AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.01.1992
QEYDİYYAT NÖMRƏSİ
6
ADI
Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.01.1992
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ QƏRARI

 

İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin ştatlarını qaydaya salmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: [2]

1. Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları təsdiq edilsin. [3]

2. Göstərilən nümunəvi ştatlar 1992-ci il yanvarın 1-dən tətbiq edilsin.

 

Baş nazir                                                                                                               H. HƏSƏNOV

İşlər müdirinin müavini                                                                                           İ. HACIYEV

 

9 yanvar 1992-ci il, Bakı şəhəri

                       № 6

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli, 6 nömrəli qərarına

Əlavə

 

Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin

Nümunəvi ştatları [4]

 

 

Sinif komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı

4 — 8

9 — 12

13 — 18

19 və daha çox

1

2

3

4

5

1. Direktor

1

1

1

1

2. Tədris işləri üzrə direktor müavini

1

1

1

1

3. Tərbiyə işləri üzrə direktor müavini

1

1

1

4. Təsərrüfat işləri üzrə direktor müavini

1

1

1

1

5. Pioner baş dəstə rəhbəri

1

1

1

1

6. Dərnək işləri üzrə rəhbər

0,5

0,5

0,5

0,5

7. Baş mühasib

1

1

1

1

8. Mühasib-kassir

1

1

1

1

9. Katibə-makinaçı

1

1

1

1

10. Kitabxana müdiri

1

1

1

11. Kitabxanaçı

1

12. Dəyişəklərə baxan

1

1

1

1

13. Paltar təmiri üzrə tikişçi

1

1

1

1

14. Psixoloq

1

1

1

1

15. Həkim

1

1

1

1

16. Tibb bacısı

1

1

1

1

17. Paltaryuyan

2

2

2

2

18. Çəkməçi

0,5

1

1

1

19. Bərbər

 

0,5

1

1

1

1

2

3

4

5

20. Binaların, qurğuların, avadanlıqların təmiri və onlara xidmət üzrə fəhlə

 

1

 

1

 

1

 

1

21. Baş aşbaz

1

1

1

1

22. Aşbaz

1

1

2

2

23. Qabyuyan

1

1

2

2

Cəmi:

20,5

22,5

24,5

24,5

 

Qeydlər:

 

1. İnternat tipli xüsusi ümumtəhsil məktəblərində tərbiyəçi ştatı tərbiyə olunanların hər qrupuna 2 vahid hesabı ilə müəyyən edilir. [5]

Tərbiyə olunan qruplarda sıxlıq əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin əsasnaməsinə uyğun olaraq müəyyən edilir. [6]

Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində rəhbər işçilərin, inzibati-təsərrüfat, tədris-yardımçı, tibbi və xidmətedici heyətin sayı hesabladıqda hər tərbiyə olunan qrupda 20 nəfər hesabı ilə müəyyənləşdirilir.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü uşaqlar internatda qaldıqda əlavə aşağıda göstərilən vəzifələr müəyyən edilir: [7]

hər 25 nəfər uşağa 0,34 vahid tərbiyəçi;

uşaqların sayı 25-dən çox olduqda 0,5 vahid aşbaz.

3. İflic və poliomielit keçirmiş uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində hər 25 uşağa 1 vahid müəllim-loqoped vəzifəsi müəyyən edilir.

4. İnternat tipli xüsusi ümumtəhsil məktəblərində laborant vəzifəsi avadanlıqla təchiz olunmuş fizika və kimya kabinetləri olduqda daxil edilir.

5. Məktəbəqədər yaşlı uşaqlar üçün qrupları olan internat tipli xüsusi ümumtəhsil məktəblərində hər belə qrupa 3,28 vahid tərbiyəçi verilir.

6. Kar, zəif eşidən və sonradan karlaşmış, kor və zəif görən əqli cəhətdən pozuntusu olan uşaqlar üçün hər qrupa 1 vahid müəllim-defektoloq və 1,8 vahid dayə vəzifəsi ayrılır.

7. Kor və zəif görən, iflic və poliomielit keçirmiş uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin məktəbəqədər qruplarında nitqi qüsurlu uşaqlar olduqda hər 15 uşağa 1 vahid müəllim-loqoped vəzifəsi müəyyən edilir. [8]

8. İflic və poliomielit keçirmiş uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində şagirdlərin sayı 100-ə qədər olduqda 0,5 vahid, 100-dən çox olduqda 1 vahid ortopedik aparatlarının təmiri üzrə usta vəzifəsi müəyyən olunur.

9. Kar, zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində səsgücləndirmə aparatı ilə təchiz olunmuş siniflərin sayı 3 — 8 olduqda 0,5 vahid, 9 və daha çox olduqda isə tam vahid səsgücləndirici aparatın təmiri üzrə usta vəzifəsi müəyyən olunur. Səsgücləndirici aparat olan qrup da sinif sayılır. [9]

10. Kar uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində eşitmə kabinetinin müəllim-defektoloq vəzifəsi, zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində isə eşitmə kabinetinin təlimatçısı vəzifəsi müəyyən edilir. [10]

11. İnternat tipli xüsusi ümumtəhsil məktəblərində hər yataq korpusunda 2 vahid kecə dayəsi müəyyənləşdirilir. 150 nəfərdən artıq şagirdi olan internatların yataq korpusunda hər mərtəbəyə 2 vahid gecə dayəsi vəzifəsi müəyyən edilir.

