390.000.000
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər) təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər) təsdiq edilsin (əlavə olunur).
2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər) həyata keçirilməsinə nəzarət Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə olunsun.
3. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər) yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə hər il Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2007-ci il
№ 2271
|
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə
PROQRAM
(2007-2012-ci illər)
Bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə effektiv mübarizə üsullarını və narkomanlığın müalicə metodlarmı təkmilləşdirmək və yenilərini kəşf etməkdə səylərini artırırlar.
Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökümət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır.
Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilmiş, ölkəmiz narkotik vasitələr və psixotrop maddələrə nəzarət sahəsində BMT-nin konvensiyalarına, "Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Parsial Saziş"ə və bir sıra digər beynəlxalq sənədlərə qoşulmuş, həmsərhəd və digər dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla daim inkişaf edən əlaqələr qurmuşdur, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə 2000-2006-cı illər üçün "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram" təsdiq edilmiş və həyata keçirilmişdir.
2007-2012-ci illər üçün nəzərdə tutulan ikinci Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktiki araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər) çərçivəsində həyata keçiriləcək
TƏDBİRLƏR
1. TƏŞKİLATİ TƏDBİRLƏR
Sıra №-si
|
Tədbirin adı
|
İcraçı orqanlar
|
İcra müddəti
|
1
|
2
|
3
|
4
|
1.1.
|
«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram»da (2000 — 2006-cı illər) nəzərdə tutulmuş tədbirlərin icrasının yekunlarının təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
2007-ci il
|
1.2.
|
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinin və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının tələbatının öyrənilməsi, lazımi tədbirlərin görülməsi və nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə məruzə edilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
yanvar
2008-ci il
|
1.3.
|
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədi ilə birgə müşavirə və iclasların keçirilməsi, bu sahədə əlaqəli məlumat mübadiləsinin genişləndirilməsi
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
1.4.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və Narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində qabaqcıl iş təcrübəsinin öyrənilməsi, bu istiqamətdə elmi-praktiki konfransların, seminarların keçirilməsi; təlimat, icmal, tövsiyələr və əyani vəsaitlərin hazırlanması
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
1.5.
|
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı vəziyyətin təhlil edilməsi, həmçinin həmsərhəd dövlətlərdə bu sahədə baş verən proseslərin və onların ölkədaxili vəziyyətə təsirinin öyrənilərək, müvafiq tədbirlərin görülməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
1.6.
|
Şəhər və rayonlarda, sərhədyanı yaşayış məntəqələrində, dövlət sərhədinin buraxılış məntəqələrində, habelə dövlət sərhədinin digər hissələrində, xüsusilə cənub sərhədlərində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aidiyyəti təşkilatların fəaliyyətinin gücləndirilməsi, onların zəruri texniki vasitələrlə təmin edilməsi, əməkdaşlarının peşəkarlığına xüsusi diqqət yetirilməsi
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
2007 - 2012-ci illər
|
1.7.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və Narkomanlığın yayılması ilə mübarizənin səmərəliliyini artırmaq məqsədi ilə müasir telekommunikasiya və informasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, həmçinin internet saytlarının yaradılması
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları
|
2007 - 2012-ci illər
|
1.8.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və Narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, bu işə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun cəlb edilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
1.9.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın son 5 ildə vəziyyətinin, dinamikasının, latentliyinin hərtərəfli təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, digər aidiyyəti dövlət orqanları
|
2007-ci il
|
1.10.
|
Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və cinayət işləri üzrə hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun olaraq, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, narkotiklərin yayılması mənbələrinin müəyyən edilməsi və cinayət təqibinin səmərəliliyinin artırılması
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti
|
2007 - 2012-ci illər
|
1.11.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ilkin tədqiqatını və məhkəmə ekspertizasını həyata keçirən orqanların maddi-texniki bazasının gücləndirilməsi
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
2007 - 2012-ci illər
|
1.12.
|
Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatların toplandığı Ümummilli Məlumat Bankının proqram təminatının təkmilləşdirilməsi
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi
|
2007 - 2012-ci illər
|
1.13.
|
Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi üzrə tədbirlərin gücləndirilməsi
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, şəhər və rayonlarda fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyalar, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti orqanlar bələdiyyələr cəlb edilməklə
|
2007 - 2012-ci illər
|
1.14.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və Narkomanlığın yayılması ilə bağlı vəziyyət barədə sorğuların keçirilməsi, nəticələrin ümumiləşdirilməsi və təkliflərin hazırlanması üzrə tədbirlərin genişləndirilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəlb edilməklə
|
hər il
|
1.15.
