200.000.000
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilsin.
3. Bu Sərəncamla təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilsin.
4. "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 445, № 7, maddə 620) 2-ci bəndində "Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri" sözlərindən sonra "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri və "Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri" sözləri əlavə edilsin.
[1]
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2007-ci il
№ 2090
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAM I
1. GİRİŞ
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atılmışdır. Beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlıq inkişaf etməyə başlamış, qabaqcıl dünya ölkələri ilə ayrı-ayrı sahələrdə inteqrasiya prosesləri geniş vüsət almışdır. Ölkənin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir.
Qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaratmışdır. Biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlər informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırmışdır. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində ölkənin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığı problem informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsini vacib etmişdir.
Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə, 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir.
Təəssüf ki, fundamental elmlərin kadr təminatı problemləri ilə yanaşı, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin zəngin irsinə dair araşdırmaların azərbaycançılıq məfkurəsi çərçivəsində aparılması üçün mövcud kadr potensialı kifayət qədər deyildir. Dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və əlyazma fondlarında saxlanılan milli-mədəni sərvətlərimizin üzə çıxarılaraq tədqiq olunması aktuallıq kəsb etsə də, müvafiq hazırlığa malik kadrların çatışmazlığı hiss olunur. Bu gün Azərbaycanın ali təhsil müəssisələrinin imkanlarının məhdudluğu elm və təhsilimizin əsaslı problemlərinin həlli işinin tam həcmdə həyata keçirilməsini çətinləşdirir.
Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında ölkə daxilində və xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin və mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur.
Bütün bunlar Azərbaycanda dövlət qurumlarının işinin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir.
Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin Sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra - "Dövlət Proqramı") istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur.
2. XARİCDƏ TƏHSİLALMANIN CARİ VƏZİYYƏTİNİN TƏHLİLİ
XX əsrin 70-80-ci illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdir.
Hazırda dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrindəki 1000-ə yaxın azərbaycanlı tələbədən təqribən 700 nəfəri Türkiyə Respublikasında, 180 şəxs Rusiya Federasiyasında, 50-yə yaxın şəxs Misir Ərəb Respublikasında, 20-yə yaxın şəxs Çin Xalq Respublikasında, qalanları isə hər ölkədə bir neçə nəfər olmaqla Çexiya, Slovakiya, Rumıniya və Malayziyada təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər diplomdansonrakı proqramlar üzrə təhsil alanlardır.
Azərbaycan gəncləri həmçinin respublikada fəaliyyət göstərən müxtəlif təhsil mübadilə proqramları çərçivəsində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə də təhsil alırlar. Xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının əsas hissəsini isə öz vəsaitləri hesabına təhsil alanlar təşkil edir. Hazırda hansı yolla təhsil almasından asılı olmayaraq müxtəlif proqramlar üzrə xaricdə təhsillərini bitirib Azərbaycana qayıtmış yüzlərlə məzun müxtəlif sahələrdə çalışaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verməkdədirlər.
Göründüyü kimi, tələbələrin böyük əksəriyyəti əsasən Türkiyə Respublikasında və Rusiya Federasiyasında təhsil alır. Qərb ölkələrində təhsil alanların xüsusi çəkisi isə bir neçə faiz təşkil edir. Xaricdəki ən yaxşı təhsil ocaqlarında təhsil ala bilməyən əksəriyyətin yiyələndiyi ixtisas da bir sıra hallarda müasir qlobal və ölkədaxili inkişaf prosesləri ilə uyğunlaşmır. Həmçinin ikitərəfli tələbə mübadiləsi üzrə təklif olunan universitet səviyyəsi və ixtisaslar Azərbaycanın tələblərinə tam şəkildə cavab vermir. Təhsillərini başa vurmuş tələbələrin ölkəyə gələrək öz ixtisasları üzrə iş tapa bilməmələri, başqa dövlətlərdə qalaraq işləmələri və ya yiyələndikləri ixtisaslar üzrə deyil, tamamilə başqa ixtisaslar üzrə çalışmaları kimi hallar da mövcuddur.
