220.000.000
«2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında» Qərarın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında» 2004-cü il sentyabrın 16-da Astana şəhərində imzalanmış Qərar təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2006-cı il
№ 190-IIIQ
2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında
QƏRAR
Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları Şurası qərara aldı:
1. 2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı təsdiq olunsun (əlavə olunur).
2. Bu proqramın birgə tədbirlərinin maliyyələşdirilməsi milli büdcələrdə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş maliyyə vəsaiti çərçivəsində razılaşmaya əsasən maraqlı olan MDB-nin iştirakçısı olan dövlətləri tərəfindən həyata keçirilir.
3. Həmin Qərar imzalandığı tarixdən qüvvəyə minir, lakin onun qüvvəyə minməsi üçün qanunvericiliyində dövlətdaxili prosedurlar nəzərdə tutulan dövlətlər üçün isə depozitariyaya müvafiq bildirişin verildiyi tarixdən qüvvəyə minir.
16 sentyabr 2004-cü il tarixdə Astana şəhərində rus dilində bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə, bu Qərarı imzalayan hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə komitəsində saxlanılır.
Azərbaycan Respublikası adından |
Moldova Respublikası adından |
Ermənistan Respublikası adından |
Rusiya Federasiyası adından |
Belarus Respublikası adından |
Tacikistan Respublikası adından |
Gürcüstan adından
qeyd-şərtlə (imza)
|
Özbəkistan Respublikası adından |
Qazaxıstan Respublikası adından |
Ukrayna adından |
Qırğızıstan Respublikası adından |
|
2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq
Proqramına dair Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları
Şurasının Qərarı ilə 16 sentyabr 2004-cü il tarixdə
TƏSDİQ OLUNUB
2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq
PROQRAMI
Proqramın Pasportu
Adı
|
2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı;
|
||
Qərarları qəbul edən orqan, qərarların tarixi və nömrəsi
|
|
||
-işlənib hazırlanma haqqında
|
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 16 aprel 2004-cü il tarixli qərarı;
|
||
-təsdiq olunma haqqında
|
|
||
Əsas işləyib hazırlayanlar
|
Hökumət başçıları Şurasının 16 aprel 2004-cü il tarixli Qərarına əsasən Proqram layihəsinin işlənib hazırlanması üzrə təşkil olunmuş işçi qrupu;
|
||
Əsas icraçılar
|
MDB-nin iştirakçısı olan dövlətlər, onların səlahiyyətli orqanları, MDB-nin nizamnamə və sahələr üzrə orqanları, MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası, MDB-nin İcraiyyə komitəsi;
|
||
Məqsədlər və məsələlər, mühüm məqsəd göstəriciləri
|
Proqramın məqsədi — narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin nizamnamə və sahə üzrə orqanlarının gələcək inkişafı;
|
||
|
Proqramın əsas məsələləri:
|
||
|
-MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının beynəlxalq-hüquqi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi;
-milli qanunvericiliyinin təkmilləşdirilməsi və harmonizasiyası;
-razılaşdırılmış idarələrarası profilaktik əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların keçirilməsi;
-əməkdaşlığın informasiya və elmi cəhətdən təmin olunması;
-kadrların hazırlanması, mütəxəssislərin ixtisaslarının artırılması üzrə əməkdaşlığın həyata keçirilməsi;
|
||
Həyata keçirilmə müddətləri və mərhələləri
|
2005-2007-ci illər
|
||
Əsas tədbirlərin siyahısı, onların icraçıları, həyata keçirilmə müddəti
|
Təşkilati-hüquqi məsələlər
|
MDB-nin iştirakçısı olan dövlətlər, MDB-nin, nizamnamə və sahə orqanları, PAA
|
2005-2007-ci illər
|
|
Təşkilati-praktiki tədbirlər
