430.000.000
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
№ 267-IIIQ
Azərbaycan Respublikasının
2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında
ƏSASNAMƏ
1. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Bu Əsasnamə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin (bundan sonra "Şəhadətnamə" adlandırılacaq) verilməsi qaydasını müəyyən edir.
2. Bu Əsasnamədə "pasport" dedikdə, Azərbaycan Respublikasının ümumvətəndaş, xidməti, diplomatik pasportu, dənizçi pasportu, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nəzərdə tutulur.
[1]
3. Şəhadətnamə - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.
4. Şəhadətnamə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Şəhadətnamə ciddi hesabat sənədi kimi tətbiq edilir. Şəhadətnamə blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İki cür olan Şəhadətnamə blankları bu Əsasnaməyə əlavə olunmuş nümunələr (Əlavələr № 1, № 2) və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən spesifikasiya əsasında hazırlanır.
5. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin Şəhadətnamə ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.
6. Şəhadətnamənin alınması üçün bu Əsasnaməyə əlavə olunmuş forma üzrə doldurulmuş ərizə-anket (Əlavələr №3, № 4) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.
7. Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:
7.1. pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;
7.2. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
7.3. üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
7.4. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
7.5. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
7.6. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd ;
7.7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.
7-1. Şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
[2]
8. Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.
9. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən bu Əsasnamənin 7-ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra (bu Qanunun 7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Şəhadətnamə ərizəanket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.
[3]
10. Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.
11. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərtilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.
12. Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara bu Əsasnamənin 9-cu bəndində göstərilən müddətdə Şəhadətnamə verilir.
13. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə verilir.
14. Verilmiş Şəhadətnamələr barədə məlumatlar Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən qaytanlanmış, nömrələnmiş və möhürlə təsdiqlənmiş xüsusi kitabda qeyd edilir.
14-1. Qayıdış şəhadətnamələrinin verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.
Verilmiş şəhadətnamələr, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.
[4]
15. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.
16. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. İmtina haqqında qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.
17. Bu Əsasnamənin tələblərinə zidd olaraq Şəhadətnamənin verilməsindən əsassız imtina edilməsində, Şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsində və ya onun verilməsində süründürməçiliyə yol verilməsində təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
[5]
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə
ƏLAVƏ №1
AZƏRBAYCAN RESPUBLİKASI
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi
Reentry Certificate to the Republic of Azerbaijan
№ Ş0000000
1. Ölkənin kodu /Code of the State
2. Bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikası vətəndaşının:
Holder of this Reentry Certificate is a citizen of the Republic of Azerbaijan:
Soyadı, adı, atasının adı //Surname, name __________________________________________
Doğulduğu tarix//Date of birth " ______________" " ______________" " _______________"
Gün /Day Ay /Month İl /Year
Doğulduğu yer //Place of birth ____________________________________________________
Ölkənin adı //Name of country
Cinsi /Sex ____________________________________________________
3. Bu Şəhadətnaməni təqdim edən şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşaqların:
Children under the age of 18 or who have reached the age of
1. Soyadı, adı, atasının adı//Surname, name ________________________________________
Doğulduğu tarix //Date of birth "__________ " " __________" "_________ "
Gün/Day Ay/Month İl/Year
Doğulduğu yer //Place of birth ______________________________________
Ölkənin adı//Name of country
Cinsi /Sex ______________________________________
2. Soyadı, adı, atasının adı //Surname, name ______________________________________
Doğulduğu tarix //Date of birth " __________" " __________" " __________"
Gün /Day Ay /Month İl /Year
Cinsi /Sex ____________________________________
3. Soyadı, adı, atasının adı //Surname, nam ________________________________________
Doğulduğu tarix //Date of birth "__________ " "__________ " "__________ "
Gün /Day Ay /Month İl /Year
Cinsi /Sex _______________________________________________
4. Verilmə tarixi//Date of issue "_______________" "________________ " "_______________"
Gün /Day Ay /Month İl /Year
5. Etibarlıdır //Date of expiry "_______________" "___________________" "______________"
Gün /Day Ay /Month İl /Year
6. Şəhadətnaməni verən diplomatik nümayəndəliyin adı
İssued by Diplomatic Representation _____________________________________________
7. Şəhadətnaməni verən vəzifəli şəxsin imzası
Signature of the issuing official ___________________________________________________
8. Şəhadətnamə sahibinin imzası
Signature of the holder of Reentry Certificate ______________________________________