Ölkəmizin gələcək inkişaf strategiyası baxımından təhsil sisteminin müasir tələblərə cavab verən kadr bazasının gücləndirilməsi, modern idarəetmə və istehsal texnologiyaları əsasında fəaliyyət göstərən sahələrin kadr ehtiyacının ödənilməsi, qeyri-neft sektorunun inkişafının gələcəkdə sürətləndirilməsinin təmin olunması Azərbaycan vətəndaşlarının dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil almaları prosesinin daha sistemli və səmərəli aparılmasının təmin edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsi zərurətini meydana çıxartmışdır.
3. DÖVLƏT PROQRAMININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.
Həmin məqsədlərin reallaşdırılması üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
3.1. Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazasının yaradılması
Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra Azərbaycan Respublikasında işlə təmin olunması prosesinin tənzimlənməsi və bu sahədə vahid sistemin yaradılması məqsədilə normativ hüquqi baza təkmilləşdirilir.
Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri – sosial tərəfdaşlıq prinsipi üzərində qurulur. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almalarının maliyyələşdirilməsi mexanizmləri və təhsil alacaq gənclərin seçim meyarları şəffaflıq prinsipi əsasında müəyyənləşdirilir. Bu məqsədlə xaricdə təhsilalma prosesi ilə bağlı ildə bir dəfə müvafiq dövlət orqanları və ölkə ictimaiyyəti qarşısında geniş hesabat verilir.
3.2. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsili prosesinin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması
Gənclərin xaricdə təhsil almaları ilə bağlı təhsil haqlarının və tələbələrin sosial, mədəni-məişət xərclərinin ödənilməsi üzrə qayda və normativlər hazırlanaraq təsdiq edilir, tələb olunan maliyyə vəsaiti və maliyyə mənbələri müəyyənləşdirilir, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi və monitorinqi aparılır.
Maliyyələşdirmə prosesində tələbələrin bütün xərcləri – viza məsələləri və qəbul edən ölkədə onların qeydiyyata alınması, təhsil haqqı, yaşayış, yemək, tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, gediş-gəliş biletlərinin alınması təmin olunur.
3.3. İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi
Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, informasiya və kommunikasiya texnologiyalarına əsaslanan "bilik iqtisadiyyatı"nın formalaşması, sənaye, aqrar və nəqliyyat sektorları, turizm və mədəniyyət, ticarət və xidmət sahələrinin inkişafı, ətraf mühit və ekologiya siyasətinin təkmilləşdirilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi, sosial-mədəni (səhiyyə, elm, təhsil və s.) sahələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır.
Ümumi prioritetlər nəzərə alınmaqla ixtisaslar üzrə tələbatın öyrənilməsi üçün tövsiyələr hazırlanır, sahələr və təhsil pillələri üzrə ölkənin ehtiyacları müəyyənləşdirilərək hər tədris ili üçün xaricdə təhsil alacaq gənclərin hazırlanması planı tərtib edilir və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilərək ictimaiyyətə çatdırılır.
3.4. Ölkənin ehtiyaclarına uyğun olaraq, xarici ölkələrin ali məktəblərinin müəyyənləşdirilməsi
Məhdud resurslardan səmərəli istifadə prinsipinə əsasən, tələbə göndəriləcək xarici təhsil qurumları arasında seçim edilməsi zamanı həmin təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsil, sosial təminat və digər xərcləri nəzərə alınmaqla ən optimal variantlara üstünlük verilir.
Ölkənin tələbatına uyğun olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və müvafiq ixtisas üzrə regionda ali təhsil ocaqlarının reytinq cədvəlində aparıcı yerləri tutan universitetlərlə əlaqə yaradılır, onlarla əməkdaşlıq edilir və müqavilələr bağlanılır. Tələbata uyğun olaraq, xarici ölkə ali təhsil müəssisələri üzrə məlumatlar hər il yeniləşdirilir və ictimaiyyətə çatdırılır. Dövlət Proqramının təsir dairəsinin genişləndirilməsi məqsədilə məsafədən təhsil alma imkanlarından istifadə, qabaqcıl xarici və Azərbaycan təhsil ocaqları ilə müvafiq elmi-metodoloji təcrübə mübadiləsi (tvinninq) proqramları təşkil oluna bilər.