|
MDB-nin iştirakçısı olan dövlətlər, MDB-nin nizamnamə və sahə orqanları;
|
2005-2007
|
|
Məlumat və elmi təminatı
|
MDB-nin iştirakçısı olan dövlətlər, onların səlahiyyətli orqanları, MDB-nin nizamnamə və sahə orqanları;
|
2005-2007
|
|
Kadr təminatı
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
2005-2007
|
|
Maddi-texniki və maliyyə təminatı
|
MDB-nin iştirakçısı olan dövlətlər, MDB-nin nizamnamə və sahə orqanları;
|
2005-2007
|
|
Nəzarət mexanizmi
|
MDB-nin iştirakçısı olan dövlətlər, MDB-nin nizamnamə və sahə orqanları, MDB-nin İcraiyyə komitəsi;
|
2005-2007 hər il
|
Maliyyələşdirmənin həcmi və əsas mənbələri, maliyyə vəsaitlərinin xərclənməsi istiqamətləri
|
Birgə tədbirlər Proqramının maliyyələşdirilməsi MDB-nin maraqlı olan iştirakçı dövlətləri tərəfindən bu məqsədlər üçün hər il milli büdcələrində nəzərdə tutulan maliyyə vəsaitləri çərçivəsində razılıq əsasında həyata keçirilir;
|
||
Həyata keçirilmənin gözlənilən son nəticəsi
|
MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının yaxşılaşdırılması, razılaşdırılmış şəkildə keçirilən idarələrarası profilaktik, əməliyyat axtarış tədbirlərinin və narkotrafik kanallarının müəyyən olunması və qarşısının alınması üzrə əməliyyatların səmərəliliyini artırmaq;
|
||
İcranın nəzarətinin təşkili sistemi
|
MDB-nin iştirakçısı olan dövlətlər tərəfindən Proqramın müddəalarının həyata keçirilməsi üzrə planlarının icra olunması;
|
||
|
MDB-nin nizamnamə və sahə orqanları tərəfindən hər il Proqramın yerinə yetirilməsinə nəzarət olunması;
|
||
|
MDB-nin icraiyyə komitəsi tərəfindən hər il dövlət başçıları Şurasına və hökumət başçıları Şurasına Proqramın yerinə yetirilməsi barədə hesabat vermək.
|
2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı MDB-nin iştirakçısı olan dövlətlərin Xarici İşlər nazirləri Şurasının, Baş prokurorların koordinasiya Şurasının, Daxili işlər nazirləri Şurasının, Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının, Sərhəd qoşunları komandanlığı Şurasının, Vergi (maliyyə) araşdırmaları orqanları rəhbərlərinin Koordinasiya Şurasının, Gömrük xidmətləri rəhbərləri Şurasının üçüncü birgə iclasının 08 aprel 2004-cü il tarixli Qərarının və MDB-nin hökumət başçıları Şurasının 16 aprel 2004-cü il tarixli Qərarının yerinə yetirilməsi məqsədilə İşlənib hazırlanmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramının qəbul olunması, Birliyin iştirakçısı olan dövlətlərin millətlərinin sağlamlığına və təhlükəsizliyinə bilavasitə təhlükə yaradan narkobiznesin dünya səviyyəsində transmilliləşməsi və qloballaşması prosesinin artması ilə şərtləndirilir.
Proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlər kompleksi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı fəaliyyətdə 07.10.2002-ci il tarixli əməkdaşlıq Konsepsiyasının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında 25.11.1998-ci il tarixli Sazişinin müddəalarına, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə narkotiklərin qanunsuz dövriyyəsinin və narkocinayətkarlığın vəziyyətinin və proqnozunun təhlilinə, bundan əvvəlki Proqramın yerinə yetirilməsinin nəticələrinə, beynəlxalq təşkilatların tövsiyələrinə və əməkdaşlığının müqaviləsi, iştirakçı Müstəqil dövlətlər birliyinin iştirakçı dövlətlərində narkotiklərin qeyri-qanuni dövriyyəsinin proqnozu və analizi, əvvəlki proqramın yerinə yetirilməsinin nəticələri, beynəlxalq təşkilatların tövsiyələrinə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə dünya təcrübəsinə və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə dünyəvi təcrübəyə əsaslanır.
