Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Penitensiar orqanlarda xidməti vəzifələrinin yerinə yetirilməsində, ədliyyə sistemində elm və səhiyyə sahələrinin inkişafında, qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə, hüquqi biliklərin təbliğində fəal iştiraklarına və ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“İgidliyə görə” medalı ilə
Cümşüdov Rəşad Rəşid oğlu - Penitensiar Xidmətin Mühafizə Alayı 5-ci
bölüyünün atıcısı
“Tərəqqi” medalı ilə
Cavadov Fuad Musa oğlu - Məhkəmə Ekspertizası Mərkəzinin direktoru
Hüseynov Füzuli Fazil oğlu - Tibb Baş İdarəsinin böyük inspektoru
Musayev Hamlet Əli oğlu - Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-
Xətşünaslıq Ekspertizası Elmi Tədqiqat
Laboratoriyasının müdiri
“Hərbi xidmətlərə görə” medalı ilə
Nabatov Oqtay Xanalı oğlu - Penitensiar Xidmətin Mühafizə alayı
mühəndis texniki avadanlıq qurğuları üzrə
qrupunun rəisi
Novruzov Vüqar Əlihüseyn oğlu - Penitensiar Xidmətin Mühafizə Alayı 5-ci
bölüyünün komandiri
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Belova Anna Vasilyevna - Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə
müəssisəsi rəisinin növbətçi köməkçisi
Cəfərov Cümşüd Əli oğlu - Maliyyə və Təminat İdarəsinin rəis müavini –
baş mühasibi
Əliyev Adil Şirməmməd oğlu - Qanunvericilik baş idarəsinin rəis müavini
Əliyev Suliddin Abbas oğlu - Naxçıvan Muxtar Respublikasının ədliyyə
naziri
İsgəndərova İradə Həbib qızı - Bakı şəhəri Səbail Rayon Vətəndaşlıq
Vəziyyəti Aktlarının dövlət Qeydiyyatı
Şöbəsinin müdiri
Qafarov Zavər Murad oğlu - Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi
Məhərrəmov Ayaz Bulud oğlu - Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin Qanunvericilik və Normativ
Hüquqi Aktların Qeydiyyatı Şöbəsinin müdiri
Məmmədov İmran Xanlar oğlu - Penitensiar Xidmətin Tərbiyə müəssisəsinin
rəisi
Seyidbəyov Həsən Arif oğlu - Penitensiar Xidmətin rabitə və texniki təminat
şöbəsinin rəisi
Səlim-zadə Mehdi İldırım oğlu - Bələdiyyələrlə İş Mərkəzinin rəisi
Yusifov Şamil Məzail oğlu - Oğuz rayon Dövlət Notariat Kontorunun
dövlət notariusu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2006-cı il
№ 1784