AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
26.12.2006
QEYDİYYAT NÖMRƏSİ
644
ADI
Azərbaycan Respublikasmdan Avropa İttifaqı ölkələrinə ixrac edilən şərab və şərab məhsullannm, meyvə və tərəvəz şirələrinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-01-2007, Nəşr nömrəsi: 01)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3275
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
"Dövlət qeydiyyatına ahnmışdır"

"Dövlət qeydiyyatına alınmışdır"

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Qeydiyyat 3275

"12" yanvar 2007-ci il

Nazir

_____________Fikrət Məmmədov

"Təsdiq edilmişdir"

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Əmr 644

"26" dekabr 2006-cı il

Nazir

______________Heydər Babayev [1]

 

 

Azərbaycan Respublikasmdan Avropa İttifaqı ölkələrinə ixrac edilən şərab və şərab məhsullannm, meyvə və tərəvəz şirələrinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi

QAYDALARI

 

I. Ümurai müddəalar

Bu Qaydalar Avropa İttifaqı ölkələrinə şərab və şərab məhsullarını, meyvə və tərəvəz şirələrini (bundan sonra - məhsullar) ixrac edən istehsal və emal müəssisəsındə (bundan sonra - müəssisə) ekspertizaların keçirilməsi və təsdiqedicı kod nömrəsinin verilməsı, məhullardan və istifadə olunan sudan nümunələrin götürülməsi və keyfiyyətinin qiymətləndirilməsi qaydalarını müəyyən edır.

II. Müəssisədə ekspertizalann keçirilməsi və təsdiqedici kod nömrəsinin verilməsi qaydaları

2.1. Azərbaycan Respublikasmdan Avropa İttıfaqı ölkələrinə məhsul ixrac edən müəssisələr  ekspertizaların  aparılması,  təsdiqedici kod nömrəsinin verilməsi və reyestrə alınması üçün İqtisadi İnkişaf Nazirliyinə (bundan sonra - səlahiyyətlı orqan) ərizə ilə müraciət edırlər.

2.2.             Müəssısədə ekspertizalar səlahiyyətli orqanm ən azı iki nəfərdən ibarət ekspert qrupu tərəfindən aparılır və "Şərab və şərab məhsullarmın, meyvə və tərəvəz şirələrinin istehsalı və emalı müəssisələrində həyata keçirilən ekspertizalarm nəticələrinə dair Forma № l"də (əlavə 1) müvafiq qeydlər aparılır.

2.3.     Ekspertızalarm nəticələri əsasmda "Şərab və şərab məhsullarmm, meyvə və tərəvəz şirələrınin ıstehsalı və emalı müəssisələrində həyata keçirilən ekspertizalarla əlaqədar ümumi qeydlər və nəticələrin qıymətləndirilməsinə dair Forma 2" (əlavə 2) iki nüsxə olaraq doldurularaq ekspertlər qrupu və müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır, bunlardan biri müəssisəyə təqdim olunur, digəri isə səlahiyyətli orqanda saxlanılır. Əgər müəssisənin səlahiyyətli nümayəndəsi Forma 2-ni imzalamaqdan imlina edərsə, o ekspertlər qrupu tərəfindən imzalanır, bır surəti müəssisənin səlahiyyətli nümayəndəsinə təqdim olunur və bu barədə müəssisə yazılı şəkildə məlumatlandırılır.

2.4.     Ekspertizalar zamanı raüəssisədə çatışmazlıqlar aşkarlanarsa, onları aradan qaldırmaq üçün müəssisəyə 30 (otuz) günədək əlavə vaxt verilir. Bu müddət ərzində həmin çatışmazlıqların aradan qaldırıldığı aşkarlanarsa, "Şərab və şərab məhsullarının, meyvə və tərəvəz şirələrinin istehsalı və emalı müəssisələrində həyata keçirilən ekspertizalarla əlaqədar nəticələrin ümumi qiymətləndirilməsinə dair Forma 3"də (əlavə 3) müvafiq qeydlər aparılır. Ekspertizalar nəticəsində müəyyən edilən çatışmazlıqlar bu müddat ərzində aradan qaldırılmazsa, müəssisəyə 30 (otuz) günədək əlavə vaxt verilir.

2.5. Ekspertizalar nətıcəsində tələblərə uyğun hesab edilən müəssisəyə istehsal və emal növündən, məhsulun ixrac formasından asılı olaraq növbəti rübün ilk ayının 15-nə kimi təsdiqedıci kod nömrəsi verilir (əlavə 4) və bu barədə Avropa Komıssiyasının aidiyyəti orqanların müvafiq bildiriş göndərilir. Təsdiqedici kod nömrəsi ildə dörd dəfə olmaqla hər 3 (üç) aydan bir verilir.

2.6.Təsdiqedici kod nömrəsi almış müəssisədə səlahıyyətli orqan tərəfindən ayda bir dəfədən az olmayaraq həmin müəssisəyə xəbərdarlıq edilmədən dövri ekspertizalar həyata keçirilir. İxrac zamanı götürülən nümunələrin analiz nəticələri mənfi çıxdığı təqdirdə bu cür ekspertizalar qeyd olunan müddət nəzərə alınmadan dərhal həyata keçirilir.

2.7. Dövri ekspcrtizalar nəticəsində müəssisədə qeydə alınan çatışmazlıqlarm aradan
qaldınlmadığı aşkarlanarsa, ona verilmiş təsdiqedici kod nömrəsi səlahiyyətli orqan
tərəfindən geri alınır, yaxud da bğv edilir və reyestrdən çıxarılır.

2.8. Müəssisəyə  verilmiş  təsdiqedici kod nömrəsinin geri alınması, ləğv edilməsi və
reyestrdən çıxarılması haqqında qərar qəbul olunandan sonra səlahiyyətli orqan tərəfindən
3 (üç) gün müddətində müəssisəyə, gömrük orqanlarına və Avropa Komissiyasının
aidiyyəti orqanlarına yazılı şəkildə məlumat verilir.

III. Müəssisədə həyata keçirilən ekspertizalar zamanı əsas tələblər

3.1. Müəssisədə həyata keçirilən ekspertizalar zamanı əsas tələblər aşağıdakılardır:

3.1.1.  Məhsulların yetişdirildiyi bağ və əkin sahələrində, məhsul yığımından əvvəl, məhsul
yığımı, məhsul yığımından sonrakı və emal mərhələlərində əməliyyatların  aqrotexniki,
sanitar-gigiyena və təhlükəsizlik tələblərinə uyğun həyata keçirilməsi;

3.1.2.  Xammal və hazır məhsulların saxlanması, qablaşdırılması (taralanması),  daşınması və etiketlənməsi zamanı əməliyyatların sanitar-gigiyena tələblərinə uyğun  həyata keçirilməsi;

3.1.3. Müəssisənin ətrafının, infrastrukturunun, istifadə olunan avadanlıqların və sosial
obyektlərin tələblərə uyğun olması;

3.1.4.  İstehsalat sahələrində, köməkçi otaqlarda və texnoloji proseslər zamanı əməliyyatların sanitar-gigiyena tələblərinə uyğun həyata keçirilməsi;

3.1.5.         Müəssisədə çalışan işçilər tərəfindən ümumi sanitar-gigiyena təbblərə riayət olunduğu;

3.1.6. Məhsulun və istifadə edilən suyun keyfiyyətinin standartların tələblərinə uyğun olması;

3.1.7.   İstehsal  mənşəyim görə şərablara adların verilməsı zamanı müvafiq qaydalara
riayət olunması;

3.1.8.   Müəssisədə həyata keçirilən əməliyyatlara dair proqramların mövcudluğu və tətbiq olunması;

3.1.9.   Xammalın tədarükündən hazır məhsulun ixracına kimi olan mərhələlərdə
əməliyyatlara və görülən işlərə dair aparılan qeydiyyat sisteminin mövcudluğu və qeydlərin
tələblərə uyğun həyata keçirilməsi;

3.1.10.    Müəssisədə Təhlükəli Amilbrin Təhlili və Nəzarətin Kritik Nöqtələri (TATNKN) sisteminin tətbiq olunması.


3.2. Məhsulun yetişdirildiyi bağ və əkin sahələrinə, məhsul yığımından əvvəl, məhsul yığımı, məhsul yığımından sonrakı və emal mərhələlərinə olan aqrotexniki, sanitar-gigiyena və təhlükəsizlik tələbləri

3.2.1.  Ağacların artımı üçün torpağın tərkibi aqrotexniki tələblərə cavab verməlidir;

3.2.2.  Ətraf mühit şərtləri (külək, qum və tozla bağlı infeksiyalar, çirkab maddələr və s.)
ağacların yetişməsinə mənfi təsir etməməlidir;

3.2.3.     Qrunt sularının axıdılması üçün drenaj sıstemi mövcud olmalıdır;

3.2.4.     Suvarma və digər məqsədlər üçün kifayət qədər su mənbələri olmalıdır;

3.2.5.   Əkin sahələrində torpağın səthi əkindən əvvəl təmizlənmiş vəziyyətdə olmalıdır;

3.2.6.            Əkindən əvvəl məhsulun keyfiyyətinə təsir edən amillər yaxşıca araşdırlmalı və dayanıqlı
növlərin əkilməsinə üstünlük verilməlidir;

3.2.7.   Torpağın qidalılıq dərəcəsinı artırmaq məqsədilə lazımi aqrotexniki tədbirlər
həyata keçirilməli, istifadəsi nəzərdə tutulan maddələrdən  normativ sənədlərdə nəzərdə
tutulmuş normada istifadə olunmalı və üsullar tətbiq edilməlidir;

3.2.8.Böyümə mərhələsində bağ və əkin yerləri toz və digər təsirbr nəticəsində əmələ
gələn gənələrin artımını azaltmaq, yaxud da tamamilə məhv etmək üçün müntəzəm olaraq sulanmalıdır. Bağ sahəsinə yaxın ərazilərdə torpağın becərilməsində ağacın üzdə  olan hissəsinə Aspergilla flavus /A. parazitinı və göbələk sporunu yaya bilən metodlar tətbiq olımmamalıdır;

3.2.9. Həşəratlara, göbələklərə, alaq otlarına, gənələrə və digər parazitlərə qarşı effektiv


mübarizə vasitələri tətbiq olunmalıdır;


3.2.10.           Suvarma və digər məqsədlər üçün istifadə olunan su normatıv sənədbrin tələblərinə cavab verməlidir;

3.2.11.           Məhsulun yığılması, saxlanması və daşınması zamanı istifadə olunan avadanlıqlar və maşınlar yığımdan əvvəl potensial təhlükələrin qarşısını almaq məqsədilə dezinfeksiya olunmalı və işlək vəziyyətdə saxlanılmalıdır;

3.2.12.           Məhsul onu göbələk və həşərat infeksiyası nəticəsində əmələ gələn potensial təhlükələrdən qorumaq məqsədilə yetişən kimi yığılmalıdır. Eyni zamanda, məhsulun yetişmə dövrlərində ağacların altı parazitlərin inkişafı üçün əlverişli olan zibil və s. maddələrdən təmizlənməlidir;

3.2.13.           Yığımdan sonra məhsullar həşəratlardan və göbələklərdən təmizlənmiş konteynerlərlə    dərhal emala göndərilməlidir. Məhsullar dərhal emal müəssisəbrinə göndərilmədiyi təqdirdə onlar xüsusi şəraitə malik   mühafizə anbarlarında müvəqqəti saxlanılmalıdır;

3.2.14. Ağaclar yaxşıca budanmalı və zəruri hallarda böyümə dövründən əvvəl parazitlərə qarşı mübarizə vasitələrindən istifadə olunmalıdır;

3.2.15.          Bağ sahələri və digər yığım mərkəzləri Aspergilla və digər göbələklərin əmələ gəlməsinin qarşısını almaq məqsədilə yığımdan dərhal sonra zibilliklərdən və tullantılardan təmizlənməlidir;

3.2.16.          Yığım əməliyyatlarında istifadə olunan avadanlıqlar, nəqliyyat vasitələri və s.
vaxtaşırı dezinfeksiya olunmalıdır.

