AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.11.2003
QEYDİYYAT NÖMRƏSİ
150
ADI
"Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2003, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 666)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.11.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

"Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 858 nömrəli Fərmanının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 18 noyabr 2003-cü il
                   № 150


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 18 noyabr tarixli, 150 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi

 

QAYDALARI

 

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir və hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq orqanlarla hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları arasında münasibətləri tənzimləyir.

1.2. Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanlara, hidrotexniki qurğuların mülkiyyətçilərinə və istismarçılarına şamil edilir.

1.3. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin (bundan sonra – dövlət nəzarəti) məqsədi hidrotexniki qurğuların təhlükəsizliyi meyarlarına, normalarına, habelə bu sahədə müəyyən olunmuş digər normativlərə, ekoloji, texnoloji, seysmoloji, metroloji, sanitariya-gigiyenik  standartlara, qaydalara və tələblərə riayət olunmasını təmin etməkdən ibarətdir.

2. Dövlət nəzarətİnİn keçİrİlməsİ

2.1. Hidrotexniki qurğuların tikintisi, istismarı, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası zamanı onların təhlükəsizliyi meyarlarına, normalarına, habelə bu sahədə müəyyən olunmuş digər normativlərə, ekoloji, texnoloji, sesmoloji, metroloji, sanitariya-gigiyenik standartlara, qaydalara və tələblərə riayət olunmasına dövlət nəzarətinin keçirilmə qaydası aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və dövlət nəzarətinin həyata keçirən orqanlar tərəfindən birlikdə hazırlanır və təsdiq olunur. [1]

2.2. Dövlət nəzarətini həyata keçirən orqanlar dövlət nəzarətini keçirərkən aşağıdakı səlahiyyətlərə malikdirlər:

qurğulara maneəsiz baxış keçirmək, onların təhlükəsizliyi barədə materiallarla və hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları tərəfindən  qurğuların texniki vəziyyətinə nəzarət sisteminin yaradılması ilə tanış olmaq;

qurğuların texniki vəziyyətinin onların təhlükəsizlik bəyannaməsinə uyğunluğunu yoxlamaq;

istismarçı və podratçı təşkilatların hidrotexniki qurğuların istismarı, eləcə də tikintisi, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası zamanı hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarına və meyarlarına riayət edilməsi sahəsində fəaliyyətlərini yoxlamaq;

hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarının və meyarlarının pozulmasını araşdırmaq;

öz səlahiyyətlərini həyata keçirmək üçün istismarçı və podratçı təşkilatlardan lazımi məlumatları almaq;

hidrotexniki qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, əsaslı təmir, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq;

çayların məcralarında, sututarlarda, onlara bitişik sahələrə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq yaxud məhdudlaşdırmaq.

2.3. Dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən aşkar edilən hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarının və meyarlarının pozulması haqqında qərar qəbul edilərkən aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində tədbirlər müəyyən edilir və qərar ilə birlikdə hidrotexniki qurğunun mülkiyyətçisinə və ya istismarçısına göndərilir.*

Qərarda əlavə olaraq aşağıdakılar haqqında məlumat verilir:

baxış keçirilən obyekt, onun mülkiyyətçisi və istismarçısı haqqında məlumat;

baxış keçirilən yerin adı və tarix;

baxış keçirən məsul şəxslərin (şəxsin) adı, soyadı və atasının adı;

aşkar olunmuş pozuntular haqqında məlumat;

baxışın keçirilməsi və nəticələri ilə qurğu mülkiyyətçisinin və ya istismarçısının tanış edilməsi haqqında məlumat.

Keçirilən baxışın nəticələri baxış keçirən məsul şəxslər tərəfindən imzalanır.

2.4. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu mülkiyyətçiləri və istismarçıları dövlət nəzarətini həyata keçirən orqanların aşkar etdikləri hidrotexniki qurğuların təhlükəsizliyi qaydaları və meyarları pozuntularını vaxtında aradan qaldırmalıdırlar.

2.5. Hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən onlara təqdim edilmiş qərarın tələblərinin vaxtında yerinə yetirilməsi barədə dövlət nəzarətini həyata keçirən orqanlara yazılı bildiriş təqdim edilməlidirlər.

2.6. Dövlət nəzarətini həyata keçirən orqanların aşkar etdikləri hidrotexniki qurğuların təhlükəsizliyi qaydaları və meyarları pozuntuları vaxtında aradan qaldırılmadığı və ya hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarının və meyarlarının ciddi pozulması hallarında hidrotexniki qurğuların istismarının, eləcə də tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin, bərpasının və konservasiyasının dayandırılması haqqında qərar qəbul edilir və bu barədə hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları rəsmi xəbərdar edilirlər. Belə hallarda hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması, dövlət nəzarətini həyata keçirən orqanların qərarına uyğun olaraq, hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları tərəfindən həyata keçirilir.

