×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
10.06.2008
QEYDİYYAT NÖMRƏSİ
2857
ADI
2008-ci il aprelin 4-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının narkotiklərin dövriyyəsinə nəzarət üzrə federal xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-06-2008, Nəşr nömrəsi: 126), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2008, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 526)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.06.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
370.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2008-ci il aprelin 4-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyə-sinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onla

2008-ci il aprelin 4-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyə-sinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2008-ci il aprelin 4-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyun 2008-ci il

№ 2857

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti,

narkotik vasitələrin və psixotrop maddələrin (bundan sonra - narkotiklər) qanunsuz dövriyyəsinin miqyasının və onlardan sui-istifadə hallarının artmasından narahat olaraq,

narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinin Tərəflərin dövlətlərinin əhalisinin sağlamlığına və rifahına ciddi təhlükə yaratdığını dərk edərək,

1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyanın və ona dəyişiklik edilməsi barədə 1972-ci il tarixli Protokolun, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyanın və Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasının müddəalarına əsaslanaraq,

narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəlmiş səmərəli tədbirlərin görülməsində qarşılıqlı maraqlan nəzərə alaraq,

öz dövlətlərinin qanunvericiliyini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə   1

 

1. Bu Saziş narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin səmərəli təşkili məqsədilə Tərəflər arasında əməkdaşlıq haqqında bağlanmış razılaşmadır.

2. Tərəflər arasında bu Sazişə əsasən əməkdaşlıq, onların öz səlahiyyətləri çərçivəsində, eləcə də dövlətlərinin qanunvericiliklərinə və beynəlxalq öhdəliklərinə riayət etməklə həyata keçirilir.

3. Bu Saziş şəxslərin verilməsi və cinayət işləri üzrə hüquqi yardın məsələlərinə şamil edilmir.

 

Maddə   2

 

1. Bu Saziş çərçivəsində Tərəflərin əməkdaşlığı aşağıdakı formalarda həyata keçirilir:

a) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair informasiya mübadiləsi;

b) Tərəfin öz səlahiyyətləri çərçivəsində və digər Tərəfin sorğusu əsasında narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsələlər üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi;

c) narkotiklərin qanunsuz istehlakının və dövriyyəsinin profilaktikasının təşkili və həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət;

ç) narkotiklərin və onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət məsələlərində, habelə nəzarətli göndərişlər də daxil olmaqla onların qanunsuz dövriyyəsi ilə mübarizə üzrə tədbirlərin keçirilməsində qarşılıqlı fəaliyyət və qarşılıqlı yardımın göstərilməsi;

d) müşavirələrin, konfransların və seminarların keçirilməsi də daxil olmaqla, iş təcrübəsinin mübadiləsi;

e) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, o cümlədən onların qanuni dövriyyəsinə nəzarətə dair statistik göstəricilərin, metodik tövsiyələrin, qanunvericilik və digər aktların, həmin aktların icrasına dair təcrübi materialların mübadiləsi;

ə) kadrların hazırlığı və ixtisaslarının artırılması;

f) maddi-texniki yardımın göstərilməsi, məsləhətlərin verilməsi, eləcə də ekspertizaların keçirilməsində kömək edilməsi;

g) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə problemlərinə dair qarşılıqlı maraq kəsb edən birgə elmi tədqiqatların aparılması;

ğ) zərurət yarandıqda, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin nümunələrinin və onların tədqiqi nəticələrinin mübadiləsi;

h) işçi qrupların yaradılması və nümayəndələrin mübadiləsi məsələləri də daxil olmaqla, əməkdaşlıq prosesində meydana çıxan məsələlər üzrə fəaliyyətin əlaqələndirilməsi.

2. Bu Saziş əməkdaşlığın digər qarşılıqlı münasib formalarının işlənib hazırlanmasının və inkişaf etdirilməsini istisna etmir.

