180.000.000
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası adlandırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2007-ci il
№ 2372