"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş icbari ekoloji sığorta məbləğinə tətbiq edilən əmsalları təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 8-ci və 13.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 18 aprel 2002-ci il
№ 690
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 794)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 794) ilə ləğv edilmişdir.