3.5. Seçim meyarlarının müəyyənləşdirilməsi
Xaricdə təhsil alacaq gənclərin seçim meyarları müvafiq təhsil proqramları üzrə Dövlət Proqramında müəyyən edilən prinsiplər əsasında müəyyənləşdirilir və müvafiq qaydalar hazırlanır.
Xarici ölkələrin ali məktəblərində təhsil alacaq gənclərin seçimində başlıca meyar onların istedadı, bilik və bacarığıdır. Xüsusi istedadlı, lakin xarici dil problemi olan gənclər üçün müvafiq xarici dil təlimləri təşkil edilə bilər.
Yalnız müəyyən olunmuş prioritet sahələr (ixtisaslar) üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilmiş siyahıdakı nüfuzlu xarici təhsil ocaqları tərəfindən qəbul olunanlar Dövlət Proqramı çərçivəsində maliyyələşdirilə bilər.
[2]
Hər tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün seçilmiş gənclərin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilir.
3.6. Xaricdə təhsil alan gənclərin təhsilalma keyfiyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması və müvafiq məlumat bazasının yaradılması
Tələbələrin müvəffəqiyyət dərəcəsinin yoxlanılması məqsədilə monitorinq və qiymətləndirmə mexanizmi hazırlanır və tətbiq olunur, tələbə və məzunlar haqqında məlumat bazası yaradılır.
Təhsil nəticələri qənaətbəxş olmayan tələbələrin Dövlət Proqramında iştirakı dayandırılır və onlara gələcəkdə həmin proqramda təkrar iştirak etmək hüququ verilmir.
3.7. Məzunların potensialından səmərəli istifadə edilməsi mexanizminin yaradılması
Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə "məcburi xidmət" prinsipi əsasında təhsillərini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıdıb ən azı beş il işləmələrini nəzərdə tutan müqavilə imzalanır. Öhdəlik müqaviləsində təhsil alan şəxslərin təhsillərini başa vurduqdan sonra altı ay müddətində ölkəyə qayıtmadıqları təqdirdə təhsilə görə ödənilmiş xərclərinin tam şəkildə geri ödənilməsi məsuliyyəti nəzərdə tutulur.
Məzunların işlə təmin edilməsi məqsədilə işəgötürənlərlə səmərəli əlaqələr yaradılır və bu sahədə aparıcı ölkələrin təcrübəsi öyrənilərək təkmil sistem qurulur.
4. DÖVLƏT PROQRAMININ ƏSAS HƏDƏFLƏRİ
Xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi Dövlət Proqramının əsas hədəfləridir.
5. DÖVLƏT PROQRAMININ MALİYYƏLƏŞDİRMƏ MƏNBƏLƏRİ
Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalardan, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımlarından, kreditlərindən və qrantlarından, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələrindən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər.
6. DÖVLƏT PROQRAMININ İCRASININ MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Dövlət Proqramının icrası müddətində bütün istiqamətlər üzrə həyata keçirilən tədbirlərin yerinə yetirilmə vəziyyətinin və əldə olunan nəticələrin müvafiq göstəricilər sistemi üzrə monitorinqinin müntəzəm aparılması nəzərdə tutulur ki, bu da hər bir istiqamət üzrə işlərin gedişini izləməyə, lazım gəldikdə zəruri dəqiqləşdirmələr aparmağa və əlavə tədbirlər görməyə imkan verəcəkdir. Dövlət Proqramının icrası ilə bağlı illik hesabatlar ictimaiyyətə çatdırılır.
