260.000.000
"Xəzər dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in və Cənubi Qafqaz boru kəməri
(Bakı-Tbilisi-Ərzurum) layihəsinin həyata keçirilməsində operativ idarəetmənin təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Xəzər dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in və Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) layihəsinin (bundan sonra birlikdə "Şah Dəniz və CQBK layihəsi" adlandırılacaq) həyata keçirilməsində operativ idarəetmənin təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Şah Dəniz və CQBK layihəsinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2007-ci il
№ 540