|
Proqramda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi barədə aidiyyəti nazirlik, komitə və digər təşkilatların hesabatlarının dinlənilməsi və müzakirə edilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
hər il
|
2. Qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq və digər tədbirlər
|
|||
2.1.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında mövcud qanunvericiliyin işləmə mexanizminin təkmilləşdirilməsi və cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi məqsədi ilə elmi və praktiki araşdırmaların aparılması
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti orqanlar Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəlb edilməklə
|
mütəmadi
|
2.2.
|
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbləri nəzərə alınmaqla, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişləri üzrə fəaliyyətə dair normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti
|
2007 - 2009-cu illər
|
2.3.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyədən çıxarılması sahəsində qabaqcıl iş təcrübəsinə, Narkomanlığa düçar olmuş şəxslərin müalicəsində yüksək göstəricilərə malik olan dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və onların iş təcrübəsinin öyrənilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti
|
2007 - 2012-ci illər
|
2.4.
|
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının nəzarətdən kənar ərazilərində narkotik vasitələrin becərilməsi, istehsalı və digər ölkələrin ərazisinə ixrac edilməsi barədə məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi qeyri-hökumət təşkilatları cəlb edilməklə
|
mütəmadi
|
2.5.
|
Narkotiklərin qanunsuz dövriyyəsi və Narkomanlığın yayılması ilə mübarizə sahəsində beynəlxalq təşkilatlarla, həmsərhəd və digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, digər aidiyyəti dövlət orqanları
|
2007 - 2012-ci illər
|
2.6.
|
Azərbaycan Hökuməti ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında fərdi əməkdaşlıq proqramının hazırlanmasına dair müvafiq işlərin görülməsi
|
Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
2007 - 2012-ci illər
|
2.7.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsindən əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının aşkarlanması və qarşısının alınması məqsədi ilə aidiyyəti hüquq mühafizə orqanları ilə maliyyə qurumlarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən xarici dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi
|
Milli Təhlükəsizlik Nazirliyi, |
mütəmadi
|
3. Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin tibbi profilaktikası, müalicəsi və reabilitasiyası üzrə tədbirlər
|
|||
3.1.
|
Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası məqsədi ilə müasir elmi nailiyyətlər və qabaqcıl təcrübə nəzərə alınmaqla yeni üsulların işlənib hazırlanması
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Qeyri-Hökumət Təşkilatları Forumunu cəlb edilməklə
|
2007 - 2012-ci illər
|
3.2.
|
Narkoloji tibb müəssisələrinin müasir tibbi və texniki avadanlıqlarla, dərman vasitələri ilə təchiz edilməsi, həmçinin bu sahənin peşəkar kadrlarla komplektləşdirilməsinə diqqətin artırılması
|
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi
|
2007 - 2012-ci illər
|
3.3.
|
Biokimyəvi diaqnostika testlərini və narkotiklərdən sui-istifadə edən xəstələrin aşkar edilməsinin tibbi-texniki vasitə və metodlarını təkmilləşdirmək üçün xarici ölkələrin təcrübəsindən istifadə etməklə tədqiqat işlərinin aparılması, həmçinin belə avadanlıqların əldə edilməsi perspektivlərinin öyrənilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
3.4.
|
Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsi üçün kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodiki tövsiyələrin hazırlanması
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli Qeyri-Hökumət Təşkilatları Forumunu cəlb edilməklə
|
hər il
|
3.5.
|
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nəzdində beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış narkoloji tibb müəssisənin yaradılması, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən tibbi-sanitar hissələrinə həkim-narkoloq ştatların ayrılması
|
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
2007 - 2009-cu illər
|
3.6.
|
Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin aşkar edilməsi, könüllülük prinsipləri əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsi və təkmilləşdirilməsi
|
Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi
|
mütəmadi
|
3.7.
|
Narkomanlar arasında QİÇS və digər viruslara yoluxanların arasında məqsədyönlü tibbi-gigiyena, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi
|
Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli Qeyri-Hökumət Təşkilatları Forumunu cəlb edilməklə
|
mütəmadi
|
3.8.
|
Məhkəmənin hökmü və ya qətnaməsi ilə məcburi müalicəyə göndərilmiş şəxslərin müasir üsullarla müalicəsi və onların sağlam həyata qaytarılması üçün tədbirlərin gücləndirilməsi
|
Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
2007 - 2012-ci illər
|
3.9.
