×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.04.2007
QEYDİYYAT NÖMRƏSİ
313-IIIQD
ADI
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 11-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 560)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
410.000.000
340.000.000
360.000.000
390.000.000
400.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunv

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199) 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

 “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda əmlakın qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısını alır;”.

II. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 106; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 4; 2004-cü il, № 8, maddə 606, № 9, maddə 666) 30-8-ci maddəsinin ikinci abzasına ”narkotik” sözündən sonra “vasitələrdən, psixotrop” sözləri əlavə edilsin.

III. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10 maddə 570; 2001-ci il, № 11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8 maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 12, maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505; 2005-ci il, № 4, maddə 277) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 10-cu maddənin 9-cu bəndinə “narkotik vasitələrin,” sözlərindən sonra “psixotrop maddələrin və onların prekursorlarının,” sözləri əlavə edilsin.

2. 186-cı maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Şəxsin bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi üçün tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

3. 36-cı fəslin adında “və psixotrop maddələrin” sözləri “, psixotrop maddələrin və onların prekursorlarının” sözləri ilə əvəz edilsin.

4. 222-ci maddədə:

4.1. maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin, ikinci və üçüncü hissələr müvafiq olaraq üçüncü və dördüncü hissələr hesab edilsin:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin həyata keçirilməsinə yalnız mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması, həmin cinayətləri törədən şəxslərin vaxtında aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə yol verilir.”;

4.2. maddənin adında və dördüncü hissədə “və psixotrop maddələrin” sözləri “, psixotrop maddələrin və onların prekursorlarının” sözləri ilə əvəz edilsin;

4.3. birinci hissədə “və psixotrop maddələrin” sözləri “, psixotrop maddələrin və onların prekursorlarının” sözləri ilə əvəz edilsin, “psixotrop maddələrin” sözlərindən sonra “və onların prekursorlarının” sözləri əlavə edilsin.

IV. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028) 28-ci maddəsinin dördüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər.”.

 V. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 75) 9-cu maddəsinin ikinci hissəsində “, narkotik vasitələrin və preparatların” sözləri çıxarılsın, “işlərində” sözündən sonra “, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə edilsin.

 VI. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 20-ci maddənin I hissəsindən, 37-ci maddənin I hissəsinin 13-cü bəndindən və 85-ci maddənin 8-ci bəndindən “və onların analoqlarından” sözləri çıxarılsın;

 2. 37-ci maddənin I hissəsinin 8-ci bəndinə “narkotik vasitələr” sözlərindən sonra ”,psixotrop maddələr” sözləri əlavə edilsin;

3. 83-cü maddənin III hissəsində “, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından” sözləri çıxarılsın, “həyata keçirirlər” sözlərindən sonra “(narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir).” sözləri əlavə edilsin.

 VII. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, №12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 62-ci maddənin 1-ci hissəsinin “a)” bəndində, 72-ci maddənin “b)” bəndində “narkotik,” sözü “narkotik vasitələr və psixotrop,” sözləri ilə əvəz edilsin.

2. 174-cü maddənin 3-cü hissəsinə “narkotik” sözündən sonra “vasitələr və psixotrop” sözləri əlavə edilsin.

3. 199-cu maddənin 1-ci hissəsinin “d)” bəndində “və ya narkotik maddələrdən” sözləri “, psixotrop maddələrdən və ya narkotik vasitələrdən” sözləri ilə əvəz edilsin.

4. 250-ci maddənin birinci cümləsində “, narkotik vasitələrin” sözləri çıxarılsın, “işlərində” sözündən sonra “, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə edilsin.

 VIII. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 569; 2001-ci il, № 12, maddə 736; 2005-ci il, № 8, maddə 692; 2006-cı il, № 11, maddə 928) 8-ci maddəsinə “narkotik vasitələrdən” sözlərindən sonra “, psixotrop maddələrdən” sözləri əlavə edilsin.

IX. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250, № 6, maddə 328; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 12, maddə 1079; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1005) 10-cu maddəsinin VII hissəsinə “əməliyyat-axtarış tədbirlərinin” sözlərindən sonra “, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin” sözləri əlavə edilsin.

X. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 8; 2001-ci il, № 12, maddə 736; 2003-cü il, № 1, maddə 7; 2004-cü il, № 4, maddə 6) 7-ci və 9-cu maddələrinin beşinci hissəsinə “narkotik” sözündən sonra “vasitələr və psixotrop” sözləri əlavə edilsin. [1]

XI. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; Azərbaycan Respublikasının 2006-cı il 19 dekabr tarixli 200-IIIQD nömrəli və 29 dekabr tarixli 220-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:

1. 317.1-ci maddədə “və narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilsin;

2. 318.1-ci maddədə “və ya narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilsin;

3. Məcəlləyə aşağıdakı məzmunda 305.1.10-cu maddə və 40-cı fəsil əlavə edilsin:

“305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında;”;

 

“Fəsil 40

Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat

 

Maddə 352. Ərizənin verilməsi

 

352.1. Öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.

 
352.2. Ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir.

 

Maddə 353. Ərizə üzrə məhkəmənin qətnaməsi 

 

353.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.

 353.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır.

 

Maddə 354. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi

 

Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.

 

Maddə 355. Şəxsin narkoloji-tibb müəssisəsində məcburi müalicə müddətinin uzadılması

 

Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.”.

 

XII. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, ( I kitab ), maddə 129; 2001-ci il, № 3, maddə 144; 2002-ci il, № 5, maddə 240; 2004-cü il, № 6, maddə 396) 9-cu maddəsinin ikinci hissəsində “və narkotik maddələrin” sözləri “maddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr olan dərmanların” sözləri ilə əvəz edilsin.

XIII. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657; Azərbaycan Respublikasının 1 fevral 2007-ci il tarixli 234-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 32.1-ci, 33.6-cı və 343.1-ci maddələrdə “və ya narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilsin.

2. 1107.2-ci maddədə “narkotik vasitələrdən” sözlərindən sonra “və ya psixotrop maddələrdən” sözləri əlavə edilsin.

XIV. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 234-cü maddədə:

1.1. maddənin adında “prekursorları” sözü “onların prekursorlarını” sözləri ilə əvəz edilsin;

1.2. 234.5-ci maddəyə “bölüşdürülməsi,” sözündən sonra “verilməsi,” sözü, “ixracı” sözündən sonra “, tranzit nəql edilməsi” sözləri əlavə edilsin, “prekursorların,” sözü çıxarılsın, “və ya psixotrop maddələrin” sözləri “, psixotrop maddələri və ya onların prekursorlarını” sözləri ilə əvəz edilsin;

1.3. Qeydin 1-ci bəndində “prekursorları” sözü “onların prekursorlarını” sözləri ilə, “prekursorların” sözü “onların prekursorlarının” sözləri ilə əvəz edilsin;

2. 235-ci maddənin adında “prekursorları” sözü “onların prekursorlarını” sözləri ilə əvəz edilsin;

3. 237-ci maddənin adında və 237.1-ci maddədə “narkotik xassəli” sözləri “tərkibində narkotik maddələr olan” sözləri ilə əvəz edilsin.

XV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1020, 1024; Azərbaycan Respublikasının 2006-cı il 26 dekabr tarixli 219-IIIQD nömrəli və 29 dekabr tarixli 220-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 68-1-ci maddədə:

1.1. maddənin adından “və onların analoqlarının” və “və onların analoqlarının, prekursorların” sözləri çıxarılsın;

1.2. maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə -”;

1.3. Qeyddən “, onların analoqlarını və ya prekursorları” sözləri çıxarılsın.

2. 68-2-ci və 68-3-cü maddələrin adından və dispozisiyasından “və onların analoqlarının” sözləri çıxarılsın.

3. 123-1-ci maddədə:

3.1. maddənin adında “narkotik xassəli” sözləri “tərkibində narkotik maddələr olan” sözləri ilə əvəz edilsin;

3.2. maddənin dispozisiyasında “narkotik xassəli” sözləri “tərkibində narkotik maddələr olan” sözləri ilə, “becərilməsi və ya yetişdirilməsinə” sözləri “yetişdirilməsi və ya toplanılmasına” sözləri ilə əvəz edilsin.

4. 301.0.7-ci maddədən “və onların analoqları” sözləri çıxarılsın.