2.6-1. Sahibkarlıq subyektlərinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. [2]

2.7. Hidrotexniki qurğuların tikintisi və ya yenidən qurulması zamanı onlara ilkin dövlət nəzarəti keçirilir. İlkin dövlət nəzarəti keçirilərkən onların layihə və faktiki parametrləri müqayisə edilir.

2.8. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin keçirilmə müddəti ildə bir dəfədən az olmamaq şərti ilə hidrotexniki qurğuların təhlükəsizlik dərəcəsindən asılı olaraq dövlət nəzarət orqanları tərəfindən müəyyən edilir və bu barədə hidrotexniki qurğunun mülkiyyətçilərinə və ya istismarçılarına rəsmi məlumat verilir. [3]

3. Dövlət nəzarətİnİn nətİcələrİnİn tədQİqİ və qeydİyyatı

3.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin nəticələri hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi məqsədi ilə nəzərə alınmalı, ümumiləşdirilməli və tədqiq olunmalıdır.

3.2. Tədqiq olunur və qeydiyyata alınır:

dövlət nəzarətinin nəticələri əsasında hidrotexniki qurğuların mülkiyyətçilərinə və ya istismarçılarına təqdim olunmuş dövlət nəzarətini həyata keçirən orqanların qərarları;

hidrotexniki qurğuların mülkiyyətçilərinin və ya istismarçılarının dövlət nəzarətini həyata keçirən orqanların tələblərinin vaxtında yerinə yetirilməsi barəsində dövlət nəzarətini həyata keçirən orqanlara təqdim etdikləri yazılı bildirişlər;

Bu Qaydalara uyğun olaraq keçirilən texniki nəzarətin nəticələri;

hidrotexniki qurğuların il ərzindəki fəaliyyəti nəticəsində onların təhlükəsizliyinin vəziyyəti haqqında məlumatlar.

3.3. Hidrotexniki qurğulara keçirilən dövlət nəzarətinin nəticələri dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən aparılan "Hidrotexniki qurğulara dövlət nəzarətinin keçirilməsinin qeydiyyatı jurnalı"nda (bu Qaydalara əlavə) qeyd olunur.

4. Məsulİyyət

Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarət edən şəxslər onlara həvalə edilmiş nəzarət funksiyalarının tam və öz səlahiyyətləri çərçivəsində düzgün yerinə yetirilməsinə qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehdirlər.

Hidrotexniki qurğuların mülkiyyətçiləri və istismarçıları dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən onlara təqdim edilmiş qərarların tələblərinin vaxtında yerinə yetirməsinə cavabdehdirlər.

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

 


"Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət
nəzarətinin həyata keçirilməsi Qaydaları"na
əlavə

 

 

______________________________________________

(dövlət nəzarətini həyata keçirən orqanın adı)

 

Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin keçirilməsinin qeydiyyatı

 

JURNALI

 

№-si

Dövlət nəzarəti keçirilən obyektin adı və yerləşdiyi yer

Dövlət nəzarətinin keçirilmə tarixi

Dövlət nəzarətini keçirilən şəxslər haqqında məlumat

Aşkar olunmuş pozuntular haqqında qısa məlumat

Qəbul olunmuş qərar və tədbirlər haqqında məlumat

Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı haqqında məlumat

Qərarın yerinə yetirilməsi haqqında təqdim olunan bildirişlərin qeydiyyatı

Texniki nəzarəti həyata keçirən şəxslər haqqında məlumat

Texniki nəzarətin keçirilmə tarixi və nəticələri haqqında məlumat

Qurğunun təhlükəsizlik dərəcəsi haqqında son məlumat

1

2

3

4

5

6

7

8

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

___________

* Dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən texniki baxış keçirilən zaman hidrotexniki qurğuların təhlükəsizliyi qaydaları və meyarları pozuntuları aşkar edilmədikdə hidrotexniki qurğunun təhlükəsizlik tələblərinə uyğunluğu barədə qərar qəbul edilərək, qurğunun mülkiyyətçisinə və ya istismarçısına təqdim olunur.


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

3.       16 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 929)

4.       26 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1678)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.1-ci bəndində “Dövlət Tikinti və Arxitektura Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 2.1-ci bəndində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.

 

[2] 26 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1678) ilə “Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na yeni məzmunda 2.6-1-ci bənd əlavə edilmişdir.

 

[3] 16 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 929) ilə “Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.1-ci və 2.8-ci bəndləri ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status