|
Narkomanlıqla bağlı problemlərin həllində səhiyyə orqanlarının işinin səmərəliliyinin artırılması üçün Səhiyyə Nazirliyinin nəzdində xüsusi qurumun yaradılması məsələsinə baxılması
|
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi
|
2007 - 2008-ci illər
|
4. Narkomanlıqla mübarizə sahəsində ümumi və fərdi profilaktiki tədbirlər
|
|||
4.1.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, anti-narkotik təbliğatının gücləndirilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti dövlət orqanları Milli Qeyri-Hökumət Təşkilatları Forumunu cəlb edilməklə
|
mütəmadi
|
4.2.
[2]
|
ümumi, orta ixtisas, ali və əlavə təhsil üzrə təhsil proqramlarına sağlam həyat tərzi və Narkomanlığın ziyanı ilə bağlı mövzuların daxil edilməsi, o cümlədən yeniyetmə və gənclər, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət keçənlər arasında təlim-tərbiyə işinin gücləndirilməsi, bu sahədə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi
|
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, şəhər və rayon icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət orqanları bələdiyyələri cəlb edilməklə
|
mütəmadi
|
4.3.
|
Narkomanlığın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi ilə bağlı keçirilən tədbirlərə əmək və müharibə veteranlarının və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi Əmək və Müharibə Veteranları Şurasını, Milli Qeyri-Hökumət Təşkilatları Forumunu cəlb edilməklə
|
mütəmadi
|
4.4.
|
Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalini məlumatlandırmaq üçün televiziya və radio kanallarında xüsusi proqramların hazırlanması, mətbuat səhifələrində məqalələrin və müsahibələrin çap etdirilməsi, həmçinin mövzu ilə bağlı rəsm müsabiqələrinin keçirilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, Milli Televiziya və Radio Şurası, digər aidiyyəti orqanlar Mətbuat Şurasını, Rəssamlar İttifaqını və Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəlb edilməklə
|
mütəmadi
|
4.5.
|
Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi
|
Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları bələdiyyələr cəlb edilməklə
|
mütəmadi
|
4.6.
|
Narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmaların aparılması, belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi və qarşısının alınması üçün tədbirlərin görülməsi
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti
|
hər il
|
4.7.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinin vəziyyətinin öyrənilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və bu sahəyə ciddi nəzarətin təmin edilməsi
|
Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət orqanları
|
2007 - 2012-ci illər
|
4.8.
|
Narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin xəritəsinin tərtib edilməsi, onların yayılmasının qarşısının alınması və biosenozdan çıxarılması üçün müvafiq elmi-tədqiqat İşlərinin aparılması
|
Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
2007 - 2012-ci illər
|
4.9.
|
Narkotiklərlə mübarizəyə həsr olunmuş xarici nəşrlərin ölkədə yayılmasının təmin edilməsi
|
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası
|
mütəmadi
|
Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Proqramın 1.9, 2.1 və 4.6-cı bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində öz səlahiyyəti daxilində iştirak etsin.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Proqramın 1.3, 1.4, 1.5, 1.9, 1.10, 2.1, 2.2, 2.7 və 4.6-cı bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində öz səlahiyyəti daxilində iştirak etsin.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 dekabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287)
2.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
- 4 fevral 2019-cu il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 256)
SƏRƏNCAM EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 dekabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)” çərçivəsində həyata keçiriləcək tədbirlər”in 2.7-ci bəndinin “Tədbirin adı” sütununda “çirkli pulların yuyulmasının” sözləri “pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının” sözləri ilə əvəz edilmişdir, “İcraçı orqanlar” sütununa “Milli Təhlükəsizlik Nazirliyi” sözlərindən əvvəl “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti,” sözləri əlavə edilmişdir, “Milli Bank” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.
4 fevral 2019-cu il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 256) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ın 2.7-ci bəndinin “İcraçı orqanlar” sütunundan “Mərkəzi Bank yanında” sözləri çıxarılmışdır.
[2]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”ın 4.2-ci bəndində “Orta, orta ixtisas və ali təhsil müəssisələrində, ixtisasartırma və təkmilləşdirmə institutlarında tədris proqramlarına” sözləri “ümumi, orta ixtisas, ali və əlavə təhsil üzrə təhsil proqramlarına” sözləri ilə əvəz edilmişdir.