3.3. Xammalın və hazır məhsulun saxlanmasına, qablaşdınlmasına (taralanmasma), daşınmasına və etiketlənməsinə olan sanitar-gigiyena tələbləri

3.3.1. Müəssisəyə daxil olan xammalların orqanoleptiki (xarici görünüşü, iyi, dadı, rəngi) xüsusiyyətləri, yağlılığı, mikrobioloji göstəriciləri, toksiki elementləri, kənar maddələr, fiziki xassələri, böyüklüyü, növ eyniləşdirilməsi və s. yoxlanılmalı və emal, ya da ixrac olunanadək partiya nömrəsi qeyd olunmuş mənşə sənədi və etiketlərlə birlikdə, temperatur rejimini tənzimləyən və qeyd edən sistemə malik anbarlarda saxlanılmalıdır. Anbar məntəqələrində temperatur ölçmə cihazları daima işlək vəziyyətdə olmalı və qrafik əsasında temperatur rejimi barədə müvafiq jurnalda mütəmadi olaraq qeydlər aparılmalıdır;

3.3.2. Daxil olarr xammalda və hazır məhsulda standartların tələblərinə cavab verməyənlər   aşkar olunduqda onlar dərhal kənarlaşdırılmalıdır;

3.3.3.             Xammal və hazır məhsullar eyni yerdə və eyni vaxtda saxlanılmamalıdır. Eyni
zamanda, müxtəlif növ məhsulların bir yerdə saxlanması  qadağandır. Məhsulun saxlanmasında paslanan materialdan hazırlanmış qablardan stifadə edilməsinə yol verilməməlidir;

3.3.4.             Məhsulun xarab olmasinın və çirklənməsinin qarşısını almaq məqsədib eyni partiyaya məxsus olan hazır məhsullar bir yerdə üst-üstə yığılmaraalı, döşəmə, divar və
tavanla təmasda olmamalı, hava axmmı
təmin edən plastik materialdan hazırlanmış
paletbrin üzərində, yaxud da rəf şəklində üst-üstə yığılmalıdır;

3.3.5.             Qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan etiketsiz
məhsullar,  realizə edibcək məhsullarla bir yerdə saxlanılmamalıdır;

3.3.6.             Saxlama və anbarlaşdırma əməliyyatları sistemli aparılmalıdır. Məhsullar
səliqəli, hava cərəyanına mane olmayacaq,
etiketbri görünəcək şəkildə yığılmalı, ilk daxil
olan məhsul ilk ixrac edilməlidir;

3.3.7.   Anbar məntəqələri yağışdan, gəmirici və quşların daxil olmasından mühafizəni təmin etməli, təmiz, quru olmalı və ventilyasiya qurğusuna malik olmalıdır;

3.3.8.             Anbar məntəqələrində həşərat və göbələkbrin miqdarını azaltmaq üçün qeydiyyata alınmış mübarizə vasitələrindən və ya digər alternativ metodlardan istifadə olunmalıdır;

3.3.9.             Müəssisəyə daxil olan bütün təzə və işlənmiş  taralar mütləq yoxlanılaraq qəbul
olunmalıdır;

3.3.10. Müəssisəyə daxil olan işlənmiş butulka ilə yeşiklər bərkliymə, yararlığma və təmizlıyinə görə yoxlanılmalıdır. Qış aylarında müəssisəyə daxil olan butulkalar normativ sənədlərin tələblərinə uyğun temperatur dərəcəsinədək qızdırılmalıdır;

3.3.11.   Müəssisəyə daxil olan təzə butulkalar şüşə tozunun olması, kimyəvi davamlılıq  və termiki  bərkliyinə görə yoxlanılmalıdır. Qabların turş-qələvili yuyulması ayrı otaqda, xüsusi yuyucu maşınlarda həyatakeçirilməlidir;

3.3.12.   Butulkayuyan maşının temperatur və qələvi iş rejimi spirtli içkilər istehsalının
texnoloji  təlimatına  müvafiq təyin olunmalıdır;

3.3.13.   Hər iş gününün sonunda butulkayuyan maşın sudan azad edilməli və təmiz
yuyulmalıdır. Növbə ərzində 1 (bir) dəfədən az olmayaraq su filtrləri açılmalı, setkalar
təmizlənməli və yuyulmalıdır. Maşının müxtəlif hissələrində əmələ gələn ərplər mexaniki
və kimyəvi üsulla aradan qaldırılmalıdır;

3.3.14.   Yuyulmuş butulkalar işıq ekranında diqqətlə baxılmalı və aşağıdakı tələblərə
cavab verməlidir:

-   üst tərəfi təmiz olmalı və orıda yapışqan izləri olmamalı;

-   iç tərəfində su damcıları olmamalı, butulka xarakterik parlaqlıqda olmalı;

-   boğaz hissəsi kələ-kötür olmamalıdır.

3.3.15.    Doldurulmazdan əvvəl məhsul əsaslı filtrdən keçirilməlidir;

3.3.16.   İçində məhsul olan butulka tıxac maşınından keçəndən sonra ağzı  tıxaclanmamışsa, o mütləq boşaldılmalı, təkrar yuyulmalı və sonra doldurulub, tıxac maşınına göndərilməlidir;

3.3.17.   İstehsal  prosesi  dayandırıldıqda (nahar fasiləsi və s. səbəblərlə) içərisində içki
olan ağzı bağlanmamış butulkalar saxlanılmamalıdır;

3.3.18.   Ağzı bağlanmış bütün butulkalar yoxlama qurğusunda yoxlanmalıdır;

3.3.19.   İş prosesində əmələ gələn butulka sınıqları ağzı bağlı xüsusi yeşiyə yığılmalı və iş
gününün sonunda xüsusi yerə daşınmalıdır;

3.3.20.   Spirtli şirəbr və meyvə şərbəti taxtadan, emallı, paslanmayan poladdan, dəmir-
betondan,  şüşə lövhələr ilə örtülmüş, korroziyaya davamlı metal ilə örtülmüş çənlərdə

saxlanılmalıdır. Çənlərin çöl hissəsi yağlı boya ilə boyanmalıdır. Çənlərin gıriş və çıxış qapaqları kip bağlanmalıdır;

Hər çənin pasportu olmalı və orada aşağıdakı məlumatlar qeyd olunmalıdır:

-  şirənin və ya lətin adı;

-  həcm, dekalitrlə;

-  hazırlanma tarixi;

-  spirtin miqdarı;

-  ümumi ekstrakt;

-  turşuluq.

       Təzə meyvə-giləmeyvə xammalından hazırlanmış spirtlənmiş şirələr və lətlər 12 (on iki) aydan, quru meyvə-gibmeyvədən hazırlanmışsa, 6 (altı) aydan çox olmayan müddətdə saxlanıla bilər;

3.3.21.Meyvə-giləmeyvə şirələrinin daşınması 200-500 litrlik palıd çəlləklərdə həyata
keçirilməlidir. Çəlləklərin ağzı taxta, rəngsiz parçaya bükülmüş probkalar ilə kip bağlanmalıdır. Şirələrin xüsusi təhciz olunmuş dəmiryolu ilə və avtoçənlərdə daşınmasına icazə verilir;

3.3.22.Likörlərin yetişməsi üçün ancaq palıd çəlləklərindən istifadə olumalıdır;

3.3.23.Spirtli şirələrin və lətlərin saxlanması və daşınması, likörlərin yetişməsi üçün
istifadə olunan çənlərin sanitar təmizlənməsi
texnoloji təlimata müvafiq olaraq aparılmalıdır;

3.3.24.    Zay edilmiş məhsullar xüsusi çənlərə yığılmalı və təkrar emala göndərilməlidir. Hazır məhsulda kənar əşyalar mütəsdiq edilmişə edildikdə bütün məhsul təkrar
yoxlanmaq üçün  saxlanılır. Kənar əşyanın məhsula düşmə səbəbi diqqətlə araşdırmalı və
gələcəkdə baş verməməsi üçün zəruri tədbirbr
həyata keçirilməlidir;

3.3.25. Məhsulların qablaşdırılması zamanı istifadə olunan qablaşdırma materialları
insanların sağlamlığına və məhsullarm keyfiyyətinə mənfi təsir etməməlidir;

3.3.26.      Təmizləndikdən və dezinfeksiya edildikdən sonra istifadəyə yararlı, su və hava keçirməyən, çürüməyən materiallardan hazırlanmış bəzi xüsusi qablar istisna olmaqla, digər qablaşdırma materiallarından təkrar istifadəyə yol verilməməlidir;

3.3.27. İstifadə olunmayan qablaşdırma materialları qapalı şəraitdə saxlanılmalıdır;

3.3.28. Məhsulun paketbnərək yerləşdirildiyi daxili və xarici qabların, taraların üzərində emal müəssisəsinin adı və təsdiqedici kod nömrəsi çıxmayacaq, yaxud da silinməyəcək şəkildə yazılmalıdır;

3.3.29. İstifadə olunan qablaşdırma materialları məhsulu xarici təsirlərdən tam qorumalıdır;

3.3.30.    Məhsullar müvafiq standartlara cavab verən qablarda və qaydalarda ticarət
dövriyyəsinə daxil edilməli, qabların üzərinə istehsalçı müəssisənin adı, ünvanı, məhsulun
adı, növü, keyfiyyəti, istehsal tarixi, nömrəsi, netto  çəkisi,  əlavələr və qatqı maddələrini
göstərən etiket yapışdırılmalıdır.

3.4. Müəssisənin infrastrukturuna, ətrafına, istifadə olunan avadanlıqlara və sosial

obyektlərə olan tələblər

3.4.1.      Xammalın növündən, üzərində aparılan əməliyyatlardan və həcmindən asılı
olaraq müəssisə tədarük, ilkin mühafizə, yuma, emal, qablaşdırma, paketləmə və anbar
sahəbrinə malik olmalıdır;

3.4.2.   Müəssisənin fəaliyyəti ətraf mühitə, ətrafdakı digər müəssisə və təşkilatlara mənfi
təsir göstərməməlidir;

3.4.3.   Müəssisədə yağış və tullantı sularını uzaqlaşdırmaq üçün drenaj sistemi quraşdırılmalıdır;

3.4.4.   Emal və digər əməliyyatlarm həyata keçirilməsi yerlərdə döşəmələr tullantı sularını
özünə hopdurmayan, sızdırmayan, asanlıqla təmizlənən və dezinfeksiya olunan materialdan hazırlanmalı və həmin yığılmış suları axıdacaq əlverişli kanalizasiya sisteminə malik olmalıdır;

3.4.5.           Divarlar və tavanlar asanlıqla təmizlənən, su keçirməyən, həşəratların, gəmiricilərin,
quşların və digər heyvanların emal, qablaşdırma, anbar və s. sahələrə asanlıqla daxil
olmasının qarşısını alacaq materialdan hazırlanmalı, hazır məhsulları çirkləndirməyəcək şəkildə
təmiz, səliqəli və açıq rəngdə olmalıdır;

3.4.6. Pəncərələr və digər açıq sahələr yerdən normativ-texniki sənədlərin tələblərinə
uyğun hündürlükdə olmalı, asan təmizlənən materialdan hazırlanmalı və üzərinə tor çəkilməlidir;

3.4.7.   Qapılar hamar, su keçirməyən, asan təmizlənən, vəziyyətdən asılı olaraq avtomatik açılıb-bağlanan, çürümə və korroziyaya qarşı davamlı materialdan hazırlanmalıdır;

3.4.8.   Elektrik xəttləri divarın daxilinə yerləşdirilmiş şəkildə çəkilməli, yaxud da divarların asanlıqla təmizlənməsinə mane olmayacaq şəkildə izolyasiya edılməlidir;

3.4.9.       Zərərvericilərin məhv edilməsi, yaxud da zərərsizləşdırilməsi məqsədilə istifadə olunan cihazlar, onların istehsal sahələrınə daxil olmasına mane olmayacaq şəkildə
istehsal sahəsindən uzaq yerdə quraşdırılmalıdır;

