380.000.000
440.000.000
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2008-2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2008-2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” 2007-ci il oktyabrın 5-də Düşənbə şəhərində imzalanmış Qərar Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il
№ 653-IIIQ
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2008-2010-cu illər üçün Əməkdaşlıq Proqramı haqqında
Q Ə R A R
Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları Şurası qərara aldı:
1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2008-2010-cu illər üçün Əməkdaşlıq Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Proqramın birgə tədbirlərinin maliyyələşdirilməsi Müstəqil Dövlətlər Birliyinin maraqlı olan iştirakçı dövlətlərinin razılaşması əsasında hər il milli büdcələrdə səlahiyyətli nazirliklər və idarələr tərəfindən bu funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri çərçivəsində həyata keçirilir.
3. Bu Qərar imzalandığı tarixdən qüvvəyə minir, lakin onun qüvvəyə minməsi üçün qanunvericiliyində dövlətdaxili prosedurlar nəzərdə tutulan dövlətlər üçün isə depozitariyə müvafiq bildirişin verildiyi tarixdən qüvvəyə minir.
2007-ci il 5 oktyabr tarixində Düşənbə şəhərində rus dilində bir əsl nüsxədə imzalanmışdır. Sənədin əsli Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır və Komitə tərəfindən Qərarın təsdiqlənmiş surəti onu imzalayan hər bir dövlətə göndərilir.
(imzalar)
Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin
2008-2010-cu illər üçün Əməkdaşlıq Proqramı Müstəqil
Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının
2007-ci il 5 oktyabr tarixli Qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin
2008-2010-cu illər üçün
Ə M Ə K D A Ş L I Q P R O Q R A M I
№
|
Tədbirin adı
|
İcra müddəti
|
İcraçı*
|
Qərarı qəbul edən orqan
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
I. TƏŞKİLATİ-HÜQUQİ MƏSƏLƏLƏR
|
||||||
1.1.
|
Əməkdaşlığın beynəlxalq-hüquqi bazasının inkişafı və MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinin harmonizasiyası və təkmilləşdirilməsi
|
|
|
|
||
1.1.1.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nümunələrinin ötürülməsi haqqında Sazişi imzalamaq
|
2008-ci il
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
HBŞ
|
||
* "İcraçı" qrafasında bu Proqramın tədbirlərini həyata keçirən MDB dövlətlərinin, orqanlarının adı çəkilib.
|
||||||
XİNŞ - MDB-nin xarici işlər nazirləri Şurası
|
||||||
TORŞ - MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurası
|
||||||
PAA - MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası
|
||||||
BPƏŞ - MDB-nin iştirakçısı olan dövlətlərin baş prokurorlarının Əlaqələndirici Şurası
|
||||||
DİNŞ - MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurası
|
||||||
SQKŞ - Sərhəd qoşunları komandanları Şurası
|
||||||
GXRŞ - MDB-nin iştirakçısı olan dövlətlərin gömrük xidməti rəhbərlərinin Şurası
|
||||||
VORƏŞ - MDB-nin iştirakçısı olan dövlətlərin vergi (maliyyə) araşdırmaları orqanları rəhbərlərinin Əlaqələndirici Şurası
|
||||||
MDB İK - Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ATM - MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzi
|
||||||
MCMƏB - MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla və digər təhlükəli cinayətkarlıq növləri ilə mübarizəni əlaqələndirmə bürosu
|
||||||
SQKŞ ƏX - Sərhəd qoşunları komandanları Şurasının Əlaqələndirici Xidməti.
|
||||||
1.1.2.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qanunvericiliyin əsas beynəlxalq müqavilələrə uyğunlaşdırılması üzrə tədbirlərin davam etdirilməsi. Müqavilə-hüquq bazasının nəzərdən keçirilməsini həll etmək və lazım olduğu halda onun təkmilləşdirilməsi üçün təklifləri təqdim etmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
1.1.3.
|
Tövsiyələrin verilməsi və onların gələcəkdə təkmilləşdirilməsi məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinin təhlilini aparmaq
|
2008 - 2010-cu
illər
|
PAA
|
DBŞ
|
||
1.1.4.
|
Qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulan narkotik vasitələrin, psixotrop maddələrin minimal həcminin müəyyən edilməsi üçün vahid yanaşmanın işlənib hazırlanmasına dair təklifləri təqdim etmək
|
2008-ci il
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, BPƏŞ
|
|
||
1.2.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə nəzarəti və onların qanunsuz dövriyyəsi ilə mübarizəni həyata keçirən orqan rəhbərlərinin Şurasının yaradılması məsələsinə baxmaq
|
2008-ci il
|
MDB-nin iştirakçısı olan
dövlətlər
|
|
||
1.3.