Proqramın məqsədini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin, MDB-nin nizamnamə və sahə orqanlarının əməkdaşlığının təkmilləşdirilməsinin davam etdirilməsi təşkil edir.
Proqramın əsas məsələləri: MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının beynəlxalq-hüquqi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi; milli qanunvericiliyin təkmilləşdirilməsi və harmonizasiyası; razılaşdırılmış profilaktik, əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların keçirilməsi; əməkdaşlığın məlumat və elmi təminatı; kadrların hazırlanmasında, mütəxəssislərin ixtisasının artırılmasında əməkdaşlığın həyata keçirilməsi.
Proqramın yerinə yetirilməsi beynəlxalq hüququn prinsip və normalarına və MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinə müvafiq həyata keçirilir.
Tədbirin adı
|
İcra müddəti
|
İcraçı*
|
Qərar qəbul edən orqan
|
|
1
|
2
|
3
|
4
|
|
1. TƏŞKİLATİ - HÜQUQİ MƏSƏLƏLƏR
|
||||
1.1.
|
Əməkdaşlığın beynəlxalq hüquqi bazasının möhkəmləndirilməsi
|
|
|
|
1.1.1.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Sazişi hazırlamaq və MDB-nin hökumət başçılarının Şurasına (HBŞ) baxılması üçün təqdim etmək;
|
2005
|
TORŞ
|
HBŞ
|
1.1.2.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin (bundan sonra — narkotiklər) qeyri-qanuni dövriyyəsi, onlardan sui-istifadə ilə mübarizədə əməkdaşlığının beynəlxalq hüquqi bazasının genişləndirilməsi məqsədilə, bu sahədə BMT çərçivəsində bağlanmış əsas müqavilələrə qoşulması barədə məsələni nəzərdən keçirmək
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
1.1.3.
|
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı barədə Sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların həyata keçirilməsini tezləşdirməyi tövsiyə etmək. (HBŞ, 25.11.98-ci il);
|
2005
|
Gürcüstan
|
|
1.2.
|
MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinin təkmilləşdirilməsi və harmonizasiyası
|
|
|
|
1.2.1.
|
MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasına narkotik və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinin unifikasiyasının gedişatını təhlil etmək; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları barədə model qanunverici akt hazırlamaq;
|
2005-2007
|
PAA
|
|
|
narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin qanunvericiliyinin unifikasiyası və harmonizasiyası üzrə tövsiyələr hazırlamaq;
|
|
|
|
1.2.2.
|
Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyətinin səmərəliliyi və vəziyyəti barədə məsələni nəzərdən keçirmək, müqavilə-hüquq bazasının;
inventarlaşdırılmasını həyata keçirmək, zərurət yarandıqda onun təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək;
|
2005-2007
|
DİNŞ, TORŞ, SQKŞ, QXRŞ, VAORKŞ, NNMO (səlahiyyət üzrə)
|
HBŞ
|
|
1
|
2
|
3
|
4
|
1.2.3.
|
Normativ-hüquqi aktların qəbul olunmasını tövsiyə etmək, o cümlədən: narkotiklərin və onların prekursorlarının qanuni dövriyyəsi ilə bağlı hər növ fəaliyyətin tənzimlənməsi barədə;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
|
narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə olunmuş gəlirlərin aşkar olunması və müsadirəsi barədə;
|
|
|
|
|
narkotiklərin və onların prekursorlarının qaçaqmalçılığı və qanunsuz tranzitinə görə cinayət məsuliyyətinin gücləndirilməsi barədə;
|
|
|
|
|
yetkinlik yaşına çatmayanlar tərəfindən narkotiklərin qanunsuz satışına və onların cinayət fəaliyyətinə cəlb olunmasına görə cinayət məsuliyyətinin gücləndirilməsi barədə;
|
|
|
|
|
narkotikdən qanunsuz istifadəyə görə məsuliyyətinin müəyyən olunması barədə;
|
|
|
|
|
narkotiklərin və onların istifadəsinin təbliğatına və reklamına qarşı fəaliyyət;
|
|
|
|
|
narkomaniyanın aşkar olunması, profilaktikası, narkomaniya xəstəliyinə tutulmuş şəxslərin müalicə və reabilitasiyası barədə;
|
|
|
|
|
narkomaniya xəstəliyinə tutulmuş şəxslər arasında İİV/QİÇS, A,B,C hepatiti xəstəliyinin profilaktikası;
|
|
|
|
1.2.4.
