edən təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək;

2.2.2. Təhsil Nazirliyi bağlanılmış Müqavilə əsasında təhsil alanların təhsilinin təşkili üzrə Təhsil Nazirliyinə xidmət göstərən xarici tərəfdaş qurumun xidmətlərindən yararlana bilər;

2.2.3. bu Müqavilənin 6-cı bölməsində qeyd olunan əsaslarla Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək;

2.2.4. təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək.

2.3. Təhsil alan aşağıdakı öhdəlikləri qəbul edir:

2.3.1. müəyyən edilmiş müddətlərdə bu Müqavilənin 4.2-ci bəndində göstərilən sənədləri təqdim etmək;

2.3.2. bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.3.3. Azərbaycan Respublikasının və təhsil aldığı ölkənin qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və davranış qaydalarını pozmamaq;

2.3.4. qəbul edən təhsil müəssisəsinin daxili intizam və yaşayış qaydalarına riayət etmək;

2.3.5. təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.3.6. semestr bitdikdən sonra 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə elektron şəkildə Təhsil Nazirliyinin təyin etdiyi forma üzrə aralıq semestr hesabatlarını və tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində təhsil alanın illik təhsilinin nəticələrinə dair təhsil müəssisəsinin rəsmi çıxarışları və şəhadətnamələri (əsilləri) əlavə olunmaqla illik hesabatı, aldığı bilik və ixtisasın Azərbaycan Respublikasının maraqları naminə ən yaxşı halda istifadə edilməsi üzrə rəy və təkliflərini təqdim etmək;

2.3.7. öz hərəkətləri ilə təhsil müəssisəsinə maddi zərər vurduqda, təhsil aldığı ölkənin qanunvericiliyinə müvafiq olaraq təhsil müəssisəsinə dəymiş maddi zərəri vaxtında ödəmək;

2.3.8. əlaqə məlumatlarının dəyişildiyi təqdirdə, 10 (on) təqvim günü ərzində ünvanların, e-mail və telefonların dəyişilməsi haqqında məlumat vermək;

2.3.9. Təhsil Nazirliyindən şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə bu Müqavilənin icrası üçün tələb olunan sənədləri, o cümlədən təhsil alanın iş yeri haqqında sənədləri təqdim etmək;

2.3.10. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar olduqda, Təhsil Nazirliyinə 20 (iyirmi) təqvim günü ərzində məlumat vermək;

2.3.11. təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək.

2.3.12. Azərbaycan Respublikasının təhsil aldığı xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı və digər ictimai-mədəni tədbirlərdə iştirak etmək. [17]

2.4. Təhsil alanın Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Müqavilənin ümumi xərcləri

3.1. Təhsilin təşkili üzrə Müqavilənin ümumi xərclərinə bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən xərclər daxildir.

3.2. Ödənişlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili prosesinin maliyyələşdirilməsi Qaydaları”na və “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normaları”na əsasən müəyyən olunur.

4. Xərclərin ödəniş qaydası

4.1. Xərclərin ödənişi Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi qaydalarında nəzərdə tutulan prosedurlar əsasında Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə, tərəfdaş quruma və ya təhsil alana xidmətin təqdim edildiyi ölkənin qanunvericiliyinə müvafiq olaraq rəsmiləşdirilmiş müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.

4.2. Bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən cədvəldə (2, 3, 6 və 7-ci sütunu istisna olmaqla) nəzərdə tutulan və təhsil alan tərəfindən faktiki çəkilmiş xərclər onları təsdiq edən ödəniş sənədlərinin - qəbzlərin, çeklərin, biletlərin (nəqliyyat xərcləri ödəndikdə) və s. əsilləri Təhsil Nazirliyinə təqdim olunduqda ödənilir.