|
Narkotiklə bağlı təhlükəyə kompleks şəkildə müqavimət göstərilməsi və Əfqanıstan ətrafında "təhlükəsizlik kəmərlərinin" yaradılması ilə əlaqədar işləri davam etdirmək
|
2008 -2010-cu illər
|
Rusiya Federasiyası
və MDB-nin
iştirakçısı olan
başqa maraqlı
dövlətlər
|
|
||
1.4.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin aktual məsələləri üzrə razılaşdırılmış mövqelərdən çıxış etmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
1.5.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə, MDB-nin iştirakçısı olan dövlətlərin sərhədlərində malların (yüklərin) və nəqliyyat vasitələrinin baxış və yoxlama Metodikasını işləyib hazırlamaq
|
2008-ci il
|
GXRŞ, SQKŞ,
MDB-nin iştirakçısı
olan dövlətlər
|
|
||
II. TƏŞKİLATİ-PRAKTİKİ TƏDBİRLƏR
|
||||||
2.1.
|
Razılaşdırılmış və/və ya birgə idarələrarası profilaktik, əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların keçirilməsini davam etdirmək:
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, SQKŞ, GXRŞ, TORŞ
|
|
||
|
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının istehsalı üzrə gizli (qeyri-qanuni) laboratoriyaların aşkar edilməsi və ləğv edilməsi üzrə;
|
|
|
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
|
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, onların qanunsuz nəqli kanallarının bağlanılması, o cümlədən "nəzarətli göndəriş" metodu ilə qanunsuz dövriyyədə iştirak edən şəxslərin müəyyən edilməsi üzrə;
|
|
|
|
||
|
narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən əmlak və gəlirlərin aşkar və müsadirə edilməsi üzrə;
|
|
MDB-nin iştirakçısı olan dövlətlər, VORƏŞ, DİNŞ,
TORŞ
|
|
||
|
narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı bitkilərin populyasiyalarının aşkar və müsadirə edilməsi üzrə
|
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, TORŞ
|
|
||
2.2.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz yolla MDB-nin iştirakçısı olan dövlətlərin dövlət sərhədlərindən keçirilməsinin qarşısının alınması üçün əlavə birgə tədbirlər işləyib hazırlamaq
|
2008 - 2010-cu
illər
|
SQKŞ, GXRŞ
|
|
||
2.3.
|
Narkotiklərə nəzarət üzrə Beynəlxalq Komitənin xətti ilə keçirilən əməliyyatlarda iştirakın mümkünlüyü barədə məsələni nəzərdən keçirmək
|
2008-ci il
|
MDB-nin iştirakçısı
olan dövlətlər,
MDB İK
|
|
||
2.4.
|
Zəruri hallarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar transmilli cinayətlərin açılması məqsədilə MDB-nin iştirakçısı olan maraqlı olan dövlətlərin səlahiyyətli orqanlarının nümayəndələrindən ibarət birgə əməliyyat-istintaq qruplarının yaradılması təcrübəsini davam etdirmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
2.5.
|
MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlikləri bölmələrinin/-polisin və digər səlahiyyətli orqanlarının rəhbərlərinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə iclasları keçirmək. Zəruri hallarda, problemli məsələləri MDB-nin səhə əməkdaşlığı orqanlarının müzakirəsinə çıxarmaq
|
hər il
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, MDB İK
|
|
||
2.6.
|
BMT-nin və digər beynəlxalq təşkilatların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə proqramlarının həyata keçirilməsində MDB-nin iştirakçısı olan dövlətlərin səylərini əlaqələndirmək və qarşılıqlı fəaliyyət həyata keçirmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər, XİNŞ, MDB İK
|
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
2.7.
|
BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsi ilə qarşılıqlı əlaqəni möhkəmləndirmək
|
2008 - 2010-cu
illər
|
MDB İK, MDB-nin iştirakçısı olan dövlətlər, MCMƏB, ATM
|
|
||
2.8.
|
MDB-nin iştirakçısı olan dövlətlər-də narkotik təhlükəsinə və narkomaniyaya qarşı yönəlmiş birgə mədəni və maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil etmək
|
2008 - 2010-cu
illər
|
Mədəni əməkdaşlıq
üzrə Şura, MDB-nin
iştirakçısı olan
dövlətlər
|
|
||
2.9.