|
Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində MDB-nin iştirakçı dövlətlərinin milli qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
1.3.
|
MDB-nin iştirakçısı olan dövlətlərin gömrük sərhədində yüklərin və nəqliyyat vasitələrinin narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün baxış metodikasını hazırlamaq;
|
2005-ci il
|
SQKŞ QXRŞ
|
|
1.4.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkotəhdidə qarşı kompleks fəaliyyəti və Əfqanıstan ətrafında «təhlükəsizlik zolağı» yaratmaq üçün razılaşdırılmış birgə tədbirlərini hazırlamaq;
|
2005-ci il
|
Rusiya Federasiyası və MDB-nin iştirakçısı olan digər maraqlı dövlətlər
|
HBŞ
|
1.5.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə nəzarət, habelə onların qanunsuz dövriyyəsinin həyata keçirilməsi üzrə orqanlarının rəhbərlərinin Şurasının yaradılması barədə məsələni nəzərdən keçirmək.
|
2005
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
|
II. TƏŞKİLATİ - PRAKTİKİ TƏDBİRLƏR
|
|||
|
1
|
2
|
3
|
4
|
2.1.
|
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində yaradılmış Mərkəzi-Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölümünün və onun regional əməliyyat qrupunun işini təşkil etmək;
|
2005
|
DİNŞ, NNMO
|
|
2.2.
|
Razılaşdırılmış idarələrarası profilaktik, əməliyyat-axtarış tədbirlərinin və aşağıda göstərilən xüsusi əməliyyatların keçirilməsini təşkil etmək;
|
2005-2007
|
|
|
|
«nəzarətli göndəriş» metodu daxil olmaqla, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı fəaliyyət, onların qanunsuz, nəqlinin qarşısının alınması, onların qanunsuz dövriyyəsində iştirak edən şəxslərin müəyyən edilməsi;
|
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, SQKŞ, QXRŞ, TORŞ
|
|
|
narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə olunmuş gəlirlərin aşkar edilməsi və müsadirə olunması;
|
|
MDB-nin iştirakçısı olan dövlətlər, VAORKŞ, DİNŞ, TORŞ
|
|
|
narkotik tərkibli bitkilərin əkinlərinin, habelə yabanı şəkildə bitmiş narkotik tərkibli bitkilərin aşkar edilməsi və məhv olunması;
|
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, TORŞ
|
|
2.3.
|
MDB-nin iştirakçısı olan dövlətlərin dövlət sərhədləri vasitəsilə narkotik vasitələrin qanunsuz keçirilməsinin qarşısının alınması üçün əlavə birgə tədbirlər işləyib hazırlamaq;
|
2005
|
SQKŞ, QXRŞ, TORŞ, DİNŞ, NNMO
|
|
2.4.
|
Narkotiklərə nəzarət üzrə Beynəlxalq komitənin xətti ilə keçirilən əməliyyatlarda iştirakın mümkünlüyü barədə məsələni nəzərdən keçirmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
2.5.
|
Zəruri hallarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı transmilli xarakterli cinayətlərin açılması məqsədi ilə MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanlarının nümayəndələrindən ibarət əməliyyat-istintaq qruplarının yaradılması praktikasını davam etdirmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları
|
|
2.6.
|
MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlikləri bölmələrinin və digər səlahiyyətli orqanlarının rəhbərlərinin narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş müşavirələrini keçirmək;
|
Hər il
|
DİNŞ, MDB-nin iştirakçısı olan dövlətlərin DİN-ləri, səlahiyyətli orqanları, MDB-nin İK-si
|
|
|
1
|
2
|
3
|
4
|
2.7.