4.3. Təhsil haqqı ilə bağlı xərclər xarici təhsil müəssisələrinin və yaxud təhsil alanın xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurumların təqdim etdikləri rəsmi ödəniş sənədləri, hesab - fakturalar (invoyslar), bu təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilələr əsasında illik (tədris ili) və ya semestrlər üzrə ödənilir. Təhsil haqlarının ödənilməsi Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa təhsil müəssisəsinin və ya təhsil alan təhsil haqqını özü ödədiyi təqdirdə (təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında), tələbənin bankdakı müvafiq hesabına köçürülməsi yolu ilə həyata keçirilir.

4.4. Xarici ölkələrin ali təhsil müəssisələrinin və ya tərəfdaş qurumların tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xərclər üzrə qabaqcadan ödəniş həyata keçirilə bilər. Bu ödəniş təhsil alan tərəfindən ödənildiyi təqdirdə, notariat qaydasında təsdiq edilmiş ödəniş sənədləri 10 gün müddətində təqdim edilməlidir.

4.5. Bu Müqaviləyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təhsil alana aid bütün pul ödəmələri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.

5. Tərəflərin məsuliyyəti

5.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

5.2. Təhsil alan Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır.

5.3. Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqramı ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır.

5.4. Bu Müqavilənin 2, 3, 9-cu bəndlərini yerinə yetirmədikdə, təhsil alan Təhsil Nazirliyinin onun axtarışına çəkdiyi xərci ödəyir.

5.5. Təhsil alanın Tibbi-sosial Ekspert Komissiyasının (TSEK) arayışı ilə təsdiqlənmiş xəstəliyi nəticəsində təhsil müəssisəsində təhsilini davam etdirməsi mümkünsüz olduğu halda, Komissiyanın qərarı əsasında təhsil alan o müddətə qədər çəkilmiş xərclərin ödənilməsindən azad edilə bilər.

6. Müqavilənin ləğv edilməsi qaydası

6.1. Təhsil alan üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur.

6.2. Təhsil alan təhsilini davam etdirməkdən könüllü imtina etdiyi halda, Müqavilə Təhsil Nazirliyinin qərarı ilə ləğv edilir.

6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə yazılı bildiriş göndərir. Müqavilənin ləğvi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində digər tərəfə cavab ünvanlamalıdır.

6.4. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dəyişdirilə bilər.

7. Fors-major

7.1. Bu Müqaviləyə uyğun olaraq üzərlərinə götürülmüş öhdəliklərin Müqavilə imzalandıqdan sonra baş vermiş müəyyən fövqəladə, qarşısıalınmaz hadisələr nəticəsində yerinə yetirilmədiyi hallarda tərəflər məsuliyyətdan azad edilirlər.

7.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

7.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

7.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu haqda digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Əgər bildiriş göndərilməyibsə və ya vaxtında göndərilməyibsə, onda məlumat verməməyə və ya vaxtında məlumat verməməyə görə xərcləri onu yaradan tərəf ödəməlidir.

7.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qarşısıalınmaz qüvvə halların qüvvədə olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edirsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

8. Mübahisələrin həlli qaydası

8.1. Bu Müqavilədən irəli gələn və ya onunla bağlı istənilən mübahisə danışıqlar yolu ilə həll edilməlidir.

8.2. Tərəflər arasında razılıq əldə edilmədikdə, təhsil alan Komissiyaya müraciət edə bilər və ya mübahisəyə məhkəmə qaydasında baxılır.

9. Müqavilənin qüvvədə olma müddəti

Bu Müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir.

10. Digər şərtlər

Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsil alana, digər nüsxəsi isə Təhsil Nazirliyinə verilir.