7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Dövlət Proqramının icrası aşağıdakı nəticələrin əldə olunmasına imkan yaradacaqdır:
gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazasının yaradılması nəticəsində prioritet istiqamətlər üzrə xaricə tələbə göndərilməsi işi təkmilləşəcəkdir;
xaricdə təhsil almağa göndərilən istedadlı gənclərin seçilməsi mexanizmi təkmilləşəcəkdir;
Azərbaycan Respublikasında iqtisadi inkişafın və əmək bazarının tələblərinə uyğun ixtisaslar müəyyən ediləcəkdir;
ortamüddətli perspektivdə ölkənin əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrlarla təmin olunması probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə olunacaqdır;
ölkənin elmi və elmi-pedaqoji potensialı güclənəcək, intellektual mülkiyyətinin ixrac potensialı artacaqdır;
Azərbaycan Respublikasında beynəlxalq standartlar səviyyəsində mütəxəssislərin hazırlanması üçün pedaqoji kadrlar yetişəcəkdir;
ölkədən kənarda təhsil alan mütəxəssislərin məlumat-informasiya bazası yaradılacaqdır;
Azərbaycan Respublikasında insan kapitalı inkişaf etdiriləcək ki, bu da öz növbəsində əmək məhsuldarlığının artması vasitəsilə ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinə və davamlı inkişafının təmin olunmasına səbəb olacaqdır.
8. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
Sıra
№-si
|
Tədbirin adı
|
Tədbirin məqsədi
|
İcra müddəti
|
İcraçılar
|
Monitorinq göstəriciləri
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
|
8.1 Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları prosesinin normativ hüquqi bazasının yaradılması
|
||||||
8.1.1.
|
Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları prosesini tənzimləyən qaydaların hazırlanması və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almaları üçün hüquqi əsasların təkmilləşdirilməsi
|
2007-ci il
|
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Fondu, Hərbi Komissarlığı, Ədliyyə Nazirliyi
|
Bu sahədə təkmilləşdirilmiş qanunvericilik bazasının yaradılması
|
|
8.1.2.
|
Dövlət Proqramının icrasına dair illik hesabatların hazırlanması
|
Dövlət Proqramının həyata keçirilməsində şəffaflığın təmin edilməsi
|
mütəmadi (ildə bir dəfə)
|
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
|
Dövlət Proqramının icrasına dair illik hesabatların Təhsil üzrə Komissiya tərəfindən təsdiqi və dərci
|
|
8.2. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsili prosesinin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması
|
||||||
8.2.1.
|
Dövlət Proqramının maliyyələşdirilməsi tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi
|
Dövlət Proqramının maliyyə resursları ilə təmin edilməsi
|
mütəmadi
|
Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat |
Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirilməsi
|
|
8.2.2.
|
Ödənişin formaları, mənbələri və s. nəzərə alınmaqla təhsil haqlarının ödənilməsi qaydalarının hazırlanması və təsdiqi
|
Təhsil haqlarının ödənilməsi qaydasının konkret şəkildə göstərilməsi
|
2007-ci il
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
Təhsil haqqının ödənilməsi qaydalarının təsdiq edilməsi
|
|
8.2.3.
|
Gənclərin təhsil aldıqları müddət ərzində sosial, mədəni-məişət məsələləri və s. üzrə müvafiq xərclərin hesablanması normativlərinin hazırlanması
|
Gənclərin təhsil aldıqları müddət ərzində sosial, mədəni- məişət və s. problemlərinin həlli
|
2007-ci il
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Tələbələrin sosial məsələlərinin sistemli şəkildə idarə olunmasını təmin edən normativlərin qəbul olunması
|
|
8.2.4.
|
Xarici ölkələrin nüfuzlu ali məktəblərində gənclərin təhsil almaları prosesinin maliyyələşdirilməsi üçün mümkün olan bütün maliyyə mənbələrinin müəyyənləşdirilməsi
|
Daha çox gəncin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasına nail olunması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, İqtisadiyyat |
Gənclərin xaricdə təhsili üçün istifadə edilmiş maliyyə mənbələrinin sayı
|
|
8.2.5.
|
Ayrılan maliyyə vəsaitlərinin istifadəsinin qiymətləndirilməsi və monitorinqi
|
Ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat |
Qiymətləndirmə və monitorinqin nəticələrinə dair hesabat
|
|
8.3. İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi
|
|
|||||
8.3.1.
|
Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı ümumi prioritetlər, respublikada aparılan islahat və struktur dəyişiklikləri və ölkənin ehtiyacları nəzərə alınmaqla ixtisaslar üzrə tələbatın öyrənilməsi üçün tövsiyələrin hazırlanması
|
Gənclərin xarici ölkələrdə təhsil almaları üçün ümumi prioritetlərin müəyyənləşdirilməsində vahid yanaşmanın təmin edilməsi
|
mütəmadi
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat |
Müəyyənləşdirilən prioritetlər və hazırlanan tövsiyələrlə əlaqədar normativ hüquqi sənədlərin qəbul edilməsi
|
|
8.3.2.