|
BMT-nin və digər beynəlxalq təşkilatların narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yardımın göstərilməsi üzrə proqramlarının hazırlanmasında qarşılıqlı fəaliyyət göstərmək və həyata keçirilməsində MDB-nin iştirakçısı olan dövlətlərin səylərini əlaqələndirmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər, XİNŞ, MDB-nin İK-si
|
|
2.8.
|
BMT-nin narkotiklər və cinayətkarlıq üzrə idarəsi ilə qarşılıqlı əlaqəni həyata keçirmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər, MDB-nin İK-si
|
|
2.9.
|
MDB-nin iştirakçısı olan dövlətlərdə narkotiklərlə mübarizə və narkomaniyaya qarşı istiqamətlənmiş birgə mədəni aksiyaların keçirilməsini təşkil etmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər, mədəni əməkdaşlıq üzrə Şura
|
|
2.10.
|
Narkotiklərin qanunsuz dövriyyəsinə və narkobiznesdən əldə edilən gəlirlərin yuyulmasına qarşı mübarizənin vəziyyətinin nəzərdən keçirilməsi üçün MDB-nin iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirliyi Şurasının, baş prokurorların koordinasiya Şurasının, təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının, Daxili İşlər Nazirləri Şurasının, Sərhəd Qoşunları Komandanlığı Şurasının, gömrük xidməti rəhbərləri Şurasının, vergi (maliyyə) araşdırmaları orqanları rəhbərlərinin koordinasiya Şurasının birgə iclasını keçirmək;
|
2007
|
XİNŞ, BPKŞ, TORŞ, DİNŞ, SQKŞ, QXRŞ, VAORKŞ, NNMO, MDB-nin icraiyyə komitəsi
|
|
2.11.
|
Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlıq problemləri üzrə elmi-praktik konfrans hazırlamaq və keçirmək;
|
2005
|
PAA
|
|
2.12.
|
MDB-nin iştirakçısı olan dövlətlərin hökumətlərinə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə milli proqramların qəbul olunması praktikasının davam etdirilməsini təklif etmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
2.13.
|
Narkotiklərin prekursorlarının ticarəti ilə bağlı şübhəli razılaşmaların müəyyən edilməsi məqsədilə MDB çərçivəsində monitorinq sisteminin yaradılması haqqında məsələni nəzərdən keçirmək.
|
2006
|
DİNŞ, MCMƏB, NNMO
|
|
|
III. MƏLUMAT VƏ ELMİ TƏMİNATI
|
|||
3.1.
|
MCMƏB-nin məlumat bankının narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə aidiyyəti olan transmilli cinayətkar qrupların və onların liderləri barədə bölməsinin artırılmasını həyata keçirmək;
|
Daimi
|
MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları, QXRŞ, VAORKŞ, MCMƏB, BPKŞ, SQKŞ, MDB-nin ATM
|
|
|
1
|
2
|
3
|
4
|
3.2.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan orqanları cəlb olunmaqla narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə, habelə narkotiklərin yayılması ilə
mübarizənin vəziyyətini əks etdirən məlumatların toplanılması, təhlili və ümumiləşdirilməsi üzrə avtomatlaşdırılmış telekommunikasiya məlumat sisteminin istifadə olunması şəbəkəsinin yaradılması üzrə fəaliyyəti davam etdirmək;
|
2005-2007
|
Rusiya Federasiyası və MDB-nin iştirakçısı olan digər dövlətlər
|
|
3.3.
|
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə problemləri üzrə, o cümlədən müasir elmi-texniki nailiyyətlər əsasında narkotəhdidlə mübarizə metodlarının təkmilləşdirilməsi üzrə birgə elmi tədqiqatların keçirilməsini davam etdirmək;
|
2005-2007
|
MDB iştirakçısı olan dövlətlər, BPKŞ, DİNŞ, SQKŞ, QXRŞ, TORŞ, VAORKŞ
|
|
3.4.