11. Tərəflərin rekvizitləri və imzaları

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil alan

Yerləşdiyi yer: Azərbaycan Respublikası, Bakı şəhəri

Ünvan: AZ1008, Bakı ş., Xətai pr., 49

Tel: (+99412) 496-35-55

VÖEN 1500046011

h/h 137010002944

Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı

SWİFT BİK - İBAZAZ 2X

Bankın VÖENi 9900001881

___________ M.Mərdanov

imza:

_____________________________________

(Soyadı, adı, atasının adı)

Yaşadığı yer: Azərbaycan Respublikası _____________________________________

Ünvanı:________küçəsi, ev № ___, mənzil № ____, tel: ___________

Pasport/şəx.vəsiqəsi/ _____________ Seriya __________________

______________________

(imza)

 


 

Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanılmış Müqaviləyə

 

1 nömrəli əlavə

 

Təhsil Nazirliyinin təqaüdçünün təhsilinin təşkili üzrə göstərdiyi xidmətlərin siyahısı

_______________________________________________________________________________

1. Təhsil alanın _______________________________________________ dərəcəsi alması (bakalavr, magistr, doktor və s.)

məqsədi ilə təhsil alması üçün xarici təhsil müəssisəsinin seçilməsi (xarici təhsil müəssisələrinə müstəqil daxil olmuş şəxslər istisna olunmaqla).

2. Xarici təhsil müəssisəsində tədris proqramının seçilməsi (xarici tədris müəssisələrinə müstəqil daxil olmuş şəxsləri istisna etməklə).

3. Təhsil alanın dil və baza hazırlığı üçün xarici təhsil müəssisəsinin seçilməsi.

4. Dövlət Proqramı üzrə təqaüdçüyə təhsil müəssisəsində təhsil müddətində təşkilati yardımın göstərilməsi.

5. Təhsil alanın təhsil müəssisəsində maraqlarının təmin edilməsi, lazım gəldikdə mübahisələrin, münaqişələrin və fikir ayrılıqlarının həllində ona kömək göstərilməsi.

6. Qaydalarda nəzərdə tutulan təşkilati-texniki tədbirlərin həyata keçirilməsi.

 

___________________________

imza

_______________________________

Təhsil alanın soyadı, adı, atasının adı

 

________ ___________ 200 ____ il

 

 


 

Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanılmış Müqaviləyə

 

2 nömrəli əlavə

 

Xarici ölkələrin ali təhsil müəssisələrinin və ya tərəfdaş qurumların tələbi ilə Təhsil Nazirliyi tərəfindən ödənilən Xərclər

 

Təhsil müddəti: ___________

Təhsil ölkəsi: ______________

Partnyor/ATM _____________

 

Sıra №-si

Xərclərin növü

Məbləği (1 il üzrə)

Təhsil müddəti

Bütün tədris müddəti ərzində məbləğ

1.

Təhsil haqqı xərcləri

 

 

 

2.

Yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi)

 

 

 

3.

Digər yaşayış xərcləri

 

 

 

4.

Viza xərcləri

 

 

 

5.

Qəbul edən ölkədə qeydiyyat xərcləri

 

 

 

6.

Gündəlik yemək xərcləri

 

 

 

7.

Zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri

 

 

 

8.

Tibbi sığorta xərcləri

 

 

 

9.

Azərbaycanda yaşayış yerindən tədris yerinə və geriyə gediş-gəliş xərcləri

 

 

 

 

CƏMİ

 

 

 

 

Qeyd. Nəqliyyat xərcləri üzrə ödəniş Azərbaycanın xaricində avianəqliyyat (“ekonom” klasdan yuxarı olmamaqla, baqajın daşınması ödənilməməklə) biletinin qiymətinə əsasən həyata keçirilir.

 

___________________________

imza

_______________________________

Təhsil alanın soyadı, adı, atasının adı

 

________ ___________ 200 ____ il

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 fevral 2010-cu il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 157)

2.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3.       19 oktyabr 2010-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 911)

4.       17 avqust 2012-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 08, maddə 833)

5.       13 mart 2014-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 309)

6.       4 iyul 2014-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 909)

7.       21 iyul 2015-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 899)

8.       22 iyun 2016-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1211)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 261 nömrəli qərarın adında və 1-ci bəndində “ali məktəblərində” sözləri “ali təhsil müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə adında “ali məktəblərində” sözləri “ali təhsil müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1.1-ci bənddə “təhsil ocaqlarında” sözləri “təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin, “təhsil pillələri” sözləri “təhsil səviyyələri” sözləri ilə əvəz edilsin, “bakalavr, magistratura, ordinatura, rezidentura, aspirantura” sözləri “bakalavriat, magistratura, rezidentura” sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 iyun 2016-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1211) ilə 2.4-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.4. Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür.

