150.000.000
240.000.000
280.000.000
290.000.000
320.000.000
Kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatları, ekologiya və hidrometeorologiya sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatları, ekologiya və hidrometeorologiya sahələrində çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatları, ekologiya və hidrometeorologiya sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2003-cü il iyulun 1-dən 50 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2003-cü il
№ 1293