AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.06.2006
QEYDİYYAT NÖMRƏSİ
136
ADI
“Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 564)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

“Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

 Bakı şəhəri, 5 iyun 2006-cı il

                 № 136 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 5 iyun tarixli 136 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə

 

QAYDALARI

 

I. Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının

 

S İYAHISI

 

1. Narkotik vasitələr

 

1.1. Morfin (əsası və duzları) [1]

1.2. Trimeperidin

1.3. Papaveratum (pantapon, omnopon) [2]

 

2. Psixotrop maddələr

 

2.1. Pentobarbital

2.2. Siklobarbital

2.3. Barbital

2.4. Fenobarbital

2.5. Diazepam

 

3. Prekursorlar

3.1. Aseton

3.2. Etil efiri

3.3. Xlorid turşusu

3.4. Kalium permanqanat

3.5. Sirkə turşusu anhidridi

3.6. Sulfat turşusu

3.7. Toluol

 

II. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıqda istifadəsi

 

QA YD AL AR I

 

2.1. Narkotik vasitələr baytarlıqda şiddətli ağrılar verən bir sıra xəstəliklər, yaralar, yanıqlar, çıxıqlar, sınıqlar, peritonit, qaraciyər, öd və mədə-bağırsaq sancıları, bağırsaq daşları, entorospazmlar və cərrahi əməliyyatlar zamanı ağrıkəsici və sakitləşdirici preparat kimi tətbiq edilir.

2.2. Psixotrop maddələr çox ürkək və həyəcanlanmış heyvanlarda baytarlıq əməliyyatları apardıqda, narkotik vasitələrlə kombinə edilərək və ya müstəqil olaraq heyvanı sakitləşdirmək və stress vəziyyətini aradan qaldırmaq məqsədilə işlədilir.

2.3. Prekursorlar baytarlıqda cərrahi əməliyyatlar zamanı (etil efiri), laboratoriya işlərində üzvi həlledici (etil efiri, aseton, toluol) və reaktiv kimi (xlorid turşusu, kalium permanqanat, sirkə turşusu anhidridi, sulfat turşusu) işlədilir.

2.4. Bu Qaydalarda nəzərdə tutulmuş narkotik vasitələr apteklərdən xüsusi reseptlər (1 nömrəli əlavə) əsasında (bu zaman narkotik vasitələrin miqdarı həm rəqəm, həm də sözlə yazılır), psixotrop maddələr isə tələbnamələr, qaimələr və baytar-həkimin yazdığı resept nüsxələri əsasında buraxılır.

2.5. Elmi tədqiqat, elmi nəzarət və tədris müəssisələrində baytarlıq laboratoriyaları üçün narkotik vasitələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinin rəsmi icazəsi ilə buraxılır. [3]

2.6. Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, buraxılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli qərarı ilə tənzimlənir.

 


 

“Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Siyahısı və onlardan istifadə Qaydaları”na

 

1 nömrəli əlavə

 

Narkotik vasitələrin xüsusi resept nüsxəsinin

 

FORMASI

 

Tərkibində narkotik maddə olan dərman almaq hüququ verən resept

 

Adı                                                                    № 000000

(Baytarlıq müəssisəsinin ştampı)

___________________200_______ il

 

Xüsusi                                                             Resept aptekdə qalır

qeydiyyat sənədi

Rp:  _____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

İşlətmə qaydası     _____________________________________________________________

                                _____________________________________________________________

Heyvan sahibinin  _____________________________________________________________

adı, soyadı               _____________________________________________________________

Heyvanın növü      _____________________________________________________________

Baytar-həkimin      _____________________________________________________________

adı, soyadı

 

M.Y.

 

 Mürəkkəblə doldurulur.

         Düzəlişə icazə verilmir.

 

 

Qeyd. Blank xüsusi nişanları olan çəhrayı rəngli kağızdan hazırlanır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)

2.         7 iyul 2021-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2021-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-cı il, № 7, maddə 859)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2021-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2021-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-cı il, № 7, maddə 859) ilə “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın 1.1-ci bəndində “Morfin və duzları” sözləri “Morfin (əsası və duzları)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 iyul 2021-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2021-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-cı il, № 7, maddə 859) ilə “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın 1.3-cü bəndində “Omnopon” sözü “Papaveratum (pantapon, omnopon)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın II hissəsinin 2.5-ci bəndində “müvafiq rayon baytarlıq idarələrinin rəhbərinin” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinin” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status