220.000.000
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Narkomanlığın və onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına mənfi təsirgöstərməsi bu təhlükəli təzahürə qarşı əsaslı sosial-hüquqi tədbirlərin həyata keçirilməsi zərurətini yaratmışdır.
Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək qərara alıram:
1. Aşağıdakı tərkibdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası yaradılsın:
[1]
Komissiyanın sədri:
Əli Həsənov —Azərbaycan Respublikası baş nazirinin müavini
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə
Dövlət Komitəsinin sədri
Komissiyanın sədr müavini:
Ramil Usubov —Azərbaycan Respublikasının daxili işlər naziri
Komissiyanın üzvləri:
Namiq Abbasov —Azərbaycan Respublikasının milli təhlükəsizlik
Naziri
Südabə Həsənov —Azərbaycan Respublikasının ədliyyə naziri
Eldar Həsənov —Azərbaycan Respublikasının baş prokuroru
Səfər Əbiyev —Azərbaycan Respublikasının müdafiə naziri
Fikrət Yusifov —Azərbaycan Respublikasının maliyyə naziri
Əli İnsanov —Azərbaycan Respublikasının səhiyyə naziri
Misir Mərdanov —Azərbaycan Respublikasının təhsil naziri
İrşad Əliyev —Azərbaycan Respublikasının kənd təsərrüfatı
naziri
Kəmaləddin Heydərov —Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri
Azad Rəhimov —Azərbaycan Respublikasının gənclər və idman
naziri
[2]
Fərəməz Maqsudov —Azərbaycan Respublikası Elmlər
Akademiyasının prezidenti
Rəfael Allahverdiyev —Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə —Azərbaycan Respublikası Prezidenti İcra Aparatı
Humanitar siyasət şöbəsinin müdiri
Fuad Ələsgərov —Azərbaycan Respublikası Prezidenti İcra Aparatı
hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri
Hadı Rəcəbov —Azərbaycan Respublikası Milli Məclisinin Sosial
siyasət komissiyasının sədri
Musa Məmmədov —«Azərbmeşə» İstehsalat Birliyinin sədri
Xələf Xələfov —Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini
Səttar Mehbalıyev —Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri
2. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasına tapşırılsın ki, bir ay müddətinə daimi fəaliyyət göstərən işçi qrupu yaratsın və komissiyanın əsasnaməsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.
3. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikasında narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə yeni ümummilli proqramı üç ay ərzində hazırlasın.
4. Azərbaycan Respublikası prezidentinin yanında hüquqi islahat komissiyasına və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasına tapşırılsın ki, «Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə haqqında» qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsinlər.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə tapşırılsın ki, respublikada törədilən, o cümlədən narkotik vasitələrlə bağlı cinayətlərin vahid qeydiyyatını təmin etsin.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikası Prokurorluğuna, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə-istintaq praktikasının vəziyyətini birlikdə ümumiləşdirib mövcud nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görsünlər.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, milli təhlükəsizlik, daxili işlər, ədliyyə, səhiyyə nazirliklərinin və Dövlət Gömrük Komitəsinin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslaşan qurumlarının, ekspert-kriminalist xidmətlərinin maddi bazasının möhkəmləndirilməsi üçün tədbirlər görsün.
8. Azərbaycan Respublikası səhiyyə, daxili işlər, ədliyyə, maliyyə nazirliklərinə, Azərbaycan Respublikası Prokurorluğuna tapşırılsın ki, beynəlxalq normalara uyğun olaraq narkotik preparatların alınması, daşınması, saxlanması, uçotu, istifadəsi, məhvi normativlərini və qaydalarını hazırlasınlar.
9. Narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin xəritəsinin tərtib edilməsi, belə bitkilərin mövcud və yeni növlərinin müəyyən edilib yayılmasının öyrənilməsi üçün metodik vəsaitlərin hazırlanması Azərbaycan Respublikası Elmlər Akademiyasına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın.
[3]
10. Narkotik vasitələrin və psixotrop maddələrin yeni növlərindən xəbərdar olmaları məqsədi ilə hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlar və tövsiyələrlə təmin edilməsi, qeyri-qanuni saxlanan və dövriyyədə olan yeni növ narkotik vasitələr barədə mütəmadi olaraq siyahı-xülasənin tərtib olunması Azərbaycan Respublikası səhiyyə, daxili işlər, ədliyyə, milli təhlükəsizlik nazirliklərinə, Azərbaycan Respublikası Prokurorluğuna və Dövlət Gömrük Komitəsinə tapşırılsın.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılsın ki, narkotiklərdən qeyri-tibbi məqsədlə istifadə edən şəxslərin müalicəsi, onların əmək qabiliyyətini və sağlamlığını bərpa etmək üçün səmərəli tibbi metodların işlənilməsi və tətbiq edilməsi üçün tədbirlər görsün.
12. Azərbaycan Respublikası Prokurorluğu, milli təhlükəsizlik, daxili işlər, səhiyyə nazirliklərinə və Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslaşan xidmətlərin əməkdaşlarının peşə hazırlığının artırılması sahəsində kompleks tədbirlər hazırlayıb həyata keçirsinlər.
13. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə hüquq-mühafizə orqanları ilə birlikdə həmsərhəd və digər dövlətlərlə sazişlər bağlanmasını və müvafiq orqanların narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq proqramlarda iştirakını təmin etsin.
14. Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanları normativ aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinlər və Azərbaycan Respublikası prezidentinə məlumat versinlər.
15. Azərbaycan Respublikası Prezidentinin «Narkomanlığa qarşı mübarizəni gücləndirmək tədbirləri haqqında» 1992-ci il 7 oktyabr tarixli 253 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilsin.
16. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının prezidenti,
Heydər ƏLİYEV
Bakı şəhəri, 26 avqust 1996-cı il
№ 485
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 iyun 1999-cu il tarixli 139 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 06, maddə 346)
2.
4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 07, maddə 459)
3.
21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)
4.
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
17 iyun 1999-cu il tarixli 139 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 06, maddə 346) ilə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanının 1-ci bəndində dəyişikliklər edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 07, maddə 459) ilə 1-ci bəndində "gənclər və idman" sözləri "gənclər, idman və turizm" sözləri ilə əvəz edilmişdir.
[2]
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 1-ci bəndində «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilmişdir.
[3]
21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 9-cu bəndində "Geodeziya" sözü
"Torpaq" sözü ilə əvəz edilmişdir.