|
Dünyada gedən inkişaf perspektivləri, elmi-texniki potensialın inkişafı və ölkənin inkişaf strategiyası və prioritetləri nəzərə alınmaqla sahələrə görə ehtiyacların pillələr üzrə (ixtisasartırma, bakalavr, magistr, ordinatura, rezidentura, doktor) müəyyənləşdirilməsi
|
Xaricdə təhsil almaq üçün lazım olan ixtisaslara tələbatın təhsil proqramları üzrə müəyyənləşdirilməsi
|
mütəmadi (ildə bir dəfə)
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat |
Pillələr üzrə ehtiyacları özündə əks etdirən müvafiq sənədin qəbulu
|
|
8.3.3.
|
Maliyyə imkanları və ölkələrarası tələbə mübadiləsi əsasında təhsil alanlar nəzərə alınmaqla respublika üzrə növbəti tədris ili üçün xaricdə təhsil alacaq gənclərin hazırlanması planının tərtib edilməsi
|
Maliyyə imkanları nəzərə alınmaqla xaricə təhsil almağa göndəriləcək gənclərin dəqiq siyahısının müəyyənləşdirilməsi
|
mütəmadi (ildə bir dəfə)
|
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, Təhsil Nazirliyi, İqtisadiyyat |
Xaricdə təhsil üzrə illik planın Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqi
|
|
8.4. Ölkənin ehtiyaclarına uyğun olaraq xarici ölkələrin müvafiq ali məktəblərinin müəyyənləşdirilməsi
|
||||||
8.4.1.
|
Xaricdəki ali təhsil müəssisələrinin dünya və region üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsil, sosial təminat və s. xərcləri nəzərə alınmaqla optimal variantlar əsasında müvafiq ali məktəblərin müəyyənləşdirilməsi
|
Mövcud resursların məhdudluğu nəzərə alınmaqla ölkəmizin prioritet istiqamətləri üzrə səmərəli istifadənin təmin edilməsi
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat |
Xaricdəki ali təhsil müəssisələrinin siyahısının Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqi və hər il yeniləşdirilməsi
[8]
|
|
8.4.2.
|
Seçilmiş təhsil müəssisələrində ixtisasların siyahısının tərtib edilməsi, tədris prosesi, təhsil haqqı və digər məsələlər üzrə məlumatların toplanması və mütəmadi yeniləşdirilməsi
|
Xarici ali təhsil müəssisələri ilə bağlı məlumat bankının yaradılması nəticəsində seçim imkanlarının asanlaşdırılması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi
|
Xarici ali təhsil qurumları ilə bağlı məlumat bankının yaradılması
|
|
8.4.3.
|
Müəyyənləşdirilmiş xarici tərəfdaş qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq haqqında müqavilələrin imzalanması
|
Nazirliyi a) Göndərən və qəbul edən (xarici təhsil müəssisəsi) tərəflərinin qarşılıqlı öhdəliklərin müəyyənləşməsi b) iki tərəf arasında lazımi etimadın yaradılması və nəticə etibarilə seçim prosesində ehtimal olunan mənfi halların qarşısının alınması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat |
Xarici ali təhsil təşkilatları və müəssisələri ilə müqavilələrin imzalanması
|
|
8.5. Seçim meyarlarının müəyyənləşdirilməsi
|
||||||
8.5.1.
|
Xarici ölkələrin ali məktəblərinə qəbul prosesi ilə bağlı təhsil proqramları üzrə Dövlət Proqramının müddəalarına uyğun olaraq qaydaların hazırlanması
|
Vahid qəbul qaydalarının formalaşdırılması
|
2007-ci il
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, İqtisadi İnkişaf Nazirliyi
|
Hazırlanan qaydalar üzrə normativ hüquqi sənədlərin qəbul edilməsi
|
|
8.6. Xaricdə təhsil alan gənclərin təhsilalma keyfiyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması və müvafiq məlumat bazasının yaradılması
|
||||||
8.6.1.