3.4.10.   İstehsal və emal yerlərində temperaturun yüksəlməsinin, toz və qoxunun əmələ
gəlməsinin qarşısının alınması məqsədilə ventilyasiya sistemi quraşdırılmalıdır. Ventilyasiya sistemi müəssisə xaricindən içəriyə doğru istiqamətləndirilməli və gigiyena baxımından
xüsusi filtrlərlə təchiz olunmalıdır. Ventilyasiya zamanı havanın sürəti normativ-texniki
sənədlərin tələblərinə uyğun olmalıdır. Ventilyasiya zamanı hava axını iş stollarına
istiqamətləndirilməməlidir;

3.4.11.    İstehsalat otaqlarında metroloji şərait (temperatur, nisbi rütubət, havanın
hərəkət sürəti, səsin çoxluğu) normalara uyğun olmalıdır. Soyuq anbarlar, qazanxana,
transformator yarımstansiyaları istisna olmaqla bütün istehsalat və köməkçi otaqlar
sanitar normalara uyğun temperatur rejimin də qızdırılmalıdır;

3.4.12. Avadanlıqlar, şirə bişirən qazanlar, qovucu cihazlar, buxar və isti su ötürücü
borular istilik izolyasiyasına malik olmalı, onların üstlərində temperatur dərəcəsi normativ-texniki sənədlərin tələblərindən yüksək olmamalıdır;

3.4.13.    Dəzgahlar, maşınlar, aparatlar titrəmənin qarşısını alan qurğu ilə təmin olunmalıdır;

3.4.14.Müəssisədə çalışan personal üçün inzibati bina, geyinib-soyunma yerləri, istirahət otaqları, yeməkxana, yuyunma otaqları, tualet və s. sosial obyektlər mövcud olmalı və
bunların emal sahələrinə birbaşa çıxışları olmamalıdır;

3.4.15. Sosial obyektlər müəsissədə sanitar-gigiyena normalarına uyğun şəkildə qurulmalı və orada gigiyena tələblərıni əks etdirən xüsusi lövhələr asılmalıdır;

3.4.16. Geyinib-soyunma otaqlarında işçilərin sayına uyğun olaraq dolablar yerləşdirilməli, iş paltarları və digər geyim əşyaları bir-birindən ayrı yerdə saxlanılmalıdır;

3.4.17.Emal formasmdan asılı olaraq müəssisənin münasib yerlərində kifayət sayda
əl-üz yuma yerləri olmalı, təmızlik vasitəbri, birdəfəlik istifadə üçün kağız və s. vasitələr
qoyulmalıdır;

3.4.18. Müəssisədə müxtəlif məqsədlər üçün istifadə olunan dezinfeksiyaedıcı maddələr
məhsullara və avadanlıqlara mənfi təsir etməməlidir. Bu cür vasitələr ayrı bir yerdə
xüsusi şəraitdə saxlanılmalıdır.

3.5. İstehsalat sahələrinə, köməkçi otaqlara və texnoloji proseslərə olan sanitar-gigiyena tələbləri

3.5.1.           Şərab istehsal olunan və saxlanılan otaqlar, lazım olan hallarda kükürd dioksidi
ilə normativ sənədlərin tələblərmə uyğun miqdarda tüstüyə verilməlidir,

3.5.2.   Cıhazların, avadanlıqların təmiri, eləcə də suvaq və rəngləmə işlərinin həyata
keçirilməsi zamanı, sınıq şüşə dəyişdırilərkən kənar əşyalarm xammala və hazır məhsula
düşməsinin qarşısını almaq məqsədilə əlavə tədbirbr görülməlidir;

3.5.3.   Üzüm məhsulunun qəbulu sahəsı və tərəzi otağı mütəmadi olaraq təmizlənməlidır;

3.5.4.     Doğrayıcı-presləyici şöbənm üzüm cecəyi, lət, horra və sairə ilə çirklənməsinin
qarşısını almaq məqsədi ilə daima təmizlikişləri aparılmalıdır;

3.5.5.     Şərabın ilkin emalı müəssisəsinin qıcqırma şöbəsi və şampan zavodun biokimyəvi sexi sorucu ventilyasiya qurğusu ilə təmin olunmalıdır. İş sahəsində kükürd qazının kütlə qatılığı normativ sənədlərin tələblərinə uyğun olmalıdır;

3.5.6.      Soyuducu-kompressor şöbəsində əmlakın kütlə qatılığının normativ sənədlərin
tələblərinə uyğun olmasına diqqət edilməlidir;

3.5.7. İstehsalat    köməkçi  otaqların girişində ayaqqabıları dezinfeksiya etmək
üçün içində xüsusi maddələr olan kiçik hovuz, yaxud da qab yerləşdirilməlidir. Həmin hovuz, yaxud da qab girişı tam əhatə etməli və üzərindən tullanıb keçmək mümkün olmamalıdır. Hovuzun dərinliyi ayaq topuğu səviyyəsində olmalıdır. Dezinfeksiya hovuzunda, eyni zamanda, məhlulun dəyişdirilməsi üçün əlverişli şərait yaradılmalı, dezinfeksiya vasıtələrinin dozasının sabit saxlanılması üçün nəzarət sistemi qurulmalı və müvafiq jurnalda qeydlər aparılmalıdır;

3.5.8. İstehsalat və köməkçi otaqlar, eləcə də avadanlıq və inventarlar təmiz vəziyyətdə
saxlanmalı və bu barədə növbələrin təhvil verilməsi jurnalında qeydlər aparılmalıdır.
Təmizləmə işləri növbələrarası, nahar fasiləsində, istirahət günlərində aparılmalıdır. Hər
növbənin sonunda əsaslı təmizlik işləri aparılmalıdır;

3.5.9.      Otaqların təmizlənməsi xadimələr tərəfindən, iş yerlərinin, avadanlıqların təmizlənməsi isə işçilər tərəfindən aparılmalıdır. Xadimələrin istehsalat işlərinə cəlb edilməsi yolverilməzdir;

3.5.10.  Təmizlik işləri aparmaq üçün işçilər lazımi inventarlar və yuyucu vasitələrlə təmin olunmalıdır. İstehsalat otaqlarının divarları sistematik olaraq sabun-qələvi məhlulunda isladılmış əsgi ilə, sonra isə quru əsgi ilə silinməlidir;

3.5.11.  İstehsalat otaqlarınm bütün qapıları hər gün sabunlu isti su ilə, sonra isə quru
əsgi ilə silinməlidir. Xüsusi ilə qapıların dəstəkləri və aşağı hissələri əsaslı surətdə
təmizlənməlidir;

3.5.12.  Kənar şəxslərin istehsalat otaqlarına və anbarlara daxil olmasına yalnız
müdiriyyətin razılığı ib və xüsusi geyimdə icazə verilir;

3.5.13.  Avadanlıqların daxili hissələri asan təmızlənməsi üçün hamar olmalıdır. Avadanlıqların məhsul ilə  əlaqədə  olan hissələri yeyinti sənayesində istifadəsinə icazə verilmiş materiallardan hazırlanmalıdır;

3.5.14.  Texnolojı avadanlıqlar işə salınmamışdan əvvəl təmizliyinə və kənar əşyaların
olmamasına görə yoxlanmalıdır;

3.5.15.  Butulka yuyan maşında butulkaların yuyulması rejimi və yuyucu məhlulların qatılığı texnoloji təlimata uyğun olmalıdır;

3.5.16.    Bütün daxıl olan xammallar, köməkçı və qablaşdıncı materiallar və buraxılan hazır məhsullar qüvvədə olan normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır;

3.5.17. Anbara daxil olan yeyinti xammalların və hazır məhsulların keyfiyyətini təsdiq
edən sertifikatlar olmalı və bunlar nömrələnmış şəkildə partiyalarla yığılmalıdır. Hər partiyadan
nümunələr götürülərək keyfiyyətı səlahiyyətli laboratoriyada qiymətləndirilməlidir. Xammal
istehsalata yalnız laboratoriyanın müsbət rəyi olduğu təqdirdə buraxılmalıdır;

3.5.18.   Şərab  məhsullarının  istehsalında yalnız aidiyyəti dövlət orqanların icazə verdiyi
ətirli maddələrdən, yeyinti turşularından, boyaq  maddələrindən istifadə edilməlidir.
Daxil olan ətirli maddələr, turşular, boyaq maddələri, esensiyalar istehsalçı müəssisənin
qablaşdırdığı vəziyyətdə saxlanmalı və sertifikata malik olmalı, onların başqa qablara saxlanmaq məqsədi ilə tökülməsinə yol verilməməlidir;

3.5.19.   Maye xammallar divar rəfləri və qəfəsləri olan xüsusı otaqlarda saxlanmalıdır.
Quru ətirsiz bitki xammalları quru ətirli xammallardan ayrı saxlanmalıdır. Quru ətirli bitkı
xammalları içərisi alüminium vərəqi ilə üzlənmiş və ağzı hermetik bağlanmış taxta qabda
saxlanılmalıdır. Bitki xammallarının aidiyyəti dövlət orqanlarının icazə verdiyi polietilen
kisələrdə də saxlanılmasnaa yol verilir;

3.5.20.   Ətirli və ətirsiz bıtki xammallarının saxlandığı anbar təmiz saxlanmalı, üzlük döşənmiş döşəmələr və taxta rəflər normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq yuyulmalıdır;

3.5.21.   Həşəratlar ilə yoluxmuş xammallar dərhal ayrılmalı və təmizlənməlidir. Təmizlənmiş xammal istehsalata göndərilməli,  çox yoluxmuş xammal isə yandırılmalıdır;

3.5.22.    Anbarın temperatur və rütubət göstəricıbrinə dair müvafiq jurnalda mütəmadi qeydlər aparılmalıdır;

3.5.23.    İçkilərin saxlandığı otağın rütubətliliyi və işıqlanması norması nörmativ-texniki sənədlərin tələblərinə uyğun olmahdır;

3.5.24.   Ətirli spirtin və lətin tortası hazırlanan istehsal otağından tullantılar dərhal
yığışdırılmalıdır;

3.5.25. Yeyinti xammallarının saxlanması üçün nəzərdə tutulmuş anbarda qeyri-ərzaq xammallarının, tullantıların saxlanılmasına yol verilməməlidir;

3.5.26.    Müəssisənin müvafiq sahələrində təzyiqi, temperaturu ölçən, mütəmadi qeydlər aparan və bu qeydləri mühafizə edən sistem quraşdırılmalıdır;

3.5.27.    Avadanlıq və cihazlar mütəmadi olaraq yoxlamadan keçirilməli və bu barədə müvafiq jurnalda qeydlər aparılmalıdır.

3.5.28.    Şirə-lət sexində aşağıdakı sanitar-gigiyena tələblərinə riayət olunmalıdır:

3.5.28.1.      Şirə-lət sexinin bütün otaqları təmiz saxlanmalı və ventilyasıya sistemi quraşdırılmalıdır;

 3.5.28.2.Bütün cihazlar və avadanlıqlar (nasoslar, çənbr, filtrbr) hər ay 2%-li isti kaustik soda məhlulu ilə yuyulmalıdır. Bir növ məhsuldan digərinə keçdikdə də həmin avadanlıq və cihazlar isti su ilə yuyulmalıdır;

3.5.28.3.   Yarımfabrikatların və hazır məhsulların ötürülməsi üçün istifadə olunan rezin
şlanqlar diqqətlə isti su ilə yuyulmalı və qurudulmalıdır.Onlar ilməkdən asılmış
vəziyyətdə saxlanmalıdırlar. Şlanqın ucunun döşəməyə dəyməsinə qəti yol verilməməlidir;

3.5.28.4.   İşə başlamazdan əvvəl doğrayıcı və presləyici avadanlıqlar istı su ilə yaxşıca yuyulmalıdır;

3.5.28.5.   İş qurtardıqdan sonra bütün istifadə olunmuş avadanlıqlar, cihazlar və qablar
şotka ilə isti su ilə yuyulmalı, doğrayıcının dibində və divarlarında, həmçinin, presdə lət
qalmamalıdır;

3.5.28.6. Tədarük mövsümünün sonunda avadanlıqlar isti su ilə yuyulmalı, qurudulmalı, sonra bütün metal hissələr, hansılar ki, xammal ilə əlaqəsi olur, yüksək keyfiyyətli yeyinti yağı ilə yağlanmalıdır.