|
Müasir çağırış və təhdidlərə qarşı-durmada aktual problemlərin və bu Proqramın icra gedişatının müzakirə edilməsi məqsədilə, MDB-nin iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizəni həyata keçirən orqanların Əlaqələndirmə Şurasının iclasını keçirmək
|
2010-cu il
|
MDB İK, BPƏŞ, DİNŞ, TORŞ, SQKŞ, GXRŞ,
VORƏŞ xarici işlər
nazirlikləri rəhbərlərinin iştirakı ilə
|
|
||
2.10.
|
MDB çərçivəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalında istifadəsi mümkün olan prekursorların müəyyən edilməsi məqsədilə onların dövriyyəsinin monitorinqini və barələrində informasiya mübadiləsini həya-ta keçirmək
|
mütəmadi
|
MDB-nin iştirakçısı
olan dövlətlər, DİNŞ, GXRŞ, SQKŞ, MCMƏB,
NON
|
|
||
III. MƏLUMAT VƏ ELMİ TƏMİNAT
|
||||||
3.1.
|
MCMƏB-nin məlumat bankının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bilavasitə əlaqəsi olan transmilli cinayətkar qrupların və onların rəhbərləri haqqında məlumatlar bölməsinin artırılmasını həyata keçirmək
|
mütəmadi
|
MDB-nin iştirakçısı
olan dövlətlər, GXRŞ, VORƏŞ, MCMƏB, SQKŞ,
MDB ATM
|
|
||
3.2.
|
MDB-nin iştirakçısı olan dövlətləri səlahiyyətli orqanlarını cəlb etməklə narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən şəxslər haqqında, həmçinin bu növ cinayətkarlığın yayılması ilə bağlı mübarizənin vəziyyətini əks etdirən məlumatların toplanması, təhlili, ümumiləşdirilməsi üzrə avtomatlaşdırılmış telekommunikasiya məlumat sisteminin istifadəçilərinin şəbəkəsinin yaradılması ilə əlaqədar işi davam etdirmək
|
2008 - 2010-cu
illər
|
Rusiya Federasiyası,
MDB-nin iştirakçısı
olan dövlətlər
|
|
||
3.3.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə problemləri üzrə, o cümlədən müasir elmi-texniki nailiyyətlərə əsasən mübarizə metodlarının təkmilləşdirilməsi üzrə birgə elmi tədqiqatların keçirilməsini davam etdirmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı
olan dövlətlər,
BPƏŞ, DİNŞ, SQKŞ,
GXRŞ, TORŞ, VORƏŞ
|
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
3.4.
|
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları haqqında məlumat mübadiləsini həyata keçirmək (imkan dairəsində onların hazırlanmasında istifadə olunan texnoloji proseslərin təsviri ilə)
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
3.5.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qanunverici və digər normativ hüquqi aktlar, metodik vəsaitlər, əməliyyat, statistik, analitik və başqa məlumatların mübadiləsini davam etdirmək
|
mütəmadi
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
3.6.
|
Narkomaniya problemləri və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması ilə məşğul olan müəssisə və təşkilatlar arasında iş təcrübəsinin mübadiləsini davam etdirmək
|
mütəmadi
|
MDB-nin iştirakçısı
olan dövlətlər, Səhiyyə üzrə Şura, Mədəni əməkdaşlıq Üzrə Şura
|
|
||
3.7.
|
Narkomaniyanın, həmçinin narkotiklərdən istifadə edən şəxslər arasında İİV/QİÇS, A,B,C hepatiti xəstəliklərinin MDB-nin iştirakçısı olan dövlətlərdə yayılmasına qarşı mübarizə məsələlərində beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı həyata keçirmək
|
mütəmadi
|
Səhiyyə üzrə Şura,
MDB-nin iştirakçısı
olan dövlətlər
|
|
||
3.8.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkomaniyaya qarşı və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar beynəlxalq əməkdaşlığının inkişafı problemləri üzrə elmi-praktik konfransını keçirmək
|
2009-cu il
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, TORŞ, GXRŞ, SQKŞ, VORƏŞ, MDB İK
|
|
||
3.9.