XVI. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032) 238.4-cü maddəsinin birinci cümləsinə “iştirakı ilə” sözlərindən sonra “və ya qanunla müəyyən edilmiş hallarda həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən” sözləri əlavə edilsin.

 XVII. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 577; 2002-ci il, № 5, maddə 240; 2003-cü il, № 12, I kitab, maddə 697) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 1.0.4-cü maddəyə “və ya şüur pozuntusu” sözlərindən sonra “, o cümlədən psixi və davranış pozuntuları ilə” sözləri əlavə edilsin.

 2. 1.0.7-ci maddəyə “fiziki asılılıqla” sözlərindən sonra “, o cümlədən psixi və davranış pozuntuları ilə” sözləri əlavə edilsin.

 3. 10.5-ci, 11.6-cı, 12.2-ci, 14.3-cü, 19.2-ci və 20.4-cü maddələrində “və prekursorların” sözləri “və onların prekursorlarının” sözləri ilə əvəz edilsin.

 4. Qanuna aşağıdakı məzmunda 6.2-1-ci, 7.5-ci, 11.5-1-ci, 15.3-cü və 21.2-1-ci maddələr əlavə edilsin:

“6.2-1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirlərinin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır.”;

 “7.5. Əvəzedici müalicə proqramlarına qəbul olunmuş hər bir xəstə barəsində 3 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir.”;

“11.5-1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji-tibb müəssisələrində icazə verilir.”;

“15.3. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak, yalnız narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf edilir.”;

“21.2-1. Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər.”.

 XVIII. "Dövlət qulluqçularının icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 247; 2003-cü il, № 12, I kitab, maddə 671; 2005-ci il, № 8, maddə 692) 10.0.1-ci maddəsində “narkotik və” sözləri “narkotik vasitələrdən, psixotrop maddələrdən və ya” sözləri ilə əvəz edilsin. [2]

XIX. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 388; 2006-cı il, № 2, maddə 75) 5-ci maddəsinin birinci hissəsinin 22-ci bəndindən “və onların analoqlarını” sözləri çıxarılsın.

 XX. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 583; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 469; 2006-cı il № 11, maddə 932) 35.10-cu maddəsinə “narkotik vasitələrin,” sözlərindən sonra “psixotrop maddələrin,” sözləri əlavə edilsin. [3]

XXI. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 506) 6.2-ci maddəsində “narkotik və” sözləri “narkotik vasitələrdən, psixotrop maddələrdən və ya” sözləri ilə əvəz edilsin.

 

XXII. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 513; 2006-cı il, № 2, maddə 64) aşağıdakı dəyişikliklər edilsin:

 1. 8.0.15-ci maddədə “analoqları” sözü “prekursorları” sözü ilə əvəz edilsin;

 2. 13.2.4-cü maddədə “, prekursorlar və onların analoqları” sözləri “və onların prekursorları” sözləri ilə əvəz edilsin.

 XXIII. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) XII hissəsi qüvvədən düşmüş hesab edilsin.

 XXIV. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240; 2004-cü il, № 10, maddə 780) II hissəsi qüvvədən düşmüş hesab edilsin.

 XXV. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi normativ hüquqi aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328; 2004-cü il, № 1, maddə 10) XVI hissəsi qüvvədən düşmüş hesab edilsin.

 XXVI. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57, № 8, maddə 682; 2006-cı il, № 2, maddə 64) XXXVI hissəsi qüvvədən düşmüş hesab edilsin.

 XXVII. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 780) I hissəsi qüvvədən düşmüş hesab edilsin.

 

XXVIII. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) IX hissəsi qüvvədən düşmüş hesab edilsin.

 XXIX. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2007-ci il

            № 313-IIIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         4 aprel 2014-cü il tarixli 933-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 339)

2.         30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 90)

3.         5 may 2022-ci il tarixli 523-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2022-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 579)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 may 2022-ci il tarixli 523-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2022-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 579) ilə X hissə ləğv edilmişdir.

 

[2] 4 aprel 2014-cü il tarixli 933-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 339) ilə XVIII hissə ləğv edilmişdir.

 

[3] 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 90) ilə XX hissə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status