3.5.29. Rəng bişirilən və sirop bişirilən şöbələrdə isə aşağıdakı sanitar-gigiyena tələblərə riayət olunmalıdır:

3.5.29.1. Rəngin bişirilməsi su və buxar olan ayrı otaqda aparılmalıdır. Rəng bişirilən
qazanların üzərində sorucu qurğu olamlıdır;

3.5.29.2. Qazanlara doldurulan şəkər ələnməli    maqnitdən  buraxılmalıdır. Rəng
boşaldıqdan sonra qazan su ilə yuyulmalı, qurudulmalı və qapaq ilə örtülməlidir;

3.5.29.3. Şəkər siropunun fasiləsiz hazırlanması zamanı həftədə 1 (bir) dəfədən az olmayaraq filtirlər yuyulmalıdır.

 3.5.30.      Ətirli spirtlər ıstehsalında aşağıdakı sanitar-gigiyena tələblərə riayət olunmalıdır:

3.5.30.1.  Ətirli spirt şöbəsi ayrı otaqda yerləşdirilməli, təmiz saxlanmalı və ventilyasiya
qurğusuna malik olmalıdır;

3.5.30.2.  Bütün qovucu aparatlar və kommunikasiyalar hər qovmadan sonra yuyulmalıdır;

3.5.30.3. Eyni növ ətirli spirt (məsələn, sitruslu və s.) qovulan zaman aparat və kommunikasiyalar ancaq su ilə yuyulur, ətırlərinə görə kəskin fərqləndikdə isə onlar buxara verilır. Aparat və kommunikasiyaların yuyulması iyin yuyulma suyunda yox olmasına kimi davam etdirilir.

3.5.31. Likör yetişdirilməsində aşağıdakı sanitar-gigiyena tələblərinə riayət olunmalıdır:

3.5.31.1.  İçərisində likör olan çəlləklərin və böyük butulkaların ağızları probka ilə bərk
bağlanmalıdır (probkalar rəngsiz parçaya bürünməlidir);

3.5.31.2.  Likörün yetişməyə qoyulması yalnız dequstasiya komissiyasının müsbət rəyindən və məhsulun reseptinə uyğun olduğu müəyyən edildikdən sonra həyata keçirilməlidir;

3.5.31.3.  Həftədə bir dəfədən az olmayaraq çəlləklər (böyük butulkalar) əsaslı müayinədən keçirilməlidir;

3.5.31.4.   Otaqda temperatur və rütubət göstərıcilərinə nəzarət edilməli və bu barədə
müvafiq jurnalda mütəmadi qeydbr aparılmalıdır;

3.5.31.5.   Yetişmə müddətində itki və ya korlanma əlamətləri mütəsdiq edilmişə edildikdə dərhal həmin nöqsanları aradan qaldırmaq üçün tədbirbr həyata keçirilməlidir;

3.5.31.6.   Yetişdirilən likörün tündlüyünün və rənginin dəyişdirilməsinə yol verilməməlidir.

3.5.32.  İstehsalat və köməkçi otaqların işıqlandırılması zamanı aşağıdakı sanitar tələblərə riayət olunmalıdır:

3.5.32.1. İstehsalat və köməkçi otaqlarda təbii işıqdan maksimum istifadə olunmalıdır. Bu məqsədlə pəncərəbrin qabaqları istehsalat avadanlıqları, hazır məhsullar, yarımfabrikatlar və s. ilə örtülməməlidır. Pəncərələrin şüşələri təmiz saxlanılmalı və rübdə 1 (bir) dəfədən az olmayaraq təmızlənməlidir. Dəhlizlərin və anbarların süni işıq ilə işıqlandırılmasına yol verilir;

3.5.32.2. İşıqlandırıcı cihazlar təmiz saxlanmalı və həftədə 1 (bir) dəfədən az olmayaraq təmizlənməlidir;

3.5.32.3. Elektrik lampalarının və plafonların qeydiyyatı xüsusi jurnalda aparılmalıdır.

3.5.33. Müəssisədə yığılmış zibil və tullantıların uzaqlaşdırılması ilə əlaqədar aşağıdakı
sanitar tələblərə riayət olunmalıdır:

3.5.33.1. Müəssisədə hər iş gününün sonunda yığılmış zibillər, maye və tullantılar uzaqlaşdırılmalıdır.Tullantılar və zibillər hər günün sonunda daşınmalı və sonra konteynerlər ilin isti fəsillərində 20%-li təzə söndürülmüş əhəng və ya 10%-li xlor əhəngi məhlulu (1 kq xlor əhəngini 1 vedrə suda qarışdırmalı) ilə mütləq dezinfeksiya olunmalıdır;

3.5.33.2. Müəssisə iş gününün sonunda yığılmış tullantıları zərərsizləşdirmək, yaxud da onları müəssisədən uzaqlaşdırmaq üçün kifayət qədər,uyğun həcmdə, korroziyaya
davamlı, maye kütləsini sızdırmayan, asan
lıqla təmizlənən və dezinfeksiya olunan tullantı qablarına,  yaxud  da zibil yeşiklərinə malik olmalıdır;

3.5.33.3. İstifadə olunan konteynerlər, zibil yeşikləri,  zibil  qabları  boşaldıqdan  sonra
mütləq yuyulmalı və normativ-texniki sənədlərin tələblərinə uyğun qatılıqlı xlorlu əhəng
məhlulu ilə dezinfeksiya olunmalıdır;

3.5.33.4.Zibil qabları istehsalat sahəbrindən və anbarlardan normativ-texniki sənədlərin tələblərinə uyğun məsafədə, asfalt və ya beton örtüklü yerdə yerləşdirilməlidir.
Zibil və tullantıların daşınması ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçirilməli və bunlardan xammal və hazır məhsulların daşınmasında istifadə olunmamalıdır.

3.5.34.Müəssısədə müxtəlıf ziyanvericilərlə mübarizə üsullarından və vasitələrindən istifadə olunarkən aşağıdakı qaydalara riayət olunmalıdır:

3.5.34.1.Müxtəlif ziyanvericilərin (quşların, gəmiricilərin, həşəratların və s.) əmələ gəlməsinin qarşısını almaq, yaxud da məhv etmək məqsədilə səlahiyyətli orqanlar tərəfindən   istifadəsinə icazə verilmiş mübarizə vasitələrindən istifadə olunmalıdır;

3.5.34.2. Ziyanvericilərin anbar məntəqələrinə, istehsal və emal sahələrinə daxil
olmasının qarşısını almaq üçün bütün girış yerləri tutulmalı, ventilyasiya kanallarının
ağızları metal tor ilə bağlanmalıdır;

3.5.34.3.Ziyanvericilərlə mübarizə üçün bütün otaqlar ayda 1 (bir) dəfədən az olmayaraq dezinfeksiya olunmalıdır. Dezinfeksiya olunduqdan sonra bütün otaqların havası iy yox olana kimi dəyişdirilməlidir.


3.6. Müəssisədə çalışan işçilərə olan ümumi sanitar-gigiyena tələbləri

3.6.1.Emal sahəsinə işə qəbul olunan işçilərin tibbi arayışları olmalı və onlar vaxataşırı tibbi müayinələrdən keçirilərək sağlamlığa dair şəxsi qeydiyyat kitabçalarında müvafiq qeydlər aparılmalıdır. Arayışda işçinin xüsusilə vərəm xəstəliyi ilə yoluxmadığı qeyd olunmalıdır;

3.6.2.  İş vaxtı işçilər gigiyena şərtlərinə tam riayət etməli, dırnaqları kəsilmiş vəziyyətdə
olmalı, əlləri mütəmadi olaraq yuyulmalı, açıq vəziyyətdə əllərdə yaralar olmamalı, üzərlərində zinnət əşyalarını daşımamalıdırlar;

3.6.3.  İş prosesində yemək, siqaret çəkmək, saqqız çeynəmək, tüpürmək və məhsula doğru
öskürmək qadağandır. Şəxsi əşyaların və geyimlərin emal sahəsində saxlanması qadağandır. Bu haqda xəbərdaredici lövhələr asılmalıdır;

3.6.4. İş paltarlarından (uniforma, ayaqqabı, resperator, əlcək, papaq) emal sahəsindən kənarda istifadə edilməsi qadağandır;

3.6.5.  Bütün işçilər ümumi qaydalara riayət etməli, hər kəs məsuliyyəti barədə xəbərdar
edilməli və buna nəzarət olunmalıdır. Ayrı-ayrı istehsal sahələrinin işçiləri iş paltarları ilə
bir-birindən fərqlənməlidir;

3.6.6.  Müəssisəyə daxil olan kənar şəxslər xüsusi geyim əşyaları ilə təmin edilməli və
ümumi qaydalara riayət etməlidirlər;

3.6.7.  İşçılərin istifadəsinə verilən dolablardan məqsədəuyğun şəkildə istifadə edildiyini
müəyyən etmək məqsədilə gigiyena üzrə məsul şəxs tərəfindən dolablar vaxtaşırı yoxlanılmalıdır.

3.7. Müəssisədə istehsal olunan hazır məhsulların və istifadə olunan suyun keyfiyyətinə olan tələblər

3.7.1.Müəssisədə istehsal olunan hazır məhsul partiyasının keyfiyyəti səlahiyyətli
orqanın ekspertlərı tərəfindən həmin partiyadan qaydasına uyğun nümunələr götürülmək   qiymətləndirilməli və analiz nəticələri əsasında sertifikatlaşdırılması barədə qərar qəbul edilməlidir;

3.7.2.    İstehsal və emal müəssisəsində istifadə  olunan  suyun  keyfiyyətı səlahiyyətli
orqamn ekspertlərı tərəfindən sudan qaydasına uyğun nümunələr götürülməklə qiymətləndirilməlidir. Analiz nəticələri müəssisəyə təsdiqedıci kod nömrəsinin verilməsi və məhsul partiyasının sertifikatlaşdırılması qərarının verilməsi zamanı əsas olmalıdır;

3.7.3.    Müəssisədə istifadə olunan suyun təminatında aşağıdakı şərtlərə riayət olunmalıdır:

3.7.3.1. Müəssisədə içmək, təmizləmək, yanğın söndürmək və s. məqsədlər  üçün
kifayət qədər və uyğun təzyiqdə isti və soyuq su olmalı və suyun keyfiyyəti normativ-
texniki sənədlərin tələblərinə cavab verməlidir;

3.7.3.2.    İstifadə olunan suyun keyfiyyətinı təmin etmək  məqsədilə xlorlama,  filtrdən
keçirmə, ultraşüa və s. sistemlər quraşdırılmalıdır;

3.7.3.3.    Su anbarları, yaxud da hovuzlar üstü örtülü, təmiz vəziyyətdə olmalı, asanlıqla
yoxlanıla biləcək bir yerdə yerləşdirilməlidir;

3.7.3.4.    Artezian quyuları və ehtiyat su tutarları  sanitar mühafizə zonasına malik
olmalı və onların sanitar-texniki vəziyyətinə və suyun keyfiyyətinə daima nəzarət olunmalıdır;

3.7.3.5.    Ehtiyat su çənlərinin ağzı bağlanmalı, surğuclanmalı və təmiz vəziyyətdə
saxlanmalıdır;

3.7.3.6.    Su çənləri rübdə 1(bir) dəfə dezinfeksiya olunmalı və hər çənin üzərində aşağıdakı məlumatları özündə əks etdirən lövhə yerləşdirilməlidir                                                       

 

Su çəni:

_______________________

                   (m3)

Həcmi:

___________________            

Təmizlənib:

_______________________

              (tarix)

Dezinfeksiya olunub:

_______________________

              (tarix)

 

3.8. İstehsal mənşəyinə görə şərablara adların verilməsinə olan tələblər

3.8.1.  İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalı
müvafiq inzibati-ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji
şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki
üsullarla yetişdirilməsi əsasında həyata keçirilməlidir;

3.8.2.  İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm sortlarının
becərilməsində herbisidlərdən istifadəyə yol verilmir;

3.8.3 İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarmm yetişdirildiyi inzibati-ərazi vahidinin və ya yerin adına uyğun olaraq verılməlidir;

3.8.4.    Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən
ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasmda hazırlanmalı və onların istehsalında
etil (yeyinti) spirtinin, saxarozanın, üzüm konsentrantlarının,ətirli süni boya maddələrinin, digər əlavələrin istifadəsinə yol verilməməlidir;

3.8.5.    Bu cür şərablarm hazırlanmasmda istifadə edilən üzümlərdə şəkərlilik dərəcəsi
qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Hər şərab növünə onun hazırlanması  üzrə
ayrıca texnoloji təlimat tərtib edilməli və məhsulun attestasiyası zamanı təsdiq edılməlıdir;

3.8.6. İstehsal mənşəyinə görə adlar verilən şərabları istehsal edən müəssisələrə məhsulun
attestasiyasına dair şəhadətnamə təqdim edilir. İstehsal mənşəyınə görə adlar verilən
şərabların attestasiyasının müddəti 5 (beş) ildir. Bu müddət qurtardıqdan sonra məhsulun attestasiyası yenidən aparılmalıdır;

3.8.7. İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülməli, mantar tıxacları ilə kip bağlanmalı və müvafiq qaydada təsdiq edilmış normativ-texniki sənədlərə uyğun olaraq etiketlənməlidir. Etiketlərdə şərabın istehsal olunduğu yer göstərilməkb, şərabın admın istehsal mənşəyinə görə verildiyi qeyd olunmalıdır.