12. Süpürülən hər 400 kv. metr sahəyə 1 vahid xadimə ayrılır. Hazırlıq və I — IV siniflərin hər birinə əlavə 0,25 vahid xadimə vəzifəsi müəyyən edilir.

13. Dalandar vəzifəsi yerli XDS İK-ləri tərəfindən təsdiq olunmuş süpürülən sahə normalarına uyğun olaraq müəyyən edilir. Məktəbin azı 1,5 h. sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar əvəzinə bağban vəzifəsi müəyyən edilə bilər.

14. Avtonəqliyyatı olan internat tipli xüsusi ümumtəhsil məktəblərində 1 vahid sürücü vəzifəsi müəyyən edilir. Kor və zəif görən, iflic və poliomielit keçirmiş uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində isə bir avtonəqliyyata 1 vahid sürücü ştatı müəyyən edilir.

15. Ocaqçı və sobayandıran vəzifələri qızdırma mövsümündə aşağıda göstərilən hesabdan müəyyən edilir:

hər beş sobaya 0,5 vahid sobayandıran vəzifəsi;

mərkəzi istilik sistemi olduqda hər növbədə bir ocaqçı, bərk yanacaqla (torfla, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv. metrdən çox olduqda növbədə 2 ocaqçı vəzifəsi;

qazla qızdırıldıqda növbədə 1, təhlükəsizliyin avtomatik tənzimləyicisi olmayan qazanxanada növbədə 2 ocaqçı vəzifəsi.

Əgər internat tipli xüsusi ümumtəhsil məktəbi bütün il ərzində isti su ilə təmin olunursa ocaqçıların ümumi sayından ikisi illik müəyyən edilir. [11]

Mərkəzləşdirilmiş istilik sistemindən qızdırılan internat tipli xüsusi ümumtəhsil məktəblərində istilik məntəqəsi və ya elevator olduqda ocaqçı əvəzinə 1 vahid çilingər vəzifəsi, boyler və nasos olduqda növbədə 1 çilingər vəzifəsi daxil edilir.

16. Bağ və bostan da daxil olmaqla, 5 hektardan çox tədris-təcrübə, yardımçı təsərrüfat sahəsi olan internat tipli xüsusi ümumtəhsil məktəblərində həmin sahənin gəliri hesabına bağban vəzifəsi saxlanılır.

17. İnternat tipli xüsusi ümumtəhsil məktəblərində paltaryuyan vəzifəsi dəyişəklər yuyulmaq üçün camaşırxanaya verilmədikdə ştata salınır. [12]

18. Çəkməçi vəzifəsi emalatxanaya təmir üçün ayaqqabı verilmədikdə, ştata salınır.

19. İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin ştat vahidlərinin sayı həmin nümunəvi ştatlara uyğun olaraq ildə bir dəfə — sentyabr ayında müəyyən edilir. [13]

 

İşlər müdirinin müavini                                                                                                                                                    İ. HACIYEV

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

2.       19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

3.       24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401)

4.       15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401) ilə adında “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli” sözləri “Əqli” sözü ilə və “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilmişdir.

15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə adında “xüsusi internat” sözləri “internat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə preambulada “Xüsusi internat məktəblərin” sözləri “İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401) ilə 1-ci hissədə “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilmişdir.

15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə 1-ci hissədə “xüsusi internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401) ilə “Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın adında “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilmişdir.

15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın adında “xüsusi internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilmiçdir.

 

[5] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 1-ci hissənin birinci abzasında, 4-cü və 11-ci hissələrdə “Xüsusi internat” sözləri “İnternat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

 

[6] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401) ilə “Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər”in 1-ci hissəsinin ikinci və üçüncü abzaslarında “qüsurlar” sözü “pozuntular” sözü ilə, 6-cı hissəsində “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilmişdir.

15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 1-ci hissənin ikinci və üçüncü abzaslarında, 3-cü, 5-ci, 8-ci və 14-cü (hər iki halda) hissələrdə ismin müvafiq hallarında “xüsusi internat məktəbləri” sözləri ismin müvafiq hallarında “internat tipli xüsusi ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilmişdir.

 

[7] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə "Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin Nümunəvi Ştatları"nın Qeydlər hissəsinin 2-ci bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.

 

19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə "Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin Nümunəvi Ştatları"nın "Qeydlər:" hissəsinin 2-ci bəndinin birinci abzasında "İstirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.

 

[8] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 7-ci hissədə “internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilmişdir.

 

[9] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 9-cu hissədə “xüsusi internat məktəblərdə” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri ilə əvəz edilmişdir.

 

[10] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 10-cu (hər iki halda) hissəyə, 15-ci hissənin altıncı abzasına və 16-cı hissəyə “internat” sözündən sonra “tipli xüsusi ümumtəhsil” sözləri əlavə edilmişdir.

 

[11] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 15-ci hissənin beşinci abzasında “internat məktəb” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəbi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 17-ci hissəyə “İnternat” sözündən sonra “tipli xüsusi ümumtəhsil” sözləri əlavə edilmişdir.

 

[13] 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201) ilə “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsinin 19-cu hissədə “Xüsusi internat məktəblərin” sözləri “İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status