 

[5] 13 mart 2014-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 309) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nın 3.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.1. Təhsil alanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyələşdirilir:

təhsil haqqı;

viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;

yaşayış (yataqxana və digər) xərcləri;

gündəlik qida xərcləri;

zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər;

tibbi sığorta xərcləri;

ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri.

 

[6] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3.2-ci bənddə “bakalavr, magistratura, ordinatura, rezidentura” sözləri “bakalavriat, magistratura, rezidentura” sözləri ilə əvəz edilmişdir və “aspirantura və” sözləri çıxarılmışdır.

 

[7] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3.3-cü bənddə “ali məktəbə” sözləri “ali təhsil müəssisəsinə” sözləri ilə, “ali məktəbin” sözləri “ali təhsil müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 13 mart 2014-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 309) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nın 3.5-ci və 3.6-cı bəndlər yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

3.5. Yaşayış xərclərinə təhsil alanların yataqxana və digər (şəhərdaxili nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları və s.) xərcləri aiddir və bu xərclər təhsil alanın ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonuna qədər dövrü əhatə edir. Təhsil alan təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödəmələr həyata keçirilir.

3.6. Gündəlik qida ilə bağlı aylıq xərclərə təhsil alanların bir ayda zəruri qidanın alınması üçün tələb olunan vəsait aiddir və bu xərclər təhsil alanların ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonuna qədər dövrü əhatə edir. Təhsil alan təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-dən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödəmələr həyata keçirilir.

 

[9] 13 mart 2014-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 309) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"na yeni məzmunda 3.6-1-ci, 3.6-2-ci, 3.6-3-cü və 3.6-4-cü bəndlər əlavə edilmişdir.

 

[10] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4.1-ci bənddə “ali məktəblərinin” sözləri “ali təhsil müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.

 

13 mart 2014-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 309) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nın 4.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.1 Təhsil alanların xaricdə təhsili ilə bağlı xərclər xarici ölkənin ali məktəblərinin, tərəfdaş qurumların təqdim etdikləri məlumatlar və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir.

 

[11] 22 iyun 2016-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1211) ilə yeni məzmunda 5.3.8-ci yarımbənd əlavə edilmişdir.

 

[12] 22 iyun 2016-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1211) ilə 6.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.2. Xarici valyuta ilə ödənilən bütün xərclər ödəniş tarixinə Azərbaycan manatının xarici valyutaya olan rəsmi məzənnəsi ilə həyata keçirilir. Məzənnə fərqi ilə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.

 

[13] 15 fevral 2010-cu il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 157) ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları"na 1 nömrəli əlavə - "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli"nə 28-30-cu bəndlər əlavə edilmişdir və "Qeydlər" hissəsinin 1-ci bəndi çıxarılmışdır.

 

17 avqust 2012-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 08, maddə 833) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”na 1 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının Cədvəli

 

Sıra №-si

Ölkə

Cəmi

Yaşayış xərci

Tədris materialları üzrə xərclər

Gündəlik yemək xərcləri

yataqxana xərci

digər xərclər

1.

Almaniya

1050,00 EUR

300,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

2.

ABŞ (Nyu-York, Boston, Çikaqo, Mayami, Vaşinqton)

1800,00 USD

1000,00 USD

100,00 USD

100,00 USD

600,00 USD

3.

ABŞ (digər şəhərlər)

1400,00 USD

600,00 USD

100,00 USD

100,00 USD

600,00 USD

4.