|
MBD-nin iştirakçısı olan dövlətlərdə qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların nümunələrinin kolleksiyasının (onların hazırlanmasında istifadə olunan texnoloji proseslər qeyd edilməklə) artırılmasını həyata keçirmək və bunun əsasında dövlətlərarası məlumat mübadiləsini həyata keçirmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
3.5.
|
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qanunverici və digər normativ aktlarının, metodik vəsaitlərin, əməliyyat, statistik və digər informasiyanın mübadiləsini həyata keçirmək;
|
Daimi
|
MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları
|
|
3.6.
|
Narkomaniya problemləri və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı problemlərlə məşğul olan təsisatların və təşkilatlarının iş təcrübəsini öyrənmək üçün nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək;
|
Daimi
|
MDB iştirakçısı olan dövlətlər, Səhiyyə Şurası, Mədəni əməkdaşlıq üzrə Şura
|
|
3.7.
|
Narkotiklərdən istifadə edən şəxslər arasında İİV/QİÇS, A,B,S hepatiti xəstəliklərinin MDB-nin iştirakçısı olan dövlətlərdə narkomaniyanın yayılmasına qarşı məsələlərdə beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri və əməkdaşlığı həyata keçirmək;
|
Daimi
|
MDB-nin iştirakçısı olan dövlətlər, Səhiyyə Şurası
|
|
3.8.
|
MDB-nin iştirakçısı olan dövlətlərin narkomaniyaya qarşı və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar beynəlxalq əməkdaşlığının inkişafı problemləri üzrə elmi-praktik konfransını keçirmək;
|
2006
|
MDB iştirakçısı olan dövlətlər, MDB-nin İK-si
|
|
|
1
|
2
|
3
|
4
|
3.9.
|
MDB-nin iştirakçısı olan dövlətlərinin ekspert müəssisələrində aprobasiya üçün, nəzərdə tutulmuş narkotiklərin, materialların və əşyaların tədqiqatları üzrə yeni metodikalar barədə məlumat mübadiləsini həyata keçirmək.
|
2005-2007
|
MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları
|
|
|
IV. KADR TƏMİNATI
|
|||
|
Razılaşma əsasında aşağıdakıları həyata keçirmək:
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
|
kadrların, o cümlədən Rusiya Federasiyasının Domodedovo şəhərində yerləşən Beynəlxalq idarələrarası mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsilə mübarizə aparan bölmələr üzrə əməkdaşlarının hazırlanması ilə bağlı əməkdaşlıq;
|
|
|
|
|
mütəxəssislərin ixtisaslarının artırılmasında, o cümlədən təhsil, səhiyyə müəssisələrində və narkotiklərin, onların prekursorlarının qanunsuz dövriyyəsilə mübarizə üzrə ixtisaslaşdırılmış şöbələrdə məsləhətləşmələr və təcrübə keçmə yolu ilə qarşılıqlı fəaliyyət;
|
|
|
|
|
narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsilə və narkomaniya ilə mübarizə sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarının artırılması üzrə tədris-metodik materialların mübadiləsi.
|
|
|
|
|
V. MADDİ-TEXNİKİ VƏ MALİYYƏ TƏMİNATI
|
|||
5.1.
|
Narkotiklərin aşkar edilməsi məqsədilə müasir vasitələrin işlənib hazırlanması və istehsal edilməsi üçün qarşılıqlı tədbirlər həyata keçirmək və MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanlarını həmin vasitələrlə təchiz etmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər, DİNŞ, QXRŞ, TORŞ, SQKŞ
|
|
5.2.
|
Dövlət sərhədlərinin buraxılış məntəqələrini narkotikləri aşkar edən müasir texniki vasitələrlə təchiz olunmasına tövsiyə etmək;
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər, SQKŞ, QXRŞ
|
|
5.3.
|
Hazırki Proqram üzrə tədbirlərin maliyyələşdirilməsi razılıq əsasında MDB-nin maraqlı olan iştirakçı dövlətlərdə bu məqsədlə illik milli büdcələrində nəzərdə tutulan maliyyə vəsaiti çərçivəsində həyata keçirilir.
