×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.04.2002
QEYDİYYAT NÖMRƏSİ
287-IIQ
ADI
"Beynəlxalq Dəniz Təşkilatı haqqında" Konvensiyaya düzəlişlərin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 221)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Beynəlxalq Dəniz Təşkilatı haqqında" Konvensiyaya düzəlişlərin təsdiq edilməsi barədə

"Beynəlxalq Dəniz Təşkilatı haqqında" Konvensiyaya düzəlişlərin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Beynəlxalq Dəniz Təşkilatı haqqında" Konvensiyaya 1993-cü il noyabrın 4-də Beynəlxalq Dəniz Təşkilatı Məclisi tərəfindən qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2002-ci il
№ 287-IIQ

 

     Qətnamə-  A.735 (18)

 

4 noyabr 1993-cü ildə qəbul edilmişdir

(gündəliyin 10-cu bəndi)

 

Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyaya

DÜZƏLİŞLƏR

 

 Məclis

 

17-ci iclasda bir sıra nümayəndələrin 1992—1993-cü il dövrü üçün seçkilərin nəticələrindən narahat olduqlarını ifadə etdiklərinə əsaslanaraq,

 Şuranın 66-cı iclasında Şuraya seçkilərə dair müddəalara mümkün düzəlişlərin nəzərdən keçirilməsi məqsədi ilə, Təşkilatın bütün üzvləri üçün açıq olan İşçi Qrup yaratdığını qeyd edərək,

 BDT Konvensiyasının müddəalarının yenidən baxılması zərurətinin xoş məramla Təşkilatın daxilində yarandığını və bütün üzvlərin ümumi razılığı əsasında qəbul edildiyini məmnunluqla qeyd edərək,

 İşçi Qrup tərəfindən tövsiyә olunmuş və Şuranın 69-cu iclasında bəyənilmiş Şuraya seçkilərə dair düzəlişlərə baxaraq,

 1. Mətnləri bu Qətnaməyə Əlavədə əks olunmuş BDT Konvensiyanın 16, 17 və 19-cu maddələrinə düzəlişlər qəbul edir.

 2. Təşkilatın Baş katibindən qəbul edilmiş düzəlişlərin BDT Konvensiyasının 67-ci maddəsinə uyğun olaraq, BMT Baş katibi ilə birlikdə saxlanılmasını və düzəlişlərin qəbulu haqqında sənədlərin və bәyannamәlәrin BDT Konvensiyasının 68-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilməsini xahiş  edir.

 3. Təşkilatın üzvlərini mümkün qədər tez bir zamanda bu düzəlişləri qəbul etməyə və BDT Konvensiyasının 68-ci maddəsinə uyğun olaraq, düzəlişlərin qəbul edilməsi haqqında müvafiq sənədlərin BDT Baş katibinə göndərməyə dəvət edir.

 

 

Əlavə

 

Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyaya

DÜZƏLİŞLƏR

VI fəsil

Şura

Maddə 16

 16-cı maddənin mətni aşağıdakı ilə əvəz olunsun:

 «Şura Məclis tərəfindən seçilən 40 üzvdən ibarət olmalıdır».

Maddə 17

 17-ci maddənin mətni aşağıdakı ilə əvəz olunsun:

 «Məclis Şuranın üzvlərini seçərkən aşağıdakı kriteriyalara riayət etməlidir:

 a) On üzv beynəlxalq dəniz gəmiçiliyi xidmətlərinin göstərilməsində daha maraqlı olan dövlətlər olmalıdır;

 b) On üzv beynəlxalq dəniz ticarətində daha maraqlı olan digər dövlətlər olmalıdır;

 c) İyirmi üzv dəniz nəqliyyatı və naviqasiyasında xüsusi maraqları olan və Şuraya seçilməsi dünyanın bütün əsas coğrafi sahələrinin təmsilçiliyini təmin edə biləcək, yuxarıdakı (a) və (b) bəndlərinin şərtləri ilə seçilməyən dövlətlər olmalıdır.»

Maddə 19(b)

 19-cu maddənin (b) bəndinin mətni aşağıdakı ilə əvəz olunsun:

 «(b) Şuranın iyirmi altı üzvü kvorum təşkil edir.»

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status