×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
22.11.2007
QEYDİYYAT NÖMRƏSİ
2505
ADI
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2007, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1148)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 1997-ci il iyunun 18-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın yaradılması haqqında Protokol”un 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq Birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin: [1]

 

Komissiyanın sədri [2]

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri [3]

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini [4]

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini [5]

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.

2. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 705 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 527) qüvvədən düşmüş hesab edilsin. 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 noyabr 2007-ci il

                 № 2505

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 424)

2.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

3.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

4.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

6.       07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)

7.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

8.       20 noyabr 2017-ci il tarixli 3398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 noyabr 2017-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2107)

9.       23 iyul 2021-ci il tarixli 2808 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 821)

10.    31 may 2022-ci il tarixli 3299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 540)

11.    7 iyul 2022-ci il tarixli 3357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 8 iyul 2022-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7, maddə 772)

12.    3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika naziri” sözləri “energetika naziri” sözləri ilə əvəz edilmişdir.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsinin “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri “Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri ilə, “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri” sözləri “İsmayıl İsmayılov - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Namiq Abbasov” sözləri “Hüseyn Quliyev” sözləri ilə əvəz edilmişdir.

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika naziri” sözləri “energetika naziri” sözləri ilə əvəz edilmişdir.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsindən “Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri” sözləri və “Nazim İbrahimov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri çıxarılmışdır.

20 noyabr 2017-ci il tarixli 3398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 noyabr 2017-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2107) ilə 1-ci hissədən İltimas Məmmədov - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini” sözləri çıxarılmışdır.

2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissədə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir və həmin hissədən “Musa Pənahov - Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.

24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 424) ilə 1-ci bəndinin «Birgə komissiyanın üzvləri» bölməsinin altıncı abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

20 noyabr 2017-ci il tarixli 3398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 noyabr 2017-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2107) ilə 1-ci hissədə Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”, “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” və “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilmişdir.

20 noyabr 2017-ci il tarixli 3398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 noyabr 2017-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2107) ilə 1-ci hissədə Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri ilə əvəzedilmişdir.

 

[2] 23 iyul 2021-ci il tarixli 2808 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 821) ilə 1-ci hissə ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri:

 

Yaqub Eyyubov

Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini

Birgə komissiyanın üzvləri:

Natiq Abbasov

Azərbaycan Respublikası energetika nazirinin müavini

Füzuli Ələkbərov

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

İltimas Məmmədov

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

İsmayıl İsmayılov

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Nazim İbrahimov

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Xələf Xələfov

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

İlqar Fəti-zadə

Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini

Niyazi Səfərov

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini

Musa Pənahov

Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini

İlham Quliyev

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin  müavini

Ədalət Vəliyev

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini

Rövnəq Abdullayev

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Taleh Ziyadov

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

Hüseyn Quliyev

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

Ağadayı Ağayev

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)

 

[3] 7 iyul 2022-ci il tarixli 3357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 8 iyul 2022-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7, maddə 772) ilə 1-ci hissəsində Azərbaycan Respublikası Baş nazirinin birinci müavini sözləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilmişdir və həmin hissədən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini sözləri çıxarılmışdır.

 

[4] 31 may 2022-ci il tarixli 3299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 540) ilə 1-ci hissədə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə 1-ci hissədə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status