|
2005-2007
|
MDB-nin iştirakçısı olan dövlətlər
|
|
|
VI. NƏZARƏT MEXANİZMİ
|
|
||
6.1.
|
Hazırki Proqramın müddəalarının həyata keçirilməsi üzrə müvafiq planları qəbul etmək və onların yerinə yetirilməsinə dair dövlətdaxili nəzarəti müəyyən etmək;
|
Proqramın qəbul olunduğu gündən sonra 3 ay ərzində
|
MDB-nin iştirakçısı olan dövlətlər, BPKŞ, DİNŞ, TORŞ, SQKŞ, QXRŞ, VAORKŞ
|
|
|
1
|
2
|
3
|
4
|
6.2.
|
Bu Proqramın və MDB çərçivəsində qəbul olunmuş MDB-nin iştirakçısı olan dövlətlərin narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında beynəlxalq müqavilələrin icrasının vəziyyətini nəzərdən keçirmək;
|
Hər il
|
BPKŞ, DİNŞ, TORŞ, SQKŞ, QXRŞ, VAORKŞ, NNMO
|
|
6.3.
|
MDB-nin İcraiyyə Komitəsini bu Proqramın icrasının vəziyyəti barədə hər il məlumatlandırmaq;
|
Hesabat ilindən sonra gələn ilin fevral ayı
|
MDB-nin iştirakçısı olan dövlətlər, BPKŞ, DİNŞ, TORŞ, SQKŞ, VAORKŞ
|
|
6.4.
|
Narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün görüləcək sonrakı tədbirlər barədə tövsiyələrlə Proqramın icrasının vəziyyəti barədə dövlət başçıları Şurasına və hökumət başçıları Şurasına məlumat təqdim etmək
|
Hər il
|
MDB-nin İK-si
|
DBŞ,
HBŞ
|
_____________
*“İcraçı ” qrafasında bu proqramın tədbirlərini həyata keçirən MDB dövlətlərinin, orqanlarının adı çəkilibdir;
**XINŞ – MDB –nin Xarici İşlər Nazirləri Şurası;
TORŞ – MDB-nin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərlərinin Şurası;
PAA- MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası;
BPKŞ- MDB-nin iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurası;
DİNŞ- MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası;
SQKŞ- MDB-nin iştirakçısı olan dövlətlərin Sərhəd Qoşunları Komandanlığının Şurası;
GXRŞ- MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin Şurası;
VAORKŞ- MDB-nin iştirakçısı olan dövlətlərin Vergi (maliyyə) Araşdırmaları Orqanları Rəhbərlərinin Koordinasiya Şurası;
MDB-nin İK-si - Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi;
ATM- MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzi;
MCMƏB - MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil Cinayətkarlıqla və digər Təhlükəli Cinayətlərlə Mübarizənin Əlaqələndirilməsi Bürosu;
NNMO (Narkotiklərə Nəzarət üzrə Milli Orqanlar) - MDB-nin iştirakçısı olan dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə nəzarəti həyata keçirən, onların qanunsuz dövriyyəsi ilə mübarizə aparan orqanları (1 avqust 2004-cü ilin məlumatına görə Qırğızıstan Respublikasında, Rusiya Federasiyasında, Tacikistan Respublikasında fəaliyyət göstərir).
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə mübarizə sahəsində BMT çərçivəsində imzalanmış əsas beynəlxalq müqavilələrin
SİYAHISI
Narkotik vasitələr haqqında 1961-ci il tarixli Vahid Konvensiya;
Psixotrop maddələr haqqında 1971-ci il tarixli Konvensiya;
Narkotik vasitələr haqqında 1961-ci il tarixli Vahid Konvensiyaya düzəlişlər barədə 1972-ci il tarixli Protokol;
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Konvensiyası.
2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq
Proqramına dair
GÜRCÜSTANIN QEYD-ŞƏRTİ
1.2 və 1.2.1. bəndləri istisna olmaqla
Mixail Saakaşvili