×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
18.10.2007
QEYDİYYAT NÖMRƏSİ
2444
ADI
Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2007, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 981)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.10.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Hökuməti və Kuba Res- publikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 1873 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, 2006-cı il sentyabrın 29-da Havana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq haqqında Saziş"in 6-cı maddəsinə əsasən iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin: [1]

 

Komissiyanın həmsədri [2]

 

Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini [3]

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, eyni zamanda, Kuba Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri.

2. Bu Sərəncamın 1-ci bəndində göstərilən Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə tapşırılsın ki, Azərbaycan Respublikası və Kuba Respublikası arasında əməkdaşlığın tənzimlənməsi və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 oktyabr 2007-ci il

№ 2444

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 yanvar 2009-cu il tarixli 117 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 17 yanvar 2009-cu il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 17)

2.       8 fevral 2012-ci il tarixli 2017 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 14 fevral 2012-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 125)

3.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

4.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 13848)

6.       23 iyul 2021-cı il tarixli 2800 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 813)

7.       3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 16 yanvar 2009-cu il tarixli 117 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 17 yanvar 2009-cu il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 17) ilə 1-ci bəndində "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri" sözləri ilə, "İlham Ağayev - Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri" sözləri "Aqşin Mehdiyev - Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, eyni zamanda Kuba Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilmişdir, "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılmışdır və "Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini" sözlərindən sonra "Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri əlavə edilmişdir.

 

8 fevral 2012-ci il tarixli 2017 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 14 fevral 2012-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 125) ilə 1-ci hissəsində “Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə və “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sahil Babayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika nazirinin müavini” sözləri “energetika nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 iyul 2021-cı il tarixli 2800 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 813) ilə 1-ci hissə ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın həmsədri

 

Əbülfəs Qarayev

- Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev

- Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini

Azər Bayramov

- Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Gülməmməd Cavadov

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Teymur Mehdiyev

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Qulu Novruzov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Abbas Vəlibəyov

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İntiqam Babayev

- Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Aqşin Mehdiyev

- Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, eyni zamanda Kuba Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri

 

[3] 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə 1-ci hissədə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status