220.000.000
«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 1 nömrəli əlavəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin: «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər».
2. «Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli, 310 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (II kitabda), I kitab, maddə 176; 2001-ci il, № 10, maddə 640, № 11, maddə 707; 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 10, maddə 568; 2004-cü il, № 12, maddə 1004) 3-cü bəndində «narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan» sözləri «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və» sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddə 307; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli, 289 nömrəli fərmanı) aşağıdakı məzmunda 34 -cü bənd əlavə edilsin:
34.
|
Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı
|
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
|
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti,
İlham ƏLİYEV
Bakı şəhəri, 16 dekabr 2005-ci il
№ 335