 

Maddə   3

 

Bu Saziş çərçivəsində aşağıdakılara dair informasiya mübadiləsi həyata keçirilir:

a) digər Tərəfin dövlətinin ərazisində törədilmiş və ya törədilməyə hazırlanan, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər barədə;

b) narkotiklərin qanunsuz transsərhəd dövriyyəsində iştirak etməkdə şübhəli bilinən şəxslər barədə;

c) bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə narkotiklərin qanunsuz keçirilməsi və ya buna cəhdlərlə bağlı konkret faktlar və hadisələr barədə;

ç) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəsi olan və fəaliyyətləri transmilli xarakter daşıyan cinayətkar qrupların strukturları, tərkibləri, fəaliyyət sahələri, idarə olunmalarının təşkili və əlaqələri barədə;

d) Tərəflərin dövlətlərinin ərazisində fəaliyyət göstərən və narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəsi olan cinayətkar qruplarla ayrı-ayrı şəxslər arasında mövcud olan və ya ehtimal olunan əlaqələr barədə;

e) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsilə əlaqədar cinayət fəaliyyətinin həyata keçirilməsinin üsul və metodları barədə;

ə) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsindən əldə edilən gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) yönəlmiş fəaliyyət barədə;

f) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəyə daxil olma mənbələrinin müəyyən olunmasının üsul və metodları və belə qanunsuz dövriyyənin qarşısının alınması üçün görülən tədbirlər barədə;

g) qanunsuz dövriyyəyə buraxılan narkotiklərin yeni növləri, onların hazırlanma və istifadə edilmə texnologiyaları barədə;

ğ) narkotiklərin əkilib-becərilməsi, istehsalı, nəql olunması və satışı zamanı tətbiq olunan gizlətmə üsulları, həmçinin onların müəyyən olunma metodları barədə;

h) qarşılıqlı maraq doğuran digər məsələlər barədə.

 

Maddə   4

 

1. Bu Saziş çərçivəsində yardımın göstərilməsi sorğu əsasında və ya bu cür yardımın digər Tərəf üçün maraq kəsb edəcəyini hesab edən Tərəfin təşəbbüsü ilə həyata keçirilir.

Yardım göstərmə haqqında sorğu yazılı şəkildə və ya texniki vasitələrdən istifadə etməklə göndərilir.

Təxirəsalınmaz hallarda şifahi sorğu da qəbul oluna bilər, lakin o, üç gün ərzində yazılı formada və ya texniki vasitələrdən istifadə etməklə təsdiq olunmalıdır.

İnformasiyanın ötürülməsi üçün texniki vasitələrdən istifadə olunduqda və ya alınan sorğunun həqiqiliyinə və ya məzmununa dair şübhə yarandıqda, sorğu alan Tərəf sorğu göndərən Tərəfdən yazılı formada təsdiqedici sənəd ala bilər.

2. Yardım göstərmə haqqında sorğuya aşağıdakılar daxil edilir:
sorğu göndərən Tərəfin adı;

sorğu alan Tərəfin adı;

sorğunun mahiyyətinin qısa məzmunu və onun əsaslandırılması; sorğunun icrası üçün zəruri olan digər məlumatlar. Tərəflər qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üçün səlahiyyətli şəxslərin siyahısını müəyyən edir və bu barədə bir-birini məlumatlandırırlar. Sorğular Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

3. Zərurət yarandıqda, sorğu alan Tərəf sorğunun düzgün icra olunması
üçün əlavə məlumatlan da sorğu edə bilər.

 

Maddə   5

 

1. Sorğu alan Tərəf sorğunun icrasının qısa müddətdə və mümkün qədər tam şəkildə təmin olunması üçün bütün zəruri tədbirləri görür. Sorğu, bir qayda olaraq, onun daxil olduğu gündən etibarən 30 gündən artıq olmayan müddət ərzində icra olunur. Müəyyən hallarda sorğunun icra müddəti uzadıla bilər.

2. Öz dövlətinin qanunvericiliyinə zidd olmadığı təqdirdə, sorğu alan Tərəf, öz dövlətinin ərazisində sorğunun icrası zamanı sorğu göndərən Tərəfin səlahiyyətli nümayəndələrinin iştirak etməsinə icazə verə bilər.

 

Maddə   6

 

1. Sorğunun icra olunması mümkün olmadığı və ya ondan imtina edildiyi halda sorğu alan Tərəf sorğu göndərən Tərəfi bu barədə dərhal yazılı şəkildə xəbərdar edir və sorğunun icrasına mane olan səbəblər barədə məlumatlandırır.

2. Sorğu alan Tərəf sorğunun icra olunmasının onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə və digər mühüm maraqlarına zərər vura biləcəyini və onun dövlətinin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə zidd olduğunu hesab edərsə, sorğunun icra olunmasından tam və ya qismən imtina edə bilər.