|
Xarici ölkələrdə təhsil alan tələbələr haqqında məlumat bazasının yaradılması
|
Dövlət Proqramı çərçivəsində tələbata uyğun təhsil planları hazırlanarkən məlumatların nəzərə alınması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi
|
Yaradılmış baza
|
|
8.6.2.
|
Tədris dövründə tələbələrin müvəffəqiyyət dərəcəsinin izlənməsi məqsədilə mütəmadi olaraq monitorinqin keçirilməsi
|
Tədris dövründə tələbələrlə iş və onlara nəzarətin sistemli şəkildə aparılmasının təmin olunması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi
|
Monitorinqlərin keçirilməsinə dair hesabatlar
|
|
8.6.3.
|
Tədris dövründə gənclər arasında vətəndaşlıq və azərbaycançılıq ideyasının təbliğ edilməsi
|
Azərbaycan Respublikasını beynəlxalq arenada layiqli təmsil etməklə Vətənə sədaqətli kadrların hazırlanması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi
[9]
|
Xarici ölkələrdə tələbələrin iştirakı ilə təşkil edilən mədəni -ictimai-siyasi tədbirlərin sayı
|
|
8.7. Məzunların potensialından daha səmərəli istifadə edilməsi mexanizminin yaradılması
|
||||||
8.7.1.
|
Məzunlar üçün "məcburi xidmət" prinsipi (dövlət və ya ictimai tələbatlar baxımından "məcburi xidmət"ə ehtiyac duyulan sahələr, "məcburi xidmət" müddəti, "məcburi xidmət" şərtləri və s. məsələlər) üzrə qaydaların və normativlərin hazırlanması
|
Hazırlanan mütəxəssislərin potensialından ölkənin sosial iqtisadi inkişafında səmərəli istifadə olunması
|
mütəmadi
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat |
Ölkəyə qayıdan məzunların xüsusi çəkisi
|
|
8.7.2.
|
Məzunların işlə təmin edilməsi məqsədilə dövlətlə işəgötürənlər arasında əməkdaşlığın qurulması
|
İşəgötürənlərlə xaricdə təhsil alan gənclər arasında əlaqələrin qurulması, mütəxəssislərin işlə təmin edilməsi üçün hər iki tərəfin məsuliyyətinin müəyyən edilməsi
|
mütəmadi
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat
|
İşlə təmin olunan məzunların sayı
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 424)
2.
7 fevral 2012-ci il tarixli 1988 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 9 fevral 2012-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 96)
3.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
4.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
5.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
6.
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
9 mart 2016-cı il tarixli 1869 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 512) ilə 4-cü bənd ləğv edilmişdir.
[2]
7 fevral 2012-ci il tarixli 1988 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 9 fevral 2012-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 96) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda 3.5-ci bəndin üçüncü yarımbəndində “təsdiq edilmiş” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən” sözləri əlavə edilmişdir.
[3]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 8-ci hissəsinin 8.2.1-ci, 8.2.4-cü, 8.2.5-ci, 8.3.1-ci-8.3.3-cü, 8.4.1-ci, 8.4.3-cü, 8.7.1-ci və 8.7.2-ci yarımbəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 8.2.1-ci, 8.2.4-cü, 8.2.5-ci, 8.3.1-8.3.3-cü, 8.4.1-ci, 8.4.3-cü, 8.7.1-ci və 8.7.2-ci yarımbəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.
[4]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 8.3.1-ci yarımbəndinin “İcraçılar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[5]
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərin “İcraçılar” sütununda “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir və həmin yarımbəndlərdən “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ” sözləri çıxarılmışdır.
[6]
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 8.3.3-cü və 8.7.2-ci yarımbəndlərin “İcraçılar” sütununda “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.
[7]
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 8.4.1-ci yarımbəndin “İcraçılar” sütununda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.
[8]
7 fevral 2012-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 9 fevral 2012-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 96) ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 8.4.1-ci yarımbəndinin “Monitorinq göstəriciləri” sütununda “tərtibi” sözü “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqi” sözləri ilə əvəz edilmişdir.
[9]
24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 424) ilə «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.6.2-ci və 8.6.3-cü bəndlərinin «İcraçılar» sütununda «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilmişdir.