"Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2006-cı il aprelin 3-də Buenos-Ayres şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
№ 273-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək,
etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının iki dövlət arasında gediş-gəlişini və yerdəyişməsini asanlaşdırmaq arzu-sunda olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1.
1. Etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan Azərbaycan Respublikası və Argentina Respublikası vətəndaşları, habelə adları onların pasportlarında qeyd olunan yetkinlik yaşına çatmamış şəxslər Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə 1 (bir) ay ərzində vizasız daxil ola, orada qala, oradan gedə və tranzit qaydada həmin ərazidən keçə bilərlər.
2.
2. Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddətinin uzadılması, qəbul edən dövlətin səlahiyyətli orqanlarının icazəsindən asılı olaraq, göndərən dövlətin qəbul edən dövlətdəki səfirliyinin müraciəti əsasında həyata keçirilir.
Maddə 2
1.
1. Bir Tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan, bir Tərəfin dövlətinin vətəndaşları müvafiq diplomatik missiyada, konsulluq müəssisəsində və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilir.
2.
2. Bu maddənin birinci bəndinin müddəaları həmçinin diplomatik, rəsmi və xidməti pasportlara malik olan şəxslərin yaxın ailə üzvlərinə münasibətdə də tətbiq edilir.
Maddə 3
Etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan, hər iki Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə istənilən beynəlxalq sərhəd-buraxılış məntəqələrindən daxil ola və oradan gedə bilərlər.
Maddə 4
1. Bir Tərəfin dövlətinin vətəndaşıma məxsus diplomatik, rəsmi və ya xidməti pasport digər Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıq-da, pasport sahibi bu barədə digər Tərəfin Xarici İşlər Nazirliyini məlumatlandırmalıdır.
2. İtirilmiş və ya korlanmış diplomatik, rəsmi və ya xidməti pasport əvəzinə pasport sahibinin vətəndaşlığı mənsub olan dövlətin diplomatik nümayəndəliyi və ya konsulluq müəssisəsi tərəfindən həmin şəxsə yeni keçid sənədi verilir. Keçid sənədi əsasında çıxışa qəbul edən dövlətin Xarici İşlər Nazirliyinin müvafiq icazəsindən sonra yol verilir.
Maddə 5
Etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanunlara, qaydalara və normativ aktlara əməl etməlidirlər.
Maddə 6
Tərəflər milli təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması üçün və ya vətəndaşların sağlamlığına təhlükə olduqda, bu Sazişin tətbiqini müvəqqəti, tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar. Tərəflər bu Sazişin tətbiqinin dayandırılması və onun yenidən qüvvəyə minməsi haqqında qərar barədə dərhal, 48 saatdan gec olmayaraq, diploma-tik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.
Maddə 7
Hər bir Tərəf digər Tərəfin "persona non grata" və ya arzuolunmaz sayılan şəxslərinə öz dövlətinin ərazisinə giriş vizasını verməkdən imtina etmək və ya həmin şəxslərin burada qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.
Maddə 8
1.
1. Tərəflərin xarici işlər nazirlikləri bu Sazişin qüvvəyə minməsindən sonra 30 gün müddətində diplomatik kanallar vasitəsilə Sazişin şamil edildiyi pasportların nümunələrini mübadilə edirlər.
2.
2. Tərəflər dövriyyəyə yeni diplomatik, rəsmi və ya xidməti pasportlar
buraxdıqları halda, onların qüvvəyə minməsindən ən azı 30 gün əvvəl diplomatik kanallar vasitəsilə bu pasportların nümunələrini mübadilə edirlər.
Maddə 9
Bu Sazişin müddəalarının yerinə yetirilməsi və tətbiq edilməsində yarana bilən hər hansı anlaşılmazlıq və mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 10
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.
Maddə 11
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birlərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
Tərəflərdən biri bu Sazişin qüvvəsini ləğv etmək niyyətində olduqda, istənilən vaxt bu barədə digər Tərəfə diplomatik kanallarla yazılı şəkildə bildirir. Saziş belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvədən düşür.
Bu Saziş Buenos-Ayres şəhərində 3 aprel 2006-cı ildə, iki əsl nüsxədə Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır və bütün mətnlər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandıqda ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Argentina Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)