3.9. Müəssisədə həyata keçirilən əməliyyatlara dair proqramların hazırlanmasına və tətbiqinə olan tələblər

3.9.1.Müəssisədə ziyanvericilərlə mübarizə tədbirlərinə, avadanlıqların və təchızatın
təmiri və dezinfeksiyasına, nəqliyyat vasitələrinin, yuyunma və paltardəyişmə otaqlarının,
dolabların, tualetlərin, anbar sahələrinin, xammal giriş yerlərinin, yükləmə ərazilərinin,
xammal ehtiyatlarının və hazır məhsulların, istehsal və emal sahələrinin təmizlənməsinə və
dezinfeksiyasına,eləcədə tullantıların uzaqlaşdırılmasına, təmizlik vasitələrinin dəyişdirilməsinə və s. məsələlərə dair müvafiq proqramlar hazırlanmalıdır;

3.9.2. Proqramların  tətbiqi ilə əlaqədar müəssisədə məsul şəxslər ayrılmalı və bunlar
tərəfindən qaydaya uyğun olaraq müvafiq jurnallarda qeydlər aparılmalıdır.

3.10. Müəssisədə xammalların tədarükündən hazır məhsulun ixracına kimi bütün mərhələlərdə əməliyyatlara və görülən işlərə dair qeydiyyat sisteminin hazırlanmasına və

tətbiqinə olan tələblər

3.10.1. Müəssisənin səlahiyyətli nümayəndələri xammalın tədarükündən hazır məhsulun istehsalına kimi bütün mərhələlərdə aparılan əməliyyatlarla əlaqədar qeydlər aparılmalıdır. Aparılan qeydlər məhsulun mənşəyi, nəql olunma şərtləri, emal forması, tarixi, keyfiyyətə nəzarət sisteminin tətbiqi, nümunələrin götürülməsi, analiz nəticələri, temperatur rejimi, saxlanma müddəti və s. sahələri əhatə etməlidir. Qeydiyyat sistemi ilə geriqaytarma əməliyyatı qurulmalı və məhsulun keyfiyyətinə effektiv nəzarəti həyata keçirmək imkanları olmalıdır;

3.10.2.Müəssisədə aparılan təmizlik, dezinfeksiya əməliyyatları, laboratoriya analizləri, məhsulun sertifikatlaşdırılması və s. sənədləşdirmə prosedurlarma dair müvafiq jurnallarda qeydlər aparılmalıdır;

3.10.3.  Personal üçün tətbiq edilən təlımləndirmə proqramları, sağlamlıq arayışları,
gigiyena şərtləri və s. məsələlər barədə müvafiq jurnallarda qeydlər aparılmalıdır;

3.10.4.  Aparılan bütün qeydlər minimum 5-(beş) il müddətində saxlanılmalıdır.

3.11. Müəssisədə Təhlükəli Amillərin Təhlili və Nəzarətin Kritik Nöqtələri (TATNKN)

sisteminin tətbiqinə olan tələblər

3.11.1.  Emal formasından asılı olaraq təsdiqedici kod nömrəsini almaq üçün müəssisədə mütləq TATNKN sistemi  tətbiq olunmalıdır;

3.11.2.  Emal formasmdan asılı olaraq məhsullarda meydana çıxan və kritik hesab olunan nöqtələr müəyyən edilməli və bunlar TATNKN planında öz əksini tapmalıdır;

3.11.3.  Kritik nöqtələrdə həyata keçiriləcək təftiş planı, məsul şəxslər və işçi qrupları
müəyyən edilməlidir;

3.11.4.  Təhlükəli nöqtələrin yaranmaması, yaxud da ehtimal olunan təhlükələri aradan
qaldırmaq məqsədilə xüsusi proqramlar hazırlanmalı və tətbiq edilməlidir;

3.11.5. Səlahiyyətli orqan tərəfindən müəssisədə tətbiq olunan TATNKN planı vaxtaşırı yoxlanılmalı və bu barədə müvafiq jurnalda qeydlər aparılmalıdır.

IV. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinin reyestrinə daxil olan məlumatlar

4.1.Təsdiqedici kod nömrəsi almış müəssisələr barədə məlumatlar (istehsal və emal müəssisəsinin adı, hüquqi ünvanı, mülkiyyət forması, təsdiqedici kod nömrəsi, rəhbərinin adı, soyadı, atasının adı və ekspertizaların dövriliyi) Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinin reyestrinə daxil edilməlidir;

4.2.        Təsdiqedici kod nömrəsini almış istehsal və emal müəssisəsi 3 (üç) gün müddətində zəruri məlumatları (istehsal və emal müəssisəsinin adı, hüquqi ünvanı, müəssisə rəhbərinin adı, soyadı, atasının adı, müəssisənin təsdiqedici kod nömrəsi)  səlahiyyətli orqana kağız və maqnit daşıyıcıları şəklində təqdim etməlidir. Kağız daşıyıcısında təqdim edilən məlumatlar müəssisənin səlahiyyətli şəxsi tərəfindən (onun adı, soyadı və atasının adı göstərilməklə) imzalanıb, möhürlə təsdiq edildikdən sonra təqdim edilir;

4.3.        Səlahiyyətli orqan daxil olmuş məlumatların düzgünlüyünü yoxlayır və səhvlər olarsa, onların aradan qaldırılması barədə müəssisəbrə dərhal bildiriş göndərir;

4.4. Reyestrə dair məlumatlarda dəyişikliklər olduqda (hüquqi şəxs yenidən təşkil
edildikdə, müəssisənin və rəhbərinin adları dəyişdikdə və s.) bu barədə səlahiyyətli
orqana 3 (üç) gün müddətində məlumat təqdim edilməlıdir;

4.5 Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarını ixrac edən istehsal və emal müəssisələrinin reyestrində göstərilən məlumat açıqdır;

4.6. Reyestrə alınmış müəssisələr barədə məlumat almaq üçün səlahiyyətli orqana
yazılı müraciət edilməlidir;

4.7. Reyestr barəsində sorğu edilən müəssisələr haqqında məlumat və ya məlumatın verilməsindən imtina qərarı səlahiyyətli orqan tərəfindən 10(on) gün müddətində verilməlidir.

V. Ekspertiza aparan və reyestrə alan vəzifəli şəxslərin və müəssisələrin məsuliyyəti

Ekspertiza aparan və reyestrə qeyd edən vəzifəli şəxsləri onun aparılma qaydasının pozulmasına, habelə müəssisələr ekspertlərə təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

VI. Məhsullardan nümunələrin götürülməsi və keyfiyyətinin qiymətləndirilməsi

6.1. Nümunə götürmə müddəti

 

Səlahiyyətlı orqanın rəsmi ekspertləri tərəfindən məhsullardan nümunələr məhsul partiyasının həcmindən asılı olaraq normativ-texniki sənədlərin tələblərinə uyğun miqdarda (çəkidə) qaydasına uyğun götürülür. Nümunələr götürülərkən aparılan qeydlərdən məhsulun həqiqətən həmin müəssisədə istehsal edildiyinə diqqət yetirilməlidir. Müəssisədə istehsal olunmayan məhsullardan nümunələr götürülməməlidir.

Nümunələr 48 saatdan gec olmamaq şərtilə keyfiyyətini qiymətləndirmək üçün səlahiyyətli orqanın müəyyən etdiyi laboratoriyaya göndərilməlidir.

6.2. Nümunə götürmə formaları

Götürülən nümunələr ekspertlər tərəfindən müvafiq qaydada qablaşdırılır, bağlanır, plomblanır və möhürlə təsdiq olunur. Nümunənin yerləşdirildiyi qablaşmaya mütləq etiket yapışdırılmalıdır.

6.3. Nümunə götürmə miqdarları

Partiyanın həcmindən asılı olaraq məhsullardan Cədvəl 1-də qeyd olunan miqdarda nümunələr götürülür.

Dəmiryol və ya avtomobil sistemlərdə yerləşdirılmiş məhsuldan nümunələr eyni həcmlərdə (xüsusi nümunə götürücülər ilə) alt, üst və orta qatlardan götürülür. Bu nümunələr bırləşdirilir, qarışdırılır və birləşmiş nümunəni təşkil edirlər.

Çəlləkdə yerləşən məhsuldan nümunələr müxtəlif qatlardan (alt, üst və orta) olmaqla, hər çəlləkdən, məhsulun hər 1 dm3 həcmindən 0,5-1,0 sm3 miqdarda götürülür. Bu nümunələr birləşdirilir, qarışdırılır və birləşmış nümunəni təşkil edir.

Sistemlərdən və ya çəlləklərdən götürülmüş nümunələr 6 ədəd 0,7-0,8 dm3 həcmlı və ya 9 ədəd 0,5 dm3 həcmli butulkalara doldurulurlar. Butulkaların ağzı tıxaclanır, qətranlanır və möhürlənir.

Birləşmiş nümunənin götürülməsi haqqında 2 nüsxədə akt tərtib edilir.

Götürülən nümunələr üç bərabər hissəyə bölünür. Bunlardan biri müəssisədə, biri səlahiyyətli orqanda saxlanılır, digəri isə keyfiyyətini qiymətləndirmək məqsədilə müvafiq laboratoriyaya təqdim olunur.

Laboratoriyaya daxil olan butulkalarm içərisindəki məhsul yenidən bırləşdirilır, qarışdırılır və analiz edilir.

Qablaşdırma və markalanmanın düzgünlüyü məhsulun hər bir vahidində (dəmiryolu sisterin, yeşiklərdə) yoxlanılır.

Məhsulun keyfiyyətinin qiymətləndirilməsi məqsədilə hər dəmiryolu və avtomobil sisterinindən, çəlləkdən götürülən birləşmiş nümunənin miqdarı 6 dm3-dən az olmamalıdır.

Cədvəl 1

Mal partiyasının həcmindən asılı olaraq götürülən nümunələrin (butulkaların) sayı

 

Partiyanın həcmi.

Götürülən

Butulkaların

Yararsızlıq

butulkalar

həcm.

qəbul edilən

sayı

 

butulkalar

sayı

 

150-yə qədər

8

0

1

151-dən 500-ə qədər

20

1

2

501-dən 1200-ə qədər

32

2

3

1201-dan 3200-ə qədər

50

3

4

3201-dən  10000-ə qədər

80

5

6

10001-dən 35000-ə  qədər

125

7

8

35000-dən çox

200

10

10

 

Götürülən butulkaların içərisində qüsurlu butulkaların sayı qəbul edilən saya bərabər və ya ondan az olarsa, məhsul partiyası qəbul edilir, yararsız saya bərabər və ya ondan çox olarsa, məhsul partiyası qəbul edilmır.