|
MDB-nin iştirakçısı olan dövlətlərin ekspert müəssisələrində aprobasiya üçün nəzərdə tutulmuş narkotiklərin, materialların və memulatların tədqiqatları üzrə yeni metodikalar barədə məlumat mübadiləsini həyata keçirmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
IV. KADR TƏMINATI
|
||||||
|
Razılaşma əsasında həyata keçirmək:
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
|
- kadrların hazırlanması üzrə əməkdaşlıq sahəsində, o cümlədən Rusiya Federasiyasının Domodedovo şəhərində yerləşən DİN-nin Ümumrusiya İxtisasartırma İnstitutunun bazasında Beynəlxalq İdarələrarası mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan bölmələr üzrə əməkdaşlarının hazırlanması ilə bağlı əməkdaşlıq;
|
|
|
|
||
|
- narkomaniyanın profilaktikası, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə mütəxəssislərin ixtisaslarının artırılmasında, o cümlədən tədris, müalicə məsələlərində, reabilitasiya mərkəzlərində və ixtisaslaşdırılmış qurumlarda məsləhətləşmələr və təcrübə keçmə yolu ilə qarşılıqlı fəaliyyət;
|
|
|
|
||
|
- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə və həmçinin narkomaniya ilə mübarizə sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarının artırılmasına dair tədris-metodik materialların mübadiləsi
|
|
|
|
||
V. MADDİ-TEXNİKİ VƏ MALİYYƏ TƏMİNATI
|
||||||
5.1.
|
Narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi üçün müasir üsul və metodların hazırlanması və istehsal olunması və bu vasitələrlə MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanlarının təchiz edilməsi istiqamətində birgə tədbirləri davam etdirmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, GXRŞ, TORŞ, SQKŞ
|
|
||
5.2.
|
Narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi məqsədilə dövlət sərhədlərinin buraxılış məntəqələrinin müasir texniki vasitələrlə təchizatın fəallaşdırılmasını tövsiyə etmək
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər, GXRŞ, SQKŞ
|
|
||
1
|
2
|
3
|
4
|
5
|
||
5.3.
|
Proqram üzrə birgə tədbirlərin maliyyələşdirilməsi səlahiyyətli nazirliklər və idarələr tərəfindən həyata keçirilən funksiyaların icrası üçün illik milli büdcələrdə nəzərdə tutulmuş maliyyə vesaitləri çərçivəsində MDB-nin iştirakçısı olan maraqlı dövlətlər arasında qarşılıqlı razılaşma yolu ilə həyata keçirilir
|
2008 - 2010-cu
illər
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
||
VI. NƏZARƏT MEXANİZMİ
|
||||||
6.1.
|
Proqramın müddəalarının həyata keçirilməsi üzrə planları qəbul etmək və onların icrası ilə əlaqədar dövlətdaxili nəzarət qaydalarını müəyyən etmək
|
Proqram təsdiq
edildikdən sonra 3 ay ərzində
|
MDB-nin iştirakçısı olan dövlətlər, BPƏŞ, DİNŞ, TORŞ, SQKŞ, GXRŞ,
VORƏŞ
|
|
||
6.2.
|
Proqramın və MDB-nin iştirakçısı olan dövlətlər tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığı haqqında MDB çərçivəsində qəbul olunmuş beynəlxalq müqavilələrin icrasının vəziyyətini nəzərdən keçirmək
|
Hər il
|
MDB-nin iştirakçısı olan dövlətlər, BPƏŞ, DİNŞ, TORŞ, SQKŞ, GXRŞ,
VORƏŞ, MDB İK
|
|
||
6.3.
|
MDB-nin İcraiyyə Komitəsini Proqramın icrasının vəziyyəti barədə məlumatlandırmaq
|
Hər il, hesabat ilindən sonra gələn ilin
fevral ayında
|
MDB-nin iştirakçısı olan dövlətlər, BPƏŞ, DİNŞ, TORŞ, GXRŞ, SQKŞ,
VORƏŞ
|
|
||
6.4.
|
MDB Dövlət Başçıları Şurasına və MDB Hökumət Başçıları Şurasına Proqramın icra vəziyyəti haqqında məruzə təqdim etmək
|
Hər il
|
MDB İK
|
|
||
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2008-2010-cu illər üçün Əməkdaşlıq Proqramına
Azərbaycan Respublikasının
X Ü S U S İ R Ə Y İ
Milli qanunvericiliklərin harmonizasiyası haqqında müddəalar istisna olmaqla, Azərbaycan Respublikası Proqramın hər bir tədbirində öz iştirakı haqqında ayrıca qərar qəbul edəcək.
Azərbaycan Respublikasının Prezidenti İ. ƏLİYEV