×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
02.08.2006
QEYDİYYAT NÖMRƏSİ
438
ADI
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2006, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 664)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının “ Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanunun 6.1.10-cu maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası vətəndaşlarının hərbi mükəlləfiyyətə münasibəti barədə məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilməsi mexanizmini müəyyən etsin;

2.4. hərbi qulluqçular, habelə dənizçilər haqqında məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən etsin;

2.5. həmin Qanunun 8.8-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin siyahısını müəyyən etsin;

2.6. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin informasiya ehtiyatlarının texniki daşıyıcılarının ehtiyat surətinin Dövlət Reyestrindən məkanca kənarda saxlanmasının təşkilini təmin etsin;

2.7. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri və müvafiq dövlət orqanları arasında informasiya mübadiləsinin müntəzəm və təhlükəsiz aparılması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;

2.8. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.9. qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.10. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki:

3.1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 8.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 4.5-ci, 10.9-cu, 11.4-cü və 12.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.4. həmin Qanunun 7.1-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci, 10.5-ci və 10.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti həyata keçirir;

3.5. həmin Qanunun 7.3-cü, 7.5-ci, 9.1-ci, 12.2-ci və 14.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. [1]

3.6. həmin Qanunun 7.5.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları həyata keçirirlər;

3.7. həmin Qanunun 7.5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər. [2]

3.8. həmin qanunun 7.5.1-1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. [3]

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 avqust 2006-cı il

     № 438

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)

2.       2 oktyabr 2008-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 895)

3.       25 dekabr 2009-cu il tarixli 205 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 993)

4.       11 sentyabr 2014-cü il tarixli 267 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 sentyabr 2014-cü il, № 199; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1047)

5.       24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 84)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 3.5-ci bəndində “və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları” sözləri “, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri” sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 895) ilə 3.5-ci bənddən “ 7.5-ci,” rəqəmi çıxarılmışdır.

11 sentyabr 2014-cü il tarixli 267 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 sentyabr 2014-cü il, № 199; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1047) ilə 3.5-ci bəndində “konsulluq idarələri” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti” sözləri əlavə edilmişdir.

24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 84) ilə 3.5-ci bənddə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 oktyabr 2008-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 895) ilə yeni məzmunda 3.6-cı və 3.7-ci bəndlər əlavə edilmişdir.

24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 84)) ilə 3.7-ci bənddə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, habelə Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 dekabr 2009-cu il tarixli 205 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 993) ilə 3-cü bəndinə 3.8-ci yarımbənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status