9. Möhür yeri/Place of seal
Azərbaycan Respublikasının The Ministry of Foreign Affairs of the
Xarici İşlər Nazirliyi xarici dövlətlərin Republic of Azerbaijan requests all
səlahiyyətli orqanlarından concerned authorities of the foreign
bu Şəhadətnaməni təqdim edən şəxsin states to provide necessary assistance
Azərbaycan Respublikasına to the holder of this Reentry Certificate
qayıdışına hər cür kömək göstərməyi for his (her) return
xahiş edir to the Republic of Azerbaijan
|
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası haqqında Əsasnaməyə
ƏLAVƏ № 2
AZƏRBAYCAN RESPUBLİKASI
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi
Reentry Certificate to the Republic of Azerbaijan
№ Ş0000000
1. Ölkənin kodu/Code of the State
2. Bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsın:
Holder of this Reentry Certificate is a statless person permanently residing in the Republic of Azerbaijan:
Soyadı, adı, atasının adı //Surname, name __________________________________________
Doğulduğu tarix //Date of birth " _______________" " ______________ " "______________ "
Gün /Day Ay /Month İl /Year
Doğulduğu yer //Place of birth ___________________________________________________
Ölkənin adı //Name of country
Cinsi /Sex ____________________________________________________
3. Bu Şəhadətnaməni təqdim edən şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşaqlarının:
Children under the age of 18 or who have reached the age of
1. Soyadı, adı, atasının adı //Surname, name ________________________________________
Doğulduğu tarix//Date of birth "______________ " " _______________" " _______________"
Gün/Day Ay/Month İl/Year
Cinsi/Sex _________________________________________________
2. Soyadı, adı, atasının adı //Surname, name ______________________________________
Doğulduğu tarix //Date of birth " __________" " __________" " __________"
Gün /Day Ay /Month İl /Year
Cinsi /Sex ____________________________________
3. Soyadı, adı, atasının adı //Surname, nam ________________________________________
Doğulduğu tarix //Date of birth "__________ " "__________ " "__________ "
Gün /Day Ay /Month İl /Year
Cinsi /Sex _______________________________________________
4. Verilmə tarixi//Date of issue "_______________" "________________ " "_______________"
Gün /Day Ay /Month İl /Year
5. Etibarlıdır //Date of expiry "_______________" "___________________" "______________"
Gün /Day Ay /Month İl /Year
6. Şəhadətnaməni verən diplomatik nümayəndəliyin adı
İssued by Diplomatic Representation _____________________________________________
7. Şəhadətnaməni verən vəzifəli şəxsin imzası
Signature of the issuing official ___________________________________________________
8. Şəhadətnamə sahibinin imzası
Signature of the holder of Reentry Certificate ______________________________________
9. Möhür yeri/Place of seal
Azərbaycan Respublikasının The Ministry of Foreign Affairs of the
Xarici İşlər Nazirliyi xarici dövlətlərin Republic of Azerbaijan requests all
səlahiyyətli orqanlarından concerned authorities of the foreign
bu Şəhadətnaməni təqdim edən şəxsin states to provide necessary assistance
Azərbaycan Respublikasına to the holder of this Reentry Certificate
qayıdışına hər cür kömək göstərməyi for his (her) return
xahiş edir to the Republic of Azerbaijan
|
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası haqqında Əsasnaməyə
ƏLAVƏ № 3
Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında
ƏRİZƏ-ANKET
I. Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsini xahiş edirəm
10.3. Xüsusi qeydlər:
|
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası haqqında Əsasnaməyə
ƏLAVƏ № 4
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında
ƏRİZƏ-ANKET
I. Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsini xahiş edirəm
10.3. Xüsusi qeydlər:
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 158)
2.
2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886)
3.
19 aprel 2013-cü il tarixli 627-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 476)
4.
22 oktyabr 2013-cü il tarixli 781-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 noyabr 2013-cü il, № 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1296)
5.
20 dekabr 2022-ci il tarixli 729-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 158) ilə "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"nin 2-ci bənddən "dənizçi pasportu" sözləri çıxarılmışdır.
19 aprel 2013-cü il tarixli 627-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 476) ilə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 2-ci maddəsində “şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” sözləri əlavə edilmişdir.
[2]
20 dekabr 2022-ci il tarixli 729-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə yeni məzmunda 7-1-ci maddə əlavə edilmişdir.
[3]
20 dekabr 2022-ci il tarixli 729-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də 9-cu maddəyə “təqdim edildikdən sonra” sözlərindən sonra “(bu Qanunun 7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.
[4]
2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886) ilə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə 14-1-ci maddə əlavə edilmişdir.
[5]
22 oktyabr 2013-cü il tarixli 781-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 noyabr 2013-cü il, № 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1296) ilə "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"nin 17-ci maddəsində "Şəhadətnamənin itirilməsində və ya qəsdən korlanmasında, habelə bu" sözləri "Bu" sözü ilə əvəz edilmişdir.
[6]
1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 158) ilə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə №3-də "Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında Ərizə-Anket"dən 4.1.4-cü bənd çıxarılmışdır.