Orqanoleptiki, fiziki-kimyəvi və mikro-bioloji göstəricilərin təyini üçün Cədvəl 1-də qeyd olunan sayda götürülmüş 0,7-0,8 dm3  həcmli butulkalardan 4 ədəd və ya 0,5 dm3 həcmli butulkalardan 6 ədəd nümunə kimi ayrılır. Nümunə butulkaların bağlaması pozulmamalıdır.

Qablaşdırılmamış meyvə şirələrindən,o cümbdən, üzüm şirəsindən, üzüm horrasından nümunələr üzüm şirəsində və horrasında oxratoksin A, meyvə şirələrində, meyvə nektarında və almadan və ya alma şirəsindən alınan digər qıcqırma içkilərində patulini təyin etmək məqsədilə Cədvəl 2-yə müvafiq olaraq götürülür.

Nümunə götürülən ümumi partıyanın çəkisi ən azı 1 litr olmalıdır. Maye məhsulun böyük həcmlərində nümunə götürülməmişdən əvvəl maye əl və ya mexaniki üsulla yaxşıca qarışdırılmalıdır. Nöqtə nümunələrinin çəkiləri minimum 100 qram olmalıdır ki, bunlarında ümumi çəkisı minimum 1 litr təşkil etməlidir.

 

 

 

 

 

Cədvəl 2

Qablaşdırılmamış meyvə şirələrindən, o cümlədən, üzüm şirəsindən, üzüm horrasından nümunə götürmə normaları

 

Nümunənin adı

Partiyanın həcrni (litr)

Nöqtə nümunələnnin minimum sayı

Ümumi nümunələrin minimum həcmi (litr)

Meyvə şirəsi

<50

3

1

Butulkalarda/qablarda meyvə şirəsi

<50

3

1

Butulkalarda/qablarda meyvə şirəsi

50-dən 500-ə qədər

5

1

Butulkalarda/qablarda meyvə şirəsi

>500

10

1

Qablaşdırılmış meyvə-tərəvəzlərin emalı məhsullarında (şirələrdə) markalanmanın və daşınma taralarının (yeşiklər, konteynerlər və s.) vəziyyətini yoxlamaq məqsədilə nümunələr Cədvəl 3-ə müvafiq olaraq götürülür.

Cədvəl 3

Qablaşdırılrnış meyvə şirələrindən nümunə götürmə normaları

 

Partiyalann həcmi (naqliyyat taralannın miqdarı). ədədlə

Götürülən

miqdar

(ədədlə)

Maqbul sayılan miqdar

Çıxdaş Sayılan

miqdar

25-ə qədar (daxil olmaqla)

3

0

1

26-dan 90-a qədər

5

0

1

91-dən 150-yə qədər

8

0

1

151-dən500-ə qədər

13

0

1

501 -dən 1200-ə qədər

20

0

1

1201-dən 10000-ə qədər

32

1

2

10000-dən yuxarı

50

1

2

Markalanmanın, etiketin və taranın bədii tərtibatının yoxlanılması məqsədilə nümunələr Cədvəl 4-ə müvafiq olaraq götürülür.

 

Cədvəl 4

Markalanmanın, etiketin və taranın bədii tərtibatmın yoxlanılması məqsədilə nümunə götürma normaları

Partiyanın həcmi (nəqliyyat tarasının miqdarı), ədədlə

Götürələn miqdar, (ədədlə)

Məqbul sayılan miqdar

Çıxdaş sayılan miqdar

0,35 litrlik istehlakçı tarasında olan məhsul

90-a qədər (daxil olmaqla)

13

0

1

91-dən 150-yəqədər

20

0

              1

151-dən 280-əqədər

32

1

2

281-dən 500-əqədər

50

1

2

501-dən  1200-əqədər

80

1

2

1201-dən 10000-əqədər

125

2

3

10000-dən yuxarı

200

3

4

0,35-dən litrə qədər həcmli istehlakçı tarasında olan məhsul

 

 

90-a qədər (daxil olmaqla)

5

0

1

91-dən l50-əqədər

8

0

1

151-dən 280-əqədər

13

0

1

281-dən500-əqədər

20

0

1

501-dən 1200-əqədər

32

1

2

1201-dən 3200-əqədər

50

1

2

3201-dən 10000-əqədər

80

1

2

10000-dən yuxarı

125

2

3

1 litrdən yuxarı istehlakçı tarasında olan məhsul

90-a qədər (daxil olmaqla)

5

0

1

91-dən 150-yə qədər

8

0

1

151-dən 500-ə qədər

13

0

1

501-dən 1200-ə qədər

20

0

1

1201-dən 10000-ə qədər

32

1

2

10000-dən 35000-ə qədər

50

1

2

35000-dən yuxarı

80

1

2

Məhsullarda fiziki-kımyəvi analizlərin aparılması üçün Cədvəl 5-ə müvafiq olaraq nümunələr götürülür.

Cədvəl 5

Məhsullarda fiziki-kimyəvi analizlərin aparılması üçün nümunə götürmə normaları

                            

Partiyanın həcmi (istehlakçı tarasının miqdarı), ədədlə

Götürülən miqdar (ədədlə)

Məqbul sayılan miqdar

Çıxdaş sayılan miqdar

0,35 litrlik istehlakçı tarasında olan məhsul

50-a qədər (daxil olmaqla)

3

0

1

51-dan 150-yə qədər

5

1

2

151 -dən 500-ə qədər

8

1

2

501-dən 3200-ə qədər

13

2

3

3200-dən yuxarı

20

3

4

0,35-dən litrə qədər həcmli istehlakçı tarasında olan məhsul

150-ə qədər (daxil olmaqla)

3

0

1

151-dən 1200-a qədər

5

1

2

1201-dən 35000-ə qədər

8

1

2

35000-dən yuxarı

13

2

3

1 litrdən yuxarı istehlakçı tarasında olan məhsul

50-a qədər (daxil olmaqla)

2

0

1

51-dən 500-ə qədər

3

0

1

501-dən 35000-ə qədər

5

1

2

35000-dən yuxarı

8

1

2

 

6.4. Nümunələrin etiketlənməsi

Məhsullardan götürülən nümunələr üçün "Şərab və şərab məhsullarından, meyvə və tərəvəz şirələrindən nümunənin götürülməsinə dair etiket forması" (əlavə 6) 3 (üç) nüsxə şəklində tərtib olunur. Bu nüsxələrdən biri müəssisədə saxlanılan nümunəyə, ikincisi, təsdiq edilmiş nümunəyə, digəri isə analiz üçün göndərilən nümunəyə yapışdırılır. Analiz üçün göndərilən nümunələrə yapışdırılmış etiket səlahiyyətli nümayəndə tərəfindən kodlaşdırılmalıdır. Etiketin arxa tərəfində tələb olunan analizlər işarələnir və analizlərin cəmi qeyd olunur.

Etiket yapışdırılmayan nümunələr analiz olunmur.

Məhsulda aparılan analizlərdə zərərli maddələrin yol verilən maksimum miqdarları normalara (əlavə 7) uyğun gəldiyi təqdirdə səlahiyyətii orqan tərəfindən həmin məhsulların sertifikatlaşdırılması barədə qərar qəbul edilir.

6.5. Nümunələrin və analiz nəticələrinin qeydiyyatı sistemi

Məhsulların ixracı zamanı səlahiyyətli orqan tərəfindən götürülən nümunələrlə əlaqədar "Şərab və şərab məhsullarından, meyvə və tərəvəz şirələrindən nümunənin götürülməsinə dair akt" (əlavə 8) 2 (iki) nüsxədə tərtib olunur, daha sonra nümunəyə dair məlumatlar "Şərab və şərab məhsullarından, meyvə və tərəvəz şirələrindən götürülən nümunələrin qeydiyyatı jurnalı"na (əlavə 9) qeyd olunur. Götürülən nümunələr "Şərab və şərab məhsullarına, meyvə və tərəvəz şirələrinə dair nümunələrin laboratoriyaya göndərilməsinə dair təhvil-təslim sənədi" (əlavə 10) ilə birlikdə səlahiyyətli orqanın müəyyən etdiyi laboratoriyaya (bundan sonra - laboratoriya) göndərilir.

Göndərilən nümunələrə dair analiz xərcləri müəssisənin səlahiyyətlı nümayəndəsi tərəfindən qabaqcadan ödənilməldır.

Laboratoriyada nümunələr "Şərab və şərab məhsullarından, meyvə və tərəvəz şirələrindən götürülən nümunələrin laboratoriya qeydiyyat jurnalı"nda (əlavə 11) qeydiyyatdan keçırilməli, analiz nəticələri hazır olduqdan sonra həmin jurnala məhsula və suya dair nəticələr də köçürülməlidir.Bütün nümunə daxil olmalarını və aparılan əməliyyatları, nümunələrin xüsusiyyətlərini, analiz nəticələrini eyni anda və eyni jurnalda izləmək mümkün olmalıdır.

Məhsullardan götürülən nümunələrin analiz nəticələrinə dair məlumatlarla əlaqədar 3 (üç) nüsxədə "Şərab və şərab məhsullarından, meyvə və tərəvəz şirələrinə dair analiz rəyi" (əlavə 12) hazırlanır, bunlardan biri səlahiyyətli orqana, biri müvafiq müəssisəyə təqdim olunur, digəri isə laboratoriyada qalır. Analiz rəyləri məhsula keyfiyyət sertifikatının verilib-verilməməsi barədə veriləcək qərar üçün əsas təşkil edir.

Analiz rəyləri aydın şəkildə doldurulmalı, üzərində düzəlişə və dəyişikliyə yol verilməməli, tərtib və təsdiq edənin adı, soyadı, vəzifəsi yazılmalı, imzalanmalı və möhürlə təsdiq olunmalıdır.

Laboratoriya tərəfindən məhsulların nümunələrinə dair analiz rəyləri ən gecı 3 (üç) gün ərzində səlahiyyətli orqana təqdim olunmalıdır.

Müəssisənin analiz nəticələrinə onların bəyan edildiyi gündən etibarən 1 (ay) müddətində etiraz etmək hüququ vardır. Bu məqsədlə müəssisə ərizə ilə səlahiyyətli orqana müraciət etməlidir.Belə olan halda təsdiq edilmiş nümunənin keyfiyyəti müvafiq laboratoriyada,yaxud da Avropa Komissiyası tərəfindən təsdiq olunmuş dıgər laboratoriyada qiymətləndirilməlidir. Bu zaman təsdiq edilmiş nümunə də səlahiyyətli nümayəndə tərəfindən kodlaşdırılmalıdır.Təsdiq edilmiş nümunələrin saxlandığı qablaşmanın ağzı qətiyyən açılmamış və etiketlənmiş vəziyyətdə olmalıdır. Təsdiq edilmiş nümunənin analiz nəticələri veriləcək yekun qərar üçün əsas olmalıdır.

Təsdiq edilmiş nümunələrin analiz xərcləri müəssisə tərəfindən  qabaqcadan ödənilməlıdir.

 

VII. Müəssisələrdə istifadə olunan suyun keyfiyyətinə nəzarətin həyata keçirilməsi qaydaları

7.1.   Müəssisə istifadə olunan suyun keyfiyyətini təmin etmək üçün aşağıdakı ümumi
qaydalara riayət etməlidir:

-  İstifadə olunan suyun və buzun hansı mənbələrdən təmin olunduğu səlahiyyətli
orqana təqdim edilən Təhlükəli Amillərin Təhlili və Nəzarətin Kritik Nöqtələri
(TATNKN) planında qeyd olunmalıdır;

-  TATNKN planına müəssisənin su boru xətlərini, hovuzları və bütün su çıxış nöqtələrini göstərən plan əlavə edilməlidir;

-  Müəssisədə istifadə olunan bütün çeşmələr və vannalar istifadə təyinatından, yaxud da
müxtəlif şəkildə rənglənməsindən asılı olmayaraq ardıcıl olaraq nömrələnməlidir. Nömrələnmə qaydaları müəssisənin planında öz əksini tapmalı və iki surətdə hazırlanmalıdır.
Bunlardan biri müəssisədə saxlanılmalı, digəri isə ekspertizalar zamanı nümunə götürmək
üçün ekspertlərə təqdim olunmalıdır;

-  Müəssisədə müxtəlif məqsədlər üçün istifadə olunan çeşmələr və vannalar bir-birindən
fərqli rənglənməlidir;

-  Müəssisədə əsas mənbəyə bağlı olan digər çeşmələr mövcuddursa, bunlar ayrıca olaraq
planda alt nömrələrlə nömrələnməli və müvafiq şəkildə rənglənməlidir.Əsas mənbəyə bağlı olan dıgər çeşmələrdən hər hansı birindən götürülən suyun nümunələrinin
keyfiyyət göstəriciləri əsas mənbədəki suyun keyfiyyətini səciyyələndirir;

-  Yeni tikilən və təsdiqedici kod nömrəsini almaq üçün müraciət edən müəssisələrdə hovuzların çeşmə və vannalarla olan əlaqələri istifadə etdıyi mənbəyə uyğun olaraq planlaşdırılmalı və inşa olunmalıdır;    

-  Bütün əsas və köməkçi hovuzlar üçün təmizlik proqramları hazırlanmalı, tətbiq
olunmalı və saxlanılmalıdır.

7.2.   Müəssisələrdə istifadə olunan su ehtiyatları aşağıdakı mənbələr hesabına təmin
edılır:

7.2.1.  Artezian suyu: Bu mənbədən təmin olunan sudan istifadə edilərkən aşağıdakı
qaydalara riayət olunmalıdır:

-    Suyun çıxış yeri ilə əsas hovuz arasına suyun filtrasiyadan keçirilməsi üçün qumdan,
yaxud da mexaniki başqa vasitələrdən istifadə
olunmaqla xüsusi sistem quraşdırılmalıdır;

-    Müəssisənin əsas və köməkçi hovuzları suyun istifadə həcminə uyğun olmalıdır;

-    Su əsas hovuzdan köməkçi hovuzlara, yaxud da birbaşa çeşmə və vannalara axıdılmazdan əvvəl ultrabənövşəyi şüadan keçirilməlidir;

-    Suyun xlorlanması əməliyyatı əsas hovuza axıdılmamışdan əvvəl həyata keçirilməli
və xlorlanmış su istifadə olunmamışdan əvvəl
ən azı 20-30 dəqiqə saxlanılmalıdır.

7.2.2.  Şəhərdaxili şəbəkə suyu: Bu mənbədən təmin olunan sudan istıfadə edilərkən
aşağıdakı qaydalara riayət olunmalıdır:

-    Müəssisənin əsas su hovuzları istifadə həcminə uyğun olmalıdır;

-    Su əsas hovuzdan saxlama hovuzlarına axıdılmazdan əvvəl ultrabənövşəyi şüadan
keçirilməlidir;

- Şəhərdaxili şəbəkə suyun xlorlanma səviyyəsi saxlama hovuzlarına axıdılmazdan
əvvəl mütləq ölçülməli və xlorlanma səviyyəsi 2 ppm-i keçməməlidir.Suyun istifadə
məqsədindən və yerindən asılı olaraq xlorun miqdarını tənzimləmək üçün müvafiq tədbirlər alınmalıdır.

7.3.Müəssisədə istifadə olunan sudakı xlorun miqdarı aşağıdakı tələblərə cavab verməlidır:

-   Sosial obyektlər, tualet, duş və s. Bu qəbildən olan sahələrdə istifadə olunan sudakı
xlorun səviyyəsi maksimum 2 ppm.;

-   Emal sahələri, anbar məntəqələri, yükləmə-boşaltma sahələrinin yuyulmasında istifadə olunan sudakı xlorun səviyyəsi 200 ppm.;

- Alətlərin, avadanlıqların və iş stollarının təmizlənməsində istifadə olunan sudakı xlor səviyyəsi maksimum 20 ppm.;

- Məhsullar ilə birbaşa təmasda olan və buz emalında istifadə olunan sudakı xlor səviyyəsi maksimum 1,5 ppm., normal olaraq isə 0,1-0,3 ppm, arasında olmalıdır.

7.4. Nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsi üçün aşağıdakı qaydalara riayət olunmalıdır:

-  Emal müəssisələrində nömrələnmiş çeşmə və vannaların hər hansı birindən suyun mikrobioloji göstəricilərinin təyini üçün 1,0 1, digər analizlər (orqanoleptik, fiziki-kimyəvi, toksikoloji və s.) üçün isə 2,0 1 nümunə götürülməli və həmin çeşmənin nömrəsi qeydiyyat jurnalına yazılmalıdır;

-  Nümunələr götürülərkən çeşmə, yaxud da vannadakı bulanıq suyun axıdılması üçün çıxış yerləri 2-3 dəqiqə açıq saxlanılmalıdır. Daha sonra bağlanan krantın ağzı spirtlə dezinfeksiya edilməlidir. Bu əməliyyatdan sonra su krantını təkrar 5 (beş) dəqiqə müddət ərzində açıq saxladıqdan sonra sterilizə edilmiş şüşəyə su doldurulmalıdır. Əgər həmin su xlorlanmışsa, onda dərhal sodium trisulfat kristalı, yaxud da 0,1  ml.  2%-lik sodium trisulfat məhlulu əlavə edilərək xlor neytrallaşdırılmalıdır. Daha sonra nümunə şüşəsi və etiketi neylon torbaya yerləşdiribrək      ağzı bağlanaraq möhürlənməlidir. Nümunələr yerləşdirilmiş torbalar buz içində mühafizə edilərək maksımum 24 saat ərzində laboratoriyaya göndərilməlidir. Analizə göndərilən nümunələrdə sərbəst xlorun miqdarı təyin edilməlidir;

-  Nümunəyə "Sudan nümunənin götürülməsinə dair etiket forması" (əlavə 13) qoşulmalıdır;

-  Sudan nümunələr götürüldükdə "Sudan nümunə götürmə aktı" (əlavə 14) iki surətdə hazırlanmalı, müəssisənin səlahiyyətli nümayəndəsi və ekspert tərəfindən imzalanmalı, bir surəti müəssisəyə təqdim edilməli, digəri isə səlahiyyətli orqanda qalmalıdır;

-  Nümunələr ekspertlər tərəfindən müəyyən edilən xüsusi kodlaşdırma sistemi ilə müvafiq laboratoriyaya göndərilməlidir;

- Nümunələr nümunəsi verilmiş "Su nümunələrinin laboratoriyaya göndərilməsinə dair təhvil-təslim sənədi"ni (əlavə 15) müşayiət etməklə laboratoriyaya göndərilməlidir.Aparılacaq analizlər mütləq ekspert tərəfindən həmin sənəddə qeyd olunmalıdır;

-   Nümunələr analiz üçün   səlahiyyətli orqanın laboratoriyasına göndərilməlidir;

-  Analiz xərcləri nümunələrin götürüldüyü müəssisə tərəfindən qabaqcadan ödənilməlidir.

7.5. Nümunə götürmə qaydası aşağıdakı kimidir:

7.5.1.            Suyun keyfiyyətinə nəzarəti həyata keçirmək üçün nümunələr müəssisəyə təsdiqedici kod nömrəsinin verilməsi üçün ilkin analizlər və fəaliyyətinə mütəmadi nəzarəti həyata keçirmək üçün dövri analizlər olaraq iki qrupda təhlil olunur.

7.5.2.            Suyun keyfiyyətinin ilkin qiymətləndirilməsi aşağıdakı qaydada həyata keçirilir:

Təsdiqedici kod nömrəsini almaq məqsədilə səlahiyyətli orqana müraciət edən müəssisə şəhərdaxili şəbəkə suyundan istifadə etdiyi təqdirdə "İstehsal və emal müəssisəsində istifadə olunan suda ilkin analiz ediləcək göstərıcilər"də (əlavə 16) qeyd olunan DvəE göstəricibrim, arterzian suyundan istifadə etdiyi təqdirdə isə A,B,C,D və E göstəricilərini (orqanoleptik, fiziki-kimyəvi, toksiki, mikrobioloji, qatışıqlar və s.) əhatə edən ilkin analizləri aparmalıdır. Bu analizlər üçün müəssisənin emal sahəsində mövcud olan və müxtəlif məqsədlər üçün nəzərdə tutulan nömrələnmiş çeşmə və ya krantların hər hansı birindən ancaq 1 (bir) nümunə götürülməlidir.

7.5.3. Suyun keyfiyyətinin dövri olaraq qiymətləndirilməsi aşağıdakı qaydada həyata keçirilir:

7.5.3.1. İlkin qiymətləndirmə nəticələri müsbət çıxdığı təqdirdə emal sahəsində mövcud olan və nömrələnmiş çeşmə, yaxud da vannaların hər hansı birindən götürülən nümunələr üzərində "İstehsal və emal müəssisəsində istifadə olunan suda standart analizlər zamanı təyin edilən göstəricibr"də (əlavə 17) qeyd olunan analizlər aparılmalıdır. Aparılan analizlər zamanı aşağıdakı tələblərə riayət olunmalıdır:

-   1 (bir) həftə ara ib 3 (üç) müxtəlif çeşmə, yaxud da vannadan nümunələr götürülməklə
bu əməliyyatlar təkrarlanmalıdır. Ancaq
analiz nəticələri mənfi çıxmadığı təqdırdə ikinci həftədən etibarən götürüləcək nümunələrdə Əlavə 5-in C2 sütununun E göstəriciləri
analiz edilməlidir. Belə olan təqdirdə 4 (dörd) həftə ərzində 4 (dörd) ədəd müxtəlif çeşmə,
yaxud da vannadan 4 (dörd) müxtəlif nümunə götürülərək qiymətləndirilməlidir;

-   Analiz nəticələri Əlavə 5-də qeyd olunan göstəricilərə uyğun gəldiyi təqdirdə ayda bir
dəfə üst-üstə 3 (üç) ay olmaqla hər ay fərqli çeşmə, yaxud da vannadan nümunələr
götürülməli və Əlavə 5-in C2 sütununun E göstəriciləri analiz edilməlidir;

-   Bu analizlər də müsbət çıxdığı təqdirdə hər 3 aydan bir çeşmə, yaxud da vannadan
nümunələr götürülməli və Əlavə 5-in C7 sütununıın E göstəriciləri analiz edilməlidir;

-   Bütün analiz nəticəbri müsbət çıxdığı təqdirdə həmin müəssisədə suyun nümunələri
6 aydan bir götürülərək qiymətləndirilməlidir;

-    Suyun keyfiyyətinın dövri olaraq qiymətləndirilməsinin birinci həftəsindən sonra hər altı aydan bir Əlavə 5-in C2 sütununda qeyd olunan bütün göstəricilər analiz edilməlidir;

-Əlavə 5-də qeyd olunan dövri analizlərdən C, sütunundakı A, B, C və D göstəriciləri  müəssisənin  daxili  imkanları, yaxud da səlahiyyətli orqanın laboratoriyalarında, E göstəriciləri isə ancaq səlahiyyətli orqanın laboratoriyasında hər 3 aydan bir aparılmalı, analiz nəticələri saxlanılmalı və ekspertizalarda bunların mövcudluğu və uyğunluğu yoxlanılmalıdır;

-   Ekspertlər tərəfindən dövri analizlərin müddətinə riayət olunmalı, ehtiyacı olduqda
bu müddətlər xaricində də nümunələr götürülərək qiymətləndirilməlidir.

7.5.4.Müəssisə tərəfindən,yaxud da ekspertlər tərəfindən aparılan analizlərin nəticələri mənfi çıxdığı təqdirdə onun fəaliyyəti dayandırılmalı və təkrar nümunələr götürülərək qiymətləndirilməlidir. Aparılan analiz nəticələrindən ardıcıl olaraq ikisi müsbət çıxdığı təqdirdə müəssisənm fəaliyyətinə icazə verilməlidir. Ancaq bu halda 4 (dörd) həftəlik analiz müddəti tamamlanmalıdır.Bundan sonra dövri analizlərə nəticələrin mənfi çıxdığı mərhələdən davam edilməlidir.

Suyun keyfiyyətinin qiymətləndirilməsində "Suyun keyfiyyətinin qiymətləndirilməsində istifadə olunan analiz üsulları"nda (əlavə 18) qeyd olunan analizlər tətbiq olunur.