Avstraliya

1550,00 USD

800,00 USD

100,00 USD

50,00 USD

600,00 USD

5.

Avstriya

1350,00 EUR

600,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

6.

Belçika

1150,00 EUR

400,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

7.

Böyük Britaniya

1750,00 EUR

1000,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

8.

C.Koreya

1150,00 USD

400,00 USD

100,00 USD

50,00 USD

600,00 USD

9.

Çexiya

1150,00 EUR

400,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

10.

Çin

930,00 USD

400,00 USD

100,00 USD

30,00 USD

400,00 USD

11.

Finlandiya

1150,00 EUR

400,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

12.

Fransa

1150,00 EUR

400,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

13.

Hindistan

730,00 USD

200,00 USD

100,00 USD

30,00 USD

400,00 USD

14.

İrlandiya

1250,00 EUR

500,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

15.

İspaniya

1650,00 EUR

900,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

16.

İsveç

1250,00 EUR

500,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

17.

İsveçrə

1250,00 EUR

500,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

18.

İtaliya

1350,00 EUR

600,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

19.

Kanada

1400,00 USD

600,00 USD

100,00 USD

100,00 USD

600,00 USD

20.

Malayziya

930,00 USD

400,00 USD

100,00 USD

30,00 USD

400,00 USD

21.

Niderland Krallığı

1250,00 EUR

500,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

22.

Norveç

1550,00 EUR

800,00 EUR

100,00 EUR

50,00 EUR

600,00 EUR

23.

Rusiya

1080,00 USD

450,00 USD

100,00 USD

30,00 USD

500,00 USD

24.

Sinqapur

1030,00 USD

500,00 USD

100,00 USD

30,00 USD

400,00 USD

25.

Türkiyə

930,00 USD

400,00 USD

100,00 USD

30,00 USD

400,00 USD

26.

Yaponiya

1750,00 USD

1000,00 USD

100,00 USD

50,00 USD

600,00 USD

27.

Yeni Zelandiya

1550,00 USD

800,00 USD

100,00 USD

50,00 USD

600,00 USD

28.

Ukrayna

960,00 USD

350,00 USD

100,00 USD

30,00 USD

480,00USD

29.

Macarıstan

990,00 EUR

350,00 EUR

100,00 EUR

40,00 EUR

500,00 EUR

30.

Bolqarıstan

890,00 EUR

350,00 EUR

100,00 EUR

40,00 EUR

400,00 EUR

 

Qeydlər:

1. Cədvəldə qeyd olunan xərclər 2008/2009-cu tədris ili üçün hesablanmışdır.

2. Ölkələr üçün hesablanmış yaşayış xərclərinin məbləği tədris ili üçün nəzərdə tutulmuşdur.

 

[14] 4 iyul 2014-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 909) ilə 1-ci, 2-ci, 13-cü və 21-ci hissələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.

ABŞ (Vaşinqton, Nyu-York, Boston, Çikaqo, Mayami)

1,800.00

USD

1,000.00

USD

100.00

USD

100.00

 USD

600.00

 USD

2.

ABŞ (digər şəhərlər)

1,300.00

USD

500.00

USD

100.00

USD

100.00

 USD

600.00

 USD

13.

Çin

950.00

USD

400.00

USD

100.00

USD

50.00

 USD

400.00

 USD

21.

İsveçrə

1,300.00

EUR

550.00

EUR

100.00

EUR

50.00

 EUR

600.00

 EUR

 

[15] 21 iyul 2015-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 899) ilə “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nin 10-cu hissəsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

10.

Böyük Britaniya

1,400.00

EUR

750.00

EUR

100.00

EUR

50.00

 EUR

500.00

 EUR

 

[16] 4 iyul 2014-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 909) ilə 12-ci hissədən sonra yeni məzmunda 12-1-ci hissə əlavə edilmişdir.

 

[17] 19 oktyabr 2010-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 911) ilə 2 nömrəli əlavə - “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə”yə 2.3.12-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status