×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.09.2008
QEYDİYYAT NÖMRƏSİ
823
ADI
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-09-2008, Nəşr nömrəsi: 202), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2008, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 795)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
340.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: [2]

1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: [3]

1.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat; [4]

1.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat; [5]

1.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat. [6]

2. Müəyyən edilsin ki: [7]

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; [8]

2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 sentyabr 2008-ci il

     № 823

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         28 avqust 2013-cü il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 895)

2.         17 mart 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 249)

3.         19 yanvar 2016-cı il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-cı il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 68)

4.         15 may 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 937)

5.         15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 639)

6.         30 dekabr 2020-ci il tarixli 1230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492)

7.         18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922)

8.         13 yanvar 2023-cü il tarixli 1968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il, “Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 639) ilə adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 639) ilə preambulada “yetirərkən” sözündən sonra “, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” sözləri əlavə edilmişdir və “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 avqust 2013-cü il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 895) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə – 90 manat

II qrup müharibə əlillərinə – 70 manat

III qrup müharibə əlillərinə – 50 manat.

17 mart 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 249) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə - 110 manat

II qrup müharibə əlillərinə - 85 manat

III qrup müharibə əlillərinə - 60 manat

19 yanvar 2016-cı il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-cı il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 68) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə - 150 manat

II qrup müharibə əlillərinə - 130 manat

III qrup müharibə əlillərinə - 100 manat.

15 may 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 937) ilə 1.1-1.3-cü bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.

 

15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 639) ilə 1.1-1.3-cü bəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.1. I qrup əlillərə - 182 manat;

1.2 II qrup əlillərə - 158 manat;

1.3. III qrup əlillərə - 121 manat.

 

[4] 30 dekabr 2020-ci il tarixli 1230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 1.1-ci bənddə “250” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə 1.1-ci bənddə I dərəcə əlilliyi olan sözləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sözləri ilə əvəz edilmişdir.

 

13 yanvar 2023-cü il tarixli 1968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il, “Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56) ilə 1.1-ci bənddə 400 rəqəmləri 500 (beş yüz) sözləri ilə əvəz edilmişdir.

 

[5] 30 dekabr 2020-ci il tarixli 1230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 1.2-ci bənddə “230” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə II dərəcə əlilliyi olan” sözləri orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sözləri ilə əvəz edilmişdir.

 

13 yanvar 2023-cü il tarixli 1968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il, “Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56) ilə 1.2-ci bənddə 350 rəqəmləri 400 (dörd yüz) sözləri ilə əvəz  edilmişdir.

 

[6] 30 dekabr 2020-ci il tarixli 1230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 1.3-cü bənddə “210” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə III dərəcə əlilliyi olan sözləri orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sözləri ilə əvəz edilmişdir.

 

13 yanvar 2023-cü il tarixli 1968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il, “Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56) ilə 1.3-cü bənddə 300 rəqəmləri 330 (üç yüz otuz) sözləri ilə əvəz edilmişdir.

 

[7] 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 639) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

 

[8] 30 dekabr 2020-ci il tarixli 1230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 2.1-ci bəndə “təsis edilən” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin” sözləri əlavə edilmişdir və həmin bənddə “ödəyir” sözü “tərəfindən ödənilir” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status