7.6. Suyun keyfiyyətinə nəzarət sisteminin tətbiqində qeydiyyat sisteminin hazırlanması və nəzarətin həyata keçirilməsində aşağıdakı tələblərə riayət olunmalıdır:

- Müəssisələrdə istifadə olunan suyun xlorlanma səviyyəsi hər gün yoxlanılaraq müvafiq
jurnalda qeydlər aparılmalıdır;

-     Suyun analiz rəyləri və xlorlanma səviyyəsinə dair qeydlər mütəmadi olaraq
tutulmalı, saxlanılmalı və tələb olunduqda səlahiyyətli orqanın ekspertlərinə təqdim
olunmalıdır;

-     Nəzarət sistemində analizlərin apanlmasında ekspertlər tərəfindən onun mütəmadiliyinə əməl olunduğu vaxtaşırı yoxlanılmalı və suda xlorun miqdarı ölçülərək normaya uyğunluğu müəyyən edilməlidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə1

ŞƏRAB VƏ ŞƏRAB MƏHSULLARININ, MEYVƏ VƏ TƏRƏVƏZ ŞİRƏLƏRİNİN İSTEHSALI VƏ EMALI MÜƏSSİSƏLƏRİNDƏ HƏYATA KEÇİRİLƏN EKSPERTİZALARIN NƏTİCƏLƏRİNƏ DAİR FORMA № l

1.  MÜƏSSİSƏ HAQQINDA ÜMUMİ MƏLUMATLAR

Adı:____________________________________________________________________

Ünvanı:_______________________________ ._________________________________

Tel/Faks:________________________________________________________________

E-mail poçtu:___ ;___ _______________________________________________________

Qeydiyyat nömrəsi:________________________________________________________

2.  MÜƏSSİSƏNİN YERLƏŞMƏ VƏZİYYƏTİ

2.1. Rayon mərkəzinə yaxınlığı (km):____________________________________________

2.2. Nəqliyyat yollarına yaxınlığı (km):_

2.3. Müəssisəni mühafizə edən hasarın mövcudluğu:

Vardır     (   )                              Yoxdur     (   )

2.4. Mühafizə hasarının növü:

2.4.1.  Daş divar_____________________________________________ ._____________ (  )

2.4.2.  Taxta hasar________________________________________________________ (  )

2.4.3.  Məftil hasar_________________________________________________________ (  )

2.4.4.  Dıgər (qeyd edin)___________________________________________________ __(  )

2.5. Ümumi yerləşmə planı (əlavə edin):

3. MÜƏSSİSƏNİN FƏALİYYƏT SAHƏSİ

3.1.  Şərab və şərab məhsulları:

Şərab (ağ, qara, çəhrayı) ___________________________________________________ (   )

Üzüm çaxırı:______________ ______________________________________________ (    )

Üzüm şirəsi________ _________________                            ______________________ (   )

Digər (qeyd edin):________________________________________________________ (    )

3.2.  Meyvə və tərəvəz şirələri:

Meyvə və tərəvəz şirəsinin tərkibi_________________________________ ._________ (    )

Qatılaşdırılmış meyvə və tərəvəz şirəsi_______________________________________ (    )

Meyvə nektarı_____ _____________________________________________________ (    )

Kompot____________ .___________________________________________________ (     )

Digər (qeyd edin)_________________________________________________________ (    )

Digər istehsal sahəsi (qeyd edin) _____________________________________________ (    )

3.3.        Müəssisənin istehsal gücü (ton/gün, ton/il):___________________________________

3.4.  Xammal və hazır rnəhsullar:

3.5.Xammalın adı :________________________________________________

Həcmi (Ton/gün, ton/il)      ........................                    ........................... ________________

Hazır məhsulun adı:___

Həcmi (Ton/gün, ton/il):_

3.6. Xammalm təmin edilmə forması:

Öz ıstehsalı:_______________________________________________________________________

İkinci əldən (ticarət obyektləri):________ ____________________________________________

İdxal:     

Digər (qeyd edin):_________________________________________________________________

3.7.  Xammalı daşıma vasitələri:

Avtomobil, vaqon, gəmi:....................................................................................................... (   )

O cümlədən:

Soyuducusuz avtomobillərlə................................................................................................. (   )

Soyuducu sistemli avtomobillərlə......................................................................................... (    )

Konteynerlərlə....................................................................................................................... (   )

Digər (qeyd edin)................................................................................................................... (   )

3.8.  Xammalın daşınma formaları:

Qablarda, qutularda, kisələrdə..................................................................................... (    )

Digər vasitələrdə (qeyd edin)................................................................................................. (   )

3.9.  Xammalın müəssisəyə daxil olduğu andan emalına kimi olan dövrdə saxlanıldığı yerlər və müddətləri:

 

Yer

Müddət (saat, həftə, ay, il)

Anbar məntəqəsi

 

Soyuq şəraitlı anbarlar

 

Xüsusi mühafizə anbarları

 

Açıq sahədə

 

Digər

 

4. MÜƏSSİSƏNİN FİZİKİ XÜSUSİYYƏTLƏRİ

4.1.  Ümumi sahəsı (m2):_______________________ _________________________________

(yerləşmə planını əlavə edin)

4.2.  İstehsal və emal sahələri (m2):___________________________________________________

Anbarlar:_______________________________ __________________________________

4.3. Xidmət obyektlərinin sahələri (m2)
Müdiriyyət:____________________ ____________________________________________

Sosial obyektlər:____________________________________________________________

Mühafizə:____________________________________________________________________

Laboratoriya:________________________________________________________________

 

5. MÜƏSSİSƏDƏ ÇALIŞAN PERSONAL

5.1. Müəssisədə çalışan personalın ümumi sayı:______________________________________

5.2. Personalın ixtisas sahəbri üzrə bölgüsü, sayı və təhsil səviyyələri:

Personalın sahələr üzrə bölgüsü                           Sayı                           Təhsil səviyyələri

 

A. Texniki və tibbi personal

Mühəndis-texnoloqlar           ____                _______________

Kimyaçılar                              ____                _______________

Mikrobioloqlar                        ____                ______________

Laborantlar                    ____            _____________

Digər                                       ____               ______________

B.  Xidmət personalı

Mühasib                              ______              _____________

Nəzarətçi                              ______                 _____________

Sürücü                                    _______                  ______________                               

Yeməkxana işçiləri             ______               _____________      

 Digər                                 ______               _____________

C.  Fəhlələr                                ______                 _____________                                            

Daimi                               ______                 ____________

Müvəqqəti                       ______                 _____________

6. MƏHSUL YIĞIMI YERLƏRİNƏ OLAN TƏLƏBLƏR

6.1.  Ağacların artımı üçün torpağın tərkibi aqrotexniki tələblərə cavab verirrai?

Bəli      (   )                      Xeyr     (   )

6.2.  Qrunt sularının axıdılması üçün lazımi drenaj sistemi mövcuddurmu?

Bəli      (   )                      Xeyr     (   )

6.3.  Ətraf mühit şərtləri (külək, qum və tozla bağlı infeksiyalar, çirkab maddələr və s.) ağacların yetişməsinə mənfi təsir edırmi?

Bəli      (   )                      Xeyr     (   )

6.4. Suvarma və digər məqsədlər üçün kifayət qədər su mənbələri mövcuddurmu?

Bəlı      ( )                       Xeyr     (   )

6.5.  Bağ sahələrinin yaxınlığında asanlıqla A/flavuz paraziti ilə yoluxa bilən və infeksiya mənbəyi hesab olunan bitkilər əkilirmi?

Bəli      (   )                      Xeyr     (   )

7. ƏKİN SAHƏLƏRİNƏ OLAN TƏLƏBLƏR

7.1.  Əkin sahələrində torpağın səthi əkindən əvvəl yaxşıca təmizlənirmi?

Bəli      (   )                       Xeyr     (   )

7.2.  Əkindən əvvəl məhsulun keyfiyyətinə və təhlükəsizliyınə təsir edə bilən amillər təhlil olunurmu və dayanıqlı növlərin əkilməsinə üstünlük verilirmi?

Bəlı      (   )                      Xeyr     (   )

7.3.  Torpağm qidalılıq dərəcəsini artırmaq məqsədib istifadəsi nəzərdə tutulan maddələrin istifadə norması və metodları müəyyənləşdirilmişdırmi?

Bəli      (   )                      Xeyr     (   )

 

8. MƏHSUL YIĞIMINDAN ƏVVƏLKİ MƏRHƏLƏYƏ OLAN TƏLƏBLƏR

8.1. Böyümə mərhələsində bağ və əkin yerləri toz və digər təsirlər nəticəsində əmələ gələn gənələrin artımını azaltmaq, yaxud da tamamilə məhv etmək üçün müntəzəm olaraq sulanır və ya yağlanırmı?

Bəlı      (   )                      Xeyr     (   )

8.2. Bağ sahəsinə yaxın ərazılərdə torpağın becərilməsində ağacın üzdə olan hissəsinə Aspergilla flavus /A, parazitini və göbələk sporunu yaya bilən metodlar tətbiq olunurmu?

Bəlı      (   )                      Xeyr     (   )

8.3.  Həşəratlara, göbələklərə, alaq otlarma, gənəbrə və digər parazitlərə qarşı effektiv
mübarizə vasitələri tətbiq olunurmu?

Bəlı      (   )                      Xeyr     (   )

8.4.  Cavab bəlidirsə, istifadə olunan vasitələri qeyd edin:

8.5.   Suvarma və digər məqsədlər üçün istıfadə olunan su normativ-texniki sənədlərin tələblərinə cavab verirmi?

Bəlı      (   )                      Xeyr     (   )

8.6.   Məhsulun yığılması, saxlanması və daşınması zamanı istifadə olunan avadanlıqlar və maşınlar yığımdan əvvəl potensial təhlükələrin qarşısını almaq məqsədilə dezinfeksiya olunur və saz vəziyyətdə saxlanılırmı?

Bəli      (   )                      Xeyr     (   )

9. MƏHSUL YIĞIMINA OLAN TƏLƏBLƏR

9.1.Məhsulu göbələk və həşərat infeksiyası nəticəsində potensial təhlükələrin əmələ gəlməsindən qorumaq üçün yetişən kimi yığılırmı?

Bəlı      (   )                      Xeyr     (   )

9.2.  Məhsul vaxtında yığılmırsa, bunun səbəblərini qeyd edin:

9.3.  Məhsulun yetişmə dövrlərində ağacların altı A. flavus və ya A. parazitinin inkişafı üçün
əlverişli olan zibil və s. materiallardan yaxşıca təmizlənirmi?

Bəli      (   )                      Xeyr     (   )

9.4.  Təmizləmə əməliyyatlarmda istifadə olunan vasitəbri və metodları qeyd edin:


 

 

 

 

 

 

 


9.5.  Yığım zamanı məhsulu zədələmələrdən qorumaq üçün qoruyucu vasıtələrdən istifadə
olunurmu?

Bəli      (   )                          Xeyr     (   )

9.6.  Ağacları silkələnməklə yığılan müəyyən məhsul növlərində ərazilərə heyvanların (məhsulun heyvan nəcisi ilə təması nəticəsində yoluxma ehtimalını nəzərə alaraq) daxil olmasının qarşısı alınmışdırmı?

Bəli      (   )                      Xeyr     (   )

9.7.  Yığımdan sonra məhsullar həşəratlardan və göbələklərdən təmiz konteynerlərlə dərhal
emala göndərilirmi?

Bəli      (   )                      Xeyr     (   )

9.8.  Məhsullar dərhal emal müəssisələrinə göndərilmədiyi təqdirdə onlar xüsusi şəraitə malik
anbar məntəqələrində müvəqqəti saxlanılırmı?

Bəli      (   )                      Xeyr     (   )

10. MƏHSUL  YIĞIMINDAN  SONRAKI  MƏRHƏLƏYƏ  OLAN  TƏLƏBLƏR

10.1.  Məhsul yığımından sonra ağaclar, kollar budanır və zəruri hallarda böyümə dövründən
əvvəl parazitlərə qarşı mübarizə vasitələrindən istifadə olunurmu?

Bəli      (   )                      Xeyr       (   )

10.2.  Cavab bəlidirsə, müvafiq vasitələri və metodları qeyd edin: