210.000.000
Gəncə Dövlət Nizami Poeziya Teatrının Gəncə Dövlət Dram Teatrına birləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Gəncə şəhərində fəaliyyət göstərən teatrların yaradıcılıq potensialının gücləndirilməsi, fəaliyyətinin tənzimlənməsi və teatrlarda islahatların aparılması ilə əlaqədar Gəncə Dövlət Nizami Poeziya Teatrının Gəncə Dövlət Dram Teatrına birləşdirilməsi haqqında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Gəncə Dövlət Nizami Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilsin.
2. Gəncə Dövlət Nizami Poeziya Teatrının binası Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında saxlanılmaqla, ikinci teatr səhnəsi kimi istifadə edilsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 20 sentyabr 2008-ci il
№ 222