AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.03.2002
QEYDİYYAT NÖMRƏSİ
676
ADI
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2002, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 126)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 11 mart 2002-ci il
                 № 676


 

 

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 11 mart tarixli, 676 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında
ƏSASNAMƏ

1. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi qulluqçuların, həmçinin silahların, hərbi və digər texnikanın Daxili Qoşunlara mənsubiyyətini bildirən nişandır.

2. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi Daxili Qoşunların Komandanı və onun müavinlərinin əmr və direktiv blanklarında, künc ştamplarında, Daxili Qoşunların Baş İdarəsinin, hərbi hissələrin, tədris mərkəzinin künc ştamplı blanklarında yerləşdirilir.

3. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi silahların və hərbi texnikanın üzərində dövlət mənsubiyyətinin tanınma nişanı kimi təsvir edilir.

4. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi hissələrin və tədris mərkəzinin Döyüş Bayrağında “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında” Əsasnaməsi ilə müəyyən edilmiş qaydada, fərqlənmə və hərbi qulluqçuların fərqləndirmə nişanlarında, hərbi geyim formasının predmetlərində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq yerləşdirilir.

5. Azərbaycan Respublikası Daxili Qoşunlarının embleminin təsvirinin verilməsinə aşağıdakı hallarda icazə verilir:

Azərbaycan Respublikası Daxili Qoşunlarının çap məhsullarında, həmçinin qoşunların buraxdığı kino, video və fotomateriallarda;

Azərbaycan Respublikası Daxili Qoşunlarının sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, kiçik bayraqlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).

 


 

 

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 11 mart tarixli, 676 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin
TƏSVİRİ

Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi mətinlik və dözümlük rəmzi olan palıd budaqları ilə haşiyələnmiş, tiyəsi aşağı baxan qılınc üzərində yuxarı yönəldilmiş iti ucları arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir.

Palıd budaqlarının saplaqları qılıncın tiyəsinin aşağı hissəsində çarpazlaşır, ucları isə onun dəstəyinə birləşir. Səkkizguşəli ulduz, aypara, qılınc və palıd budaqları qızılı (ağ) rəngdədir.

Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər.

 

1

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status