3. Sorğu alan Tərəf sorğunun dərhal icra olunmasının öz dövlətinin ərazisində aparılan cinayət təqibinə və ya digər icraata mane ola biləcəyini hesab edərsə, o, sorğu göndərən Tərəflə məsləhətləşmələrdən sonra, sorğunun icrasını zəruri şərtlərə riayət olunması ilə əlaqələndirə və ya təxirə sala bilər. Əgər sorğu göndərən Tərəf təklif edilən şərtlərlə ona yardım göstərilmə-sinə razı olarsa, o, bu şərtlərə riayət etməlidir.

 

Maddə  7

 

1. Konfidensial olmayan sənəd və materiallar istisna olunmaqla, Tərəflər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair aralarında mübadilə edilən məlumatların, həmçinin sənədlərin və materialların məzmununun konfidensiallığnı təmin edirlər.

2. Sorğu göndərən Tərəf alınan informasiyanı yalnız sorğuda göstərilən məqsədlər üçün istifadə edir.

3. Bu Saziş çərçivəsində alınan konfidensial informasiya, o cümlədən sənədlər və materiallar, onları təqdim edən Tərəfin yazılı razılığı olmadan heç kimə verilə bilməz.

Sorğunu konfidensiallığı qorumaqla icra etmək mümkün olmadığı təqdirdə Tərəf, bu barədə sorğu göndərən Tərəfi məlumatlandırır, o isə sorğunun bu şərtlərlə icra edilib-edilməməsi məsələsini həll edir.

 

Maddə   8

 

Tərəflərin dövlətlərinin sərhədyanı bölgələrdə yerləşən ərazi orqanları özlərinin mərkəzi orqanlarının razılığına əsasən, bu Saziş çərçivəsində bilavasitə əməkdaşlıq edə bilərlər.

 

Maddə   9

 

Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığı həyata keçirərkən rus dilindən istifadə edirlər.

 

Maddə   10

 

Tərəflər öz dövlətlərinin ərazisində bu Sazişin icrası ilə bağlı yaranan xərcləri ödəyirlər.

Yazılı formada başqa qayda razılaşdırılmadığı təqdirdə Tərəflər qəbul edən Tərəfin dövlətinin ərazisinə öz nümayəndələrinin ezamiyyətləri və qal-malan ilə bağlı bütün xərcləri üzərlərinə götürürlər.

Sorğu edən Tərəfin nümayəndələrinin ezamiyyətləri sorğu edilən Tərəfin qabaqcadan razılığı ilə həyata keçirilir.

 

Maddə   11

 

Tərəflər, bu Sazişdə nəzərdə tutulan əməkdaşlığın həyata keçirilməsi gedişinin nəzərdən keçirilməsi və onun gələcək istiqamətlərinin təkmilləşdirilməsi üçün qarşılıqlı razılıq əsasında birgə işçi görüşlər, müşavirə və seminarlar keçirirlər.

Görüşlər Tərəflərin dövlətlərində növbə ilə keçirilir.

 

Maddə   12

 

Bu Sazişin 2-ci maddəsinin 1-ci bəndinin ə, f, g və ğ yarımbəndlərində nəzərdə tutulan əməkdaşlığın həyata keçirilməsinin konkret şərtləri və maliyyələşdirilməsi qaydaları Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

 

Maddə   13

 

Tərəflərin qərarına əsasən, bu Sazişə, müəyyən olunmuş qaydada, onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.

 

Maddə   14

 

Tərəflər bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı yaranan bütün mübahisəli məsələləri danışıqlar və məsləhətləşmələr yolu ilə həll edirlər.

 

Maddə   15

 

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş 5 il müddətinə bağlanır. Növbəti 5 illik müddətin başa çatmasından ən azı 6 (altı) ay əvvəl Tərəflərdən biri sənədin qüvvəsini ləğv etmək niyyəti barədə digər Tərəfə bildiriş göndərməzsə, onda bu Sazişin qüvvəsi növbəti 5 il müddətinə uzadılacaqdır.

Sankt-Peterburq şəhərində 4 aprel 2008-ci il tarixində iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyi

adından

 

(imza)

Rusiya Federasiyasının Narkotiklərin

Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti

adından

 

(imza)

 

           

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status